Oradakı əş-şahibəllüt [şabalıd] Suriyadakındaıı gözəldir. Onlarda
ər-ruqal [zoğal] adlı bir meyvə vardır ki, əl-ğubeyrə [zeytuna]
oxşayır. Onun içərisində çəyirdəyi vardır. Bu meyvə yetişəndə şirin
olur, lakin kalı acıdır. Əş-şahibəllut qozun yarısı boydadır, dadı
əl-bunduq və ər-rutəb [təzə xurma] kimidir. Bərdədə Labusdan
gətirilən əla keyfiyyətli ət-tin [əncir] vardır. [Bərdədən] çoxlu barama
[əl-əbrişəm] aparılır, barama- qurdunu isə orada geniş tut
ağaclıqlarında bəsləyirlər. Buradan Farsa və Xuzistana çoxlu ipək
ixrac olunur.
Bərdənin üçdə bir fərsəxliyiııdə əl-Kurr (Kür) çayı [axır].
Əl-Kurr çayında isə əs-surmahi balığı vardır. O, duza qoyulmuş halda
müxtəlif ölkələrə göndərilir. Əl-Kurr çayından habelə əz-zərəkan və
əl-əşubə adlı balıqlar a tutulur. Bu diyarda həmin balıqların hər ikisi
digər balıqlardan üstün hesab edilir. Bərdədən həmçinin qoşqu
heyvanı və boyaq ixrac edilir".
Ərəb müəlliflərinin məlumatına görə,®°^ Azərbaycanın ən
böyük şəhərlərindən biri də Ərdəbil idi; bu şəhər demək olar həmişə
Ölkə hökmdarlarının iqamətgahı olmuşdur. IX əsrin axırlarında
şəhərin sahəsi üçdə iki fərsəx idi. Onun ətrafına üç darvazası olan
hasar çəkilmişdi. Şəhər gözəl idi və ərzaq qiymətlərinin ucuzluğu ilə
şöhrət qazanmışdı. Ərdəbildə və onun ətraf mahalında 50 çörək bir
dirhəmə idi, batman yarım (1,4 kq) ətin qiyməti də bir dirhəm idi. Bal,
ərinmiş yağ, qoz, kişmiş və bütün yeyinti məhsulları
o qədər ucuz idi
ki, bunları az qala müftə verirdilər. Ərdəbilin yaxınlığında güclü
istehkamları olan böyük Kursara qalası vardı. Geniş vilayətlər və
çiçəklənən kəndlər bu qalaya məxsus idi. Hər ay müəyyən vaxtlarda
(hər yeni ay çıxanda) burada böyük bir bazar açılırdı. Əslində bu,
bazarlar kompleksi idi, çünki Kursara bazarı orta əsrlərə məxsus ən
böyük yarmarka idi. İbn Hövqəl özü burada olmuş və bazarı çox
gözəl təsvir etmişdir; "Mən bu bazara [yarmarkaya] çoxdan bələdəm
və hələ gənc ikən orada olmuşam. Buraya müxtəlif ölkələrin adamları
toplaşır. Onlar buraya satlıq mallar və əşyalar, parça, mücrü [səqət],
ət-bərbixar [?], ətriyyat, keçə, çul, sərrac alətləri ilə hazırlanmış sərrac
məmulatı, yəhər, habelə qılınc, kisə, bəzək şeyləri, silah asmaq üçün
Marağa gönündən hazırlanmış kəmər gətirirdilər. Orada İraqdan
gətirilmiş latun, saf qızıl və gümüş məmulatı, at, qatır, uzunqulaq,
qaramal və davar var idi. Əgər bir kəs desəydi ki, bu torpaq və vilayət
vəqf torpaqlarından genişdir və burada, onun çöllərində, dağlarında,
və hüdudlarında olan hər şey sadaladığım, nəzərdə tutduğum müxtəlif
şeylərdən da
140
Nəhayət, "Dərbəndnamə"də belə bir məlumat vardır ki, Gəncə
VII əsrin axırı — VIII əsrin əvvəllərində mövcud idİ.'*^” Lakin bunu
heç bir ərəb müəllifi təsdiq etmir.
Gəncənin nə zaman meydana gəlməsi haqqında fikir yeritmək
üçün bir məlumat da vardır ki, bu da lücri 94-cü ildə (712/13)
Gəncədə kəsilmiş dirhəm haqqındadır. Lakin Y.A.Pa- xomov belə
güman edir ki, "gələcək şəhərin yerində hələ VIII əsrin əvvəllərində
eyni adda salınmış bir yaşayış məntəqəsi var idi; ola bilər ki, canişin
qoşunları yolüstü burada qalırmışlar və onların müvəqqəti səfər
sikkəxanası var imiş".“*^
Münəccimbaşının əsərinə daxil olan "Şarvan və əl-Babın
tarixində" Gəncənin tikilməsi barədə belə məlumat vardır; "245-ci
(859) üdə [Məhəmməd ibn Xalid ibn Yəzid ibn Məzyəd] Arran
vilayətində Gəncə şəhərini tikdirdi. Bu şəhərin salınmasına səbəb bu
idi ki, o, Cubant (Xunan?) yaxınlığında üç təpə olan yerdə qaldığı
zaman, üç gecə dalbadal [yuxu görürj; Yuxuda görür ki, ortadakı
təpədə xəzinə (gənc) vardır və ucadan bir səs ona deyir: "Təpəyə qalx
və atını orada saxla, sənin atın dırnağı ilə yeri döyəcləyəndə, əmr et,
bu yeri qazsınlar və orada nə varsa çıxart, tapdığınla şəhər sal və adını
Gəncə qoy ("Xəzinə"). O, belə də etdi və üç qazan tapdı, onlardan biri
ağzınadək dinarla, ikisi dirhəmlə dolu idi. Həmin pulla o, Gəncə
şəhərini saldı və Bağdada qayıdaraq xəlifəyə xəzinə və şəhər
haqqında məlumat verdi. Xəlifə belə dedi; "Məni bu şəhər əsla
maraqlandırmır, sən mənə nəqd pulu gətir". Məhəmməd ona pul
[vermək] boyun oldu ki, əvəzində xəlifə ona və onun varislərinə
şəhəri və indiyədək "xalidiyyə" adlanan məşhur malikanələri
bağışlasın. Xəlifə bunu təsdiq etdi. Məhəmməd də Gəncəyə qayıtdı".
Y.A.Manandyan şəhərin salınması tarixinin 844-cü ilə aid
olduğunu göstərir.^^'*
Beləliklə, biz Gəncənin meydana gəlməsinə dair müxtəlif
tarixlərlə qarşılaşırıq.^'^ Lakin şəhərin tarixi ilə məşğul olan
müəlliflərdən heç biri onun meydana gəlməsinin dürüst tarixini
göstərə bilməmişdir. İ.M.Cəfərzadə belə hesab edir ki, Gəncə Sasani
Kavad (Qubad) tərəfindən tikilməmiş, VII əsrdə (Meri 39-cu ildə)
ərəblər tərəfindən salınmamış və "IX əsrdə Abbasilər sülaləsindən
olan Bağdad xəlifəsinin fərmanı ilə"®'® inşa edilməmişdir, əksinə
bu tarixlərdən çox əvvəl mövcud olmuşdur.
Nə deyilirsə deyilsin, əhəmiyyətli ticarət şəhəri olan Gəncə
yalnız, 944-cü ildə Bərdə şəhərinin
ruslar tərəfindən darmada
142