Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə54/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   50   51   52   53   54   55   56   57   ...   107

Onun  yolu  Səhlin  mülkü  Şəkidən  keçirdi,  sonra  Sünikdən  keçib 
Bizansa getməli idi. Babək ərzaq cəhətdən korluq çəkdiyi üçün "ibn 
Sunbat  dağlarında"  gizləndiyi  yerdən  çıxanda,  Səhlin  sərhəd 
mühafizləri  onu  görür  və  dərhal  Babəki  gördükləri  yerə  gəlirlər.^^ 
Babəkin  qardaşı  Abdulla  ehtiyat  (Babəkilər  sülaləsinin  bir 
nümayəndəsini saxlamaq) üçün Ktiş qalasına göndərilmişdi; bu qala 
Beyləqan  hökmdarı  İsa  ibn  İstifanusun  (erin.  Yesai  Əbu  Musanın) 
mülkü  idi.  Məsudinin  verdiyi  məlumata  görə,  Araz  çayı  İbn 
İstifanusun  mülkü  ilə  "Babək—Bəz-  zayn  ölkəsi"  arasında  sərhəd 
idi.^^ 
Beləliklə, Babək Bazarçay—Əkəreçay məcrasında tutulmuşdu; 
Azərbaycandan Ermənistana gedən yolun üstündə bir "dərə" olan bu 
yer Səhl ilə İsa ibn İstifanusun torpaqları arasında sərhəd idi. 
Şəki qalasının xərabələri Bazarçayın sol sahilində indİ mövcud 
olan eyni adlı böyük bir kəndin yaxınlığında, Darva- zatəpə dağının 
üstündədir; bu da çayın vadisinə gedən enişin qarşısını kəsən bu dağ 
Naxçıvandan  Biçənək  aşırımı  vasitəsi  ilə  Arranın  içərilərinə  gedən 
yeganə  yolu  bağlayır.  Qalanın  xə-  rabələrini  yoxlayarkən  qala 
divarlarının  qalıqlarını  gördük.  Bazarçay  boyunca  bir  sıra  orta  əsr 
qala  xərabələri  vardır  ki,  bunları  hələ  öyrənmək  lazımdır.  Bu 
möhkəm  qalalardan  biri  (dəniz  səthindən  təxminən  1,5  kilometr 
yüksəkdə)  Urud  dağı  üstündəki  qaladır.  Dağın  üstündə  tikinti,  o 
cümlədən məskən qalıqları  durur. Şəki  qalası kimi, bu qala da çay 
vadisinin qabağını tutaraq, yola və ətraf yerlərə hakim olan çox güclü 
bir  istehkam  məntəqəsi  idi.  Arxeoloq  R.M.Vahidovun  fikrincə, 
tapılan materiallar, habelə bu xərabələrin yanındakı qəbirlər VII—IX 
əsrlərə aiddir. 
V.F.Minorski də belə hesab edir ki, Səhl Babəki Kür çayından 
cənubda,  yəni  Babək  müvəffəqiyyət  qazandığı  illərdə  onunla 
bilavasitə əlaqə saxlaya bildiyi yerlərdə tutub əsir etmişdi. Lakin həm 
V.F.Minorski,^^  həm  də  onun  müəllimi  A.Y.Krımski  belə  güman 
edirlər  ki,  IX  əsrdə  Səhl  Araz  çayı  sahillərindən  Baş  Qafqaz 
silsiləsinin ətəklərinədək, yəni hazırda Azərbaycan SSR-in Nuxa və 
yerli əhalinin Şəki adlandırdığı şəhərədək uzanan yerlərdə böyük bir 
əraziyə  malik  ola  bilərdi.  V.F.Minorski  1960-cı  il  fevralın  4-də 
müəllifə  yazdığı  məktubda  qeyd  etmişdi  ki,  bütün  tədqiqatçılar  iki 
Şəkinin  olduğunu  nəzərdən  qaçırmışlar  və  "görünür  iki  Şəki  ərəb 
mənbələrində  qarışdırılmışdır".  Eyni  şeyi  Ç.Dovset  də  (1960-cı  il 
martın 11-də müəllifə yazdığı məktubunda) təsdiq edir.^^ 
163 


Bu  cəhətə  Y.A.Paxomov  da  diqqət  yetirərək,  Azərbaycan  və 
Arran  yaşayış  məntəqələri  üçün  orta  əsr  coğrafiyaşünaslarının 
göstərdiyi  koordinat  cədvəllərini  tutuşdurub  tapmışdır  ki,  "yalnız 
Şəki üçün aydın fərq vardır; odur ki, Şəkini çox vaxt güman etdikləri 
kimi Nuxada deyil, başqa yerdə axtarmalı idilər”.^® 
Gördüyümüz kimi, Səhl ibn Sunbat bu qədər böyük bir əraziyə 
malik ola bilməzdi. Hərçənd "Ağvan tarixi"ndə deyilir ki, Səhl xəlifə 
Mötəsimə  göstərdiyi  xidmətə  görə  "Ermənistan,  Gürcüstan  və 
Albaniya üzərində  ali hakimlik aldı və bunları  hökmdar və padşah 
kimi idarə etdi".^’^ Lakin bu məlumata inanmaq olmaz. 
Afşin Səhlin Babəki ələ verməyə hazır olduğunu yəqin etdikdə 
(onların arasında olan ittifaq münasibətlərinə baxmayaraq, Səhl onu 
ələ verdi), Məsudinin verdiyi məlumata görə, xəlifə Səhlə fəxri xələt, 
patrik tacı verdi və onu xəracdan azad etdi.^® Vardan bildirir ki, Səhl 
öz xidmətinə görə, "min kşir gümüş, bir də yüz min digər bir məbləği 
aldı".^®  Təbəri  qeyd  edir  ki,  Səhlin  aldığı  bir  milyon  dirhəm  və 
yuxarıdakı  peşkəş  və  xələtlərdən  başqa,  onun  oğlu  Müaviyəyə 
Babəkin  qardaşı  Abdullanı  tutub  gətirdiyi  üçün  yüz  min  dirhəm 
verilmişdir.®® 
Ərəblər  Səhlin  Arranı  bir  qədər  müstəqil  idarə  etmək  ixtiyarı 
olduğunu qəbul etsələr də, Tovma Arsruninin verdiyi məlumata görə 
o,  yalnız  "Şəkinin  hökmdarı"  qalırdı.®^  Bir  neçə  ildən  sonra, 
853/4-cü  ildə  isə  Səhl  xilafətə  göstərdiyi  xidmətlərə  baxmayaraq, 
Buğa əl-Kəbir tərəfindən tutuldu. Onunla birlikdə, Xaçen hökmdarı 
knyaz Atrnersex, Ktiş və Beyləqan hökmdarı knyaz Yesai Əbu Musa 
da  tutuldu.®®  Buğa  əl-Kəbir  Səhli  və  Arranın  digər  knyazlarını 
Səmərraya apardı.  Mənbələr onların sonrakı  müqəddəratı haqqında 
sükut  edir.  "Ağvan  tarixi"ndə  qeyd  edilir  ki,  başqa  knyazlarla 
Səmərraya aparılanlardan təkcə knyaz Atrnersex "çox illərdən" sonra 
vətənə qayıtdı.®® 
Xilafət Arran, Gürcüstan və Ermənistan knyazlarına qarşı həbs 
və  cəza  tədbirlərinə  əl  atmasına  baxmayaraq,  Arran  üzərində  öz 
hakimiyyətini uzun müddət saxlaya bilmədi. M.Ka- qan katvatsinin 
verdiyi  məlumata  görə,  866-cı  ildə  "Mömin  knyaz  Xamam  Arran 
padşahı  oldu  və  Aşot  Baqratuni  erməni  padşahlığını  bərpa  etdiyi 
kimi,  o  da  dağıdılmış  Alban  padşahlığını  bərpa  etdi.  Bu  eyni 
zamanda oldu".®^ 
Mənbələrdə Hamam "Şərqin bÖyük knyazı (mets işxan)"®® və 
"Albaniya  padşahı  (taqavor)"®®  adlandırılır.  Hamamı  Arranda 
padşahlıq etmiş Aranşahik®^ xanədanı nümayəndələrinə 
164 


mənsub etmək mümkün olsa da, onu Səhl ibn Sunbatın nəvəsi güman 
edən A.Knmskinin bu nəticəsi ilə razı deyilik.^® Mənbələr Hamanı 
haqqında çox az mə’İumat verir və A.Y.Krımski- nin öz tədqiqatında 
iddia etdiyinə əsla uyğun deyildir.®® Hamamın fəaliyyətindən bizə 
yalnız bu məlumdur ki, o, erməni katolikosu II Georqu Məhəmməd 
Aişin ibn Əbu-s-Saca pul verməklə geri almışdır.'*® 
2. Beyləqan hökmdarı Yesai Əbu Musa 
(İsa ibn İstifanus) haqqında 
"Ağvan tarixi'iidə qeyd edilmişdir ki, təqribən 830/1-ci il- 
də pavlikianlar Bercor vilayətinə və Arsax əyalətindəki Ureas, 
Karnakaş, Xakari və Tapat kəndlərinə basqın etmişdilər, lakin 
knyaz Stepannos Ablasad onları Babəkin köməyi ilə məğlub et- 
di. Erm. tarixinin 279-cu ilində (830/1-ci ildə) pavlikian baş- 
çıları Davon və Şapux knyaz Ablasadı Öldürdülər və yenidən 
üsyan edən pavlikianlar Qoroz qalasında möhkəmləndilər və 
"Ağvan tarixi"nin verdiyi məlumata görə, 12 il ərzində Arra- 
nın aşağıdakı vilayətlərim əllərində saxladılar: Yuxarı Vayku- 
nik Bercor, Sisakan [i Kotak], [Mivs] Xaband, Amaras, Paz- 
kank, Mxank"*^ və Tri.^® "Bundan sonra Ablasadın yaxın adam- 
ları onun qatillərini tutub əzabla öldürdülər və Ablasadın ba- 
cısı oğlu olub, dinclik sevən və Əbu Musa adlanan Yesai həmin 
vilayətləri tutdu [və] hamısına hökmranlıq etdi”."*® 
Erm. tarixinin 289-cu ilində (840/41-ci ildə) pavlikianlar 
yenidən üsyan qaldırdılar və mənbəyin verdiyi məlumata görə 
Sisan Cor və Amaras mahallarım talayıb viran etdilər. Əbu 
Musa adlanan Yesai də onlara qarşı qalxaraq, darmadağın et- 
di.'*'* Gördüyümüz kimi, bu zaman güclü və nüfuzlu knyaz 
olan Yesainin rolu yüksəldi. 
Babəkin üsyanı yatırıldıqdan bir neçə il sonra (851/2-ci il- 
də) xəlifə Mütəvəkkilin hökmranlığı zamanı, demək olar, bü- 
tün Zaqafqaziyada Xilafətə qarşı yeni bir güclü üsyan qalxdı, 
Mütəvəkkil üsyançılara qarşı Buğa əl-Kəbirin komandanlığı 
altında böyük bir cəza ordusu göndərdi. Xəlifə əmr verdi ki
cəza dəstələri üsyan edənlərdən heç kəsə rəhm etməsinlər: "be- 
lində qılınc gəzdirən, silah daşıyan hər kəsi, üsyanda iştirak 
edənlərin" hamısını məhv etsinlər. Yalnız məşhur adamlardan 
biri Məhəmmədin dinini qəbul etsə, onun yanına gətirsin- 
lər".^® Xəlifənin göndərdiyi Buğa "erməniləri, albanları və on- 
ların patriklərini yoxlayırdı’ 
46 
165 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə