Bərdə, Qəbələ, Dərbənd və Arranın bir çox digər məntəqələrində
də abbasilərin nümayəndələrinə eyni dərəcədə müqavimət
göstərilmişdi.^'*® Məsələn, Bəlazuri yazır ki, suriyalılar- dan ibarət
Dərbənd qarnizonu "hazırda (IX əsrin axırı—
Z.B.) heç bir [yeni təyin
olunan] hakimə, əsgərlərə paylamağa pulu olmazsa, şəhərə girməsinə
yol vermir.®’*®
Bu təfsilat göstərir ki, hətta xəlifə Mütəvəkkildən (846—861)
sonra da Dərbəndi və ətrafdakı istehkamları, Əmə- vilər dövründə
buraya köçmüş suriyalıların nəsilləri idarə etmişdir, Bəlazuridən 70 il
sonra tstəxri də Suriya tayfalarının Dərbənd zonasında hömran
olduqlarını təsdiq etmişdir: "Bab ül-Əbvab dağlarında hələ
Xosrovların tikdirdiyi isteh- kamlı qalalar vardır. Orada yaşayan
adamlara (qoşunlara) tapşırılmışdır ki, xəzərlərin islam torpaqlarına
keçə biləcək yolları qorusunlar. Belə qalaların sayı on dörddür,
burada Mosul, Diyar Rəbiə və Suriyadan olan adamlar yaşayır, bunlar
[qalalar] da həmin tayfaların [adı ilə] məşhurdur. [Burada] dil (ərəb
dili) nəsildən-nəslə keçir. Onların (qala əhalisinin) üzərində heç bir
rəis yoxdur.
Görünür,
Abbasilər
suriyalıları
möhkəm
Dərbənd
istehkamlarından sıxışdırıb çıxara bilmədikləri üçün bununla
barışmalı oldular və həmin tayfaları özbaşına buraxdılar. Çox
keçmədən Dərbənd rayonundakı ərəb tayfaları bu vəziyyətdən
istifadə edərək Xilafətdən ayrılıb, müstəqil Sülamilər əmirliyini
yaratdılar və bu əmirlik lap monqol istilasınadək mövcud oldu.®"*®
Əməvilərə tərəfdar tayfaları Abbasilərə sadiq olan tayfalarla
zorakılıqla əvəz etmək qaydaları Harun-ər-Rəşidin (786—809)
hökmranlığı dövründən başlayaraq dəyişildi. Görünür təkcə sülalənin
mənafeyini güdməyən Harun ər-Rəşid tayfaların yerdəyişməsi və
köçürülməsi məsələləri ilə məşğul olmağı özünün təyin etdiyi
Azərbaycan və Arran canişinlərinə həvalə etdi. Canişinlər isə şəxsi
mənafelərini və mənsub olduqları tayfaların mənafeyini nəzərə
alaraq, habelə digər tayfalardan asılı olmayaraq rahat şəraitdə
etdikləri xidməti qulluq etməli olduqları ölkədəki üstün olan siyasi və
strateji səbəbləri hesaba alaraq, təyin olunduqları yerə adətən öz tayfa
nümayəndələrinin müşayiəti ilə gəlirdilər. Lakin bu tayfanın hansı
qrupa mənsub olması məsələsinə, fikrimizcə, nə Harun-ər-Rə- şid, nə
də onun xələfləri fikir vermirdilər. Yəqubi bu cür təyinatlardan biri
barəsində belə məlumat verir: "Xuzeyfə ibn Hazimin yerinə [Harun]
ər-Rəşid Yusif
ibn Rəşid əs-Sulamini
152
[Arran hakimi] təyin etdi, o da hökmranlığı dövründə nizari- ləri
ölkəyə köçürtdü, ona görə də nizarilərin sayı xeyli artdı, halbuki
bundan əwəi burada yəmənlilərin sayı çox idi. Ondan sonra ər-Rəşid
Yəzid ibn Məzyəd ibn Zeyd əş-Şeybanini hakim təyin etdi. O isə hələ
indi də (Arrandakı ərəblərin) əksəriyyətini təşkil edən rabiiləri bütün
ərazilərdən köçürtdü. Ondan [YəziddənJ sonra, Zeyd ibn Xəttab
əl-Ədavinin nəslindən olan Abdul Kəbir ibn Abdul Həmid hakim
təyin edildi, o da [Arrana] Diyar Modar əhalisindən ibarət bir dəstə ilə
oraya get-
di".549
Au-randa rəbiilərin demək olar ki, həmişə çox olduğunu qeyd
etməliyik. Onlar Bərdə, Şamaxı və Şarvanda məskən salırdılar. Yeri
gəlmişkən, misal olaraq göstərək ki, vaxtilə (iraqdakı) Xillidən
gəlmiş rəbiilər Azərbaycan SSR-in indiki rayon mərkəzi Xillidə
məskən salmışdılar. İraq Xillisində rəbiilərin müstəqil əmirliyi var
idi. Onların həmqəbilələri isə Arran Şarvanında demək olar ki, eyni
vaxtda ilk müstəqil Şirvanşahlar sülaləsini yaratmışlar.
Tez bir
zamanda istər Azərbaycanda, istərsə də Arranda məskən
salanların demək olar ki, hamısı həm şimaldakı, həm də cənubdakı
ərəb tayfaları oldular. Bu tayfalar həmişə bir-biri ilə düşmənçilik
etdiklərinə görə, aradan çox keçmədən onların köhnə ədavəti burada
da yenidən başlandı. Ancaq Azərbaycanda və Arranda bu ədavət
yaxşı torpaq və biçənəklər üstündə daha bərk qızışırdı.
Bu vəziyyət xəlifələri və mərkəzi hakimiyyəti əsla narahat
etmirdi, çünki onlar, hələ müxtəlif konfederasiyadan olan tayfalar bir
yana qalsın, hətta qohum tayfaları birləşdirməkdə deyil, əksinə onları
parçalamaqda daha maraqlı idilər.
IX əsrin birinci yarısının axırlarından başlayaraq. Xilafətin bu iki
zəngin ucqarında feodallaşma prosesi xeyli sürətləndi və bu proses
mütəğəllib®^° adlanan böyük bir sinfin meydana gəlməsinə səbəb
oldu. Bu zaman tayfalar arasındakı ədavət böyüyüb əsl silahlı
toqquşmalara çevrilirdi, çünki mütəğəllib- lər Xilafətdən tamamilə
ayrılmağa can atmağa başlamışdılar. Tayfalar arasındakı bu
toqquşmalar xəlifə Harun-ər-Rəşidin dövründə kəsildi, çünki o
Azərbaycanın və Arranın idarə olunmasını Yəzid ibn Məzyəd
Şeybaninin əlində cəmləşdirdi. Yəzid hər iki əyalətin canişini
olandan sonra "camaat sakitləşdi, o da ölkədə qayda-qanun yaradıb
nizariləri yəmənlilərlə bərabərləşdirdi".®^^ Çünki göründüyü kimi,
burada yəmənlilər nizarilərə nisbətən daha böyük hüquqlara malik
idilər. Şimal tayfaları
153