ilə cənub tayfalarının vəziyyətini bərabərləşdirmək üçün Yəzi- din
məhz nə kimi tədbirlər gördüyü barədə Yəqubi məlumat vermirsə də,
ehtimal edə bilərik ki, cənub və şimal tayfalarına eyni dərəcədə
yararlı torpaq verilməsi görülən tədbirlər sırasına daxil idi.
Şimali və cənubi ərəb tayfaları arasında sonralar yeni toqquşma
və vuruşmalar baş verdiyini bilmirik, çünki görünür, heç bir orta əsr
müəllifi bu barədə məlumat vermir.
Harun ər-Rəşidin dövründə Azərbaycana və Arrana köç axını
kəskin surətdə azaldı. Yəqubi bildirir ki, bircə dəfə ərəblər əvvəlcə
əl-Cəzirəyə, sonra da, ola bilər ki, şimala — Arrana köçmüşlər.
Xəlifə Məmun (809—813) Yəzid əş-Şeybaninin oğlu Xalidi Arran
hakimi vəzifəsinə təyin tdikdə, o, "İraq həbsxanalarında olan öz
həmqəbilələrinin (rəbiilərin) hamısını azad edərək, özü ilə
əl-Cəzirəyə apardı və burada ona qoşulan çoxlu rəbiilərlə birlikdə öz
yoluna davam etdi".^®^
Fikrimizcə, bu, Arrana köçüb o zaman rəbii əmirləri Məz-
yədilərin iqamətgahı hesab olunan Bərdə rayonunda məskunlaşan
ərəblərin son qrupu idi, çünki Harun ər-Rəşidin dövründə başlanıb
Məmunun hökmranlığı dövründə ən yüksək nöqtəyə çatmış
xürrəmilər üsyanı, habelə bütün Ərəbistan yarımadasının və bir çox
digər torpaqların Xilafətdən ayrılması ərəblərin Zaqafqaziyaya
mühacirətinə təsir göstərmiş və onu tamamilə dayandırmışdı.
Qeyd etdiyimiz kimi, rəbatlar hərbi-strateji və iqtisadi cəhətdən
ən mühüm sayılan yollarda, xüsusilə əsas ticarət yollarının üstündə
salınan şəhərlərdə, qala və məntəqələrdə yerləşirdi. Bu məntəqələr
mühacir ərəb icmalarının məskəninə çevrilmişdi.
Vaxtilə ərəblərin məskən saldıqları yaşayış məntəqələrinin
adlarında indiyədək "ərəb" sözü qalmışdır. Həmin kəndlərin əhalisi
indi də özünü "ərəb" adlandırır və bunlar antropoloji cəhətdən
başqalarından aydın fərqlənirlər. Bunların dəvəçilik peşəsi səhra
əhalisindən, daha doğrusu. Ərəbistan yarımadasının əhalisindən
qalmışdır. Həmin kəndlərdə yaşayanların dediyinə görə, keçən əsrin
ortalarınadək onların bir hissəsi korlanmış ərəb dilində
danışırdı.®®^ Bu kəndlər Xilafətin məhz şimal sərhədləri boyunca,
əsas orta əsr ticarət yolları üzərində yerləşirdi.
Şərqdən qərbə doğru həmin kəndlər Azərbaycan SSR-in
aşağıdakı rayonlarında y e r l ə ş i r . Q u b a — Ərəbli, Ərəbkey-
muraz, Ərəbdəhnə Ərəbhacı; Şamaxı — Ərəblər, Ərəbuşağı,
154
Ərəbqədim.®®® Ərəbşamlı, Ərəbşahverdi; Kürdəmir — Ərəbqi-
yaslı, Ərəbçəltikçi, Ərəbsarvan; Göyçay — Ərəbcəbirli, Ərəb- xana,
Ərəbmehdibəy,
Ərəbşahverdi;
Salyan
—
Ərəbbəbirxan,
Ərəbqardaşxan; Lənkəran — Ərəb; Ağdaş — Ərəb, Ərəbkukel,
Ərəbbəsrə, Ərəbocaq, Ərəbşəki, Ərəbşeyx; Laçın — Ərəb, Ərəbli;
Gədəbəy — Ərəbli və bir çox başqaları.
Biz, ancaq ayrıca ərəb adı daşıyan kəndləri bir-bir sadaladıq.
Ətraflı toponomik tədqiqat işi görülərsə, belə kəndlərin sayı,
şübhəsiz, artar.®®®
VII—IX əsrlər ərzində ərəb tayfalarının Azərbaycanda məskən
salması və Azərbaycan əhalisi içərisində bunların iz buraxması
məsələsi, hələ P.K.Juze qeyd etdiyi kimi, "yalnız alim
antropoloqların, dilçilərin, maddi mədəniyyət və xalq təsərrüfatı
tarixini yaxşı bilən adamların birgə səyi ilə" elmi surətdə həll oluna
bilər.®®^
Gördüyümüz kimi, ərəb mühacirləri Muğan, Şirvan və Arranda
geniş ərazi tutmuşdular. Ərəblər həm qədim Bərdə, Beyləqan,
Dərbənd və Şamaxı, həm də yeni salınmış Kasal və Mütəvəkkilliyyə
şəhərlərində yaşayırdılar.®®® Bəs onda nəyə görə külli miqdarda
ərəbin Azərbaycanda və Arranda yaşaması və burada ərəb dilinin
geniş
yayılması
Azərbaycan
əhalisinin
ərəbləşməsi
ilə
nəticələnmədi? Görünür, əsasən, ərəblərin və Arran əhalisinin
müxtəlif dinlərə etiqadı buna mane oldu. İşğalçıların dili
Azərbaycanda, həm də bütün Zaqafqaziyada (Dağıstan daxil
olmaqla) müxtəlif millətləri bir-birinə bağlayan beynəlxalq bir dil
olmuşdu. Burada yerli dillərlə — fars, arran (alban), gürcü və erməni
dilləri ilə yanaşı, ərəb dilində də danışırdılar. İstəxri qeyd edir ki,
"Azərbaycan, Ermənistan və Arranın dili fars və ərəb dilləri idi, lakin
Dvin və onun ətrafındakı əhali ermənicə, Bərdə ətrafında əhali isə
albanca danışırdı”.®®®
Ola bilsin ki, Arran əhalisinin (albanlar) bir hissəsi çox tez
ərəbləşməyə məruz qalıb ərəblərlə qaynayıb-qarışmış, sonra- lar,
yəni səlcuq türkləri gəldikdən sonra ərəblərlə birlikdə türkləşməyə
məruz qalmışlar. Arranın dağ rayonlarında yaşayan albanların digər
bir hissəsi isə erməniləşməyə məruz qalmışlar.
Fikrimizcə, deyilənlərin hamısı belə bir faktı izah edə bilər ki,
vaxtilə Göycə gölündən Dərbəndədək böyük bir ərazidə yaşayıb, öz
kilsəsi, padşahları, knyazları, özünəməxsus mədəniyyəti olan
albanlar kimi böyük bir xalqdan, indi Azərbaycan SSR-in
şimal-qərbində yaşayan və bilavasitə albanların nəs
155
lindən olan bir neçə min udin istisna olmaqla, demək olar ki, heç bir
iz qalmamışdır. İstilaçı ərəblər və yerli Arran knyazları tədriclə
yaxınlaşmış və nəhayət, bu knyazlar o dərəcədə ərəbləşmişlər ki,
xalis ərəb, müsəlman adları daşımağa başlamış, ərəb dili və
mədəniyyətini qəbul etmişlər, belə ki, bu və ya digər feodalın hansı
millətə və ya dinə mənsub olduğunu müəyyən etmək çətin
olmuşdur.'’®'* İstilaçı ərəblərdən asılı vəziyyətə düşmüş digər
xalqların tarixində də eyni mənzərəni görmək olar. Lakin
Azərbaycan və Arranın yerli əhalisi ilə ərəblər arasında tədricən
əmələ gəlmiş siyasi və mədəni yaxınlaşma, məsələn, İspaniyada baş
verdiyi kimi, mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq
səviyyəsində olmadı. Ərəblərlə Azərbaycan və Arran əhalisi arasınd
başlanan yaxınlaşma prosesi əvvəlcə səlcuqların, sonra da
monqolların hücumu ilə çox tez bir vaxtda dayandırıldı.
Azərbaycandakı ərəblər, ərəb mədəniyyəti mərkəzləri ilə əlaqəni
itirdikdən sonra, tədriclə ana dili və adətlərini unutmağa, yerli türk
əhalinin dilində danışmağa başladılar, onlarla qaynayıb-qarışaraq,
onların həyat tərzini, geyimlərini, yeməklərini, məskən və şairəni
qəbul etdilər. Bunların hamısına onların ümumi dini olan islam
dininin də köməyi az olmadı.
Ərəblər yerli əhalİ ilə o dərəcə qarışdılar ki, hal-hazırda
Azərbaycanda əhalisi ərəb dilində danışan heç bir yaşayış məntəqəsi
qalmamışdır.®®*
Azərbaycan və Arranda məskən salmış istilaçı ərəblərin nə
vaxtdan etibarən ana dilində danışmamağı barədə suala cavab
vermək çox çətindir, çünki köçmüş ərəblərin öz dillərini mühafizə
edib saxlamaları "həmin vilayətdəki ərəb ünsürünün ümumi sayından
asılı idi".®®** P.K.Juze belə güman edir ki, burada həmin proses
XV əsrdən tez baş verməmişdir; həm də bu məsələdə P.K.Juze Orta
Asiya və Əfqanıstanla müqayisə aparır, çünki həmin yerlərdə
ərəblərin bir hissəsi bu günədək ana dilində danışırlar.®®®
Azərbaycan əhalisinin türkləşməsi məsələsi, illər boyu davam
etmiş bu prosesin başlanğıcının tədqiqi olduqca mürəkkəb bir işdir və
bu məsələ indiyədək həll edilməmişdir. Bəzi tədqiqatçıların fikri ilə
razılaşıb, türkləşmənin XI—XII əsrlərdə baş verdiyini qəbul etmək
səhv olardı.®®** Türkləri Azərbaycan ərazisinə kənardan gəlmiş bir
ünsür hesab etmək də səhvdir, çünki onda yerli böyük və çox yığcam
türk tayfalarının varlığına göz yumulur.
Türkləşmə prosesi yalnız türk aborigenlərin cənubdan gə
156
Dostları ilə paylaş: |