Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə49/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   45   46   47   48   49   50   51   52   ...   107

tbn  Hövqəl  (səh.  393)  bildirir:  Abeskundan  Xəzər  ölkəsinə  —  300  fər-  səx, 
Təbəristandan Bab ül-Əbvaba — bir həftə, İtildən Səməndərə — 8 gün. Səməndərdən 
Bab ül-Əbvaba — 4 gün yoldur. 
Sərir padşahlığı ilə Bab ül-Gbvab arasında — 3 gün yoldur. 
İtildən  Burtaslar  hüdudunun  başlanğıcına  —  20  gün:  bu  hüdudların 
başlanğıcından  onun  son  hüdudlarına  təqribən  —  15  gün,  Burtaslar  (ölkəsindən) 
peçeneqlərə — 10 gün, İtildən peçeneqlərə — bir ay, İtildən Bulqar çöllərinə təqribən 
— bir ay, su yolu ilə isə iki ay, Bulqardan Rum hüdudlarının başlanğıcına təqribən — 
10 gün, Bulqardan Kuyabaya təqribən — 20 mənzil yoldur. Peçeneqlərdən başqırdlara 
~ 10 gün və başqırdlardan Bulqa- ra — 25 mənzildir. 
İdrisi  (səh.  337)  bildirir:  İtildən  Səməndərə  — 
8
  mənzil.  Səməndərdən  Bab 
ül-Əbvaba — 4 mənzildir. 
Təbəristandan Bab ül-Əbvaba, küləyin istiqamətində hərəkət etməklə, 7 mənzil; 
külək olmazsa — 9 mənzil yoldur, 
8. VIII—IX əsrlərdə Azərbaycanda 
etnogenez problemi 
İslamın  başlanğıc  dövründə  hər  hansı  ərəb  tayfasının 
Azərbaycana  köçməsi  haqqında  ərəb  tarixçilərinin  heç  birində 
məlumata rast gəlmirik. Bu cəhət bizə əsas verir iddia edək ki, həmin 
dövrdə istilaçılar üçün yeni olan ölkələrdə onların vəziyyəti möhkəm 
olmadığına  görə  bu  ölkələrə  əhali  köçürdüb  yerləşdirməyin 
qeyri-mümkün olduğunu hesab edən ərəblər yeni ölkələrdə yalnız iri 
şəhərləri  və  qovşaq  məntəqələrini  işğal  edərək,  bunlarda  rabitə 
yollarını qorumaq üçün kiçik qarnizonlar®^® saxlayırdılar, qoşunun 
əsas  hissəsi  isə  ərazi  tamamilə  ərəblərin  əlinə  keçənədək  ölkənin 
içərilərinə doğru irəliləyirdi. 
Ərəb  qoşunlarında  hər  birləşmə  hərbi  səfərlərdə  və 
müharibələrdə  dörd  il  ərzində  iştirak  edirdi.  Bundan  sonra  ordu 
toplandığı doğma yerinə qayıdır, onun əvəzində isə sonrakı dörd il 
üçün  yeni  ordu  göndərilirdi.  Təbərinin  verdiyi  məlumata  görə, 
ərəblərdə  bu  qayda  yeni  Ölkələrin  işğalının  başlanğıc  dövründə 
mövcud idi. "Kufə qoşunlarının hərbi səfər etdiyi vilayətlər Rey və 
Azərbaycan idi. Bu iki diyarda Kufə əhalisindən on min döyüşçü var 
idi  və  bunların  altı  mini  Azərbaycanda,  dörd  mini  isə  Reydə 
yerləşdirilmişdi. Bu zaman Kufədə qırx min nəfərlik qoşun var idi. 
Bunlardan  hər  iki  diyara  edilən  səfərlərdə  yalnız  on  min  döyüşçü 
iştirak edirdi, beləliklə, hər bir əsgər hərbi səfərdə dörd il ərzində bir 
dəfə iştirak edirdi".®^® 
İstila edilmiş ölkələrə ərəblərin köçməsi və bu ölkələrdə məskən 
salması  yalnız  həmin  ölkələr  tamamilə  işğal  ediləndən,  yeni  ələ 
keçirilmiş  ərazidə  ərəb  hakimiyyəti  möhkəmləndikdən  sonra 
başlandı. 
148 


Başqa ərazilərin əhalisinin Azərbaycana ilk dəfə köçüb gəlməsi 
haqqında  Bəlazuri  məlumat  verir:  "Valid  ibn  Uqbə  Azərbaycana 
gələndə  əl-Əşəs  ibn  Qeys  də  onunla  idi.  Valid  Azərbaycanı  tərk 
edərkən  əl-Əşəsi  Azərbaycanın  hakimi  təyin  etdi.  Lakin 
[Azərbaycan]  müqaviləni  pozdu  (üsyan  etdi  —  Z.B.)  və  [əl-Əşəs] 
Validdən kömək istədi, o da Kufə əhalisindən təşkil olunmuş böyük 
bir  ordunu  onun  üçün  göndərdi.  Əl-Əşəs  ibn  Qeys  [üsyançıları] 
bağdan-bağa  təqib  edərək  [Azərbaycanı]  Xuzeyfə  və  Uqbə  ibn 
Ferqədin bağladıqları müqavilə şərtləri əsasında itaətə gətirdi, sonra 
təqadüd  (əta)  alan  və  divan  [hesabında]  sayılan  ərəbləri  oraya 
köçürdü və onlara əmr etdi ki, əhalini islama dəvət etsinlər". 
Əməvi  xəlifələri  ilk  ərəb  müstəmləkəçilərinə  Azərbaycanda 
torpaq verib onları oturaq həyat tərzinə keçirməklə, eyni zamanda iki 
məqsədə  nail  olurdular:  birincisi,  xəzinəni  təqaüd  vermək 
xərclərindən  azad  edir  və  ikincisi,  yeni  tutulmuş  vilayətlərdə 
ərəblərin  hakimiyyətini  möhkəmləndirirdilər.  Lakin  əvvəllər 
köçənlər  yalnız  ayrı-ayrı  şəxslərdən  ibarət  olduğu  halda,  tezliklə 
bütöv tayfalar yeni torpaqlara köçməyə başladılar. 
Bəlazuri  bildirir:  "Ərəblər  Azərbaycanı  tutduqdan  sonra  iki 
mahaldan  [Kufə  və  Bəsrədən]  və  Suriyadan  ərəb  tayfaları  oraya 
getdilər və onlardan hər biri bacardığı qədər [torpaq] tutdu. Bəziləri 
isə  ərəb  olmayanların  [əcəmlərin]  torpağını  satın  alırdılar.  Bundan 
əlavə, kəndləri qorumaq onlara həvalə olundu və beləliklə də, həmin 
kəndlərin əhalisi onların qulluqçusu oldu".®^^ 
Bu  xəbəri  verən  müəllif  hansı  tayfanın  birinci  olaraq 
Azərbaycana  köçməsi  və  hansı  tayfanın  harada  məskən  salması 
haqqında  məlumat  vermir.  Aydındır  ki,  Azərbaycana  köçən  ilk 
tayfalar müəyyən bir qrupa mənsub olmayıb, şimal, orta Ərəbistan və 
cənub  tayfalarından,  yəni  qeysilər,  nizarilər  və  qəhtanilərdən  ibarət 
idi.  Yəqubinin  dediyinə  görə.  Abbasilər  hakimiyyət  başına 
keçməzdən əvvəl, Azərbaycana yalnız şimal tayfalarından Rəbiə və 
Mudar  nizariləri  k ö ç ü r d ü l ə r . H ə m i n   əl-Əşəs  Azərbaycanın 
hakimi  olanda,  "təqaüd  alan  ərəblərin  müəyyən  qismini  Ərdəbilə 
köçürdü". 
Ərəb  tayfalarını  Arrana  köçürmək  məsələsində  isə  vəziyyət 
başqa  cür  oldu.  Bu  ölkə  ərazisinə  soxulan  ərəb  orduları  burada 
xristianlara  (əhl  əl-kitab)  rast  gəldilər;  ərəblərin  bunlarla 
münasibətləri  isə  tamamilə  başqa  cür  qurulurdu.  Bundan  əlavə, 
ərəblər  Arranı  istila  edərkən,  ölkəni  öz  nəzarəti  altında  saxlayan 
qüdrətli düşmənlə — xəzərlərlə qarşılaşdılar. 
149 


Yüz  ildən  artıq  davam  edən  ərəb-xəzər  müharibələri  ərəbləri 
məcbur  etdi  ki,  xristian  ölkəsində  öz  ağalıqlarını  möhkəmlətmək 
üçün istehkamh məntəqə və şəhərlərə ciddi diqqət yetirsinlər. Ərəblər 
Arranm bütün strateji cəhətdən mühüm məntəqələrində qarnizonları 
olan  möhkəmləndirilmiş  hərbi  məskənlər  (rə-  batlar)  yaratmağa 
başladılar.  Bu  qarnizonların  maddi  cəhətdən  təminatı  yerli  əhalinin 
boynunda ağır bir yük idi. 
Rəbatlarda  başlıca  olaraq,  xəlifədən  maaş  almayan  və  "mü- 
tatəviyyə"  adlanan  qoşun  toplanırdı.  Həmin  yerlərdə  bütöv  tayfalar 
məskən  salıb  yerli  əhaliyə  məxsus  ən  yaxşı  yerləri  tutur  və  qəbilə 
ağsaqqallarını  məcbur  edirdilər  ki,  istehkamh  yerləri  onların 
ixtiyarına versinlər. Onlar həmin adamların qadın və uşaqlarını girov 
götürürdülər ki, onların əleyhinə çıxmasınlar. 
Arran  əhalisinin  torpaqlarını  tutan  ərəblərin  bu  torpaqları  öz 
əsgərlərinə  verdiklərini  ərəb  tarixçiləri  də  təsdiq  edirlər.  Bəlazuri 
bildirir  ki,  ərəblər  Dərbəndi  aldıqdan  sonra  dərhal  Xilafətin  şimal 
hüdudlarında  bu  şəhərin  hakim  mövqe  təşkil  etdiyinə  diqqət 
yetirdilər.  Buna  görə  ərəblər  Dərbənddə  Xilafət  torpaqlarını 
xəzərlərin hücumundan qorumağa qadir olan çox güclü bir qarnizon 
saxlayırdılar.  Bunun  üçün  "Məsləmə  [ibn  Əbd  ül-Malik]  Bab 
ül-Əbvab şəhərinə Suriya əhalisindən iyirmi dörd min əsgər köçürdü 
və onlara müəyyən məbləğdə maaş (əta) təyin etdi".®®® 
Ərəblər  Bərdə,  Beyləqan,  Qəbələ  və  digər  Arran  şəhərləri 
ətrafındakı torpaqları da eyni qayda ilə tutmuşdular. Bundan əlavə, 
ərəblər Arranda Kasal (Qazax)®®® kimi yeni istehkamh şəhərlər və 
şimal  sərhədləri  boyunca  məntəqələr  qururdular.®®^  Bütün  bu 
yerlərdə  ərəb  qarnizonları  rəbatların  ətrafındakı  kəndlərin  hesabına 
yaşayırdı,  çünki  ərəb  əsgərlərinin  yerli  əhalinin  mənzillərində 
qalması  həmin  əhalinin  istismarından  başqa  bir  şey  deyildi.®®® 
Vaxtilə V.V.Bartold bu cəhəti düzgün qeyd etmişdir: "Ərəblərin istila 
edilmiş  ölkələrə  mühacirəti,  əvvələn,  xəlifə  canişinləri  üçün  hərbi 
ordugahların  qurulması,  ikincisi,  bədəvi  qəbilələri  tərəfindən 
müəyyən ərazilərin tutulması şəklində ifadə olunurdu. Ordugahlar tez 
bir  zamanda  şəhər  həyatının  mərkəzi,  başlıca  olaraq  ümumi 
müsəlman mədəniyyət növünün yarandığı bir yer olurdu",®®® 
Beləliklə,  rəbatİ8u*ın  vəzifəsi  müəyyən  rayonda  Xilafətin 
hakimiyyətini möhkəmləndirmək, sərhədləri qorumaq, yerli əhalinin 
baş  verə  biləcək  çıxışlarını  yatırtmaq  və  vergi  toplanmasını  təmin 
etmək idi. Rəbat komandirləri eyni zamanda hə- 
150 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə