lən oğuzlar və
şimaldan gələn qıpçaqlarla qarışması nəticəsində, bu
axırıncıların assimilyasiyasından sonra başlandı və getdikcə
sürətlənib XI—XII əsrlərdə başa çatdı. Azərbaycan və Arran
ərazisində müasir Azərbaycan millətini əmələ gətirən türkdilli
Azərbaycan xalqının təşəkkül tapması ilə nəticələndi.
İndiki Azərbaycan ərazisində türk tayfalarının varlığını Orta əsr
mənbələrinin bilavasitə və dolayı yol ilə verdiyi məlumat əsasında
aydınlaşdırmaq olar. 576-cı ildə külli miqdarda sabir hunnları Gəncə
(Sakaşen) sahəsinə köçürülmüşdü,^®® beləliklə də, Kür və Araz
çayları arasındakı yerlərdə hunnlar Ölkəsi əmələ gəlmişdi.®®®
Ərəb müəllifləri bu hunn başçılarını "tarxan" adlandırırdılar.®®^
Hələ V əsrdə indiki Azərbaycan ərazisində məskən salan çox
böyük türk tayfalarından biri Muğanda yerləşmiş Tıunn- lardan
ibarət olmuşdur ki, müasirləri olan tarixçilər onları türk
adlandırır.®®® Rəvayətə gÖrə, bu hunnlar Muğanın cənubunda
Ağhun (ərəbcə Balasaqun) şəhərini salmışlar.®®®
Ermənidiüi mənbələrdə hunnları xaylantürklər adlandırırlar.®'®
IV əsrin ikinci yarısındakı hadisələri qeyd edən Favstos Buzand da
Zaqafqaziya zonasında hunnların və digər türklərin mövcud
olduğunu bildirir: "O zaman Maskut padşahı Sa- nesan bərk
qəzəblənərək, öz qohumu erməni padşahı Xosrova ədavət bəslədi və
qoşunların hamısını — hunnları, paxlan, ta- vasparları, xeçmatakları,
ijmaxları, qotları, qluarları, quqar- ları, şiçbləri, gilbləri, balasiçləri,
yegersvanları və saysız-hesabsız digər müxtəlif köçəri tayfaları,
tabeliyində olan külli miqdarda qoşunları topladı, öz sərhədi olan
böyük Kür çayını keçərək erməni ölkəsinə sel kimi basqın etdi...
Onlar bütün erməni ölkəsinə sel kimi axışıb gəldilər, onu dağıtdılar,
hər yerə doluşdular, ölkəni tamamilə viran etdilər və kiçik Satal
şəhərinədək, Atrpatakan hüdudundakı Qandzakadək bütün ölkəyə
yayıldılar ".®^^
Azərbaycan və onunla qonşu vilayətlərin ərazisində türk
tayfalarının mövcudluğu bir
daha onunla sübut olunur ki,
bu tayfalar
xəzərlərin basqınları zamanından bəri burada yerləşmişdilər. Məlum
olduğu kimi. Xəzər xaqanlığı tərkibində türkdilli tayfalar böyük yer
tuturdular, xəzərlərin özləri də, ehtimal ki, ayrıca bir türk qrupuna
mənsub idilər®^^ [orta əsr ərəb tarixçilərinin, demək olar ki, hamısı
çox vaxt , xəzərləri türk adlandırır]. Sasani padşahı Qubadın
hökmranlığının son illərinədək Şimali Azərbaycan xəzərlərin əlində
olduğu və on-
157
larm içərisində türklər böyük yer tutduğu üçün^^® ərəblər çox vaxt
bu
ölkələri
Azərbaycanla
birlikdə
"xəzərlər
ölkəsi"
adlandırırdılar.®'^'* İbn Əsam əl-Kufİ bildirir ki, Araz vadisində
Beyləqan və Varsan®’'^ zonasında türk dili yayılmışdı.®^®
Orta əsr müəlliflərinin Varsan haqqında verdiyi məlumat
xüsusilə təqdirəlayiqdir.®^^
Erməni mənbələrində, müxtəlif lüğətlərdə, qədim tarix
salnamələrində "varsan" sözü (varsak, varsaz) müxtəlif şəkildə izah
edilir. Mənbələrdə "varsak" sözü yer adını, türk tayfasını və bu
tayfaya aid əşyanın adını bildirir.
"Şəms əl-Lüğət"in müəllifi "varsan" sözünü
izah edərkən qeyd
edir ki, onun 2 mənası var; [Varsan] yer adıdır. Cəbəli®'^® deyir;
"Sən Varsana çoxlu ordu və böyük qoşun çəkdin".®'^® "Fərhəng-i
Cahangiri" də eyni izahatı verir: "Varsaz" yer adıdır.-®®® "Bürhan-i
qati" lüğətinin müəllifi "varsaz" sözünü "yer adı, yer və vilayət adı"
kimi izah edir.®®’
Gördüyümüz kimi, bütün bu mənbələr "varsaz" sözünün
mənasını ölkə, vilayət və yer adı kimi müəyyən edir. Bəs bu hansı
ölkə, vilayət və yerdir? Fikrimizcə, mənbələrdə təsadüf edilən
"varsan" sözü bizim "varsaz"la əlaqədardır. Şəmsəddin Saminin
lüğətində deyilir ki, "Varsan" — bütün Azərbaycana və ya onun bir
hissəsinə verilən addır.®®^ Bu izahat ərəb müəlliflərinin Varsan
haqqındakı məlumatı əsasında verilir.®®® Beləliklə, mənbələrin
verdiyi məlumata əsasən, Varsan Ölkəsinin adı həm "Varsaz", həm
də "Varsak" şəklində oxunurdu.
"Varsak" sözünün ikinci mənasına gəldikdə, qeyd etmək
lazımdır ki, mənbələrdə bu söz tayfa və qəbilə adı mənasında da
işlədilmişdir. V.V.Radlov "Varsak" sözünü izah edərkən, onun digər
mənalarından başqa, qeyd edir ki, bu söz "tatar" (türk) tayfalarından
birinin adını "bildirirdi".®®'*
"Türkcə-fransızca lüğət"in müəllifi D.Kelekyan "Varsak"
sözünün tatar tayfasının adı olduğunu göstərir.®®®
Bundan sonra yaranmış Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi- lər
dövlətlərinin tarixinin tədqiqatçıları da eyni fikri irəli sürürlər.®®®
Türk (xəzər) ünsürlərinin sürətlə yayılmasından və irana tabe
olan torpaqları tuta biləcəklərindən narahat olan I Xosrov Ənuşirəvan
Azərbaycanı və Cənubi Qafqazı xəzərlərin əlindən aldı. Sasanilər
imperiyasının sərhədlərini Dərbəndədək uzatdı, bu ölkələrdə
türklərin təsirini azaltmaq üçün dərhal burada etibarlı İran
qarnizonları yerləşdirməyə başladı®®'^.
158