Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə57/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   53   54   55   56   57   58   59   60   ...   107

Yəzid  ibn  Məzyədin  əl-Vəlid  üzərindəki  qələbəsi  Harun 
ər-Rəşidin  ona  olan  münasibətini  dəyişdirdi;  o,  Yəzidi  özünə 
yaxınlaşdırdı  və  ona  hörmət  göstərməyə  başladı.  Yəzidin  şöhrəti 
bütün  Xilafətə  yayıldı  və  şair  Müslim  ibn  əl-Vəlid  onun  şərəfinə 
mədhiyyə yazdı: 
Əgər Yəzidlə onun ilkin igidlikləri olmasaydı, 
Mürtəd Vəlid hələ çox yaşayardı! 
Lakin xəlifə, bədən və başları İkiyə bölən Bənu Matardan 
birisinin qılıncını çıxartdı. 
O, (Yəzid) Xilafət və İslamı qorudu. 
Onları elə möhkəmlətdi, necə ki, aslan Qoruyur 
balalarının yuvasını hər an 
(Yəzid) bir ölümdür ki, Harun (ər-Rəşid) ən çətin anlarda Düşmənlərinin 
üstünə onu göndərir, 
Vəli di öldürmüş bən Matardan elə hir qəhrəman ki
Ağır günlərdə təhlükə ona ancaq cürət artırır. 
Xilafətdən söhbət gedəndə, sən, ey Yəzid. 
Olımsan onun dayağı, 
Abbasilər də—onun hökmdarları.' 
"Onun  (Yəzidin—Z.B.)  gəlməsi  ilə  xalq  sakitləşdi  və  ölkədə 
qayda-qanun  yarandı.  O,  nizariləri  yəmənlilərlə  bərabərləşdirdi, 
padşahların  (müluk)  və  patriklərin  oğulları  ilə  məktublaşıb  onlara 
böyük ümidlər verdi. Ölkə də sakitləşdi”.'^® 
Yəzid  ibn  Məzyəd  ömrünün  axırınadək  Azərbaycanda  (Bər- 
dədə)  qaldı,  185  (801)-ci  ildə  öldü  və  Bərdədə  basdırıldı.''® 
Beləliklə,  Şirvanın  birinci  rəsmi  məliki  (padşahı),  eyni  zamanda 
Azərbaycan, Ermənistan, Arran və Dərbənd hakimi olan Yəzid ibn 
Məzyəd  əş-Şeybani  olmuşdur.  Lakin  bundan  xeyli  əwəl  "Şirvan 
məliki  [padşahı]'""  Şamax  ibn  Şüca  adlanırdı; 
0
,  xəlifənin  canişini 
Səid ibn Səlmin hökmranlığı zamanı mərkəzi hakimiyyətin itaətindən 
çıxmışdı.'® 
Yəzid ibn Məzyədin Ölümündən sonra üç oğlu qalmışdı: Əsəd, 
Xalid və Məhəmməd.'® Lakin sikkələrə görə fikir yeridilərsə, Yəzid 
hələ sağlığında Arranı idarə etməyi öz qardaşı Əhməd ibn Məzyədə 
və  oğlu  Əsəd  ibn  Yəzidə  tapşırmışdı.  Y.A.Pa-  xomovun  verdiyi 
məlumata görə, Əhməd cəmi bir ilə yaxın hökmranlıq etdi (800-cü 
ildə);  bundan  sonra  Arranın  hakimiyyəti  Əsədə  keçir,®°  həm  də 
"atası  öləndən  sonra,  bir  tək  Arranda  deyil,  habelə  Ərminiyədə  və 
Dəbildə Əsədin adı ilə sikkə kəsilirdi".®' Atası öləndən sonra Əsəd 
Harun ər-Rəşid tərəfindən Yəzidin vəzifəsinə təyin edilmişdi, lakin 
Əsədin bu vəzifədə nə qədər qaldığı dürüst müəyyən edilməmişdir. 
Hər  halda.  Əsədin  adı  ilə  kəsilən  axırıncı  sikkə  [802-ci  il]  tarixli 
dirhəmdir.®^ 
172 


Yenə həmin ildə Yəzidin digər oğlu  Məhəmmədin  adı  ilə bir neçə 
sikkə vardır ki, "sonrakı 187 [802/3]-ci ildə bunlar arasında növbə ilə 
davam edir".®^ 
Lakin  Məhəmməd  ibn  Yəzidin  fəaliyyəti  Azərbaycandan 
kənarda  —  Mosulda  və  Tarsusda  xəlifə  Harun  ər-Rəşidin  öldüyü 
809-cu ilə qədər davam etmişdi.®^ 
Xəlifə  Əminin  dövründə  Əsəd  ibn  Yəzid  Azərbaycanın  ilk 
canişini  təyin  edilir.  Bu,  Əsədin  ikinci  hökmranlığı  idi  və  194 
(809)-cü ildə kəsilən dirhəmlər də həmin vaxta aiddir.®® Lakin bir il 
sonra  (196-cı  ildə)  Əsəd,  xəlifə  taxtına  çıxmaq  istəyən  Məmunun 
əleyhinə çıxmaqdan imtina etdiyi üçün, hakim vəzifəsindən çıxarılır 
və  hətta  həbs  edilir.  Bundan  sonra  Əmin  öz  saray  adamlarına 
müraciət  edib  onlardan  soruşur:  "Əsədin  ailəsində  elə  bir  adam 
yoxdurmu  onu  əvəz etsin? Mən heç istəmirəm  onları  [məzyədiləri] 
öz  əleyhimə  qaldırım,  çünki  onlar  keçmişdə  [bizim  xanədana] 
sədaqətlə  xidmət  edib,  bizə  sadiq  olmuşlar".®®  Xəlifəyədigər  bir 
məzyədi  olan  Əsədin  əmisi  Əhmədi  nişan  verdilər.  Əmin  ona  əmr 
etdi ki, ordunun komandanlığını Öz öhdəsinə götürüb Məmuna qarşı 
çıxsın. Ancaq təqribən hamısı rəbiilərdən ibarət olan 12 minlik ordu 
Hülva-  na  çatanda  dağıldı,  Məmun  isə  müqavimət  görmədən 
Bağdada  girdi,  öz  qardaşını  öldürüb  813-cü  ildə  özünü  xəlifə  elan 
etdi. 
Bundan  sonra  mənbələrdə  nə  Əsəd,  nə  də  onun  əmisi  Əhməd 
barəsində  heç  bİr  şey  deyilmir.  Məmun,  xəlifə  sarayının  köhnə 
ənənəsinə  gÖrə,  məzyədilər  xanədanı  nümayəndələrinə  etimad 
göstərirdi,  lakin  820-ci  ilədək  onlar  heç  bir  inzibati  vəzifə 
tutmamışdılar.  Məmun  205  (820)-ci  ildə  Xalid  ibn  Yəzid  ibn 
Məzyəd-əş-Şeybanini  Azərbaycan,  Arran  və  Ermənistan  hakimi 
təyin  etdi  və  o,  təyin  olunduğu  yerə  getdi.®^  Lakin  bu  məlumat 
numizmatik materiallarda təsdiq olunmur, çünki Xalidin adı üstündə 
olan sikkələr yalnız 212 [827]-ci ildə buraxılmışdır.®® 
Xalid ibn Yəzidin bu vəzifəyə təyin olunmasından əvvəl sonrakı 
hadisələr  baş  vermişdi.  Xilafətdə  baş  verən  qarışıqlıqdan,  yəni  iki 
qardaşın — Əmin və Məmunun taxt üstündə mübarizəsindən istifadə 
edərək,  Azərbaycan,  Arran  və  Gürcüstanda  Xilafətə  qarşı  yenidən 
üsyan  qaldırılır.  Bu  zaman  (202/817-ci  ildə)  həmin  vilayətlərin 
hakimi Əbd ül-ƏIa ibn Əhməd əs-Süləıni idi; belə ki, o həm "işgüzar 
deyildi  və  həm  də  hərbi  işlərdən  heç  bir  şey  başa  düşmürdü".  O, 
sanarların  köməyi  ilə  mütəğəllib  Məhəmməd  ibn  Əttab  tərəfindən 
məğlub  edildi.®®  Məzyəd  də  elə  bu  zaman  Mə’munun  yadına 
düşmüşdü. 
173 


Xalid  hələ  Bərdəyə  gedərkən  Səhl  ibn  Svınbatın  vilayəti  olan 
Şəkida itaətdən çıxan əhalinin üsyanını yatırmalı oldu. Xalid Kasala 
(Qazağa) gəlib Məhəmməd ibn Əttabla vuruşmaq üçün hazırlaşmağa 
başladı, lakin o. Xalidin yanına gəlib ondan aman istədi. "Xalid də 
ona  aman  verib  soruşdu:  "Sanarlar  sənə  tabe  olurlarmı?"  "Yox  — 
deyə Məhəmməd cavab verdi, — onlar mənə tabe olmurlar". Onda 
Xalid onların üstünə getdi. Curzanda onlarla bərk vuruşub, qaçmağa 
məcbur  etdi  və  onların  mal-qarasını  tutdu.  Sonra  Xalid  onlara  sülh 
bağlamağı təklif etdi, onlar da sülh bağlayıb 3 min madyan at və 20 
min  qoyun  verməyi  öhdələrinə  götürdülər".Lakin  bir  müddət  sonra 
ona  qarşı  "gürcülər  üsyan  qaldırdılar.  Xalid  bir  müddət  də  onların 
üstünə  getdi  və  orada  sanarlarla  vuruşdu.  Onlara  qalib  gəldi  və 
onlardan  çox  adam  qırdı.  Sonra  onların  içərisindən  bir  qədər  girov 
adam götürdü və onları dara çəkdi. 
Gürcü  və  erməni  mənbələrindən  məlum  olduğu  kimi, 
Məhəmməd  ibn  Əttab  gürcü  knyazları  ilə  onların  yarımmüstəqil 
təbəələri  olan  sanarlar  və  mtiullarla  birlikdə  Xilafətə  qarşı  çıxırdı. 
"Kartlis Sxovreba" həmin hadisələr haqqında belə deyir; "Bu zaman, 
Aşot hərbi səfərə gedəndə, Tevdos onun köməyinə gəldi, Abxaziya 
padşahı Qriqol, onun kürəkəni və Ka- xetiya mtavarı II Leonun oğlu 
Kaxetiyadan  çıxış  etdilər,  burada  mtiullar,  sanarlar  və  Tiflis  əmiri 
[Məhəmməd  ibn  Əttab]  onun  müttəfiqi  idilər...  Bundan  sonra. 
Ərəbistandan gəlib Somxetiyanı, Kartlisi və Heretisi tutan İzidin oğlu 
[Xalid] Aşot Kur opal ata qarşı müharibəyə başladı, ona müqavimət 
göstərməyə  qadir  olmayan  Aşot  Yunanıstana  [Bizansa]  qaçdı, 
anasını, arvadını, həddi-büluğa çatmamış iki oğlunu — böyük oğlu 
Adarnası  və  kiçik  oğlu  Baqratı  da  özü  ilə  birlikdə  apardı.  Onun 
[Aşotun]  dəstəsi,  arvad  və  uşaqları  ilə  birlikdə  bir  az  xidmətçidən 
ibarət idi. Bu Aşot 826-cı ildə öldürüldü".®^ 
Lakin  Xalid  ibn  Yəzid  Xilafət  xeyrinə  böyük  fəaliyyət 
göstərdiyinə baxmayaraq, 217 (832/3)-ci ildə Məmun tərəfindən geri 
çağırıldı,  çünki  canişin  Xalidin  adı  ilə  axırıncı  sikkə  həmin  ildə 
kəsilmişdi.®^  Belə  fəal  canişini  dəyişdirməyə  Məmunu  nə  vadar 
etdiyi aydın deyildir, lakin görünür Xalid Zaqafqaziya feodalları ilə 
Xilafətin  mənafeyinə  zərər  vuran  əlaqələrə  girmişdi.  Bəlazurinin 
verdiyi məlumat bu hadisələri müəyyən qədər aydınlaşdırır. O yazır 
ki,  Xalid  "onlardan  [knyazlardan]  hədiyyələr  alıb,  onları  özünə 
yaxınlaşdırdı  ("özü  ilə  qarışdırdı"  —  xallatuhum  bi-nəfsihi)  və 
bununla  onları  korladı  və  Xaliddən  sonra  Məmunun  təyin  etdiyi 
hakimlərə qarşı cəsarətli etdi".®'* 
174 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə