Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə65/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   61   62   63   64   65   66   67   68   ...   107

Lakin Qoroz qalası alınmaz olduğundan, Babək onu ala bilmədi, 
buna  görə  də  mühasirədə  olanlara  "sülhdən  danışmağa"  başladı. 
Balasakanlıları  təslim  olmaq üçün dilə tuta bilməyən Babək  Bəzzə 
qayıtdı  və  sərkərdələrdən  Rostomu  öz  yerində  qoyub  əmr  etdi  ki, 
"qala ilə vuruşmasın, əksinə, onları (balasa- kanlıları—Z.B.) xoşluqla 
itaətə cəlb  etsin".  Lakin  Rostom Babəkin  əmrini  yerinə  yetirməyib 
Qoroz  qalasına  hücum  etdi,  onda  "qalanın  mərdləri  [əhalisi]  İran 
ordusunu  (yəni  Babəkin  ordusunu—.Z.B.)  böyük  məğlubiyyətə 
düçar etdilər".^” 
Şübhəsiz,  "Ağvan  tarixi"nin  nəşr  edilməmiş  parçasında  adı 
çəkilən  və  840/1-ci  ildə  Yesai  Əbu  Musa  tərəfindən  darmadağın 
edilən  balakanasik  ilə  830/1-ci  ildə  üsyan  qaldıran  balasa-  kanlılar 
eyni  adamlardır.  Bunda  heç  bir  şübhə  ola  bilməz  və  biz  yalnız  bir 
məsələni aydınlaşdırmalıyıq: bəs bu balakanasik kimlərdir? 
V.F.Minorski  yazır  ki,  balakanasik  adım  Beyləqan  adı  ilə 
əlaqələndirmək imkanı onu çox həvəsləndirir, lakin o, Paytaka- ran 
(erm.  əyalət  adı)  ilə  Beyləqan  arasında  filoloji  eyniyyət  olduğuna 
tamamilə yəqinlik hasil etməmişdir.®^ Lakin daha sonrakı mənbə ilə 
tanış  olduqda  V.F.Minorskinin  şübhələri  aradan  qalxır.  Stepannos 
Orbelian  bildirir  ki,  "Balasakan  vilayətinin  əhalisi  Babana  tabe 
olmaqdan  boyun  qaçırtdılar,  buna  görə  də  o,  alban) 
1
  Ablasadm 
köməyi ilə vilayəti rəhmsizcəsinə talayıb viran etdi, hətta qadın və 
məsum uşaqları qırdı".®® Hərçənd V.F.Minorski belə hesab edir ki
Orbelian bu məsələdə səhv buraxa bilər, lakin buna baxmayaraq, o 
inkar etmir ki, Balasakan ilə Beyləqanın yeri bir-biri ilə düz gəlir.®® 
Deyilənlərə bunu da əlavə etmək olar ki, "Ermənistan coğrafiyasında 
Paytakaran 
Muğan 
çölündəki 
Balasacan 
olan 
yerdə 
göstərilmişdir".®'' 
Beləliklə,  balasakanlılar  və  ya  balakanasik  (beyləqanlılar) 
Beyləqan və ya Paytakaran əhalisi idi.®® Babəkin Ablasad, Səhl və 
Yesai  Əbu  Musa  ilə  ittifaq  bağlamış  olmasına  baxmayaraq,  bu 
vilayətin  əhalisi  Babək  əleyhinə  üsyan  qaldırdı,  çünki  Babək,  öz 
fəaliyyətinin  məhz  bu  dövründə,  xürrəmilərin  Xilafətdən  qoparıb 
ayırdıqları çox geniş  ərazi  üzərində təsirli  nəzarət  həyata keçirmək 
iqtidarında deyildi.®® 
Həmin  balasakanlılar  və  ya  beyləqanlılar  pavlikian  ola 
bilərdilər; çünki onlar IX əsrin ortalarınadək elə ciddi bİr qüvvə idilər 
ki,  istər  Babəkin  müttəfiqləri  olan  yerli  knyazlar,  istərsə  Xilafət 
onlarla hesablaşmalı olurdular. 
Sonralar,  ehtimal  ki,  pavlikian  larin  hamısı  və  ya  bir  hissəsi 
qırılıb tükənmək və ya müsəlmanlaşdırılmaq təhlükəsinin 
196 


təsiri altında Beyləqandan Bizansa köçə bilərdi, az hissəsi isə islam 
dinini qəbul edərək, assimilyasiyaya məruz qalmışdı. Bunu aşağıdakı 
fakt  təsdiq  edir:  de  Quye  Kudamanm  əsərlərini  nəşr  edərkən,  ona 
məlum  olmayan  bir  dini  təriqətin  adına  rast  gəlmiş  və  onun 
transkripsiyasını naylakani və ya naykala- ni şəklində vermişdi.®'^ 
Lakin  le  Strenc  bu  təriqətin  adını  bay-  lakani^*  şəklində  oxumağı 
təklif  etdi,  Quye  də  dərhal  bununla  razılaşdı.  Məlum  oldu  ki,  bu 
təriqət  pavlikianlar  təriqəti  idi  və  Kudamanm  əsərində  onların  adı 
"baylakani",  yəni  beyləqanlı-  lar  şəklində  idi,^®  Bundan  əlavə, 
Məsudi  müxtəlif  xristian  kilsələrindən  danışarkən  "baylaqani" 
(əlbəyaliqə)  də  olduğunu  qeyd  edir  və  göstərir  ki,  bunların  hətta 
Abrik qalası adlı öz paytaxtları var idi."*® Başqa bir əsərdə yenə də 
Məsudi belə məlumat verir: "baylakani" (bəyaliqə) təriqəti və onun 
təlimindən danışaq. Bu təriqət xristianlarla atəşpərəstlər arasında orta 
bir  yer  tutur.  Hazırda  onlar  köçmüşlər  və  yunan  milləti  içərisində 
yaşayırlar” 
Bizansda  yerli  hakimiyyət  orqanları  tərəfindən  sıxışdırılan 
pavlikianlar ərəb qoşunlarının işğal etdiyi əraziyə keçdilər və yalnız 
pavlikian qalaları tutulduqdan və Melitenanın ərəb əmiri Ömər ibn 
Abdullah üzərində qələbə çalındıqdan sonra pavlikianların bir hissəsi 
bizanslılar tərəfindən Frakiya və Konstantinopola köçürüldülər. 
Beləliklə,  Albaniyada  Girdiman  və  Beyləqanı  (Balasakan, 
Paytakaran)  pavlikianların  vətəni  hesab  etmək  lazımdır.  Yəqin  bu 
vilayətlər  uzun  zaman,  həm  yerli  feodallara,  həm  də  yadelli 
basqınlara qarşı qüdrətli xalq hərəkatının mərkəzi olmuşdur. 
2. "Xürrəm" termini haqqında 
Azərbaycanda  və  qonşu  ölkələrdə  Abbasilər  xilafətinin 
ağalığına  qarşı  xalqın  geniş  azadlıq  hərəkatı  olan  xürrəmilər 
hərəkatının  meydana  gəlməsinin  dəqiq  tarixi  indiyədək  müəyyən 
edilməmişdir.  Təbəri  Azərbaycanda  xürrəmilər  hərəkatının  b.e. 
778/9'CU 
ilində  başladığını  göstərir.Bu  hərəkatı  dürüst  xarakterizə 
etmək  üçün  "Xürrəm"  və  ya  "Xürrəmdin"  terminini  tədqiq  etmək 
lazımdır. 
"Xürrəm"  adının  mənşəyi  haqqında  mənbələrdə  üç  rəvayət 
vardır.  Bunlardan  ən  qədimi  IX—X  əsrlər  müəlliflərinin  söylədiyi 
rəvayətdir; onların dediyinə görə, bu söz Ərdəbilin yaxınlığında olan 
Xürrəm yaşayış məntəqəsinin adından götü 
197 


rülmüşdür. Bu ənənəni Məsudi/* Yaqut"*® və Sadıq əl-lsfaha- 
ni"*® davam etdirmişlər, onlara istinad edən A.Müller "xür- 
rəm" termininin belə izahını düzgün hesab etmişdir.F.Hit- 
ti,^® D.Marqolius,**® S.Nəfisi,®® Van Floten®* də eyni fikrə tə- 
rəfdar çıxırlar. 
Digər mənbə və tarixçilərin ənənəvi təsəvvürləri buna qar- 
şı çıxmasaydı, "xürrəm" termini mənşəyinin bu cür təfsirində 
ağlabatmayan heç bir şey olmazdı. 
Başqa bir rəvayətə görə, kef çəkən və əyyaşlıq edən adamla- 
ra "xürrəm" deyilirdi. Bu halda "xürrəm" sözü "şən", "şad", 
"şəhvətpərəst" və i.a. mənasında başa düşülürdü. Bu ənənəyə 
biz Səmanidə təsadüf edirik: "Xürrəm-xe-üstündə zəmmə, 
re-üstündə fəthə və təşdid, axırında da mim. Onların dini bun- 
dan ibarətdir ki, onlar istədikləri və ya arzu etdikləri hər işi 
görürlər. Onlara bu adı ona görə vermişlər ki, onlar qadağan 
(haram) nə olduğunu bilmirlər və şərabı, qadınlarla yaşamağı 
və faydalı olub nəşə verən hər şeyi xeyirli (halal) hesab edir- 
lər.®^ 
Orta əsrlərin müəllifləri məzdəkilərə və onların xələfləri 
olan (aşağıya bax) xürrəmilərə isnad verdikləri "arvadların 
ümumiliyi" fikrini ifrat əyyaşlığın ifadəsi hesab edirdilər. 
Mütəhhər əl-Müqəddəsi deyir ki, onların (xürrəmilərin) içəri- 
sində biz elələrini tapdıq ki, onlar qadınların ümumiliyinə yal- 
nız öz razılığı ilə yol verirdilər və onlar ruha zövq verən hər 
şeydən İstifadə edirdilər, ancaq bu şərtlə ki, bundan heç kəsə 
ziyan toxunmasın".®® Əbu Müzəffər İsfəraini yazır: "On birin- 
ci qrupu xürrəmilər təşkil edir, onlar da iki təriqətə bölünür- 
lər: biri islamın meydana gəlməsindən əvvəl var idi və məzdə- 
kilər adlanırdı. Onlar öz aralarında yaxın qohumla evlənməyə 
yol verirdilər. Deyirlər ki, əmlak və qadın məsələsində onların 
hamısı şərikdilər. Ənuşirəvan öz şahlığı dövründə onları məhv 
etmişdir. 
Xürrəmilərin ikinci təriqəti isə islam dövlətində meydana 
gəlmişdir. Bunlar "babəkilər və məzyərilərdir. Bu təriqəti mü- 
xəmmirə və babəkiyyə adlandırırlar, yəni Babək əl-Xürrəmi 
adlı bir adamın ardıcılları, Azərbaycanda meydana gələn bu 
adamın (Babəkin) ardıcıllarının sayı artırdı. Onların hamısı 
yaxın qohumla evlənməyə yol verirlər". Sonra İsfəraini deyir: 
"Hər iki cinsdən olan babəkilər ilin bir gecəsində o dağın ba- 
şında toplanırlar, musiqi və şərabla hər cür pis əməl tuturlar. 
Sonra işığı və odu söndürürlər və onlardan hər biri püşk ilə 
ona düşən qadınlardan birinin yanına gedir" 
54 
198 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə