Amaras yepiskopu Saak, Xoşi yepiskopu Yelizar, Meskoqman
yepiskopu İzrael, Mesirank yepiskopu Zaxari və Girdiman
yepiskopu İohakim® ilə ölkəmizin abadlığı və dinimizin
pravoslavlığı haqqında danışıb razılaşmışlar.
Beləliklə, mən, Şeroy — apoipat patriki, Girdiman hökmdarı və
Alban knyazı, Varaz Qriqor — patriki və Alban spara- peti, Babi
Şaxrperozyan, Varaz-Kurdakyan nəslindən Zər- mihr, Teodoros
Vstam Yarevmanyan, Vaçaqan nəslindən Ros- tom, Varazakyan,
Yunsataxyan, Varaz-Yohanyan nəslindən Vahan, Karoyan nəslindən
Sumbat, Qankaryan nəslindən Maxmat, Rahatyan nəslindən Qriqor,
Hamgitan nəslindən Patrik, Varokyan nəslindən Arevko,
Mərdanşahyan nəslindən Şeroy, Tamdikyan nəslindən ipat Vartiş
erməni tarixinin 88-ci ilində*® bu qərara gəldik:
Siz Xalkedon bidəti və ya Mayraqom barəsində və ya pavli-
kianlar barəsində və ya qohum ilə kəbin kəsmək" və ya ümumiyyətlə,
hər bir məsələ haqqında hər hansı bir tədbir görəndə heç kəsin
ixtiyarı yoxdur ki, sizin əmrinizə tabe olmasın. Əgər bir beləsi
çıxarsa, qoy allahın qəzəbinə rast gəlsin, siz də [onu] öz iradənizlə
mühakimə etməyə vəkilsiniz və knyazlardan heç birinin haqqı
yoxdur ki, bu işə qarışsın; siz qəbul etdiyiniz qərarların üstündə
möhkəm dayanın.
Mən, apoipat patriki, Girdiman hökmdarı və Albaniya knyazı
Şeroy bütün öz azatlarım ilə bu yazının üstünə öz möhürümü
basdım".*^
VII əsrin axırı—VIII əsrin əvvəllərində ərəblər Albaniyada öz
hakimiyyətlərini hələ qurmamış olsalar da, Albaniya üzərinə böyük
bac qoymuşdular. Yerli feodallar, bu bacı verməklə əlaqədar olaraq
öz zərərlərini ödəmək üçün, əhalidən yığılan vergi yükünü daha da
ağırlaşdırmağa başlayanda ölkədə xalq həyəcana gəlirdi ki, bu da,
adətən, nəticədə bidət hərəkatı xarakterini alırdı. Bu hərəkatdan biri
pavlikian hərəkatı idi.
Girdiman yepiskopu Nersesin (Bakur) Albeıniya knyazı I
Varaz-Trdatın arvadı Sparma ilə sazişə gəlib, erməni kilsəsindən
ayrıldığını xəbər alan kimi erməni katolikosunun ciddi təşvişə
düşməsinin səbəbi bu idi ki, müxtəlif bidətlər tez yayıla bilərdi.
Erməni katolikosu İlya bu barədə xəlifə Əbdül-Malikə (685—705)
xəbər verdi və onun köməyi ilə Alban kilsəsini qriqoryanlaşdırmağa
başlamağa müvəffəq oldu. Nerses əzabla öldürüldü. Sparma zindana
salındı.*®
Lakin fikrimizcə, katolikos İlya pavlikian bidətini Albaniyanın
yalnız hakim yuxarı təbəqələri arasında yatırmağa mü
193
vəffəq olmuşdur. Geniş əhali təbəqələri arasında isə pavlikian bidəti
böyük antifeodal hərəkat xarakteri aldı və Alban vilayətlərindən
Girdiman və xüsusilə Balasakan bu cəhətdən fərqlənirdilər.
Movses Xorenski bu iki vilayət əhalisinin həyəcan və
narazılığını qeyd etmişdir; o yazır ki, "Baxasakan ölkələrində" bir
"yalançı nəzəriyyə" çox yayılmışdı və Girdiman vadisində də
"həmin bidətin ardıcılları var idi. Bunu Movses Kaqankat- vatsi də
təsdiq edir.^^
Erməni katolikosu llyanın xələfi katolikos Odzunlu İohann
(717—728) "pavlikianlara qarşı" xüsusi məktub yazmışdır və bu
məktub pavlikianları pisləmiş Dvin kilsə yığıncağının "32
qaydasının" əsasım təşkil etmişdir:
"Pavlikianlar adlanan murdar msxne təriqətçilərinə öz evində
yataq yeri vermək, yaxud onlara qoşulmaq, onlarla oturub-durmaq,
söhbət etmək olmaz, əksinə, onlardan tamamilə uzaqlaşmaq,
iyrənmək və onlara nifrət etmək lazımdır, çünki onlar şeytan balası
və əbədi atəşin közərtiləridir; əgər birisi onlara qoşulub onları
sevərsə və onlarla dostluq edərsə, belələrinə işgəncə və ağır cəza
vermək lazımdır, həm də o qədər ki, onların etiqadları sağlamlaşsın
və möhkəmlənsin. Əgər onlar yenidən belə əmələ qurşansalar, əmr
edirik belələrini vəba xəstəliyinə tutulanlar kimi, xristian kilsəsi
üzvlərindən ayırıb atsınlar".^®
St.T.Melik-Baxşyan, habelə bir sıra digər erraənişünaslar belə
zənn edirlər ki, Dvin yığıncağının qətnaməsində adları çəkilən
pavlikianlardan "sonralar, təhlükəli bir qüvvə kimi bəhs edilmir".*'^
Lakin Gevondun "Tarix"ində bu kimi fikirləri rədd edən məlumat
vardır. Gevond "günahkar ogullar"dan^® danışır. Q.Bartikyan belə
hesab edir ki, bunlar ancaq pavlikianlar ola bilər.^® Görünür,
pavlikianlar 768-ci ildə Partav kilsə yığıncağının qətnamələrində
adı çəkilən bidətçilərdən ibarətdir; həmin qətnamədə belə deyilir:
"Qoy kilsələrdə maneəsiz olaraq vardapetlər (müəllimlər) təyin
olunsunlar ki, Allahın idrak təliminə maneəçilik göstərilməsin və
kilsələri pozan təfriqçi bidət onlara sirayət etməsin".
Ərəb müəlliflərinin verdiyi məlumatda elə hadisələrə və insan
əməllərinə təsadüf edirik ki, bunlar pavlikianların fəaliyyətinə çox
oxşayır. VIII—IX əsrlərdə Beyləqan əyalətinin əhalisi ərəblərə
möhkəm itaətsizlik göstərirdilər: fikrimizcə, bu hal Albaniyada
bidətçilərin, xüsusilə pavlikianların böyük fəaliyyətinin nəticəsi idi.
Məsələn, Bəlazuri bildirir ki, xəlifə Əbü-l-Abbasın (750—754)
hökmranlığı zamanı Beyləqan əhali
194
si üsyan qaldırıb Gilab qalasına girmişdi; onların başçısı Ka- bad
ibn Asəf əl-Beyləqani idi.^^ Yəqubi də bu hadisədən bəhs edir,
lakin əlavə edir ki, "Gilab qalasına çoxlu avara toplanmışdı" və
bunların başçısı Vard ibn Səfvan əs-Sami idi.^^ Yəqubi "avaralar"
deyəndə, Gevondun "günahkar oğullar" adını verdiyi adamlara
oxşar insanları nəzərdə tuturdu.
Daha sonra Yəqubi bildirir ki, xəlifə Harun ər-Rəşidin
(786—809) dövründə Beyləqan əhalisi Bərdəyə gəlmiş xəlifə
canişinin əleyhinə yenidən üsyan qaldırdı.
"Ağvan tarixi"nin K.Patkanyan tərəfindən edilmiş tərcüməsinə
daxil olmayan bir neçə səhifəsində aşağıdakı məlumat vardır:
"Haman günlərdə (841/2-ci ildə— Z.B.) balakanasik beyləqanlılar
(?/— Z.B.) gəldilər və Sisan Dzor və Amaras mahallarını talayıb viran
etdilər, Əbu Musa adlanan Yesai onlara qarşı qalxdı və onları
[tamanülə] əzdi.^'*
M.M.Altman yazır ki, "naməlum" balakanlılann "basqını
haqqında digər mənbələrdə məlumat yoxdur".Sonrakı tədqiqatlar bu
nəticənin düzgün olmadığını göstərdi. Belə ki, mənbələrdən biz
bilirik ki, Ərəb xilafətinə qarşı xürrəmilərin azadlıq hərəkatının
rəhbəri Babək Alban knyazı Səhl ibn Sum- bat və Ablasadın və
Vasakın qoşunları ilə Balasakan vilayətindən keçərək birləşməyə
gedərkən vilayət əhalisi arasında həddən artıq töycü yığdıqları üçün,
balasakanlılar 827/8-ci ildə Babəkə qarşı üsyan qaldırdılar. Bu üsyan
müvəffəqiyyətsiz oldu. M.Kaqankatvatsi bildirir ki, 830/1-ci ildən
bir az
əvvəl balasakanlılar Bercor mahalına və Arsax
(Qarabağ— Z.B.) əyalətinin Ureas, Karnakaş, Xakari və Tapat
kəndlərinə hücum etdilər, lakin Babəkin köməyi ilə Stepannos
Ablasad tərəfindən darmadağın edildilər".^®
830/1-ci ildə Ablasad Öldürüldükdən sonra, balasakanlılar
yenidən üsyan qaldırıb Qorozu^^ tutdular və orada öz mövqelərini
möhkəmlətdilər. M.Kaqankatvatsinin dediyinə görə, bala- sakanlılar
bu dəfə Albaniyanın aşağıdakı vilayətlərini 12 il ərzində əllərində
saxlamışlar: Verin Vaykunik, Bercor, Sisakan (və Kotak), Mive
(Xaband), Amaras, Pazkank, Mxank və Tri- qavar.
Yalnız 12 il keçəndən sonra, təqribən 841/2-ci ildə "Abla- sadın
adamları onun qatilini tutub işgəncə ilə öldürdülər. Ab- lasadın
qardaşı oğlu, Əbu Musa adlanan Yesai dinclik sevən bir kişi idi; o bu
vilayətləri ələ keçirdi və hamıya hökmranlıq etdi. Yenə haman
ildə^® Baban (Babək— Z.B.) İrandan Araz çayını keçərək, Amaras
vilayətində düşərgə saldı
195
Dostları ilə paylaş: |