Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə43/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   39   40   41   42   43   44   45   46   ...   107

Gürcüstanda və Ermənistanda da vəziyyət eynidir. Gürcüstanda 
erkən  orta  əsrlərə  aid  yalnız  qədim  qəbiristanlar  tədqiq  edilmişdir, 
məskənlər isə hələ öyrənilməmişdir.Əksinə, Ermənistanda bu dövrün 
qəbiristanları məlum deyildir. Böyük şəhər və yaşayış məntəqəsi olan 
Ani,  Dvin  və  Qarni  qazıntılarında,  bəzi  memarlıq  abidələri  nəzərə 
alınmazsa,  orta  əsrlərin  əvvəllərinə  aid  abidələr,  demək  olar  ki, 
tapılmamışdır. 
Azərbaycanda  yalnız Mingəçevir"*^® və qismən  Beyləqan^^^ 
kompleks  şəkildə,  müntəzəm  öyrənilmişdir.  Mingəçevir  arxeoloji 
abidələri, ümumiyyətlə, həm Azərbaycanın orta əsrlərdəki əhalisinin 
təsərrüfat və mədəni həyatını, həm də xüsusilə Azərbaycanın orta əsr 
şəhərlərinin tarixini öyrənmək cəhətdən böyük əhəmiyyətə malikdir. 
Azərbaycanın tədqiq edilən dövrdəki şəhərlərində inkişaf etmiş 
sənətkarlıq təsərrüfatı var idi. Burada orta əsrlərə xas olan bütün əsas 
sənət  növləri  —  keramika,  dəmirçilik,  çəkməçilik,  dərziçilik, 
qab-qacaq emalı, qızıl və gümüş məmulatı, toxuculuq və i.a. mövcud 
idi."*®®  Məsələn,  1944-cü  ildə  Qəbələ  şəhəri  dairəsində  görülən 
qazıntı işlərində bir neçə qəbir və bunların içərisində həmin ərazidə 
düzəldilmiş  müxtəlif  əşyalar,  o  cümlədən,  qızıl  və  gümüş  şeyləri, 
sikkələr, keramika və s. tapılmışdır. 
Mingəçevirdə  bir  sərdabə  məqrəbəsi  qazılarkən  toxucu  dəz- 
gahının hissələri, çəkməçilik ləvazimatı, ipək və yun parça qırıqları, 
pambıq, yun və ipək saplar, xalı tikələri və s. tapılmışd ı r . B u n l a r  
Arranda  yun  və  ipək  parça  istehsalının  və  xalçaçılığın  mövcud 
olduğunu  göstərir.'*®®  Həm  də  toxucu  yarımfab-  rikatları 
Mingəçevirin özündə hazırlanırdı.'*®'* 
Mingəçevirin  evlərində  tapılan  müxtəlif  quş  və  heyvan 
sümükləri  şəhər  əhalisinin  ovla  məşğul  olduğunu  göstərir. 
Sərdabələrdə  və  xristian  məqbərələrində  tapılan  müxtəlif  silah 
növləri həmin fikri təsdiq edir."*®® 
Kür çayında balıqçılığın inkişafını həm mənbələr,'*®® həm də 
arxeoloji  tapıntılar  göstərir.  Yaşayış  evlərində  aparılmış  qazıntılar 
nəticəsində  tor  üçün  daş  və  gildən  qayırılmış  çoxlu  lot 
tapılmışdır.■*®^  Əhalinin  iqtisadiyyatında  balıqçılıq  böyük  rol 
oynamışdır. 
Qədim Örənqala (Beyləqan) şəhərinin salındığı yerdə aparılmış 
qazıntı şəhərin b.e. V əsrin axırları — VI əsrin əvvəllərində meydana 
gəlməsi  haqqında  orta  əsr  müəlliflərinin  verdiyi  məlumatı  təsdiq 
etdi.^®®  Şəhər  xərabələrinin  ölçülməsi  göstərdi  ki,  tədqiq  edilən 
dövrdə şəhər ərazisi 40 kv. kilometrdən 
131 


artıq  idi  və  bunun  14  kv.  kilometri  şəhərin  hasarlan  daxilində 
idi."*^®  Bu  dövrdə  Beyləqan  üç  hissədən:  ətrafına  hasar  çəkilmiş 
kvadratşəkilli kiçik qala şəhərindən, kvadratşəkilli böyük şəhərdən və 
şimal-qərbdən böyük şəhərə bitişik ərazidən ibarət idi. Q, M. Əhməd 
ov  belə  hesab  edir  ki,  şəhərin  bu  hissəsi  sənətkarlar  mərkəzi 
olmuşdur.  Belə  ki,  həmin  yerdə  tapılan  dulusçu  kürələri,  çoxlu 
dulusçuluq  alətləri,  habelə  çıxdaş  saxsı  məmulatı  bunu  təsdiq 
edir.**’’® 
Arranın  mühüm  orta  əsr  şəhərlərindən  biri  Çoqa  (Çora)  idi. 
Mütəxəssislərin  fikrincə,  bu,  "indi  Dağıstanda  məlum  olan  bu  cür 
abidələrin  ən  böyüyüdür.  Onun  sahəsi  100  hektardır".'*’**  Qədim 
şəhərin  xərabələrinin  ətrafında  bürc  və  darvazaları  olan  qala 
divarlarının qalıqları görünür, onun hündürlüyü 2 m, eni isə 12—15 
metrdir.  Şəhərin  ətrafında  enli  (20—25  m)  və  dərin  bir  (4—6  m) 
xəndək  var  idi  və  mühasirə  zamanı  o,  su  ilə  doldurulurdu.  Çoqa  o 
dövrdə  Arranın  ən  böyük  siyasi  və  mədəni  mərkəzlərindən  biri 
olmuşdur; ölkənin patriarx taxtı da burada idi.'*’*" 
Arxeologiya  materialları  orta  əsrlərdə  Arranın  digər  böyük 
şəhəri  Dərbənd  (Bab  ül-Əbvab)  haqqında  da  çox  maraqlı  məlumat 
verir.  Şəhərin  VI  əsrdə  mövcud  olması  barədə  mənbələrdə  verilən 
məlumatı  Dərbəndin  qala  hasarındakı  pəhləvi  yazılan  təsdiq 
edir.’*'*^ 
VI  əsrin  axırları  —  VII  əsrin  əvvəllərində  Azərbaycanda  və 
xüsusilə  Arranda  çoxlu  yeni  şəhərlər  salınır  və  mövcud  şəhərlər 
möhkəmləndirilir;  bunun  səbəbi  hər  şeydən  əvvəl  həmin  ölkələrdə 
məhsuldar qü’wələrin daha da artması ilə izah olunur. Şəhərlər ticarət 
və  sənət  mərkəzinə  çevrilir,  məhsula  tələbat  artır,  ölkənin  təbii 
sərvətləri  daha  çox  istifadə  olunur,  bütün  bunları  Moisey 
Kaqankatvatsi təsdiq edir.'*^'* 
Azərbaycan və Arran ərəblər tərəfindən işğal edilməzdən əwəl, 
habelə  ərəblərin  hökmranlığı  dövründə  bu  iki  ölkənin  ərazisindən 
keçən ticarət yollarının birinci dərəcəli əhəmiyyəti var idi: bu ticarət 
yollarının  bütün  Xilafət  sistemindəki  ticarətdə  rolu  heç  də 
əhəmiyyətsiz  deyildi.  Bu  ərazinin  ərəblər  tərəfindən  işğalı  və  Ön 
Asiyada  çox  geniş  bir  ərazinin  Xilafət  çərçivəsində  birləşdirilməsi 
ticarətin inkişafı üçün son dərəcə əlverişli şərait yaratdı, tacirlər üçün 
quru yol və Xəzər dənizi ilə şimala (bulqarlar, slavyanlar), Avropanın 
şimal-şərqinə gedən ticarət yollarını açdı. Avropa, Asiya və Afrikanın 
müxtəlif  rayonlarında  tapılan  çoxlu  sikkə  dəfinələri  Xilafətin 
hökmranlığı dövründə ticarət nə qədər genişləndiyi və o zaman 
132 


demək olar ki, məlum olan bütün ölkələrlə Zaqafqaziya ölkələrinin 
ticarət əlaqələrinin nə qədər uzaqlara gedib çatdığı barədə təsəvvür 
əldə etməyə imkan verir. Dünya ticarətində Bizans və Ermənistanın 
rəhbər  rolu  tənəzzülə  uğradıqdan  sonra  qonşu  ölkələrlə  ticarətdə 
Xilafətin ticarət balansında Azərbaycan və Arran şəhərlərinin aparıcı 
rolu daha da gücləndi. 
Azərbaycanın  paytaxtı  Bərdəyə  köçürüldükdən  sonra,  ticarət 
mərkəzi  olmaq  etibarilə  Dvinin  əhəmiyyəti  azaldı  və  X  əsrə  qədər 
Ermənistanın şəhərlərinə nisbətən Bərdə, Gəncə, Şam- xor, Dərbənd, 
Ərdəbil, Şabran və digər şəhərlər beynəlxalq ticarətin həyatında daha 
əhəmijyətli  rol  oynayırdı.'*'*®  Bunun  səbəbi  o  idi  ki,  Xilafətin 
ticarət  əməliyyatları  yeni  yolla  inkişaf  edərək,  başqa  şəhərlərdə 
mərkəzləşmişdi.'*®  Y.A.Manandyan  belə  hesab  edirdi  ki,  həmin 
dövrdə  Şərqi  Gürcüstanda  və  Azərbaycanda  ticarətin  canlanması 
xəzərlər  və  slavyanların  ticarətinin  inkişafı  ilə  əlaqədardır.**^ 
Ş.A.Mesxia  qeyd  edir  ki,  bu  zaman  beynəlxalq  ticarətdə 
Azərbaycanla birlikdə iqtisadi cəhətdən kifayət qədər inkişaf etmiş 
Gürcüstaıun padşahlıqları və knyazlıqları da iştirak edirdilər, həm də 
bunlar digər xalqlarla ticarətdə vasitəçi kimi hərəkət edirdilər.**® 
Azərbaycan şəhərləri məhz ərəb hökmranlığı dövründə iqtisadi 
cəhətdən  inkişaf  etmişdir.  Zaqafqaziyanın  bu  rayonunda  yeni 
şəhərlərin  meydana  gəlməsinin  və  Bərdənin  sürətlə  inkişafının 
səbəbi,  əsasən,  Şimali  Qafqaz,  Volqa  və  Don  çayları  hövzəsinin 
xalqları ilə ticarət əlaqələrinin sürətlə inkişaf etməsində idi. Bu cəhət 
isə  Azərbaycan  və  Arranda  əmtəə  münasibətlərinin  inkişafının 
başlıca amillərindən biri idi.**® 
Azərbaycan  və  Arran  şəhərləri  öz  zəngin  bazarları,  yerli 
sənətkarların cürbəcür məhsulları ilə ticarət əməliyyatlarında iştirak 
edərək,  Xilafətlə  Şimal-şərqi  Avropa  ölkələri  arasında  ticarət 
əməliyyatlarının inkişafına yardım edirdi. 
Bu  dövrdə  Azərbaycan  və  Arran  şəhərləri  Xilafətin  böyük 
məmurlarının iqamətgahlarının yerləşdiyi müstəqil yaşayan inzibati 
mərkəzlər  idi.  Bu  dövrün  başlıca  ticarət-sənətkarlıq  mərkəzi  olan 
şəhərlərdə  inkişaf  etmiş  sənətkarlıq  təsərrüfatı  kənd  adamlarının 
buraya  axınının  gəlməsinə  səbəb  olurdu.  Şəhərlərdə  orta  əsrlərdə 
məlum  olan  bütün  sənət  növləri,  məsələn,  dulusçuluq,  dəmirçilik, 
çəkməçilik,  dabbağlıq,  dərzilik  mövcud  idi.  Burada  metal  qablar, 
qızıl və gümüş məmulatı, müxtəlif parçalar və s. hazırlanırdı. Sənət 
növləri  Arran  şəhərlərində  xüsusilə  inkişaf  etmişdi,  çünki 
mənbələrdə  qeyd  edildiyi  kimi,  ərəblər  sənətkarlara  nifrət 
edirdilər,*®® bu sənət 
133 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə