Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə29/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   25   26   27   28   29   30   31   32   ...   107

Məsələn,  Eçnıiədzin  katolikosu  Simeon  əlyazmanın  kənarlarında 
belə qeydlər etmişdir: "O ki yalnız Albaniya tarixində — bu da bütün 
nüsxələrdə deyil, ancaq bəzi nüsxələrdə [deyilir ki] guya Yegişedən 
sonra (b.e. 74-cü ili) Müqəddəs Qriqoriyə- dək (340-ci il) Albaniya 
patriarxı  taxtında  başqaları  (albanlar)  da  oturmuşlar  —  yalandır, 
bunlar sonradan əlavə edilmişdir"; başqa bir yerdə isə: "Dırnağımızla 
cızdıqlarımız  —  yalandır  və  sonralar  lovğalar  tərəfindən  özlərinin 
xeyrinə əlavə edilmişdir, çünki digər tarixnamələrdə ("Ağvan tarixi" 
əlyazmalarında—Z.B.)  bu  yerli-dibli  yoxdur.  Güman  var  ki,  bunu 
katolikos Ananiyadan sonra (945-ci il) alban rahibləri etmişlər".^^^ 
Alban  şairi  Davtakın  əsərinin  aqibəti  də  belə  olmuşdur. 
S.T.Yeremyan  onu  "Alban-erməni  (?)  işxanı  Cuanşerin  saray  şairi" 
hesab  edir.^^®  Bizim  fikrimizcə,  Davtakın  qəsidəsini  Albaniyanın 
yox, "feodal Ermənistanının ilk kübar poeziyasının abidəsi"”® hesab 
etmək doğru deyildir. 
Mxitar  Qoşun  "Qanunnamə"sinin  taleyi  də  M.Kaqankat- 
vatsinin  "Ağvan  tarixi"nin  taleyinə  bənzəyir.  Məlumdur  ki,  Mxitar 
Qoşun başlıca əsərinin adı "Datastanagirk", yəni "Qa- nunnamə"dir; 
müəllif onu təxminən 1184-cü ildə (erm. erasının 633-cü ilində) tərtib 
etmişdir.^"®  Lakin  Qoşun  bu  əsərinin  naşirləri  nədənsə 
əlyazmasında  olmayan  "Hayos"  sözünü  onun  adına  əlavə  etmiş  və 
beləliklə, Qoşun özünün heç zaman yazmadığı yeni: "Datastanagirk 
hayos", yəni "Erməni qanunna- nıəsi" adını uydurmuşlar. 
Məlum olduğu kimi. Qoş bu "Qanunnamə"ni "Alban sülaləsinə 
tabe  kilsələrin  nəcib  başçısı"  Albaniya  katolikosu  III  Stepannosun 
dəfələrlə 
etdiyi 
təkidli 
xahişinə 
əsasən 
yazmışdır.^^® 
"Qanunnanıə"yə  sistemsiz  və  məqsədsiz  olaraq  Şərqi  Roma 
imperiyası  qanunları  ilə  yanaşı  alban  kilsə  qanunları,  "Musa 
qanunları’”®®  və  erməni  xalq  adətlərinin  daxil  edilməsi  heç  də 
"Qanunnamə"nin  erməni  hüquq  sənədlərinə  aid  olduğunu  təsdiq 
etmir. 
Arran tarixinə dair bir çox digər orta əsr mənbələri kimi Qoşun 
"Qanunnamə"si  və  Kirakos  Qandzaketsinin  "Tarix"i  də  qrabarca 
yazılmış Alban ədəbiyyatı abidələri hesab edilməlidir. Azərbaycanda 
Arran (Albaniya) tarixinin xristian dövrü üzrə tədqiqatçıların mövcud 
olmaması buna imkan vermişdir ki, dildən savayı ortada heç bir əsas 
olmadığı  halda,  bu  ədəbiyyat  nədənsə,  erməni  ədəbiyyatı  hesab 
edilmişdir.  Geniş  yayılmış  Alban  ədəbi  abidələrinin  mövcudluğu 
Ermənistan  dövlət  Matenadaran  kitab  xəzinəsində  tapılmış 
əlyazmaların köməyi 
89 


lə təsdiqlənir. Məsələn,  A.D.Anasyan bu  yaxınlarda "Müqəddəs və 
ilahi  mərhəmin  tarixi  haqqında"  əlyazmasını  tapmışdır  (nüsxə  Ml’ 
101,  səh.  386a—389a;  nüsxə  Mı  2121,  səh.  34Ib—343b);  bunu 
müqəddəs  atalar  Şərqdə  (yəni  Albaniyada—Z.B.)  alban  dilində 
tapmış və erməni dilinə tərcümə etmişlər 
A.Q.Şanidzenin  göstərdiyi  kimi,  VII—IX  əsrlərdə  albanlar 
Qafqazın  siyasi  və  mədəni  həyatının  bütün  sahələrində  gürcü  və 
ermənilərlə  bərabər  fəal  iştirak  etmişlər".*''^®  S.T.Yerem-  yanın: 
"Səbəb nədir ki, erməni və gürcü yazıları tətbiq olunduğu ilk gündən 
erməni və gürcü dillərində indiyədək mövcud olan zəngin ədəbiyyat 
meydana  gəldiyi  halda  alban  yazısı  və  alban  dilində  mətnlər  isə 
izsiz-tozsuz  yox olmuşdur?"*^® — sualına cavabı, nəticə etibarilə, 
alban  kilsəsinin  bütün  hüquqlarını  qəsb  etmiş  qriqoryan 
katolikosluğunun albanlara zidd siyasətində axtarmaq lazımdır. 
Alban  ədəbi  abidələrinin  yox  olmasını  heç  də  bununla 
əsaslandırmaq olmaz ki, "alban dili" daha dini ibadət dili deyildi" və 
yaxud "alban kilsəsi" dini cəhətdən erməni kilsəsinə mənsub idi".^^^ 
Alban dili ərəb istilası dövründə ərəblərin nüfuz dairəsindən kənarda 
qalan  vilayətlərdə  əhalinin  qriqoryanlaş-  dırılması  nəticəsində  yox 
olmuşdur;  bu  hal  ermənilərin  aşağıda  göstərilən  rayonlara  kütləvi 
surətdə köçürülməsindən sonra baş verir; ərəblərin işğal etdiyi digər 
vilayətlərdə isə Alban dili X əsrdən sonra yox olmağa başlayır. 
Lakin 
qriqoryanlaşdırraa 
prosesi 
albanların 
kəskin 
müqavimətinə  rast  gəlir  və  buna  görə  də  olduqca  uzun  çəkir. 
Məsələn, XIII əsrdə Gəncədə yaşamış Kirakos Qandzaketsi yazır ki, 
"Erməni dilini yalnız alban "rəislərinin" əksəriyyəti, yəni zadəganlar 
bilir  və  bu  dildə  danışırdı.  Deməli,  hətta  XIII  əsrdə  bütün  Arran 
əhalisi  erməni  dilini  bilmir  və  öz  ana  dilində  danışırdı.  Bunu 
S.T.Yeremyan  da  təsdiq  edir;  o,  bu  nəticəyə  gəlir  ki,  "alban 
ədəbiyyatı bununla belə (!) mövcud idi"^^®. 
Arranın dağlıq vilayət və rayonları  — Sünik,^*^® Arsax, Xa- 
çen.  Şəki,  Girdimanın  əhalisi  və  Azərbaycan  SSR-in  Kirova-  bad 
(Gəncə),  İsmayıllı, Qutqaşen (Qəbələ), Vartaşen (Oğuz) və bir sıra 
digər rayonların, həmçinin Ermənistan SSR-nin Sisi- an, Basarkeçər 
və başqa rayonlarının bəzi kənd əhalisi hal- hazırda erməni olsa da, 
bu  əhalinin  adət  və  ənənələri,  onlarla  qonşuluqda  yaşayan  və 
əcdadları müxtəlif səbəbdən müsəlman olmuş azərbaycanlıların adət 
və ənənələri kimidir. Bu rayonların sakinləri məhz o adamlardır ki, 
onların əcdadları "erməni 
90 


məzhəbinə  xas  kilsəyə  iman  gətirərək,  ermənilərlə  assimilyasiya 
etmişlər". 
İ.P.Petruşevskinin haqlı olaraq göstərdiyi kimi,  Albaniya- dakı 
erməni kilsəsi "ölkəni erməniləşdirməkdə bir silah idi. Onun bu rolu 
VIII  əsrin  başlanğıcından  etibarən  xüsusilə  nəzərə  çarpır,  yəni  o 
zamandan  sonra  ki,  erməni  monofizit  katoli-  kosu  Yegi 
xalkedonçuluq  edən  alban  katolikosu  Nersesi  (Baku-  ru)  xəlifənin 
köməyi  ilə  devirir  və  Albaniya  ruhani  və  knyazların  bir  hissəsinin 
ölkədə  alban  kilsəsinin  erməni  kilsəsindən  müstəqilliyini  qorumaq 
arzusunu əks etdirən xalkedonçuluq (pravoslav yunan pərəst və gürcü 
pərəst) hərəkatı ermənipərəst monofizitlər tərəfindən yatırılır 
N.Y.Marr da vaxtilə göstərmişdir ki, Albaniya ərəb xəlifələrinin 
köməyi ilə "Ermənistanın antixalkedon kilsəsinin qəniməti olur".^^- 
Başa  əl  qoyub  keşişliyə  keçirmək  hüququ  artıq  alban 
katolikoslarından  erməni  katolikoslanna  keçir  və  bundan  sonra 
Arranda  xalkedonçuluğa  baş  vuran  hər  bir  kəs  "qılınc  və  əsarətlə 
məhv"  edilməli^®®  idi.  Tədqiqatçıların  bir  hissəsi  arasında  geniş 
yayılmış "erməni Albaniyası", "erməni albanları kimi ifadələr də elə 
buradan əmələ gəlmişdir. 
Beləliklə  aydın  olur  ki,  nə  Arsax,  nə  də  əhalisi  ernıəniləşdi- 
rilmiş  albanlardan,  hazırda  isə  ermənilərdən  ibarət  digər  vilayət  və 
rayonlar  "heç  zaman  erməni  mədənij^yətinin  mərkəzlərinə  mənsub 
olmayıb.  Erməni  kilsəsi  Arran  xalqlarının  ermə-  niləşmiş  nəsilləri 
arasında  heç  Orbelianların  naxarlığı  dövründə  və  onlardan  sonra 
Sünikdə  göstərdiyi  mədəni  təsir  qədər  təsir  belə  göstərə 
bilməyib"^®®. 
Beləliklə,  erməni  kilsəsi  "Albaniyanın  bütün  kilsələrində 
sülhü"^®®  yalnız  yadelli  işğalçıların  köməyi  ilə  bərqərar  edirdi; 
erməni  katoiikos  və  naxararlarının  mənafeyi  hər  dəfə  tələb  etdikdə 
erməni kilsəsi yadelli işğalçıların köməyinə əl ataraq, "xaç bayrağı ilə 
öz  yolu  üstündə  tarixi  Ağvan  və  onun  bir  hissəsi  olan  Qarabağ 
(Arsax) x a l q l a r ı n ı " s i l i b  yox edirdi. 
N.Vartapetovun  qeyd  etdiyi  kimi,  erməni  kilsəsi  daim  "onun 
üçün  yeni  olan  hər  bir  şəraitə  bacarıqla  uyğunlaşmış  və  siyasi 
vəziyyətdən  asılı  olaraq,  vaxtilə  Bizans  imperatorları,  İran  Sasani 
şahları,  ərəb  xəlifələri,  monqollar  və  digərlər  qarşısında  baş  əydiyi 
kimi, Səfəvilərə, sonra da rus çarına qulluq göstərmişdi"^®®. 
91 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə