Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə25/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   21   22   23   24   25   26   27   28   ...   107

Ərəblar  zimmi  birləşmələrindən  vuruşmaların  ən  ağır 
sahələrində istifadə edirdilər; bu sahələrdə zimmilər, şəraitdən asılı 
olaraq,  ya  ərəb  qoşunlarını  himayə  edib  qoruyur,  ya  da  düşmənin 
əsas zərbəsini öz üzərinə götürürdülər. Zimmi qoşunlarının istifadəsi 
barədə məlumatları həm yerli, həm də ərəb müəlliflərinin əsərlərində 
tapa bilərik. M.Kaqankatvatsi göstərir ki, 713/4-cü ildə Məsləmə ibn 
Əbd  ül-Malik  xəzərlərin  güclü  həmləsi  altında  Dərbənddən  geri 
çəkilərkən,  "öz  ordugahını  bütün  əmlakı  ilə  qarışıq  atıb  qoyaraq, 
hətta  hərəmxanasını  belə  tərk  edərək  çıxıb  gedir.  Arxadan  onu 
[Ağvan]  patrisit-  rindən  Yeranşahik—Vaçaqan  himayə  edib 
qoruyurdu".®* 
Sonralar xəlifə olan Mərvan ibn Məhəmməd də Arran canişini 
olarkən  (xəlifə  Hişamın  hökmranlığının  son  illəri  —  724—743  və 
xəlifə  Validin  xəlifəliyinin  bir  ili  —  743/4-cü  il)  eynilə  hərəkət 
etmişdir.  "O,  Şirvan  hakiminə  əmr  etmişdi  ki,  müsəlman  ordusu 
xəzərlərə  qarşı  qəzavama  da  [hərbi  səfərə]  gedəndə  qabaqda, 
qayıdanda  isə  arxada  olsun;  Filanşaha  da  əmr  etmişdi  ki,  yalnız 
müsəlmanların hücumlarında iştirak etsin; Tabarsaran şaha isə əmr 
etmişdi ki,  onlar [müsəlmanlar] hücum  edəndə ordunun arxasında, 
geri çəkiləndə isə qabaqda olsun". 
Jr Zimmilərin  yerli birləşmələri ərəblərə silahlı  kömək göstərəndə, 
ərəblər  onları  vergi  ödəməkdən  azad  edirdilər,  çünki  hərbi  xidmət 
vergini  əvəz  edirdi,  lakin  əhali  Azərbaycan  əhalisinin  etdiyi  kimi 
ərəb qoşunlarında xidmət etməkdən və onlara yardım göstərməkdən 
boyun qaçırdıqda, azad olmaq üçün böyük ödənc verməli olurdu.®^ 
İbn  əl-Əsir  bunu  təsdiq  edərək  yazır:  "Evdə  qalıb,  düşmənlə 
müharibə etməyən kəslərdən cizyə alınmalıdır".®'* 
Bəzən  zimmi  birləşmələrinin  başçıları  —  yerli  hakimlər 
ərəblərin  hərbi  səfərləri  zamanı  onlara  nəinki  kömək,  hətta 
.xəbərçilik də edirdilər; məsələn, 722/3-cü ildə əl-Cərrah Arranı tərk 
edərkən, əldə etdiyi bütün sərvət və qəniməti Bələncər hakiminə — 
onun  ərəblərin  xeyrinə  gizli  xəbərçilik  xidmətlərinə  görə,  başqa 
sözlə, elə öz  müttəfiqlərinin  niyyətlərini  ərəblərə  çatdırdığına  görə 
verir.®® 
Ərəblər bu kimi xidmətlərdən istifadə edərək ayrı-ayrı feodallar 
arasına  çox  məharətlə  ixtilaflar  salaraq  qızışdırırdılar;  bunun 
nəticəsində onların ixtiyarında həmişə kifayət qədər zimmi qoşunu 
olurdu.  Lakin  Xilafətin  hərbi  sistemini  nəzərdən  keçirmək  bizim 
vəzifəmiz  deyil,  çünki  bu  məsələyə  dair  maraqlı  əsərlər  vardır: 
bunlarda həm Əməvilərin, həm də Ab 
77 


basilərin  hərbi  qüvvələrinin  quruluşu  barədə  çox  qiymətli 
məlumatlar tapmaq olar.®® 
Ərəblər Azərbaycanı, Arranı və digər vilayətləri işğal edəndən 
sonra, onlardan əhali ilə bağlanmış müqavilələrə əsasən uzun müddət 
vergi  alırdılar.  Bu  cür  müqavilələri  onlar  hətta  ayrı-ayrı  şəhərləri 
(məsələn,  Naxçıvan,  Beyləqan,  Bərdə,  Bəcərvan)  aldıqda  da 
bağlamışdılar. 
Hər  hansı  vilayəti  dinc  yolla  (sulhan)  fəth  edərkən  ərəblər 
torpağı  torpaq  vergisi  vermək  şərti  ilə  öz  əvvəlki  sahibinin 
ixtiyarında saxlayırdılar. Amma vilayəti silah gücünə (ənvətən) işğal 
edəndə isə, ərəblər torpaqları ya qoşunlar arasında bölüşdürür, ya da 
yerli  əhalinin  ixtiyarında  saxlayırdılar.  Təxtəvi-  nin  fikrincə,  belə 
hallarda, ərəblər fəth edilmiş ölkə əhalisinin əlində daşınan əmlakdan 
əkinçilik üçün lazım olan hər şeyi saxlayaraq, onların üzərinə cizyə 
və torpağa görə xərac qoyurdular; belə ki, torpaqlar ərəb qoşunlarının 
vəqfi  olaraq,  ayrı-  ayrı  döyüşçülər  arasında  bölüşdürülmürdü  (va 
təkunu  əl-ardu  vaqfən  alə-l-muqatilin  fə-lə  tükəsəm  beynəhum).®'' 
Lakin belə hallar da olurdu ki, ərəblər əvvəlki torpaq sahiblərini öz 
torpaqlarından  köçürərək,  onların  yerinə  başqalarını  gətirir  və 
bunlardan islamı qəbul etmədikləri halda cizyə və xərac, müsəlman 
olduqda isə üşr alırdılar. 
2.
 
Azərbaycan əhalisinin müsəlmanlaşdmiması və 
qriqoryanlaşdırılması 
642-ci ildə ərəb orduları Sasani ordusunu darmadağın etdikdən 
sonra  nəinki  Sasani  şahlarının  əfsanəvi  sərvətləri,  hətta  Sasani 
İranının bütün ərazisi də onların əlinə keçir. Belə bir zahirən qüdrətli 
görünən  dövlətin  məhvi  ərəblər  üçün  bir  qədər  təəccüblü  və 
gözlənilməz oldu, çünki ət-Təbərinin dediyinə görə, ərəblər heç də 
Öz  istilalarını  davam  etdirmək  fikrində  deyildilər®®  və  əsas 
məqsədləri,  məlum  olduğu  kimi,  o  zamanlar  ərəblərin  yaşadığı  və 
onların  həyatı  üçün  son  dərəcə  zəruri  olan  Mesopotamiyanı  (Beyn 
ən-Nəhreyni) tutmaq idi. Xəlifə Ömər İbn əl-Xəttab (634—644) öz 
qoşunlarını təhlükəyə salmaqdan çəkinərək və görünür, ərəblər üçün 
naməlum  olan  Özgə  ölkələrdə  Xilafət  ordularının  başına  gələ 
bilənlərdən  ehtiyat  edərək  qoşunlarının  komandanı  Sədə  belə  bir 
sərəncam  verir:  "Öz  yerində  qal  və  onları  (düşmənləri)  təqib 
etmə".®® 
Lakin  dağılıb  pərən-pərən  düşmüş  Sasani  orduları  üzərində 
çaldığı yüngül qələbələrdən və əldə etdiyi zəngin qənimətlər 
78 


dən  həvəsə  gələn  ərəb  qoşunları  şimala  doğru  irəliləməkdə  davam 
edirdilər, xəlifələr isə öz sərkərdələrinin bu "özbaşınalığına" adətən 
fikir  vermirdilər,  xüsusən  də  ona  görə  ki,  qələbə  ilə  bitən  hər  bir 
vuruşma xəlifə xəzinəsinə və qoşuna böyük gəlir gətirirdi. 
Yeni  vilayət  və  ölkələr  ələ  keçirərkən  ərəblər  ilk  əvvəl  həmin 
yerləri  ümumiyyətlə  desək,  öz  idarəçilik  anlayışları  əsasında  idarə 
etməyə  başlayırlar.  Bu  idarə  üsulu  isə  həmin  ölkələrdə  ancaq 
mümkün qədər çox vergi və natural mükəlləfiyyətlər əldə etməkdən, 
habelə başqa dinə mənsub olub itaət altına salınanlar arasında islam 
dinini yaymaqdan ibarət idi. 
Ərəb  istilasına  kimi  Azərbaycan  və  xüsusilə  Arran  əhalisi 
Bizansla  İran  arasındakı  daimi  müharibələr,  xəzərlərin  və  digər 
köçəri xalqların basqınları nəticəsində çox ağır vəziyyətdə yaşayırdı. 
Müharibələr təsərrüfatın dağılmasına səbəb olur, ölkələrin məhsuldar 
qüvvələrini  tükəndirirdi.  Odur  ki,  ərəb  istilaçılarının  Azərbaycana 
gəlməsini əhali illər boyu davam edən zülm və əzablardan nicat kimi 
qarşılayır.  Ərəblərin  dövründə  (hər  halda  Əməvilər  hakimiyyəti 
başlananadək)  kəndlilər  əvvəlkinə  nisbətən,  bir  qədər  yaxşı 
yaşamağa başlayırlar, çünki ərəblər yalnız töycü və vergilər yığmaqla 
məşğul  olub,  bu  ölkələrin  daxili  həyatına  qarışmır,  onlara  öz  dini 
əqidə və dini ayinlərini icra etməkdə sərbəstlik verirdilər. N.V.Piqu- 
levskayanın 
qeyd 
etdiyinə 
görə, 
"Bunların 
(müxtəlif 
vilayətlərin—Z.B.)  ərəblər  tərəfindən  işğalının  ələlxüsus  ilk 
onilliklərində ağır vergi yükü, şübhəsiz, azaldılmış, dini təqiblər də 
dayandırılmışdı".™ 
Əksəriyyəti köçərilərdən ibarət işğalçı ərəblərin hələ özləri yeni 
dini  (islamı)  lazımınca  mənimsəmədiklərinə  görə,  əvvəllər 
Azərbaycan  əhalisini  islamı  qəbul  etməyə  məcbur  etmirdilər,^^ 
amma yeni dini qəbul etmək istəyənlərə də sözsüz mane olmurdular. 
Bu, xüsusilə Arrana aid idi, çünki onun əhalisi xristian, "Kitab əhli" 
("əhl əl-kitəb") idi.'^^ 
Ölkənin cənub hissəsinə gəldikdə isə, burada islam İranın dövlət 
dinini — zərdüştiliyi sıxışdırıb aradan çıxarırdı. Təqibə ancaq "Kitab 
əlili"  olmayan  atəşpərəstlər  və  məcuslar  (çoxallahlılar)  məruz 
qalırlar. 
Azərbaycanın  dehqan-feodalları  əvvəllər  öz  ata-baba  dinini 
qoruyub müdafiə etməyə səy göstərsələr də, hərçənd çox keçmədən 
yəqin edirlər ki, öz əvvəlki imtiyazlarını saxlamaq üçün onlara ancaq 
ölkədə  hakimiyyəti  ələ  keçirmiş  ərəblərlə  əməkdaşlıq  etmək  qalır. 
Buna görə də Azərbaycanın feodal 
79 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə