Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə23/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   19   20   21   22   23   24   25   26   ...   107

dir,  çünki  Xilafət  siyasət  səhnəsində  Bizansdan  güclü  çıxmış-  dır. 
Bundan əlavə, ərəb orduları Ermənistanı işğal edəndən sonra Arran 
əslində öz süzereni və müttəfiqi Bizansdan ayrı düşmüş olur. Arran 
üçün  çox  ciddi  olan  bu  dövrdə  "Şərqin  böyük  knyazı  Cavanşir  öz 
ölkəsinin  dərin  fikrini  çəkirdi.  O,  hiss  etmişdi  ki,  cənubdan  gələn 
düşmən  qoşunları  onun  Ölkəsini  tu-  tub  tapdaq  altına  sala  bilər. 
Türküstanlıların (xəzərlərin — Z.B.) saysız-hesabsız qoşunlarını öz 
köməyinə  çağıra  bildiyi  halda  o,  bununla  belə  vassal  olub  cənub 
hökmdarının boyunduruğu altına girmək qərarına gəlir".^^ 
Cavanşir iki dəfə xəlifə Müaviyənin görüşünə gedir. Birinci dəfə 
(667-ci ildə) getməkdən məqsədi Arranı ərəb ordularının qarətindən 
qorumaq ümidilə Xilafətdən öz vassal asılılığını qəbul etmək idi. Bu 
da Cavanşirə müyəssər olur. 
İranı və Suriya vilayətlərini tam istila edəndən sonra Xilafət öz 
işğallarını 
Bizansın 
Kiçik 
Asiyadakı 
torpaqlarının 
lap 
sərhədlərinədək genişləndirmiş olur. Bu zaman Bizans nəinki Arrana 
bir  kömək  edə  bilmirdi,  hətta  imperiyanın  paytaxtı  yaxınlığında 
yerləşən vilayətləri belə öz əlində saxlamaq iqtidarında deyildi. Buna 
görə  də  Cavanşirin  tədbirli  hərəkəti  Arranı  nəinki  qarşıdakı  labüd 
dağıntıdan qoruyub saxladı, eyni zamanda ona uzunsürən müharibə 
və məhrumiyyətlərdən xeyli nəfəs dərməyə imkan verdi. Hər halda 
Cavanşirin 667-ci ildə Dəməşqə etdiyi ilk səfərindən sonrakı üç ildə 
Arran əhalisi hər hansı xarici hücumdan xilas olmuşdu. 
Üç ildən sonra (670-ci ildə) xəlifə Müaviyə  yenidən Cavanşiri 
Dəməşqə dəvət etdi, burada o. Xilafət ilə Bizans arasındakı danışıqda 
vasitəçi rolunu oynayırdı. (Bu zaman Bizans imperatorunun elçiləri 
Xilafət  paytaxtına  kömək  barəsində  danışıq  üçün  gəlmişdilər.) 
M.Kaqankatvatsi yazır ki, "Konstantın hökmranlığının 30-cu ilində 
hərəm  xədimləri  onu  öldürmək  istəyirlər  və  padşah  [xəlifə]  şərq 
knyazının  [Cavanşirin]  gəlməsini  yunanların  nümayəndə  heyətinə 
gözləməyi  əmr  edir".®^  Xəlifə  Cavanşirə  hədiyyələr  verərək, 
Sünik^^  knyazlığını  ona  tabe  etdi  və  Atrpatakanın  hakimliyini  də 
öhdəsinə  götürməyə  onu  məcbur  edirdi.  Lakin  Cavanşir  bu  təklifi 
rədd  etdi  və  xəlifədən  xahiş  etdi  ki,  "onun  ölkəsi  üzərinə  [Xilafət 
tərəfindən] qoyulan ağır vergiləri yüngülləşdirsin. Cənub padşahı da 
buna  məmnuniyyətlə  razı  oldu  və  vergi  yükünü  üçdə  biri  qədər 
yüngülləşdirməyi əmr etdi".^® 
Salnaməçinin  verdiyi  məlumata  görə,  Cavanşirin  bütün 
hökmranlığı onun adına yalnız şan və şöhrət gətirmişdi. 
71 


"Dörd xalqın hakim padşahları ona hörmət və ehtiram bəsləyirdi",^'^ 
çünki  o,  Arranı  iranlıların,  bizanslıların,  xəzərlərin  və  ərəblərin 
qarətindən qoruyub saxlaya bilmişdi. 
Gördüyümüz  kimi,  xəlifə  Müaviyə  də  Cavanşirin  nüfuzu  ilə 
hesablaşıb. Xilafətin şimal sərhədlərində Arranın strateji mövqeyini 
və  həmin  sərhədləri  Bizans  və  xəzərlərin  hücumlarından  müdafiə 
etmək  üçün  onun  silahlı  qüvvələrindən  istifadə  etmək  imkanını 
nəzərə  alaraq,  Arranın  daxili  müstəqilliyinə  toxunmamış,  onun 
əvvəlki qanun-qaydalarını saxlamışdı. 
Xilafətdən  vassal  asılılığında  olan  Arran  ona  yalnız  bac  verir, 
amma knyaz hakimiyyətini isə toxunulmaz şəkildə saxlaya bilmişdir. 
İstilaların  İlk  dövründə  ərəb  ordularının  hücumları  müxtəlif 
dəlil-bəhanələrlə  pərdələnirdi,  guya  allah  müsəlmanları  Sasanilər 
İranı  və  digər  bütpərəst  ölkələrin  qanuni  varisi  etmişdir:  ELİlah 
"istədiyi  adama  hakimiyyət  verir  və  istədiyi  adamdan  (onu)  geri 
alır"^®; İslam dinini bütün yer üzündə yaymalı və nəhayət, hər hansı 
bir ölkəni işğal edərkən, ərəblər tabe etdikləri ölkə camaatının can və 
malını  hər  cür  düşməndən  qorumaq  təəhhüdünü  öz  öhdələrinə 
götürməlidirlər.  Ərəb  sərkərdələrinin  tutduqları  ölkə  və  şəhərlərin 
əhalisi ilə bağladıqları müqavilələr, yuxarıda göstərilən təəhhüdlərin 
rəsmən yazıldığı məhz belə sənədlərdir. 
Hələ xəlifə Əbu Bəkr (632—634) ərəb istilalarının ilk dövründə 
işğal edilən ölkə sakinləri ərəblərə qarşı düşmənçilik bəsləməsin deyə 
və onların gəlişini özləri üçün əvvəlki ağalan tərəfindən alınan ağır 
vergidən və edilən zülmdən qurtuluş kimi qəbul etmələri üçün ərəb 
qoşunlarına belə əmr vermişdi: "Düşmənləri şikəst etməyin, nə kiçik 
uşaqları, nə çox qoca adamları, nə də qadınları öldürməyin; xurma 
ağaclarını qırıb yandırmayın; meyvə ağaclarını tələf etməyin, yemək 
üçün lazım olandan artıq nə qoyun, nə inək, nə  də dəvə kəsməyin. 
Siz,  hücrələrdə  dini  ayinlə  məşğul  olan  adamların  yanından 
keçəcəksiniz:  onları  rahat  buraxın,  özlərini  həsr  etdikləri  işi 
görməkdə onlara mane olmayın".^® Sonra da deyir: "Sizi qəbul edən 
hər bir şəhər və xalq ilə müqavilə bağlayın, onlara verdiyiniz və’dlərə 
sadiq olun, qoy onlar bizdən qabaq onlarda olan qayda və qanunlarla 
yaşasınlar.  Onlarla  Özünüz  aranızda  bir  hədd  olaraq  bac  qoyun  ki, 
onlar öz dİn və torpaqlarında qalsınlar. Sizi qəbul  etməyənlərlə isə 
müharibə edin" 
İranın  Rey  və  Qəzvin  şəhərlərini  işğal  etdikdən  sonra,  ərəb 
qoşunları Azərbaycana soxulurlar, lakin burada Azərbaycan 
72 


qoşunlarının  şiddətli  müqavimətinə  rast  gəlirlər.  Azərbaycan 
qoşunlarına  mərzban  isfəndiyar  ibn  Fərruxzad  komandanlıq  edirdi. 
O,  Bacrəvan,  Mayməd,  Neriz,  Şiz,  Məyanic  və  digər  yerlərin 
əhalisindən  Ərdəbildə  böyük  qoşun  toplayıb  ərəblərlə  vuruşa  girir; 
vuruşma  bir  neçə  gün  davam  edir.'*^  Lakin  qələbə  ərəblərə  nəsib 
olur. İsfəndiyar əsir alınır, amma öldürülmür. O, ərəblərə bildirir ki, 
Azərbaycan  əhalisini  tabe  etmək  çətin  olacaq,  çünki  əhali  çoxlu 
qalası  olan  dağlara  çəkilib  gizlənəcək  və  oradan  ərəblərə  hücum 
edəcəkdir.'*^ Çox keçmədən ərəblər İsfəndiyarın qardaşı Bəhramın 
komandanlığı altında olan Azərbaycan qoşunlarının günlərlə davam 
edən  hücumlarına  tab  gətirməli  olurlar.^^  Ərəblər  yenə  də  qələbə 
çalırlar;  odur  ki,  əsirlikdə  olan  İsfəndiyar  ərəblərlə  aşağıdakı 
məzmunda sülh müqaviləsi bağlamağa məcbur olur: 
"Bismillahi-r-rəmani-r-rəhim  (Mərhəmətli  və  rəhmdil  allahın 
adı ilə). 
Bu  [sənəd]  o  barədədir  ki,  Utbə  ibn  Farkad,  əmirülmöminin 
Ömər  ibn  əl-Xəttabın  canişini  [amili],  Azərbaycan  əhalisinə,  onun 
dərələrdə  və  dağlarda,  ucqarlarda  və  sərhədlərdə  olan  bütün 
xalqlarına əmin-amanlıq (aman) bəxş edir [əta əhlə Əzər- bəycənə], 
həm onların özlərinə, həm də onların əmlakına, din və ayinlərinə; bu 
şərtlə  ki,  onlar  öz  varma  görə  cizyə  verəcəklər;  amma  ki,  uşaqlar, 
qadınlar, xroniki xəstələr, habelə heç bir vəsaiti olmayan [şəxslər] və 
heç bir  gəliri olmayan zahidlər isə  can vergisindən azad olunurlar. 
[Bu  əmin-amanlıq]  onlara,  həm  də  onlarla  birlikdə  yaşayanlara 
verilir; onların da borcudur — müsəlman qoşunundan olan müslimi 
(ərəbi—Z.B.)  bir  gün  saxlayıb  yedirmək  və  ona  yol  göstərmək. 
Orduya  götürülən  təqdirdə  adamdan  həmin  ilin  vergisi  alınmır, 
amma  kim  [ölkədə]  qalarsa,  ona  da  ölkəni  tərk  etməyən  adamlara 
verilən  eyni  hüquqlar  verUir.  ölkəni  tərk  etmək  istəyənlər  olarsa, 
onların özlərini təhlükəsiz yerə çatdıranacan əmniyyəti təmin olunur. 
Yazmışdır Cunədib, şahidlər isə Bukeyr ibn Abdullah əl-Leysi 
və Simak ibn Xəraşə əl-Ənsari olmuşlar. 18-ci Hicri ili (b.e. 639-cu 
ili)".^‘* 
Bəlazuri isə yazır ki, Azərbaycan "Hicri 18-ci ildə Hüzeyfə ibn 
əl-Yəmən  tərəfindən  dinc  yolla  istila  olunub.  Hüzeyfə  ölkə  əhalisi 
adından  hərəkət  edən  Azərbaycan  mərzbanı  ile  müqavilə 
bağlamışdır. Bu müqaviləyə görə mərzban "800 min dirhəm verməyi 
öhdəsinə  götürdü",  ərəblər  isə  öz  növbəsində  heç  kəsi 
öldürməyəcəklərinə  və  əsir  götürməyəcəklərinə,  atəşgədələri 
dağıtmayacaqlarına və Balsacan, Savalan və Satrudan kürdlə 
73 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə