Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə21/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   17   18   19   20   21   22   23   24   ...   107

nə  görə  nəinki  kilsənin  çörəyini  və  gəlirini  yeməyə,  hətta  allahın 
kilsəsinə  ayaq  basmağa  da  layiq  deyillər...  Hərbi  adamların  kilsə 
üzərində heç bir ixtiyarı olmamalı, onlar zorla nəzir almamalıdırlar". 
Kilsənin  qayğısına  Simeon  deyir,  "şərafətsiz  adamlar,  hərbçilər  və 
atlılar deyil", yepiskoplar və keşişlər qalmalıdırlar.^™ 
Yuxarıdakı 
materialdan 
gördüyümüz 
kimi. 
Şimali 
Azərbaycanda əhalinin "əsilzadələr" (azad mərdlər), "hərbi adamlar" 
və  "atlılar"  kimi  təbəqələri  mövcud  idi.  Cənubi  Azərbaycanda  eyni 
kateqoriyanı  elə  bu  kimi  "əsilzadələr"  (azadlar)  təşkil  edirdilər. 
Ölkənin həm şimalında, həm də cənubunda əhalinin bu növ təbəqələri 
padşah  və  ya  knyaz  hakimiyyətinin  dayağı  və  arxası  olub  öz 
xidmətləri  müqabilində  onlardan  şərti  istifadəyə  torpaq  mülkləri 
alırdılar. "Əsilzadələr" və "hərbi adamlar" xırda zadəganlar olub, yeni 
əmələ  gələn  feodallar  sinfini  təşkil  edirdilər;  bu  sinif  müstəqil 
vəziyyətə və hakimiyyətə malik köhnə əsil-nəcəbli əyanlara nisbətən 
padşahdan və ya knyazdan daha çox asılı idi.^^‘ 
Həmin  "əsilzadələr"  və  "hərbi  adamlar"  ölkənin  cənubundakı 
padşahla və  ya şimalındakı  knyazla hərbi qulluq təəhhüdü ilə bağlı 
olub,  onlara  mülk  olaraq  verilmiş  torpaqlarda  yaşayan  kəndliləri 
feodal  kimi  istismar  etməklə  öz  rifahlarını  təmin  edirdilər. 
"Əsilzadələrin”  və  "hərbi  adamların"  hakimiyyət  və  mülkiyyətinin 
əsas obyekti öz icmasını qoruyub saxlamış kənd idi; odur ki, kəndli 
icması üzvlərini daha artıq istismar edib əsarətdə saxlamaq cəhdi bu 
adamlar üçün əsas məqsədə çevrilir. 
Qəbilə  əyani  an  isə  öz  növbəsində  qəbilə  mülklərinə  istinad 
edirdilər, bunların arasında malikanələr başlıca yer tutur- 
du.”2
 
Məhz bu iki qrup arasında izafi məhsulu bölüşdürmək üstündə 
mübarizə gedirdi, nəhayət, kilsə də bu mübarizəyə qarışır və tərəfləri 
barışdırmaq  bəhanəsi  ilə  mülklərin  çoxunu  ələ  keçirərək  hər  iki 
düşmən tərəfin hərəkətini məhdudlaşdırır. 
Təəssüf ki, biz VI—VII əsrlərdə istər Şimali, istərsə də Cənubi 
Azərbaycanda  mülkü  feodalların  xeyrinə  əhali  üzərinə  qoyulan 
vergilərin  miqdarı  haqqında  heç  bir  mənbədə  məlumat  tapmadıq. 
Sasanilər xəzinəsinin xeyrinə isə mərzbanlar həmin Ölkələrdən xərac 
(torpaq  vergisi),  gizat  (can  vergisi,  cizyə)  və  bac  alırdılar.^™  Bu 
vergilərin,  can  vergisi  və  bacların  Arranda  pul  və  ya  məhsulla 
alındığını söyləmək çətindir. Sa- 
64 


sanilər dövründə ölkədə olan daimi və səyyar sikkəxanalar öl* kənin 
hər iki hissəsi üçün pul kəsirdi; bu isə göstərir ki, lap ərəb istilasına 
kimi ölkədən vergilər həm məhsulla, həm də pulla alınırdı. 
Sasanilərin  Azərbaycandan  vergi  almaq  qaydasına  gəlincə,  bu 
qayda imperiya əhalisi və torpaq mülklərini xüsusi siyahıya aldıran I 
Xosrov  Ənuşirvan  tərəfindən  qoyulmuşdu.  Bu  da  Sasanilər 
xəzinəsinə  həm  Azərbaycanın  hər  iki  hissə  əhalisindən,  həm  də, 
ümumiyyətlə,  bütün  imperiyada  yığılan  vergilərin  alınma  üsulunu 
qaydaya salmaq imkanı verdi. Əgər I Xosrovadək torpaq vergisi*^^ 
əsasən  kənd  təsərrüfatı  məhsullarından  əldə  edilən  gəlir  nəzərə 
alınaraq, hasilatın üçdə bir, dörddə bir, beşdə bir və altıda bir hissəsi 
miqdarında  məhsulla  ödənilirdisə,  I  Xosrovun  dövründə  isə  vergi 
artıq  torpağın  becərilməsi  və  suvarılmasından  və  məhsulun 
miqdarından asılı idi. Can vergisi əyanlardan, ruhanilərdən və hərbi 
adamlardan savayı, 20-dən 50 yaşadək bütün əhalidən alınırdı. Can 
vergisinin miqdarı qəti müəyyən edilməmişdi, onun miqdarı ildə 4 
dirhəmlə 12 dirhəm arasında tərəddüd edirdi. 
65 


I I I   F Ə S İ L  
AZƏRBAYCAN ƏRƏB HÖKMRANLIĞ) ALTINDA 
1. Azərbaycanın ərəblər tərəfindən fəthi 
642-ci ildə Nihavənd yaxınlığında vuruşma və Sasani ordusunun 
ikinci  məğlubiyyəti,  əsasən,  onun  nəticəsi  olaraq  baş  verir  ki, 
ayrı-ayrı müstəqil vilayətlərdən ibarət olan İran artıq birləşmiş vahid 
bir dövlət deyildi. Yerli hökmdarlar o qədər güclü və şahdan o qədər 
müstəqil idilər ki, III Yəzdigerdin çağırışına əməl edib gəlmirdilər, 
gəlmiş  olsalar  da  aralarında  köhnə  ixtilaflar  başlanardı,  nəticədə 
qoşunlarını  çəkib  özləri  ilə  aparardılar.  İranın  ayrı-ayrı  vilayət 
hökmdarlarının  ayrılma  əhvali-ruhiyyəsi  Sasani  imperiyasının 
dağılmasına  son  dərəcə  kömək  edir  və  onun  bir-birindən  ayrılmış 
hissələrinin ərəblər tərəfindən işğalını asanlaşdırır. 
İranın  ayrı-ayrı  vilayətlərinin,  o  cümlədən  Azərbaycanın 
hökmdarları  mərkəzi  hakimiyyətin  qeyri-mövcudluğunu  nəzərə 
alaraq, hərəsi ayrılıqda ərəb qoşunu qarşısında təslim olmaq qərarına 
gəlirdi;  bilirdi  ki,  mənasız  müqavimət  ancaq  qırğına  gətirib 
çıxaracaq.  Buna  görə  də  onlar  ərəblərə  təslim  olur,  onlarla  sülh 
müqavilələri bağlayır və bac vermək şərtilə şəhərləri, öz təbəələrinin 
şəxsi əmlak və həyatını qoruyub saxlayırdılar. 
Daxili  çəkişmə və müharibələrdən zəifləmiş  Sasani  imperiyası 
bədəvi  ərəb  qoşunlarının  təzyiqi  altında  dağılmağa  başladı.  Sebeos 
qeyd edir ki, "İran padşahlığı o zaman tənəzzül edirdi və onun qoşunu 
üç yerə parçalanmışdı".^ 
III Yəzdigerd imperiyanın paytaxtı Ktesifonu (Mədaini) 
66 


mühasirə  edən  ərəblərə  qarşı  Rüstəmin_sərkərdəliyi  ilə 
Azərbaycandan  80  minlik  bir  ordu  göndərir.  "İran  şahının 
hakimiyyəti  altındakı"  Ölkələrin,  yəni  Arran  və  Ermənistanın 
qoşunları  da  Rüstəmin  komandanlığı  altında  idi.^  Lakin  ərəblər 
İranın  bütün  başqa  qoşunları  kimi  Rüstəmin  qoşununu  da 
darmadağın  edirlər.  Rüstəm,  ermənilərin  sərkərdəsi  Muşeq  Ma- 
mikonyan və Sünik knyazı Qriqori həlak olurlar.^ 
Darmadağın  edilmiş  ordunun  qalıqları,  o  cümlədən  knyaz 
Cavanşirin komandanlığı altında Ktesifon yaxınlığındakı vuruşmada 
iranlıların tərəfində iştirak etmiş Arran döyüşçüləri də Azərbaycana 
geri  çəkilirlər.  Cavanşirin  qoşunları  "Ölü  suların  o  tayında"'* 
ərəblərlə vuruşaraq onların üzərində bir neçə qələbə çalmışlar. 
Bir  müddət  sonra  Arran  qoşun  dəstələri  Cavanşirin 
komandanlığı  altında  İran  qoşunları  tərəfində  yenidən  ərəblərlə 
vuruşa girirlər. M.Kaqankatvatsi həmin vuruşmanı belə təsvir edir; 
"Bir  neçə  gün  sonra,  Meheqan  ayında,  milad  günü,^  onların 
(ərəblərin)  üstünə  30000  atlı  və  20000  piyada®  hücuma  keçdi. 
Kaştandan [Qadisiyyə] çoxlu atlı və 20000 piyada ilə gələn üstləri 
qalxanh  Həcər  oğulları  irəliyə  atılaraq,  İran  ordusu  ilə  vuruşmağa 
başladı.  Arran  Sparapeti  [Cavanşir]  öz  igid  kişiləri  ilə  onların 
[ərəblərin] cərgələrinə soxulub girərək düşmənlərindən ikisini yerə 
sərdi, özü isə üç ağır  yara aldı. Düşmən onu quduzcasına çayadək 
təqib etdi, o isə həmlələri dəf edə-edə çayı üzüb keçdi 
III  Yəzdigerd  Cavanşirin  igidliyini  layiqincə  qiymətləndirdi: 
"ona bayraq, uca səsli kərənaylar, iki qızıl mizraq və iki zərlənmiş 
qalxan bəxş etdi ki, bunları da həmişə onun qabağında aparardılar. O 
[Yəzdigerd],  Cavanşirə  hamıdan  yüksək  hörmət  göstərdi.  Onun 
belinə  mirvari  ilə  bəzədilmiş  qızıl  kəmər  və  dəstəsi  qızıldan  olan 
qılınc keçirdilər, ona qolbaqlar verib başına gözəl bir tac qoydu. Ona 
həmçinin mirvari ilə bəzənmiş dizbağı verdi, boynundan da bir neçə 
sap mirvari asdı"® və i.a. 
Bir müddət sonra, "Yəzdigerdin səkkizinci ilində"® Azərbaycan 
yaxınlığında  ərəblərin  iranlılarla  vuruşu  zamanı  Cavanşir  "üç  min 
nəfərlə"  ərəblərə  qarşı  çıxış  edir  və  yenidən  döyüşlərdə  fərqlənir. 
Lakİn Sasanilərin son günlərinin gəlib çatdığı Cavanşirə aydın olan 
kimi o, "onlarla vidalaşıb Atrpa- takan əyalətinə gəldi", oradan da öz 
ölkəsinə qayıtdı. 
Beləliklə, Cavanşir yeddi il İran şahı tərəfində ərəblərlə vuruşdu 
və onun igidliyi artıq ərəblərə məlum olur. Buna görə də 
67 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə