Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə27/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   23   24   25   26   27   28   29   30   ...   107

yeni dinin qəbulu bə'zən ərəblər əleyhinə geniş üsyanlarla müşayiət 
olunurdu; çünki kənd yerlərində islamın yayılmasını işğalçı ərəblər 
ölkədə mövcud olan və ərəblərə Sasanilərdən ke* çən istismar sistemi 
ilə sıx əlaqələndirirdilər. 
İslam  bütpərəstliyin  və  çoxallahlılığın  bütün  formalarına  qarşı 
müharibə elan edərkən canlı vücudlara sitayiş məqsədilə onları təsvir 
etməyi  qəti  qadağan  edirdi.  Lakin  bizə  elə  gəlir  ki,  bəzi 
"tədqiqatçılar"  arasında  yayılmış  belə  bir  fikirdən  birdəfəlik  və  ya 
tamamilə  əl  çekmək  lazımdır  ki,  guya  islam  əmələ  gəldiyi  gündən 
insanın  və  digər  canlıların  təsvir  edilməsinə  düşməncəsinə 
yanaşmışdır.  Çoxdan  müəyyən  edilmişdir  ki,  VIII  əsrin  ortalarına 
qədər  ərəblər  arasında  insan  və  ya  heyvan  təsvirinin  yolverilməz 
olduğu haqqında bir təsəvvür yox idi.®^ 
İslam  dininin  yayılması  ilə  Azərbaycan  və  Arranda  təsviri 
incəsənətin  tətbiq  dairəsi  daralır.  Burada  islamdan  əvvəlki  dövrün 
incəsənətində (xristian incəsənəti) böyük yer tutan dini nəqqaşlıq və 
heykəltəraşlıq  tamamilə  yox  olur.  Dini  olmayan,  dünyəvi  təsviri 
incəsənət  isə  X  əsrədək  müsəlman  ilahiy-  yatçılarının  təqibindən 
uzaq idi. 
Qeyd etdiyimiz kimi, Arran əhalisinin islam dinini qəbul etməsi 
Azərbaycanda  olan  müsəlmanlaşdırma  şəraitindən  fərqli  idi.  Biz 
Arran  əhalisinin  istilaçılardan  asılı  olmayan  səbəblərə  görə 
müsəlmanlaşdırılmamış hissəsinin taleyindən ayrıca danışacağıq. Bu, 
xüsusilə dağ rayonlarının əhalisinə aiddir. 
Digər  xristian  ölkələrində  olduğu  kimi,  Arranda  da  yunan 
diofizit  dini  etiqadından  kənara  çıxan  bir  çox  təmayüllər  var  idi; 
bunlar qriqoryan təriqətinə düşmən çıxan müxtəlif bidət cərəyanları 
şəklində təzahür edir və amansızlıqla təqib olunurdu. 
Ortodoks  "kilsə  knyazlarının"  nüfuz  üstünlüyü  yerli  Alban 
ruhanilərini hiddətləndirir, onlarda acıq hissi doğururdu. Lakin Alban 
kilsəsini  təqib  etməkdə,  onun  müstəqil  olmaq  hüququnu 
məhdudlaşdırmaq  işində  erməni  qriqoryan  kilsəsi  xüsusi  rol 
oynamışdır.  Erməni  katolikosluğu  həmişə  özünün  ilkinliyini  və 
Alban  kilsəsindən  üstün  olduğunu  iddia  edirdi.  O,  Alban 
"bidətçilərinin” "başına ağıl qoymaq" məqsədilə öz əleyhdarını təhqir 
etmək  üçün  heç  vaxt  heç  bir  vasitədən  çəkinmirdi.  Uzun  əsrlər 
erməni və Alban ruhaniləri arasında mübarizə getmişdir.®^ 
Erməni  katolikosları  Alban  kilsəsini  öz  nüfuzuna  tabe  etmək 
üçün əvvəlcə Sasanilərin, sonra isə Ərəb xilafətinin silah- 
83 


İl qüvvələrinin köməyinə əl atmışlar. Ən axırı erməni katoli- kosunun 
xahişi əsasında  1836-cı  ildə Peterburq  Müqəddəs Sinodunun qərarı 
ilə Alban kilsəsi ləğv edilib fəaliyyəti dayandırıldı. 
Bir  çox  tədqiqatçılar  arasında  belə  bir  fikir  mövcuddur  ki, 
"Alban xalqı heç bir zaman ayrıca həmdin kilsədə təşəkkül tapmanuş 
və onun dili ibadət dili olmamışdır" (yəni kilsə ayinləri Alban dilində 
icra olunmayıb.— 
Biz  bu cür  iddialarla razılaşa bilmərik,  çünki  erməni kilsəsinin 
Alban kilsəsinə qarşı əsrlər boyunca davam edən mübarizəsi əslində 
bunun əksini sübut edir. Alban ruhaniləri hər dəfə öz kilsələrinin hər 
hansı  başqa  kilsədən  və  xüsusilə  də  erməni  kilsəsindən  müstəqil 
olduğu barədə öz müdafiə səslərini ucaldanda, erməni katolikosluğu 
bu  kimi  hallara  əks  münasibət  göstərərək  hər  vasitə  ilə  bu  cür 
cəhdlərin əleyhinə çıxırdı. 
Alban  katolikoslarının  Arran  ilə  qonşu  olub  ondan  asılı  olan 
knyazlıqların  (məsələn,  Sünik)®^  yepiskoplarını  vəzifədə  təsdiq 
edərək,  onlara  xeyir-dua  vermək  hüququna  malik  olduqlarına 
baxmayaraq,  erməni  katolikosları  onların  bu  hüququnu  saymayıb, 
ona  qarşı  etinasızlıq  göstərirdilər.  Məsələn,  Sebeos  bildirir  ki,  hələ 
ermənilərin  üsyanından  və  tran  mərz-  banı  Surenin  577-ci  ildə 
öldürülməsindən əvvəl, "Sünik torpağının hakimi Vaqan üsyan edib 
ermənilərdən  ayrıldı  və  İran  şahı  Xosrovdan  xahiş  etdi  ki,  Sünik 
torpağının  arxivlərini  (divanını—Z.B.)  Dvİndən  Paytakaran 
[Beyləqan]  şəhərinə  köçürsün  və  onların  şəhərini  Atrpatakan 
hüdudlarına daxil etsin ki, erməni adı onların üzərindən götürülsün. 
Əmr yerinə yetirildi". 
S.T.Yeremyan  Alban  və  erməni  kilsələri  arasındakı  kilsə 
ixtilaflarından danışarkən bu nəticəyə gəlir ki, artıq "VII əsrdən (qəti 
olaraq VIII əsrin əvvəllərindən) Alban kilsəsinə erməni kilsəsinin bir 
hissəsi  kimi  baxılırdı"®^  və  elə  bu  zamanda  Arran  vilayətlərindən 
Sünik, Arsax, Uti və başqalarının ermə- niləşdirilməsi®* baş verİr. 
Bu  iki  kilsənin  kilsə  mübahisələri  məsələsi  böyük  və  ətraflı 
tədqiqat tələb etsə də, biz bunun üstündə qısaca dayanmaq istərdik, 
çünki  Arranın  dövlət  dİni  VII  və  ondan  sonrakı  əsrlərdə  erməni 
katolikosluğuna böyük qanqaralıq gətirərək, ona daim narahatçılıq və 
başağrısı mənbəyinə çevrilmişdi. 
Yuxarıda qeyd edildiyi kimi, Mitilenli Zaxarinin VI əsrə aid olan 
"Suriya 
salnaməsində" 
deyilir: 
"Bu 
şimal 
tərəfdə 
(Zaqafqaziyada—Z.B.) 24 yepiskopu olan beş dindar xalq vardır. 
84 


Qurzan da Ermənistan torpağındadır, onun dili yunan dilinə oxşayır, 
onların tran şahına tabe olan xristian padşahı var. Arran torpağı da 
həmin Ermənistan torpağındadır, onun [öz] dili, dindar və xaçpərəst 
xalqı vardır, onların da tran şahına tabe olan padşahı vardır”.®^ 
Qurzanın (tberiya, Gürcüstan) və Arranın VI əsrdə öz dilləri və 
öz padşahları olduğunu nəzərə alaraq təsqiq etmək olar ki, etnik və ya 
siyasi cəhətdən nə Qurzan, nə də ki Arran Ermənistanın bir hissəsi 
olmayıb. Mövcud birlik isə sırf kilsə birliyi olaraq, 527-ci ildə Dvin 
şəhərində  Alban,  tberiya  və  erməni  kilsələrinin  keçirilmiş 
yığıncağında  elan  edilmişdi;  lakin  607-ci  ildə  həmin  Dvində  bu 
kilsələrin erməni kilsəsindən ayrılması baş verir. 
Bizim  üçün  isə  daha  mühümü  odur  ki,  Suriya  salnaməsinin 
müəllifi  açıqca  deyir  ki,  Arranın  öz  dili  vardı  və  bu  dil  müəllifin 
salnamədə  adlarını  çəkdiyi  xalqların  heç  birinin  dilinə  oxşamırdı. 
N.V.Piqulevskaya  qeyd  edir  ki,  "VI  əsrdə  güclü  erməni  təsirinə 
baxmayaraq,  bu  vilayət  (Arran—Z.B.)  hələ  öz  doğma  ləhcəsini 
saxlamışdı".*®* 
Bizə  yalnız  bunu  əlavə  etmək  qalır  ki,  "güclü  erməni  təsiri" 
başlıca olaraq onda ifadə olunurdu ki, ərəb basqını və Ərəb—Bizans, 
ondan  əwəl  isə  tran—Bizans  müharibələri  zamanı  Arrana  böyük 
sayda erməni köçmüşdü və bunlar yerli əhali ilə qarışaraq, qriqoryan 
kilsəsinə  onun  təlimi  və  ehkamlarını  yaymaqda  böyük  yardım 
göstərirdilər.  Buna  baxmayaraq,  Arran  dili  nəinki  VI  əsrdə,  hətta 
IX—X  əsrlərdə  belə  Bər-  də  ətrafında  mövcud  idi.  Orta  əsr  ərəb 
müəllif və coğrafiyaşünasları (əl-İstəxri, tbn Hövqəl, əl-Müqəddəsi 
və b.) bildirirlər ki, Arran əhalisi Öz Arran dilində danışırdı. 
XIII  əsrdə  Gəncədə  yaşamış  Kirakos  Qandzaketsi  yazır  ki, 
yalnız  Alban  "rəislərinin",  yəni  zadəganlarının  əksəriyyəti  erməni 
dilini bilir və bu dildə danışırdı.*®^ 
Müasir  tədqiqatçılar  (A.Y.Krımski,  V.F.Minorski,  S.Nəfisi, 
Z.t.Yampolski və b.) da bu fikrə şərikdirlər ki, IX—X əsrlərdə Bərdə 
şəhəri ətrafında Arran dilində danışırdılar; həm də belə güman edirlər 
ki,  Azərbaycan  SSR-in  şimal  hissəsində  və  Gürcüstanda  yaşayan 
udinlər 
(utilər) 
Alban 
dil 
ənənələrinin 
bilavasitə 
davamçılarıdırlar.*®® 
Beləliklə,  Arranın  öz  dili  olduğundan  bəhs  edən  həm  Suriya 
mənbəyinin,  həm  də  IX—X  əsr  ərəb  müəlliflərinin  verdiyi 
məlumatlar,  şübhəsiz,  belə  bir  həqiqəti  təsdiq  edir  ki,  Arran  etnik 
cəhətdən də, siyasi cəhətdən də nə Ermənistan olub, nə 
85 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə