Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə28/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   24   25   26   27   28   29   30   31   ...   107

də  ki  onun  bir  hissəsi,  yalnız  eyni  bir  kilsəyə  onun  nominal 
mənsubiyyəti buna səbəb olmuşdur ki, suriyahlar Arran və Qurzanı 
Ermənistanın tərkibinə daxil edərək onu Ermənistan adlandırmışlar. 
VIII  əsrin  əvvəllərində  erməni  katolikosu  İlya  xəlifə  Əbd 
ül-Malikə (685—705) xəbər çatdırıb bildirmişdi ki, albanlar Xilafət 
əleyhinə  Bizansla  ittifaq  bağlayırlar.  Əbd  ül-Malik  də  ərəblərin 
hərbi-siyasi  qüdrətinə  istinad  edərək,  Arran  katoli-  koslarını  tlyaya 
tabe edir. Ermənistan, Arran və İberiya torpaqlarının Suriya və ərəb 
mənbələrində  "Ərminiyə"  adlandırılması  yalnız  onların  inzibati 
birliyini  və  Ermənistan  katoli-  kosluğıınun  iddialarına  iltifatla 
yanaşan  xəlifələrlə  erməni  keşişlərinin  yaxınlığını  ifadə 
e d i r d i . A l b a n   (diofizit)  kilsəsinin  Bizansdan  kömək  umub,  ona 
arxalanması ərəblərin qətiyyən xoşuna gəlmir. Buna görə də ərəblər 
erməni  katolikoslu-  gunun  xahişlərini  böyük  həvəslə  qəbul  edirlər; 
beləliklə, bir oxla "iki dovşan" vuraraq, onlar Zaqafqaziyada Bizansın 
mənafeyini  sarsıtmış  və  Arranda  öz  maraqlarını  həyata  keçirən 
qriqoryan keşişlərinin yardımını qazanmış olurlar. 
Aşağıda  erməni  katolikosu  tiyanın  xəlifə  Əbd  ül-Malik  ilə 
yazışması verilir. 
Ermani katolikosu tiyanın Əbd ül-Malik Əmir Mumina məktubu 
"Hökmdar Gbd ül-Malik' Əmir Muminə erməni katolikosu llyadaiı. 
Qadir allahın iradəsi iiə bizim tabe ölkəmiz Sizə qulluq edir. Biz və Alban kilsəsi 
bir ilahi İsa dininə etiqad edirik, Partav taxtında oturan indiki AJban katolikosu yunan 
İmperatoru üə sazişə girib, oz ibadətlərində onun adını çekir və Ölkəni məcbur edir ki, 
dini etiqadda hamı ona qoşulsun, onun lümayəsiıü qəbul etsin. 
indi  qoy  bu  Sizə  məlum  olsun,  ta  bu  barədə  qərar  qəbul  edəsiniz,  belə  ki,  bu 
bədəfkarlıqda  onun  bir  əyan  qadın  məsləkdaşı  da  vardır.  Böyük  ixtiyar  sahibi,  əmr 
buyurun,  qoy  onlar  allaha  qarşı  işlədikləri  günah  üçün  müstə-  həqq  olduqları  cəzaya 
çatsınlar". 
Əbd ül-Malik Əmir Muminin Erməni katolikosu tiyanın 
məktubuna cavabı 
"Mən  sənin  —■  erməni  xalqının  katolikosu,  Allah  adamı,  tlya,  səmimi 
məktubunu oxudum və səue olan şəfqətdən öz sədaqətli bəndəmi çoxlu sayda qoşunla 
göndərdim.  Əmr  etdik  ki,  bizim  hökmranlığımıza  qarşı  qiyam  edən  albanlarda  sizin 
dininizə uyğun dəyişikliklər edilsin. Bəndəmiz bizim hökmü Partavda, sənin hüzurunda 
icra  edəcəkdir;  o,  Nerseslə  bədəfkarlıqda  onunla  həmfikir  olan  qadım  bir  zəncirə 
bağlayacaq və onları bütün qiyamçıların yanında rüsvay etmək üçün şah məhkəməsinə 
çəkəcəkdir”. 
86 


Erməni  katolikosu  llyanın  Partava  gəlməsi;  Nersesin 
cəzalandırılması. Böyük erməni patriarxı Albaniya paytaxtı Partava 
gəlib böyük kilsədə oturdu və əmr etdi ki, Nersesi  onun hüzuruna 
gətirsinlər. Lakin Nerses gizlənmişdi və onu tapa bilmirdilər; onda 
böyük din xadimi, Alban knyazı Şeroy onun yaxın adamlarını tutub 
əmr  edir  ki,  onlar  Nersesi  gətirsinlər;  sonra  gətirdib  onu  böyük 
yığıncağın ortasında tiyanın qarşısında qoyur. Lakin bu zavallı adam 
aciz  qalıb  cavab  verə  bilmədiyi  üçün  padşahın  əmri  ilə  dəhşətli 
əzablar  çəkməli  olur.  O,  həmin  qadınla  addımbaaddım  ataraq 
gətirildi və onların sürgün edilməsi qərara alındı. Nerses buna dözə 
bilmədi,  8  gün  heç  nə  yeməyib  öldü.  O,  vəsiyyət  etdi  ki,  onu 
ayağındakı  zəncirlə  basdırsınlar.  Şeroya  da  lənətlər  yağdırdı  ki, 
hakimiyyət  üstündə  onunla  [Şeroyia]  Sprama  arasında  baş  vermiş 
çəkişmədə, o [Şeroy], Nerseslə Spramanın məhvinə bais olmuşdur. 
Nerses patriarx taxtında 14 il pravoslav məzhəbində, 3 il  yarım da 
günah içində keçirdi (688—704-cü illər). 
Bütün  bunlardan  sonra  dini  yığıncaq  həlim  adam  olan  Si- 
meonu seçib, onu Albaniyanın katolikosu etdi.  O, ölkədə Nersesin 
fitnələrinə son qoydu və yolunu azmış kilsəyə həqiqi dinin bir çox 
müddəalarını  çatdırdı.  O,  özünün  Berdakor  adlanan  yay 
iqamətgahında  Nersesin  bidət  dolu  bütün  kitablarını  sandıqlarda 
Trtu (Tərtər) çayına atmağı əmr etdi".'“® 
Bu  əhvalatı  IX  əsrin  başqa  (erməni)  mənbəyi  də  təsdiq  edir. 
"Böyük Yegiya hikmət və kbramət işlədib ismaillilərin amira- peti 
(xəlifəsi—Z.B.) Önıərə^”^ məktub yazıb ərz edir ki, "bizdə, bizim 
ölkədə  bir  yepiskop  və  belə  bir  qadın  (I  Varaz  Trdatın  arvadı 
Sprama—Z.B.) vardır; bunlar sizin böyük dövlətinizə tabe olmaqdan 
boyun  qaçırıb,  oxuduğumuz  dualarda  sizin  adınızı  çəkməkdə 
bizimlə  (erməni  kilsəsi  ilə—Z.B.)  birgə  deyillər,  əksinə,  yunan 
padşahının  adını  çəkib  ölkəmizi  ona  vermək  fikrindədirlər.  Əgər 
təcili onları aramızdan götürüb məhv etməsəniz, vergi məsələsi və 
digər işlərdə onlar tezliklə böyük imarətə [Bizansa] satılarlar". 
Sonra  amirapet  bunu  oxudu,  böyük  patriarxın  elçisinə 
minnətdarlıql hissilə hörmət etdi və xədimlərindən birini göndərib 
əmr  etdi  ki,  dərhal  həmin  Nersesi  böyük  xanımla  birlikdə  onun 
yanına gətirsin. 
O  gəlib,  hər  ikisini  tutaraq  zəncirlədi  və  dəvələrə  mindirib 
amirapetin yanına apardı".'®* 
Az sonra xəlifənin nümayəndələri knyaz Şeroyu və Arranın bir 
çox knyaz və əyanlarını Suriyaya aparırlar.'®® 
87 


Arran öz yanmmüstəqil vəziyyətini itirir və tamamilə ərəblərin 
hakimiyyəti altına keçir. 
Sonralar  erməni  kilsəsi  Alban  ruhanilərini  tutduqları 
mövqelərdən  sıxışdırıb  çıxarır  və  ölkənin  ərəblər  üçün  əlçatmaz 
dağlıq  yerlərində  yaşayan  albanları  səylə  qriqoryanlaşdırmağa 
başlayır.  Erməni  ruhaniləri  Arran  kilsəsinin  bu  əhali  arasında  olan 
nüfuzunu  tədricən  heçə  çıxardır  və  ərəb  hakimlərinin  əli  ilə 
albanların bütün ədəbi abidələrini — Alban mədəniyyətini azacıq da 
olsa  xatırlada  biləcək  hər  şeyi  məhv  edirlər.  Bütün  bu  işlər,  təkrar 
edirik,  əvvəlcə  Xilafətin  köməyi  ilə,  sonralar  isə  digər  istilaçıların 
razılıq və vasitəsilə görülür.'^” 
Qriqoryan  kilsə  xadimləri  Arranın  ədəbi  abidələrini  məhv 
edərkən,  əvvəlcə  bu  abidələri  qrabara  çevirirdilər.”^  Məsələn, 
albanların  bir  çox  başqa  ədəbi  əsərləri  kimi  Moisey  Kaqankat- 
vatsinin "Ağvan tarixi" əsəri ilə də belə edilir. 
T.Ter-Qriqoryan  qeyd  edir  ki,  Moisey  Kaqankatvatsinin  əsəri 
bizə  əvvəlki  şəklində  gəlib  çatmayıb:  onu  köçürüb  yazan  erməni 
rahiblərindən ibarət xəttat və tərcüməçilər əsərin üzünü köçürərkən 
erməni  katolikoslarının  göstərişi  ilə  mətndə  qəsdən  təhriflərə  yol 
vermişlər.”^  "Ağvan  tarixi"nin  bizə  gəlib  çatan  məhz  erməni 
variantları S.T.Yeremyana bunu yazmağa əsas verib ki, guya Moisey 
Kaqankatvatsi "öz Albaniya ölkəsinin tarixini" yalnız qədim erməni 
ədəbi dilində yaza bilərdi".”^ 
Bəzi  alimlərin  M.Kaqankatvatsinin  erməni  tarixçisi  olması 
barədə  "qəti  qənaəti"  bizcə,  yanlışdır.  Arran  (Albaniya)  əhli  olan 
M.Kaqankatvatsi  yeganə  müəllifdir  ki,  öz  vətəni  haqqında  X  əsr 
hadisələrinədək məlumat verən yeganə salnamə yazıb onu bizə miras 
olaraq  qoyub  getmişdir.  Y.Manandyan  da  bu  fikrə  şərikdir.  Lakin 
V.S.Nalbandyan  isə  özünün  Tbilisi  haqqında  bu  yaxınlarda  çıxmış 
kitabında  inadla  sübut  etməyə  çalışır  ki,  M.Kaqankatvatsi  erməni 
tarixçisi imiş.”"* 
Şübhəsiz  ki,  M.Kaqankatvatsi  VII  əsrin  əvvəllərində  olmuş 
hadisələr haqqında "məzmunlu və aydın danışır" və o da şübhəsiz ki, 
"bu  dövrdəki  Tbilisi  tarixi  üzrə  yeganə  etibarlı  mənbə" 
M.Kaqankatvatsinin  əsəridir.**®  Amma  qəribədir  ki,  nəyə  görə 
V.S.Nalbandyan  Moisey  Kaqankatvatsi  həqiqətən  də  "qədim  alban 
tarixçisi"  olması  kimi  danılmaz  bir  faktı  "bir  növ  acınacaqlı 
anlaşılmazlıq" sayır, halbuki bu fakt, "hətta "Gürcüstan tarixi” kimi 
mötəbər  bir  əsərdə  də"  etiraf  olunur.**®  T.Ter-Qriqoryan  "Ağvan 
tarixi" əlyazmasına erməni kilsə xadimlərinin münasibətini göstərən 
maraqlı faktlar gətirir. 
88 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə