Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə13/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   9   10   11   12   13   14   15   16   ...   107

I I   F Ə S İ L  
AZƏRBAYCAN ƏRƏB İSTİLASI ƏRƏFƏSİNDƏ 
1. VI əsrin axırları və VII əsrin əvvəllərində 
siyasi vəziyyət 
VII  əsrin  başlanğıcında,  demək  olar  ki,  bütün  Orta  Şərq,  o 
cümlədən,  Zaqafqaziya  da  bir-biri  ilə  çəkişən  iki  qüdrətli  rəqib 
dövlət — Bizans Uə Sasanilər İranı arasında bölüşdürülmüşdü. 
Ümumi  adı  "Arran"  (Albaniya,  Ağvank)  olan  Azərbaycanın 
şimal  rayonları,  yarımmüstəqil  əmirlik  və  ya  padşahlıq  şəklində 
İrandan  asılı  olsa  da,  daim  daha  güclü  qonşuları  və  xəzərlərin^ 
işğalçı  hücumlarına  məruz  qalırdı;  bu  işğalçılardan  hər  biri  Arran 
xalqını  qarət  edib  kölə  halına  salmağa,  onun  torpaq  və  təbii 
sərvətlərini talan etməyə çalışırdı. Bu şəraitdə Arran çox vaxt gah bu, 
gah digər güclü qonşudan siyasi və iqtisadi cəhətdən asılı vəziyyətə 
düşürdü. 
Azərbaycanın Sasanilər imperiyası tərkibinə bir əyalət (kustak) 
kimi daxil olan cənub rayonları da Bizans ilə İran arasında tez-tez 
baş  verib,  bəzən  on  illərlə  davam  edən  dağıdıcı  müharibələr 
nəticəsində bir çox məhrumiyyətlərə düçar olurdu. 
VI əsrin axırlarında həm Azərbaycan, həm də Arran Sasanilər 
imperiyasının tərkibinə daxil olub, İberiya və Ermənistanla birlikdə 
imperiyanın  dörd  inzibati  vahidindən  biri  olan  Şimal  canişinliyi 
(Qafqaz  kustakı)^  təşkil  edirdilər,  tranın  inzibati  bölgüsünə  dair 
məlumata biz əd-Dinəvəridə rast gəlirik: "Kisra Ənuşirəvan ölkəni 
dörd yerə (hissəyə) böldü və bunların hər biri bir rəis tərəfindən idarə 
olunurdu. Dörd hissədən 
40 


biri  Xorasan,  Sicistan  və  Kirmandan,  o  birisi  —  İsfahan,  Qum, 
əl-Cibəl,  Azərbaycan  və  Ermənistandan,  üçüncüsü  —  Fars  və 
əl-Əhvazdan  və  əl-Bəhreynə  kimi,  dördüncüsü  —  İraqdan  tutmuş 
Rum ölkəsinin sərhəddinədək uzanan ərazilərdən ibarət idi”.^ 
Lakin  ilkin  ərəb  müəlliflərinin  əsaslandığı  pəhləvi 
mənbələrindən  istifadə  etmiş  ət-Təbəri  məlumat  verir  ki, 
imperiyanın dörd əyalətə (kusta) bölünməsi hələ I Xosrovdan əvvəl 
mövcud idi; taxta çıxandan sonra Xosrov "İranın dörd ölkəsini idarə 
edən  dörd  padospana  məktub  göndərir".  Məktublardan  biri 
"Azərbaycan, Ermənistan və qonşu ölkələrin padospanı Zədüyyə ibn 
ən-Nahiracana"”* ünvanlanmışdı. 
I  Xosrova  qədər  baş  sərkərdə  —  spahbed  vəzifəsini  bir  nəfər 
daşıyırdı. I Xosrov isə bu vəzifəni dörd nəfər: "Şərq, yəni Xorasan və 
qonşu torpaqlar spahbedi. Qərb (Məğrib) spahbedi. Cənub (Nimruz), 
yəni Yəmən spahbedi, Azərbaycan və qonşu torpaqlar, yəni Xəzərlər 
spahbedi"® arasında bölür. 
Kustlar  da  xırda  vahidlərə  bölünürdü;  bu  vahidlərdən  hər  biri 
tarixən  əmələ  gəlmiş  ərazi  və  etnik  şəraitə  uyğun  olaraq  az-çox 
müstəqil  vilayətdən  (şəhrdən)  ibarət  idi.  Şimal  kustuna  13  belə 
vilayət  (şəhr),  o  cümlədən  Azərbaycan  (Atrpatakan),  Ermənistan 
(Ərinən),  İberiya  (Varçan),  Arran  (Ran),  Balasa-  kan,  Sisakan  və 
digər  vilayətlər  (Mukan,  Deyləm,  Dəmavənd,  Ruyan,  Amul  və  s.) 
daxil idi.® 
İbn  Xordadbeh  təsdiq  edir  ki.  Cənub  və  ya  Şimal  ölkələri 
Sasanilər  imperiyasının  dörddə  bir  hissəsini  təşkil  edərək 
Azərbazqanspahbed  adlanan  Şimal  spahbedin  hakimiyyəti  altında 
idi;  bu  hissəyə  Azərbaycan,  Ermənistan,  Rey,  Arran  və  başqa 
ərazilər daxil idi.'^ Padşah titullarından danışarkən İbn Xordadbeh 
bildirir  ki,  hələ  I  Ərdəşir  (224—241-ci  illər)  Azərbaycan, 
Ermənistan  və  digər  ölkə  padşahlarına  şah  adı  verərək,  onları 
Azərbazqan  şah,  Şiryan  şah,  Baraşkan  şah  (Azərbaycanda),  Allan 
şah  (Muğan),  Ərmənian  şah.  Filan  şah  və  i.a.®  adlandırmışdı. 
Mitilenli  Zaxarinin  Suriya  xronikasında  Zaqafqaziyada  yerli 
hakimlərin  olduğu  haqqında  məlumat  verilir.  "Bu  şimal  tərəfdə 
(Zaqafqaziyada  —  Z.B.)  24  yepiskopu  olan  beş  dindar  xalq  var. 
Onların  katolikosu  İran  Ermənistanının  böyük  şəhəri  olan 
Dvindədir. Qurzan da Ermənistanda olan torpaqdır, onun dili yunan 
dilinə  oxşayır,  onların  İran  şahına  tabe  olan  xristian  padşahı  var. 
Arranın  da  öz  torpağı,  öz  dili,  dindar  və  xaçpərəst  xalqı  vardır, 
onların da İran şahına tabe olan padşahı var".® 
41 


Azərbaycan  bu  Şimal  canişinliyində  mühüm  strateji  mövqe 
tutaraq,  imperiyaya  şimalda  xəzərlər  tərəfdən,  qərbdə  isə  Bizans 
tərəfdən  girən  yollan  qoruyurdu.  Xəzərlər  Arran  və  Azərbaycana 
başqalardan daha tez-tez basqın edirdilər, buna görə də Sasani şahları 
öz  sərhədlərinin  möhkəmləndirilməsinə  olduqca  böyük  əhəmiyyət 
verirdilər. 
"Ağvan  tarixi"ndə  Sasani  şahı  II  Şapurun  (309—379) 
hökmranlığı  zamanı  xəzərlərin  təqribən  350-ci  ildə  Arrana  basqını 
haqda anaxronik səciyyəli bir məlumat vardır:  "Çoxlu  sayda xəzər 
Çoqay  qapısından  keçərək,  bizim  ölkəyə  girir.  Şapur  Assuriya, 
Xorasan  və  Xarəzmdən  saysız-hesabsız  ordu  və  Atrpatakan^*’ 
əyalətindən çoxlu cəsur iranlıları (azərbaycanlıları — Z.B.), albanları 
və Qafqaz dağlarının vəhşi xalqlarından 12 tayfa toplayıb, bu böyük 
qüvvə ilə yürüşə başlayaraq, onların qarşısına çıxır".“ 
Lakin  xəzərlərə  qarşı  ciddi  tədbir  görən  ilk  İran  şahı  I  Qubad 
(Kavad  —  446—531-ci  illər)  idi;  onun  sərkərdələrindən  biri 
Dinavərədək gəlib çıxan xəzərləri təqib edərək, Curzan (Gürcüstan) 
və Arranı onlardan geri alır. "O, Arran ölkəsinə daxil olur və ər-Ras 
(Araz  —  Z.B.)  adı  ilə  tanınan  çayla  Şirvan  arasında  olan  [bütün 
torpaqları] tutur 
Bundan  sonra  I  Qubad  özü  Arrana  gəlir,  burada  Beyləqan, 
Bərdə, Qəbələ,^® Dərbənd və Şəki şəhərlərini salıb möhkəmləndirir. 
Bu məlumat ilk dövrlərin ən yaxşı, mötəbər məxəzlərindən biri hesab 
olunan əl-Bəlazuridən götürülmüşdür. Qubad Şirvandan tutmuş Bəb 
əl-Lan adlanan keçidə qədər çiy kərpicdən hasar çəkməyə başlayır. 
Hasarın tikintisini Qubadın oğlu  I Xosrov Ənuşirvan (531—578-ci 
illər)  başa  çatdırır  və  şimala  doğru  Bab  əl-Əbvab^*  şəhərini 
möhkəmləndirir,  belə  ki,  Zaqafqaziyada  hökmranlığı  öz 
imperiyasının əmin-amanlığı üçün ən başlıca şərt hesab edirdi. 
Xəzərlərin  Zaqafqaziyaya  soxulması  barədə  ən  gözəl 
məlumatlar  əl-Yəqubidədir:  "Xəzərlər  —  bütün  Ərminiyyə 
torpaqlarını  tutanlardır".^^  Onlara  xaqan  adlanan  padşah  başçılıq 
edir. Onun Arran, Curzan, Basfurcan^®  və Sisican üzərində Yəzid 
Balaş adda canişini vardır. Bu əyalətlər dördüncü Ərminiyyə adlanır 
ki,  o,  vaxtilə  tran  şahı  Qubad  tərəfindən  işğal  edilmiş  və  Bab 
əl-Lanadək min fərsəx^’^ uzanıb, üç yüz altmış şəhəri olan bu ərazi 
[onun  oğlu]  Ənuşirvana  keçmişdir,  tran  şahı  Bab  əl-Əbvab, 
Təbərsəran və Bələncəri tutur. O, Qaliqala və bir çox başqa şəhərlər 
salır  və  bunlarda  iranlıları  yerləşdirirdi.  Sonra  xəzərlər,  vaxtilə 
iranlıların onlardan [xəzərlər- 
42 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə