Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə15/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   11   12   13   14   15   16   17   18   ...   107

ray  həbsxanasında  yatan  kişilərin  hamısını  evə  buraxdı".Bu 
məhbuslar arasında Albaniya katolikosu Viro da var idi. "O, müdrik , 
dahi  bir  şəxs,  fəzilət  sahibi  idi;  böyük,  şahanə  işlərdə,  müdrik 
məsləhətlər verməkdə onun cəld yazan qələm tək iti dili var idi. Onun 
mülayim danışığı  sadə adamların, xalqın xoşuna gələrdi. O, filosof 
kimi danışar, söhbətini ibrətamiz ifadələrlə bəzərdi; dili zərli sap üstə 
dürrə bənzər ibrətli rəvayətlər qoşub söylərdi. O, fars dilinə tərcümə 
işində  xüsusilə  mahir  idi,  bu  dili  Xosrovun  sarayında  25  il  həbsdə 
olarkən mükəmməl Öyrənmişdi". 
Gördüyümüz  kimi,  salnaməçi  təmtəraqlı  ifadələr  işlətməkdə 
xəsislik etməyib; salnaməçinin Viro haqqında yazdığının çoxu alban 
kilsə  başçısının  şənini  yüksəltmək  üçün  olsa  da,  biz  Vironun 
həqiqətən  ağıllı  bir  dövlət  xadimi  olduğunu  qeyd  etməyə  bilmərik: 
onun  kilsə  və  dövlət  başçısı  vəzifəsindəki  bütün  fəaliyyəti  bunu 
göstərir.  Arran  xalqının  təşəkkül  tarixində,  onun  birləşməsi 
prosesində  Vironun  rolu  o  qədər  böyükdür  ki,  orta  əsrlərdə 
Azərbaycanın ən görkəmli şəxsiyyətlərindən biri olan Viro haqqında 
tarixi mənbələrdəki materialların verdiyi İmkan daxilində daha ətraflı 
danışmaq lazımdır. 
602-ci  ildə  Foka  Bizans  imperatoru  Mavrikini  (582—602-ci 
illər) öldürərək imperiya taxtını ələ keçirir. Bundan istifadə edən II 
Xosrov Mavrikinin intiqamını almaq bəhanəsi ilə Bizansa müharibə 
elan edir və bu müharibə II Xosrov devrilib öl- dürülənədək davam 
edir,  tik  dövrdə  Sasanilər  müvəffəqiyyət  qazanıb,  Bizansın  demək 
olar  bütün  Kiçik  Asiya  torpaqlarını,  habelə  Misiri  tuturlar.  Sasani 
qoşunları  hətta  imperiyanın  paytaxtı  Konstantinopola  yaxınlaşırlar. 
Lakin  Foka  öldürü-  ləndən  sonra  imperiya  taxtına  çıxan  I  trakli 
(610—641-ci  illər)  xəzər  xaqanı  ilə  ittifaq  bağlayır  və  görəcəyimiz 
kimi, müharibə 629-cu ildə İranın tam məğlubiyyəti ilə qurtarır.'*^ 
İranla  Bizans  arasında  gedən  müharibədən  istifadə  edərək 
603/4-cü  ildə  Albaniyada  Sasani  hökmranlığına  qarşı  üsyan  qalxır. 
Lakin II Xosrov üsyan etmiş Albaniya xalqına çox tez divan tuta bilir. 
Üsyan rəhbəri katolikos Viro "İran şahı əleyhinə ayağa qalxmış baş 
Ağvan  əyanlarının  qiyamında  ittiham  edilir;  [onların]  çoxu  məhv 
olur:  bəzisi  qılıncdan,  bəzisi  şikəstlikdən,  bəziləri  də  uzaq  ölkələrə 
sürgün edilir".'*'* 
Viro  II  Xosrovun  cəza  dəstələrindən  qaçıb  gizlənə  bilir.  O, 
imperiyanın paytaxtı Ktesifona (Mədainə) qaçır və orada II Xosrovun 
arvadı xristian^® məlikə Şirinin himayəsinə sığınır, onun himayəsi 
sayəsində Viro ələ keçmiş knyazların əksəriyyə 
46 


tinin aqibətindən qaçına bilir.‘‘® Məlikə Şirin "çox səylərdən sonra 
şahın  ona  xatir  Vironun  canından  keçməsinə  nail  olur",  lakin  II 
Xosrov  şərt  kəsir  ki,  Viro  ömrünün  sonunadək  "öz  ölkəsinə 
qayıtmayacaq  və  sarayda  nəzarət  altında  qalacaq.  O,  (Xosrov) 
Vironun  patriarx  gəlirlərini  əlindən  almadı,  onu  ka-  tolikos 
ləqəbindən məhrum etmədi". 
Təəssüf ki, "Ağvan tarixi"ndən savayı heç bir mənbə Sasanilərin 
zülmünə  qarşı  Albaniya  üsyanı  haqqında  məlumat  vermir.  Lakin 
"Məktublar  kitabı”  həmin  illərin  hadisələrinə  bir  qədər  işıq  salır. 
606/7-ci  ildə  Gürcüstan  katolikosu  Kürion  Dvində  olan  Virk**® 
(İberiya)  mərzbanı  Smbat  Baqratuniyə  belə  məzmunda  bir  məktub 
yazmışdı:  "Tsurtav  yepiskopu  Moisey  öz  pis  əməllərinə  görə  gecə 
gizlicə  [alban]  qiyamçıları  tərəfinə  qaçaraq  Vaqramın  [Vironun] 
yanına gəldi və etdiyi bu cür pis hərəkətilə arilər ölkəsinə (yəni İrana 
—  Z.B.)  böyük  ziyan  vurdu".Amma  yepiskop  Moisey,  özünü 
doğruldaraq  həmin  Smbata  yazır:  "Mən  Vaqramın  yanında 
olmamışam.  Lakin  sən  cənaba  bildirirəm  ki,  Vaqram  mənə 
yazmışdır: "Sənin kilsədən uzaqlaşmağın böyük bir işdir, indi ki, sən 
çıxıb  getmişsən,  yolunu  gərək  bizə  tərəf  salasan.  Burada 
[Albaniyada] kilsənin mülkü var; bu mülk səni də təmin edə bilər". 
Mən bu məktubu katolikos Abraama (607—615-ci illər) göstərdim, 
sən  hakimə  də  göstərirəm,  mən  elə  buradaca  cavab  verdim.  Mən 
[Vaq- ram-Viroya] dedim nə üçün oradan getdim — Sizin yanınıza 
gəlmək üçün — axı sizin [albanların] etiqadı onların [gürcülərin] dini 
etiqadı ilə birdir 
Zənnimizcə,  bu  iki  yazı  parçası  Vironun  (Vaqramın)  Alba- 
niyadakı üsyanın rəhbəri olduğuna şübhə etməməyə əsas verir.®^ 
Ktesifonda  II  Xosrovun  yanında  əsir  kimi  qalan  Viro  Şirinin 
himayəsindən  istifadə  edərək,  yanına  gələn  adamları  qəbul  edir, 
vətəni  haqqında  məlumat  atır,  müxtəlif  dini  mübahisələrdə  iştirak 
edirdi. 
612/13-cü  ildə  tran  məclisi  adlanan  dini  bir  məclis  keçirilir, 
bir-birinə  düşmən  olan  iki  təriqətin  keşişləri  II  Xosrovun  təklifi  ilə 
xalkedon  və  antixalkedon  məclislərinin  mahiyyətini  yığıncaqda 
aşkar  etməli  və  bir  "nəticəyə  gəlməli  idilər".  Bu  məclisdə 
xalkedonçular  arasında  Albaniya  katolikosu  Viro  da  var  idi.“^ 
Asogik qeyd edir ki, həmin məclisdə "xalkedon məclisinin təliminə 
etiqad  edən  və  Paytakaranda  tran  şahının  sarayında  məhbus  qalan 
Albaniya katolikosu [Viro] da iştirak edirdi".^® 
47 


Viro həbsdə ikən II  Xosrovdan Mihranilər®"* xanədanından 
olan Albaniya knyazlarına "Girdiınan hakimi və Albaniya ölkəsinin 
knyazı"  ləcıəbini  bəxş  etməsi  haqda  bir  sərəncam  verməsinə  nail 
olur.“^  Bu  titul  627-ci  ildə  Ktesifonda  (Mədaində)  "Albaniya 
katolikosu Viro tərəfindən xaçaçuran edilən"®*’ Varaz-Qriqora ük 
Albaniya knyazı seçilərkən verilir. 
Bəzi  alimlərin  Viroya  verdiyi  xarakteristikanın  qeyri-də-  qiq 
olduğunu burada qeyd etmək lazımdır. M.l.Artamonov belə güman 
edir  ki,  onun  monofizit  Varaz-Qriqoru  xaçaçuran  edən  Viro  üçün, 
xalkedonçu  Bizans  imperatoru  I  İraklinin®^  Varaz-Qriqoru  ikinci 
dəfə  xaçaçuran  etməsi  xoşa  gəlməyən  bir  hal  ola  bilərdi.®® 
Gördüyümüz kimi, Viro da xalkedonçu idi və Varaz-Qriqorun İrakli 
tərəfindən bir də xaçaçuran edilməsi alban kilsəsini Gürcüstanın da 
aid olduğu Xalkedon baş kilsəsinə daha çox bənd edir.®® 
Albaniya tarixində baş verən sonrakı hadisələr*’® təsdiq edir 
ki, Albaniya kilsəsi məhz katolikos Vironun hökmranlığı dövründən 
etibarən Xalkedon kilsə mövqeyində durur. 
25 illik həbsdən azad olunduqdan sonra Viro vətənə gedİr. Vətən 
hüdudlarına  gəlib  çatdıqda  o,  öz  yeparxiya  kilsələrinin  qarşısında 
səcdə  edib  qapı  və  döşəmələrini  qucaqlayır,  sel  kimi  göz  yaşları 
axıdıb, onları diz çökərək torpaq üzərinə tökürdü.®- Lakin katolikos 
"bir  az  istirahət  edib  həsrətini  çəkdiyi"  doğma  yurdunu  "doyunca 
görə"  bilmir,  çünki  o,  "dəhşətli  kədər,  zəhmət  və  məşəqqətlərlə 
üzləşməli, çox keçmədən isə baş verən dağıntını görməli olur".®® 
Məlum olduğu kimi, 627-ci ildə, Vironun azad olmasına bir il 
qalmış,  Bizans  ilə  xəzərlər  arasında  İrana  qarşı  bağlanan  hərbi 
ittifaqa  görə  Xəzər  orduları  Zaqafqaziya  ərazisinə  öz  ilk  böyük 
basqınını  edir.  Bizans  tarixçisinin  bildirdiyinə  görə,  "İmperator 
İraklinin Sasanilərlə müharibəsi zamanı İrakli xəzərlər adlanan şərq 
türkləri  ilə  ittifaq  bağladı.  Onlar  xaqandan  sonra  ən  böyük  şəxs 
sayılan  [Cebu  Xaqanın]  rəhbərliyi  ilə  Atrpatakan  əyalətinə 
soxuldular.®^  Xəzərlərin  bu  hücumu  "Ağvan  tarixi"ndə  öz  əksini 
tapıb:  orada  deyilir:  "xəzərlər  İraklinin  buyruğuna  əsasən 
saysız-hesabsız  qoşunlarla  ölkəmizə  [Albaniyaya]  basqınlar 
edirdilər".®® 
Ölkəyə  soxulan  xəzərlər  birinci  zərbəni  Dərbəndə  endirdilər. 
Şəhəri uzun müddət mühasirədə saxladıqdan sonra onlar Dərbəndin 
"əcaib divarlarını" dağıdırlar; halbuki bu divarları çəkmək üçün İran 
şahları  memarlar  səfərbər  edib,  bir  çox  müxtəlif  materiallar 
axtarmaqla ölkəmizi [Albaniyanı] üzüb 
48 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə