Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   30   31   32   33   34   35   36   37   ...   116

110
 
“Quest UTS” firmasının mütəxəssisləri təbii bitki xammalın-
dan hazırlanan funksional içkiləri şərti olaraq əczaçılıq, neyrosep-
tik,  idman,  enerjili  və  yaxşı  əhval  ruhiyyə  yaradan  içkilər  kimi 
qruplaşdırırlar. 
Əczaçılıq içkilərinə farmokoloji təsiri yoxlanılmış, terapevtik 
və  profilaktik  xüsusiyyətlərə  malik  olan,  xəstəlik  riskini  azaldan 
içkilər aid edilir. Bu qrupa vitamin tərkibli xüsusi seçilmiş spesifik 
komponetlərlə  zənginləşməsinə  görə  vitaminləşdirilmiş  və  isti-
qamətli  otlar  kompozisiyasından  hazırlanmış  yüksək  müalicə 
effektinə malik olan əczaçılıq balzamları aiddir. 
Neyroseptik  qrupa  uzun  müddətli  təsirə  və  inqredientlərə 
malik, insanların sağlamlığına təsiri elmi cəhətdən sübut olunmuş 
içkilər  daxildir.  Belə  içkilərə  karbohidrat  mübadiləsi  pozulmuş, 
şəkərli  diabetdən  və  piylənmədən  əziyyət  çəkən  insanlar  üçün 
məxsusi olaraq hazırlanmış pəhriz içkilər aiddir. 
İdmançılar  üçün  və  energetik  içkilər  tonuslaşdırıcı  effektə 
malik olmaqia orqanizimdə energetik prosesləri stimullaşdırır. 
Yaxşı  əhval-ruhiyyə  yaradan  içkilər  müxtəlif  makro  və 
mikroelementlərə, balanslaşmış vitamin kompleksinə malik olur. 
Bu  seriyadan  olan  içkilər  insan  orqanizmindən  zərərli,  toksiki 
maddələri  çıxarır  və  ekoloji  cəhətdən  əlverişsiz  regionlarda 
orqanizmin xəstəliklərə davamlılığını artırır.  
Rusiya Elmi Tədqiqat Alkoqolsuz Pivə və Şərabçılıq Sənayesi 
İnstitutunun  alimlərinin  fikrincə  sağlamlıq  içkilərinə  bütün 
alkoqolsuz  içkilər  çeşidi,  yəni  karbohidrat  şərbəti,  üzvi  turşular 
əsasında  tamlı  inqredientlər,  o  cümlədən  bioloji  aktiv  əlavələrlə 
birgə istehsal edilən bütün içkilər aid edilməlidir.  
“Sağlamlıq  içkisi”  anlayışı  öz-özlüyündə  polikomponentli 
sistem  olub,  bitki  və  ya  heyvan  mənşəli  təbii  qida  əlavələri  ilə 
zənginləşdirilmiş, karbohidrata və üzvi turşulara malik olan içməli 
sudur. 
Yeniyetmənin  ümumi  əsəb  sisteminin  möhkəmləndirilməsi 
üçün  bədən  çəkisinin  formalaşması  prosesinin  normallaşmasını 
təmin  edən  təbii  komponentlər,  vitaminlər,  makro  və  mikro-
elementlər,  amin  turşuları,  qida  lifləri  və  pektin  maddələri  ilə 


111
 
zəngin olan içkilər məsləhət görülür.  
Herodietik  içkilər  üçün  xarakterik  cəhət  onun  tərkibində 
vaxtından əvvəl qocalmanın qarşısını alan maddələrin olmasıdır.  
Bu maddələr orqanizmdə maddələr mübadiləsini yaxşılaşdır-
malı, radionuklidləri və ağır metalların duzlarını çıxarmalı, orqa-
nizmdə oksidləşmə prosesinin qarşısını almalıdır. Belə maddələrə 
ilk növbədə antioksidantlar-askorbin turşusu, E vitamini, karotin 
və karotinoidlər, selen və flavonoidlər aiddir.  
Ədəbiyyat mənbələrindən məlum olan funksional alkoqolsuz 
içkilərin çeşidlərinin təhlili əsasında təyinatına və tərkibinə görə 
aşağıdakı təsnifat verilmişdir (şəkil 3.4). 
 
 
 
Şəkil 3.4. Funksional alkoqolsuz içkilərin təyinatına və 
tərkibinə görə təsnifatı 
 


112
 
Bu  təsnifata  görə  funksional  içkilər  təyinatına  görə  2  qrupa 
bölünür:  bütün  əhali  təbəqəsi  üçün  kütləvi  və  ayrı-ayrı  əhali 
qrupları üçün xüsusi təyinatlı içkilər.  
Kütləvi təyinatlı içkilər istifadə olunan xammaldan və tərki-
bindən  asılı  olaraq  şirəli,  bitki  və  heyvan  mənşəli,  dərman  xam-
malı  əsaslı,  kombinələşmiş  tərkibli  və  zənginləşdirilmişlər  kimi 
qruplara bölünür.  
Kombinələşmiş tərkibli alkoqolsuz içkilər dərman bitkilərin-
dən ekstraktlı şirələr, süd əsaslı, dənli bitki əsaslı, təbii müalicəvi-
süfrə mineral sularına və arıçılıq məhsulları içkilərinə bölünür.  
Zənginləşdirilmiş  içkilər  və  ya  bir  neçə  funksional  inqre-
diyentlərin  ənənəvi  içkilərə  əlavə  edilməsi  yolu  ilə  alınan 
funksional içkilər olub, insan orqanizmində qida maddələrinə olan 
çatışmazlığın yaranmasının qarşısını almağa, həmçinin baş vermiş 
çatışmazlığın aradan qaldırılmasına köməklik edir.  
Zənginləşdirilmiş  içkilər  öz  tərkibində  ayrı-ayrı  mikronu-
trientlərdən (vitaminlər, makro və mikro elementlər, əvəz olunma-
yan amin turşuları, qida lifləri və s. maddələr) ibarət olan bioloji 
aktiv maddələrə malik olur. Bunlar xüsusi balanslaşdırılmış qay-
dada  mikronutrient  qarışığından,  dərman  və  digər  xammaldan 
alınan bioloji aktiv maddələr konsentratından ibarət olur.  
Zənginləşdirilmiş içkilər əlavə olaraq şirələrə, dərman bitkilə-
rinin ekstrakt və cövhərinə, süd zərdabına və s. xammala da malik 
ola bilər.  
Ayrı-ayrı əhali qrupları üçün xüsusi təyinatlı içkilərə fizioloji 
dəyərli inqredientlər aiddir. Onların xüsusiyyətləri təyin edilir və 
elmi  cəhətdən  əsaslandırılır.  Bu  qrupda  olan  içkilər  idmançılar, 
izotonik, şəkər xəstələri üçün, herodietik, uşaqlar üçün və s. ola 
bilər. 
 
 
 


113
 
3.2.3. Funksional alkoqolsuz içkilərin çeşidi və qidalanmada 
onların rolu 
Şirəli içkilər. Şirəli içkilər meyvə-tərəvəz şirələrindən o cüm-
lədən qıcqırmış və ya bir neçə növ şirədən ibarətdir. Bir sıra ənə-
nəvi şəkərli şirəli içkilər, o cümlədən – üzüm, alma, gilas, quşu-
zümü,  çiyələk  və  digər  şirə  qarışıqları  məlumdur.  Bu  içkilərin 
çeşidi kifayət qədər çoxdur. 
Üzüm  şirəsi  əsasında  “Andrieş”,  “Vinoqradnıy”,  “Krasnaya 
şapoçka”, “Pyos i kot” içkiləri istehsal olunur. Bu içkilərin tərki-
bində askorbin turşusu 10-15 mq/100 ml olur və içkilərin profilak-
tiki xüsusiyyətini artırır.  
Alma  şirəsi  “Armudlu”,  “Almalı”,  “Qızıl  ranet”  içkilərinin 
tərkibində olur. “Vişnyovıy” və “Detskiy” içkilərində gilas şirəsi, 
“Klubnika” içkisində - çiyələk şirəsi olur. İçkilərdə şirənin miqdarı 
orta hesabla 9,5 % təşkil edir.  
Sitrus şirələri “Zolotistıy”, “Zolotistıy apelsin”, “Qranat” və s. 
alkoqolsuz içkilərin əsasını təşkil edir. 
Şirəli  alkoqolsuz  içkilər  istehsalında  yeni  istiqamət  tərəvəz 
şirələrinin,  xüsusilə  çuğundurun  istifadəsidir.  Çuğundur  şirəsi 
əvvəlcədən süd turşusu bakteriyaları tərəfindən qıcqırmaya məruz 
qalır. Nəticədə içkidə süd turşusu toplanır və şirədə olan bioloji 
aktiv maddələrlə birgə insan orqanizmini müxtəlif infeksiyalardan 
qoruyur. İçkinin reseptinə çuğundur şirəsi ilə yanaşı alma və quş-
üzümü şirəsi də daxil edilir. İçki radioprotektor və antikanserogen 
xüsusiyyətə malik olur.  
Mogilyov  Texnologiya  İnstitutunun  alimləri  “Yantarnıy”  və 
“Zarnisa”  alkoqolsuz  içkilərini  cəfəri,  çuğundur  və  alma 
şirəsindən birgə istifadə etməklə hazırlamışlar. Cəfəri və çuğundur 
tərkibindəki vitaminlər, mineral və pektin maddələrinin hesabına 
insan  orqanizmindən  zəhərli  maddələri  və  radionuklidləri,  ağır 
metalların duzlarını çıxarmaq qabiliyyətinə malik olur və bununla 
da orqanizmi ətraf mühitin zərərli təsirindən qoruyur. İçkilər təbii 
“Sosna” mineral suyunda hazırlanır. İçkilərdə dabbaq, rəng, pektin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə