Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   29   30   31   32   33   34   35   36   ...   116

106
 
lərdir.  Alkoqolsuz  içkilərin  ayrı-ayrı  vitaminlərlə  zənginləşdiril-
məsində  çox  vaxt  C  vitamini,  mineral  maddələrdən  isə  kalsium, 
maqnezium, dəmir və yoddan istifadə edilir. 
Vitaminlər kompleksi və mineral maddələrlə fizioloji istifadə 
normasına uyğun olaraq balanslaşdırılaraq zənginləşdirilmiş alko-
qolsuz içkilər geniş şöhrət tapmişdır. 
İçkilərin tərkibində BAƏ kimi  ayrı-ayrı aminturşular, məsə-
lən, taurin istifadə edilə bilər. Taurin kükürdə malik olan amintur-
şusudur.  O,  zülalların  sintezində  iştirak  etməsə  də,  orqanizimdə 
vacib  nizamlayıcı  funksiyalar  yerinə  yetirir.  Taurin  membran 
hüceyrələrinin  stabilləşməsində,  onların  həyatilik  qabiliyyətində 
vacib rol oynayır. İmmunnizamlayıcı və antioksidant xüsusiyyət-
lərinə  malikdir.  Tədqiqatlarla  sübut  olunmuşdur  ki,  taurin  ürək-
damar  və  onkoloji  xəstəliklərdə  müsbət  təsirə  malikdir.  Taurin 
inək  südünün  zərdabında  olur.  Funksional  inredientlərlə  zəngin-
ləşdirilmiş  alkoqolsuz  içkilərin  istifadə  edilməsi,  qidalanmada 
fizioloji  dəyərə  malik  olan  maddələrin  kəskin  çatışmazlığının 
aradan  qaldırılmasında  mühüm  əhəmiyyət  kəsb  edir  və  əhalinin 
sağlamlığının möhkəmləndirilməsinə imkan yaradır. 
 
3.2.2. Alkoqolsuz funksional içkilərin təsnifatı 
Alkoqolsuz  funksional  içkiləri  müxtəlif  nişanələrə  görə 
təsnifləşdirirlər: 
Alkoqolsuz funksional içkilərin təsnifatının verilməsinə yaxın 
və uzaq xaricdə cəhdlər edilmiş, onların sistem şəklində qruplaş-
dırılmasına çalışılmışdır. Qərb ölkələrində funksional içkiləri isti-
fadə  istiqamətinə  görə  4  əsas  qrupa  ayırırlar.  Bunlar  idmançılar 
üçün,  enerjili,  sağlamlıq  üçün  və  nutrisevtiklər  olmaqla  fərqlən-
dirilir (şəkil 3.2).  
İdmançılar üçün olan içkilər işləyən əzələləri enerji ilə təmin 
etməli, orqanizmin iş qabiliyyətini yaxşılaşdırmalı, fiziki yüklən-
mə zamanı maye itkisini kompensasiya etməlidir.  
Belə içkilərin tərkibinə asan mənimsənilən karbohidratlar və 
mineral maddələr (natrium, kalsium və maqnezium) daxildir. Çox 


107
 
vaxt bu qrup içkilər amin turşuları (qlütamin, karnitin, xolin, tau-
rin) və kofeinlə zənginləşdirilir. Onları 3 qrupa bölürlər, izotonik, 
hipertonik və hipotonik. 
 İzotonik içkilər karbohidratlara və lazımi qədər mayeyə malik 
olub, fiziki yüklənmə zamanı maye itkisini bərpa etmək imkanını 
yaradır. 
 
 
Şəkil  3.2.  Alkoqolsuz  funksional  içkilərin  təsnifatı  (Qərb 
ölkələrində) 
 
Hipertonik  işkilər  pəhrizə  hazırlıq  komponenti  kimi  istifadə 
olunur, idmançıya çox miqdarda, qida karbohidratlarından istifadə 
etmədən enerji ehtiyatını tez bərpa etməyə imkan verir.  
Hipotonik  içkilər  orqanizmə  kalori  sərf  etmədən  (“layt”  ser-
yalı içkilər) su balansını  normallaşdırmağa və bərpa etməyə kö-
məklik edir. 
 Enerjili  içkilər  əsasən  gənclər  üçün  nəzərdə  tutulur.  Onlar 
üçün şəkərli-enerji mənbəyinin, vitaminlərin, kofeinin, taurinin və 
digər  komponentlərin  olması  səciyyəvidir.  Belə  içkilərə  misal 


108
 
“Qırmızı  öküz”,  (Avstriya),  “Qırmızı  xəritə”  (Böyük  Britaniya), 
“Enerjili içki İks” (Fransa) aiddir.  
Sağlam içkilər kütləvi istifadə üçün nəzərdə tutulmaqla, daha 
məşhur içkilər sayılır. Bu içkilər vitaminlər, minerallar, doymamış 
yağ  turşuları  və  qida  lifləri  ilə  zəngin  olub,  ürək-damar,  mədə-
bağırsaq,  onkoloji  və  digər  xəstəliklərin  qarşısını  alır.  İçkilərin 
əsas  komponetləri,  su  (əsasən  mineral  su),  meyvə-giləmeyvə 
şirələri,  yaxud  onların  qarışığı,  süd  əsası  və  stimullaşdırıcı 
maddələrdir. 
Qərbdə  sağlam  içkilər  “ACE”  seriyası  altında  buraxılır.  Bu 
içkilər onların tərkibinə daxil olan vitamin komponentlərinin adı 
ilə –A provitamini (beta-karotin), C və E adlanır.  
İçkilər 20%-dən az olmayan şirəyə malik olur ki, bu da müx-
təlif şirə qarışığından –portağal-gilas, alma-quşüzümü və s. ibarət 
olur. 
“ACE” seriyalı içkilərə qida lifləri və doymamış yüksək dərə-
cədə  təmizlənmiş  balıq  yağından  alınan  omeqa-3  yağ  turşuları 
daxildir. 
Süd  əsaslı  içkilər,  yağsızlaşdırılmış  süddən  və  ayrandan 
ibarətdir. Məsələn, “Go Banana” (Almaniya) içkisi süddən və təzə 
banandan  ibarətdir  ki,  bu  da  B  qrupu  vitaminləri,  fol  turşusu  və 
kaliumla zəngindir.  
“Mullermilch”  kompaniyasının  (Almaniya)  südlü  içkiləri 
məşhur  olub,  yağsızlaşdırılmış  süddən,  ayrandan,  üzüm  şəkərin-
dən, E vitaminindən və B – qrupu vitaminlərindən ibarətdir. 
Stimulyatorlu içkilərin tərkibinə kofein daxildir. Belə içkilərə 
“Orange Co” (Almaniya) aid olub, portağal, banan, limon, şirələri 
və yoqurt əsasında hazırlanır. Buraya dekstroza və kofein də əlavə 
olunur. 
Nutrisevtik içkilər yüksək qidalılıq dəyərinə və bioloji aktiv-
liyə malik olur. Bu xüsusiyyət onların əlavə qida maddələri olan – 
vitaminlər,  mikroelementlər,  fosfolipidlər,  əvəz  olunmayan  yağ 
turşuları,  qida  lifləri  ilə  və  digər  komponentlərlə  zənginləşdiril-
məsilə alınır. Belə içkilərə vitaminlərlə zənginləşdirilmiş meyvə-
tərəvəz şirələri “V & Splash”, portağal –yerkökü “Vruit” aiddir.  


109
 
Yaxın  xaricdə,  xüsusilə  də  Rusiyada  funksional  içkilərin 
təsnifatına ilk dəfə A. B. Oreşenko və A. D. Durnyovun işlərində 
rast  gəlinir.  Alimlər  qeyd  edirlər  ki,  funksional  içkilərin  müxtə-
lifliyi  onların təsnifləşdirilməsində  böyük  çətinliklər  yaradır. Bu 
və ya digər içkilər müxtəlif təsnifat qruplarına daxil ola bilər. Bu 
baxımdan ümumi qüvvət, profilaktik, adaptogen təsirli və xüsusi 
təyinatlı funksional içkilər fərqləndirilir (şəkil 3.3). 
 
 
 
 Şəkil 3.3. Alkoqolsuz funksional içkilərin təsnifatı  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə