Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   28   29   30   31   32   33   34   35   ...   116

102
 
 


103
 
Karbohidratların  içkilərdə  rolu  çoxtərəflidir.  Karbohidratlar 
içkinin enerji dəyərini şərtləndirir və bununla yanaşı, beynin fun-
ksional  işinin  yaxşılaşmasına  köməklik  edir,  əqli  və  fiziki  iş 
qabiliyyətini yaxşılaşdırır. Şirin dadın hiss edilməsi mərkəzi əsəb 
sistemini  tonuslaşdırır.  Karbohidratlar  dadın  formalaşmasında 
iştirak edir, ətirli maddələri sorbsiya edir və içkinin uzun müddət 
saxlanması zamanı ətri saxlayır.  
Alkoqolsuz içkilərdə ən geniş yayılan karbohidrat – saxaroza-
dır. 80-100 q saxarozaya malik olan içki orqanizmin karbohidrat-
lara olan gündəlik tələbatının 16-20 %-ni ödəyir. İçkilərin şəkərə 
görə qidalılıq dəyəri, orta hesabla 40 kkal/100 sm
3
 təşkil edir. 
 
 
Cədvəl 3.10 
Qazlaşdırılmış alkoqolsuz içkilərin qidalılıq dəyəri 
İçki qrupları (100 ml) 
Enerji dəyəri, 
kkal 
Karbohid-
ratlar, % 
Üzvi 
turşular,% 
Sitrus cövhəri 
33 
7,5 
0,1 
Meyvə-giləmeyvə xammalı 
46 
9,5 
1,8 
Ətirli-ədviyyəli xammal 
38 
8,7 
1,2 
 
Içkilərdə  karbohidratların  olması  onun  dadının  xoşagələn 
olmasına və susuzluğun yaxşı yatırılmasına səbəb olur.  
Alkoqolsuz içkilərdə şəkərin süni şirinləşdiricilərlə əvəz edil-
məsi, onun susuzluğu yatırmaq və təravətləndirici effektini aşağı 
salır.  
İçkilərin  tərkibində  olan  üzvi  turşular  daim  onları  forma-
laşdıraraq  təravətləndirici  xüsusiyyət  verir  və  həzm  prosesində 
iştirak  edir.  Üzvi  turşulardan  içkilərdə  əsasən  limon  və  karbon 
turşusu,  həmçinin  xammaldan  keçən  üzvi  turşular  olur.  Bundan 
başqa içkilər süd, ortofosfat, şərab, alma turşularına malik olmaqla 
turşuluğun və antioksidləşdiricinin hazırlanmasında iştirak edir.  
Alkoqolsuz  içkilərə  funksional  xüsusiyyətləri  bu  tip  inqre-
dientlərlə zəngin olan xammal verir. 
Alkoqolsuz  içkilərin  zənginləşdirilməsi  üçün,  meyvə  və 
tərəvəz şirələri, dərman bitkiləri, süd zərdabı, arıçılıq məhsulları, 
dənli  bitkilər,  təbii  müalicəvi-süfrə  mineral  suları  xammal  kimi 
istifadə olunur (cədvəl 3.11). 


104
 
İçkilərin  tərkibinə  meyvə-tərəvəz  şirələrinin  daxil  edilməsi, 
orijinal dad və yüksək qidalılıq dəyərinin formalaşmasına kömək-
lik edir. Şirələrdə karbohidratlar (monoşəkərlər, pektin maddələri, 
qida lifləri) makro və mikro elementlər, dabbaq maddələri və üzvi 
turşularla birlikdə insan orqanizminə müsbət təsir göstərir, müda-
fiə gücünü artırır, enerji ehtiyatını zənginləşdirir. 
Cədvəl 3.11 
Alkoqolsuz içkilərin və xammalın funksional 
inqredientlərinin miqdarı 
Funksional inqredientlər 
Funksional inqredientli xammal 
C,  B  qrupu,  PP  və  s. 
vitaminlər 
Şirələr, dərman bitkiləri və dənli bitkilər
arıçılıq məhsulları, süd zərdabı 
Makro 
və 
mikro 
elementlər 
Şirələr, dərman bitkiləri və dənli bitkilər, 
arıçılıq məhsulları, süd zərdabı, təbii 
müalicəvi-süfrə mineral suları 
Pektin maddələri 
Şirələr,  yabanı  meyvə  və  giləmeyvələr,  dənli 
bitkilər 
Fenol birləşmələri 
Şirələr, dərman bitkiləri 
Qlükozidlər 
Dərman bitkiləri 
Amin turşuları 
Süd zərdabı, arıçılıq məhsulları (çiçək tozu) 
Üzvi turşular 
Şirələr,  dərman  bitkiləri,  süd  zərdabı,  dənli 
bitkilər 
 
Əksər bitkilərdə olan dabbaq maddələri, mədə-bağırsaq xəstə-
likləri zamanı iltihab prosesinə  müsbət  təsir edə bilir. Ətirli dər-
man  xammalının  tərkibində  olan  efir  yağları  iltihab  prosesinə, 
mikrob və viruslara əks təsir göstərir. Onlardan bəziləri, ürək-da-
mar sisteminə və mərkəzi əsəb sisteminə təsir edir, təzyiqi aşağı 
salır, mədə-bağırsaq sisteminin funksiyasını yaxşılaşdırır. 
Dərman bitkilərinin qlükozidləri arasında ürək-damar sistemi-
ni möhkəmləndirən; iştahanı artıran, mədənin fəaliyyətini güclən-
dirən və ödqovucu təsirə malik olan saponinləri qeyd etmək olar.  
Bəzi  qlükozidlərin  antioksidant  xüsusiyyətləri  də  müəyyən 
edilmişdir. 
Şirələrin ekstraktla, texniki-dərman xammalı cövhəri ilə birgə 
içkilər şəklində istifadə edilməsi, bitki florasının fizioloji müxtə-
lifliyi hesabına onun qidalılıq dəyərini artırır.  


105
 
Arıçılıq  məhsullarından  bal  və  tozcuq  fizioloji  maddələrin 
geniş spektrinə malikdir. Bal vitaminlər (B
1
, B
2
, B
3
, B
6
, C, PP, bio-
tin, provitamin – A, K, E) makro və mikro elementlər, fermentlər
alkoloidlər,  antibiotik  və  hormon  maddələri  ilə  zəngindir.  Bal 
mübahisəsiz, müalicəvi-profilaktik və bakteriosid xüsusiyyətləri-
nə  malik  olub,  ürək-damar  sisteminin,  həzm  orqanlarının,  xora 
xəstəlikləri və digər bir çox xəstəliklərin müalicəsi zamanı istifadə 
edilir. 
Tozcuğun  tərkibində  bütün  əvəzolunmayan  amin  turşuları, 
vitaminlər kompleksi (B
1
, B
2
, PP, C, pantoten turşusu, fol turşusu, 
biotin,  rutin  və  s.)  mikroelementlər,  antibiotik  maddələr  olur. 
Çiçək  tozcuğu  müalicə  praktikasında  geniş  istifadə  olunur.  Onu 
həddindən artıq  yorulma, böyük  əqli  yüklənmə,  qan azlığı,  zülal 
çatışmazlığı zamanı və bir çox xəstəliklərdən sonrakı bərpa olun-
ma dövründə geniş istifadə edirlər. 
Süd zərdabı xeyli faydalı maddələr konsentratıdır. Onun tərki-
bində laktoza, makro və mikro elementlər, (kalium, natrium, fos-
for, maqnezium) , vitaminlər ( B qrupu vitaminləri, biotin, C, A), 
əvəzolunmayan amin turşuları, peptidlər, yarımdoymamış yağ tur-
şuları vardır. Laktoza spesifik funksiyaya malikdir. O, orqanizmdə 
yavaş-yavaş  sorularaq  yoğun  bağırsağa  çatır  və  bakteriyaların 
həyat qabiliyyətini stimullaşdırır. 
Dən xammalı (yulaf, arpa və s.) ekstrakt şəklində istifadə edi-
lərək  alkoqolsuz  içkiləri  amin  turşuları,  vitaminlər,  əsasən  də  B 
qrupu vitaminləri və mineral maddələrlə zənginləşdirir. 
Alkoqolsuz içkilərin funksionallığını içkilərin tərkibində olan 
bioloji  aktiv  əlavələr  (BAƏ)  təmin  edir.  BAƏ  içkilərdə  özünü 
əlavə  nutrientlər  mənbəyi  kimi  (vitaminlər,  mineral  və  pektin 
maddələri, bəzi amin turşuları və digər birləşmələr) göstərir. 
Nutrientlərin  içkilərin  tərkibinə  yeridilməsi  qidalanmada  ya-
ranan  bioloji  aktiv  maddələr  çatışmazlığının  asan  və  tez  aradan 
qaldırılmasına imkan yaradır, orqanizmin ətraf mühitin əlverişsiz 
amillərinə qarşı müdafiə gücünü artırır. 
BAƏ təbii konsentrat və ya identik təbii bioloji aktiv maddə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə