Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   27   28   29   30   31   32   33   34   ...   116

99
 
olur. Mineral suların funksional xüsusiyyətləri qazları gücləndir-
məkdir ki, bu da insan orqanizmində fizioloji prosesləri aktivləş-
dirir. 
Karbon  qazına,  hidrogen  sulfidə,  radona  malik  olan  sular 
həzm orqanlarının funksiyalarını stimullaşdırır.  
Mineral  suların  tərkibində olan karbon qazı  mədənin,  bağır-
saqların sekresiya funksiyasını yaxşılaşdırır, iştahanı artırır, bağır-
saqdan qida maddələrinin sorulmasını gücləndirir. 
Tərkibində  hidrogen  sulfid  olan  sular  orqanizmdə  kükürd 
mübadiləsini yaxşılaşdırır, bağırsağın sekresiya və mühərrik fun-
ksiyasını artırır.  
Bəzi  mineral  sular  üçün  radioaktiv  mənşəli  qazlar  (radon, 
helium,  arqon)  xarakterikdir.  Radonlu  su  iltihabın  qarşısını  alır, 
hüceyrə qılafının nüfuzetmə qabiliyyətini azaldır, qalxanvari vəzin 
funksiyasını azaldır, mədənin sekresiya və mühərrik funksiyalarını 
yaxşılaşdırır.  
Fizioloji funksiyalı komponetlərin geniş spektrinə malik olan 
mineral  sular  həzm  orqanlarının  həmçinin  ürək-damar,  əsəb  sis-
temi  xəstəliklərində,  maddələr  mübadiləsinin  pozulmasında,  yu-
xarı tənəffüs yollarının xəstəliklərində istifadə imkan olunur. 
Müalicə  üçün  mineral  sulardan  həkimin  məsləhətilə  istifadə 
etməyə  üstünlük  verilir.  Müalicəvi-süfrə  suları  süfrə  içkisi  kimi 
istifadə  olunmalıdır.  Mineral  suların  artıq  içilməsi  su-duz  balan-
sının pozulmasına səbəb ola bilər.  
Süfrə mineral sularında funksional inqredientlərin miqdarının 
yüksək olmasına görə onları funksional içkilər sırasına daxil etmək 
olmaz. Ancaq onların bəzilərinin istifadəsinin müntəzəm qaydada 
aparılması su-duz mübadiləsini yaxşılaşdırmaqla qaraciyər, böy-
rək və digər orqanların funksiyasına yaxşı təsir edir. 
 Meyvə-tərəvəz şirələri. Alkoqolsuz içkilərdən yüksək qidalı-
lıq dəyərinə malik olanlardan biri də şirələrdir. Meyvə-tərəvəz və 
kök  şirələri  karbohidratlarla  zəngindir.  Onun  miqdarı  alma 
şirəsində 9,9%; üzüm şirəsində 16,3% olur. Karbohidratların əsas 
hissəsi şəkər formasında, xüsusilə də qlükoza və fruktoza şəklində 
olur. Şirələrdə, həmçinin saxaroza da olur. Təbii meyvə şirələrinin 


100
 
enerji dəyəri orta hesabla 46-70 kkal-dir. Tərəvəz kökünün enerji 
dəyəri 56 kkal, pomidorunku isə 18 kkal-dir.  
Şirələrə təravətləndirici xüsusiyyəti üzvi turşular-alma, limon, 
şərab turşuları verir. Az miqdarda kəhrəba, salisil, benzoy və başqa 
turşular  da  olur.  Şirələrdə  üzvi  turşular  0,5-1%  miqdarındadır. 
Şirələrdə praktik olaraq  yağ olmur,  ancaq  içkilərdə həyati vacib 
zülallar  və  amin  turşuları  az  miqdarda  (  meyvə  şirələrində  0,3-
0,7%; tərəvəz şirələrində isə 0,2-0,5% ) da oısa tapılır. 
Amin turşuları şirəyə daha harmonik dad verir. Şirələrin fərq-
ləndirici  xüsusiyyətləri  onların  tərkibində  insan  orqanizmi  üçün 
fizioloji və bioloji əhəmiyyət kəsb edən maddələrin C, B
1
, B
2
, PP, 
karotin  və  başqa  vitaminlərin,  makro  və  mikro  elementlərin  (K, 
Na, Ca, Mg, P, Fe, Cu, Zn və s.) qida liflərinin, fenol birləşmələri-
nin olmasıdır. Ayrı-ayrı şirələrdə vitaminlərin miqdarı çox yüksək 
ola  bilər.  Məsələn,  askorbin  turşusunun  (C-vitamini)  miqdarı  it-
burnuda-400  mq%,  qara  qarağatda-85,5  mq%,  portağalda  40,0 
mq% olur. 
İnsan orqanizmi üçün şirələrdə olan vacib vitamin A provita-
mini-beta karotindir. Karotin adətən lətli şirələrdə olur. Onun yük-
sək  miqdarı  ərikdə-1300  mkq%,  itburnuda  800  mkq%,  yerkö-
kündə 2100 mkq% təsadüf olunur. 
Şirələr mineral maddələrlə və vitaminlərlə zəngindir. Şirələr-
də  makro  elementlərdən  ən  çox  kalium  duzları  olur.  Kaliumun 
yüksək miqdarı ən çox ərik, gilas, pomidor, portağal, yerkökü və 
alma şirələrində (120-245 mq%) olur. Şirələrdə çox az miqdarda 
fosfor, maqnezium və kalsium olur.  
Mikroelementlərdən şirələrdə daha çox dəmir (0,3-1,6 mq%) 
olur. Dəmir nəzərə çarpacaq dərəcədə qara meyvəli üvəzdə, alma 
və itburnuda (1,4-1,6 mq%) tapılır.  
Şirələrin  qida  lifləri  pektin  formasında  olub,  fizioloji  dəyəri 
insan  orqanizmindən  ağır  metalları  və  radionuklidləri  çıxarma-
sıdır.  lətli şirələr pektinlə zəngin olur. 
Şirələrin fizioloji dəyərini artıran polifenol birləşmələr – ka-
texinlər, antosianlar, flavonollar (rutin, kversetin) və başqalarıdır. 
Bunlar  antioksidant  xüsusiyyətinə  malik  olmaqla  şüalanmanın 


101
 
neqativ nəticələrinin qarşısını almağa köməklik edir.  
Üzüm  və  alma  şirələrində  polifenolların  olması  P  vitamini 
aktivliyini artırır. 
Bəzi sortların kimyəvi tərkibi və qidalılıq dəyəri cədvəl 3.9-da 
verilmişdir.  
Lətli  şirələrin  qidalılıq  dəyəri  şəffaf  şirələrə  nisbətən  xeyli 
yüksəkdir. Bu onunla izah olunur ki, şirədə lətli meyvə hissəsi çox 
olur. Eyni zamanda duruldulmuş şirələr daha yaxşı təravətləndirici 
və susuzluğu yatırmaq qabiliyyətinə malik olurlar. 
Bəzi  şirələr  pəhriz  və  müalicəvi  qidalanmada  istifadə  edilir. 
Məsələn, qara qarağat şirəsi C vitamini və kalsiumla zəngin olub, 
tərkibində  karotin  və  pektin  maddələri  olmaqla,  inkişafda  olan 
orqanizm üçün faydalıdır. Onu sınqa və bağırsaq xəstəliliklərinə 
qarşı istifadə edirlər. Ərik şirəsi xeyli kaliuma malik olub, ürək-
damar  xəstəliklərindən  və  qan  azlığından  əziyyət  çəkən,  vəzləri 
xəstə  olan  xəstələr  üçün  çox  qiymətlidir.  Alma  şirəsi  P  vitamini 
aktivliyinə  malik  olub,  mineral  elementlər  mənbəyidir.  Xüsusilə 
nefrit  və  padaqranın  müalicəsində  faydalıdır.  Alma  şirəsinin 
tərkibində olan pektin həzm  orqanlarının işinə müsbət  təsir edir. 
Yerkökü  şirəsi  karotin,  C  vitamini,  dəmir,  kalsium,  kalium  və 
digər  mineral  maddələrin  yüksək  miqdarda  olması  səbəbindən 
sağlamlığı zəifləmiş insanlar üçün xüsusilə faydalıdır. 
Alkoqolsuz  içkilər.  Funksional  alkoqolsuz  içkilərin  ikinci 
kateqoriyasına təbii xammalın funksional inqredientləri və bioloji 
aktiv əlavələrlə bir daha zənginləşdirilmiş içkilər aiddir. Bunlara 
qazlaşdırılmış və qazlaşdırılmamış içkilər aiddir. Alkoqolsuz içki-
lərin  qidalılıq  dəyəri  onların  istehsalı  üçün  istifadə  edilən  ilkin 
xammalın tərkibi ilə müəyyən edilir. Bu zaman içkinin əsas kom-
ponenti su olur. İnsan orqanizmində bütün həyati proseslər su mü-
hitində baş verir. Buna görə də alkoqolsuz içkilərin istifadə edil-
məsi  orqanizmdə  bioloji  balansı  saxlamağa  imkan  verir  (cədvəl 
3.10).  
Şəkər,  şirə,  ekstrakt  və  cövhər  kimi  təbii  xammalın  istifadə 
edilməsi ilə içkilər karbohidratla, vitaminlə, üzvi turşular, mineral- 
və digər maddələrlə zənginləşir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə