80
Redstoun və
Atlas ra -
ketləri ya radıldı.
Yerətrafı orbitə çıxa -
rılmış
ilk kosmik gəmi
1957-ci il oktyabrın 4-də
Sovet İttifaqından yola
salınmışdır. Kos mo sa uç-
muş ilk insan da sovet
vətəndaşı Y.Qaqa rin ol -
muş dur. O,1961-ci il ap-
relin12-də
Vostok kos-
mik gəmi sin də Yer ət rafı
orbitə çıxaraq 108 də
-
qiqə ər zində Yer ətra -
fında 1,5 dəfə dövrə
vurub Ye rə qayıt mışdır.
İlk insanın
kosmosda ol -
duğu gündən 50 il sonra
həmin tarixin bütün dün -
yada Beynəlxalq Kosmonavtika günü kimi qeyd edilməsi qərara alınmışdır.
Qaqa rindən on ay sonra ilk Amerika astronavtı Con Qlenn kosmosda oldu. O,
Merkuri-6 (MA-6) gəmisi ilə
Yer kürəsinin ətrafında üç dəfə dövrə vurdu. Onun uçuşu 4 saat 55 dəqiqə sürdü. Bununla da kosmosun fəthi
uğrunda iki qüdrətli dövlət arasında qeyri-rəsmi yarış başladı.
Yarışmanın əsas iştirakçıları olan alim və mühəndislərin məqsədi planetlərə və onların yaxın ətrafına kosmik
cihazlar göndərmək, elmi məlu matlar toplamaqdan ibarət idi. Venera planetinə “R” növdən olan raketlərin
köməyi ilə kosmik gəmi göndərilməsi SSRİ tərəfindən 1961-ci il martın 1-də həyata keçirildi. Bu işdə
amerikalılar
iki gün geciksələr də, Marsın tədqiqində birinci oldular. Onlar daha güclü “Titan” və “Saturn”
tipli raketlər yaratdıqdan sonra kosmosun fəthində xeyli qabağa keçdilər.
XX əsrin 70-ci illərində Amerika Birləşmiş
Ştatlarının
Vikinq,
Mariner və
Pioner kosmik raketləri
Amerika kosmik gəmilərini davamlı şəkildə Merkuri,
Venera, Mars, Saturn, Yupiter və Uran planetlərinə
daşımışdır. Kosmik gəmilər planetin süni peykinə çev -
rilmiş, səthinə enmiş və nəticədə planetlərin atmosferi,
fiziki şəraiti, kimyəvi tərkibi haqqında
qiymətli elmi
məlumatlar toplanmış və yaxın məsafədən fotoşəkillər
çəkilib Yerə göndərilmişdir. 1976-cı ildə Marsın səthinə
endirilmiş
Vikinq-1 Amerika kosmik gəmisi yaxın mə -
safədən planetin fotoşəkillərini çək
mişdir. Bu foto
-
şəkillərin köməyi ilə müəyyən edilmişdir ki, planetin
Yerdən narıncı rəngdə
görün məsi onun atmos ferində
xırda toz hissə ciklərinin olması ilə əlaqədardır.
1977-ci ilin avqust və sentyabr aylarında Amerika
kosmik təd qi qat çılarının üçüncü kosmik sü rətlə at -
Saturn V (ABŞ) - dünyanın ən böyük və güclü raketi.
Dünyanın geniş yayılmış həftəlik “Time” jurnalı üz qabığında ilin, on ilin, əsrin
və s. ən məşhur adamının şəklini verir. Jurnalın 21. 04. 1961-ci il tarixli, Yuri
Qaqarinin uçuşundan 9 gün sonrakı nömrəsində onun şəkli verilmişdir.
dıqları
Voyacer-1 və
Voya cer-2 raket ləri indiyə qədər Günəşin cazibə sahəsini tərk et məkdədir. Yalnız
2014-cü ildə onlar Günəşin cazibəsindən qurtu lub ulduzlararası fəzaya çıxa bilə cəklər. Bu zaman onların
Gü nəşdən olan orta məsafəsi 20 milyard kilometrə bərabər olaca qdır. Ra ketlərdə qoyulan cihaz lar arasında
Yer dənkənar sivi liza siya larla əla qə yarat maq üçün nəzə rdə tu tul muş qızıl audiolövhə xü susi yer tutur.
Lövhədə ən yük sək elmi nailiy yət lərdən bəhs edən insan nitqi ilə ya naşı, dün yanın mu siqi inci lə rindən parça -
lar da yazı lmışdır. Orada Azərbay canın klas sik muğam larından par ça lara da yer verilmişdir.
81
Kosmik
Habbl teleskopu
Kosmik
Habbl teleskopu- məşhur Amerika astronomu Edvin
Habblın
şərəfinə belə adlandırılmış teleskop Yerətrafı kosmosda yerləşdirilmış
avtomatik rəsədxanadır. Teleskopun kosmosda yerləşdirilməsi Yer at-
mosferinin qeyrişəffaf olduğu diapazonda - ilk növbədə infraqırmızı di-
apazonda elektromaqnit şüalarını qeyd etməyə imkan verir. Atmosferin
təsiri olmadığından bu teleskopun ayırdetmə qabiliyyəti
Yer üzərində
yerləş di ril miş analoji teleskopdan 7-10 dəfə çoxdur. Güzgü və optik sis-
tem bütünlükdə teleskopun ən vacib hissələridir
və onlara böyük tələbat
qoyulur, belə ki, onların ayırdetmə qabiliyyəti Yerdəki cihazlardan 10
dəfə çox olmalı idi. Digər mürəkkəb mühəndis problemi teleskop və
qalan cihazlar üçün kosmik gəmi yaratmaq problemi idi. Əsas tələbat
günəş şüalarının birbaşa düşməsi və Yerin kölgəliyi hesabına yaranan
daimi temperatur dəyiş kən -
liyindən cihazları mühafizə etmək və xüsusən də teles
kopun dəqiq
səmtləndirilməsidir.
Yedəyində
Habbl teleskopu olan
Diskaveri şattlı 1990-cı il aprelin
24-də buraxılmış və ertəsi gün teleskopu hesablanmış orbitə çıxarmışdır.
Şattl buraxılarkən orada altı elmi cihaz olmuşdur: 48 işıq
filtri olan
genişbucaqlı və planetar kamera, yüksək ayırdetmə qabiliyyəti olan
ultrabənövşəyi spektroqraf, tutqun obyektləri çəkmək üçün kamera, tutqun
obyektlər spektroqrafı, böyüksürətli fotometr və dəqiq tuşlamaq vericiləri.
Artıq aparılan işin ilk həftələrindən alınmış təsvirlər teleskopun optik
sistemində ciddi problemlər olduğunu aşkara çıxardı. Alınmış təsvirlər
Yerdəki teleskoplarda alınmış təsvirlərdən keyfiyyətcə yaxşı olsa da,
Habbl lazımi kəskinliyi əldə edə bilməmiş və təsvirlərin aydınlığı
gözləniləndən xeyli aşağı olmuşdu. Alınmış təsvirlərin
təhlili göstərdi ki,
əsas problem baş (əsas) güzgünün formasının düzgün seçilməməsindədir.
Bu və ya digər nöqsanları aradan qaldırmaq üçün
Habbl teleskopuna
xidmət etmək məqsədilə dörd ekspedisiya təşkil edilmiş və bunlardan biri
iki hissəyə bölünmüşdü.
Habbl-a xidmət əvvəllər
Speys şattl tipli
çoxdəfəlik kosmik gəmilərin açıq kosmosa çıxdığı vaxt göstərilirdi.
Görülmüş işlər teleskopun imkanlarını xeyli genişləndirdi və dərin kos-
mosun təsvirini almağa imkan verdi.
Habbl-ın Yerətrafı orbitdə işlədiyi 15
il ərzində 3900-dən artıq astronom müşahidə üçün ondan istifadə etmiş,
elmi məcmuələrdə dörd minə yaxın məqalə nəşr olunmuşdur. Alınmış bəzi
nəticələr bunlardır:
Habbl 1994-cü ildə
Levi-9 kometinin
Yupiterlə
toqquşmasının yüksəkkeyfiyyətli təsvirlərini vermiş,
ilk dəfə Pluton və
Eridinin səthinin xəritələri alınmış, ilk dəfə
Saturn,
Yupiter və
Hanimeddə ultrabənövşəyi qütb parıltısı müşahidə
edilmişdir. Sübut edilmişdir ki, planetlərin formalaşması prosesi bizim qalaktikanın əksər ulduzlarında baş verir;
qalaktikaların mərkəzindəki ifrat ağırkütləli qara deşiklər nəzəriyyəsi qismən təsdiqini tapmış, müşahidələr əsasında qara
deşiklərin kütləsi təsdiqlənmişdir. Müşahidələr əsasında qara deşiklərin kütləsi ilə qalaktikanın xassələri arasında əlaqə
olduğu haqqında fərziyyə irəli sürülmüş,
kvazarların müşahidəsi nəticəsində təcillə genişlənən, enerji ilə dolu kainatı
əks etdirən müasir kosmoloji model alınmış və kainatın yaşının 13,7 milyard il olduğu dəqiqləşdirilmişdir.
Habblın
orbitdə 2014-cü ilə kimi işləyəcəyi nəzərdə tutulmuşdur. Bundan sonra onu “Ceyms Vebb” kosmik teleskopu əvəz
edəcək.
Habbl teleskopu - kosmosda bütöv
bir kosmik rəsədxanadır.
Bu şəkillər Habbl teleskopu ilə alınmışdır.
http://en.wikipedia.org/wiki/Hubble_Space_Telescope