Velosipedin əcdadı, insanın əzələ
qüvvəsi ilə hərəkətə gətirilən, yükdaşıma işini xeyli asanlaşdıran
dördtəkərli əl arabası XVIII əsrdə ixtira edilmişdir. Lakin yük ağırlaşdıqca onu hərəkət etdirmək üçün daha
böyük əzələ qüvvəsinə ehtiyac yaranırdı. Dördtəkərli arabanın ikitəkərli ilə əvəz edilməsi bu ehtiyacı azalda
bilərdi. İlk ikitəkərli velosiped 1817-ci ildə alman
mühəndisi Karl Drais tərəfindən ixtira olun
du.
Sürücü təkərlər arasında oturaraq ayağı ilə
qarşısındakı təkəri itələyib velosipedi hərəkət et-
dirirdi. Bu maşın pedalsız idi və qabaq təkərə
bağ lanmış sükan vasitəsilə əllə idarə olunurdu.
Hərəkət zamanı ayaqlar yerdən tamam üzüldü -
yündən sürücü tarazlığını
çətinliklə qoruyub-
saxlaya bilirdi.
İkitəkərli, pedallı, əllə idarə olunan sükanlı velosiped
1853-cü ildə alman mühəndisi F.M.Fişer tərəfindən
yara dı lmışdır. Burada hərə kə tin ötürü
lməsi
qabaq təkərə bərkidilmiş pedalla yerinə yeti -
ri lirdi.
Velosiped və avtomobil
Qədim velosiped reklamı.
Fişerin ayaqla idarə olunan velosipedi.
XIX əsrdə ağac təkərli velosiped.
14
Pedalın bir dəfə dövr et məsi təkərin də bir dəfə fırlan -
masına səbəb olurdu. Bu zaman gedilən yol
− təkər çevrəsinin
uzunluğu
2πR-ə bərabər olur. Ona
görə də bir dövrdə gedilən
yolun uzunluğunu artırmaq üçün təkərin
R - radiusunu
böyütmək lazım gəlirdi. Bu istəyin nəticəsi kimi 1870-ci ildən
etibarən hündür velo sipedlərin yeni-yeni növləri meydana
gəldi. Qabaq təkərinin diametri
125 sm,
arxa təkərinin dia -
metri isə
35 sm
olan belə velosipedlərin istehsalı başladı. İs-
tehsal zamanı ilk dəfə olaraq məftil çubuqlu təkərlərdən
istifadə edildi. Hündür velosipedlərdə
tətbiq olunmuş da ha bir
mühüm yenilik isə pedalın arxa oxla zəncir va si təsilə bir ləş -
di
rilməsi oldu. Məhz belə yeni
lik
lər hün
dür
velo sipedlərin yüngülləş məsinə, idarəetməsinin
asanlaşmasına, sürətinin artaraq
40 km/saat
-a çatmasına və
əlavə oturacağın yerləşdirilməsinə imkan yaratdı. Lakin velosipedin
yerdən
1,25 m
hündürlükdə olan oturacağında oturmuş sürücünün
tərpənmə və dayanma zamanı yıxılması ehtimalı çox böyük idi. Bununla bağlı
hündür velosipedlərdə tez-tez
baş verən qəza hadisələri onun inkişafının və istehsalının dayandırılmasına səbəb oldu.
1884-cü ildə C.Starli eynitəkərli zəncir ötürməli velosipedinə patent almağa nail olur. XIX əsrin sonunda
əyləc və boş gediş mexanizmlərinin velosipedlərə tətbiqi onun hərəkətini daha da təhlükəsiz edir. 1930-cu
ildən velosipedlərə əl əyləci və sürətdəyişən mexanizm tətbiq olunmağa başlayır. 1974-cü ildən etibarən velosi-
pedin gövdəsi titandan hazırlanır. Velosipedlərin təkmilləşməsi aramsız olaraq o dövrdən bu günə qədər davam
edir. Hazırda müxtəlif məqsədli və konstruksiyalı birtəkərlidən dördtəkərliyə qədər yüzlərcə müxtəlif çeşidli
velosiped istehsal olunur. Şərq ölkələrində, o cümlədən Çin, Vyetnam, Yaponiya, Pakistan və s.-də velosiped
əsas hərəkət və yükdaşıma vasitəsi kimi geniş yayılmışdır; məsələn, 30 milyon əhalisi olan Tokio şəhərində 15
milyon velosipedçi vardır. Dünyanın bir çox şəhərlərinin küçələrində hətta ayrıca
təhlükəsiz velosiped yolu da
nəzərdə tutulmuşdur.
Toy velosipedi - tandem. Tandem 2 və
daha çoxyerli ikitəkərli velosipeddir
.
Velosiped-taksi.
Velosiped hərəkətinin fizikası
Hündür velosipedlərdə tez-tez baş verən qəza hadisələri onun
inkişafının və istehsalının dayanması, 2 eynitəkərli velosipedlərin
istehsalının artması ilə nəticələndi. Belə velosipeddə oturan sürücü
yıxılmamaq üçün daim onu sükanın köməkliyi ilə tarazlıq
vəziyyətinə gətirməyə çalışır. Əgər velosiped sağa əyilirsə, sürücü
cəld hərəkətlə sükanı həmin tərəfə döndərir. Bu zaman təkərin
aşağı
hissəsi sağa dönsə də, yuxarıda yerləşən ağırlıq mərkəzi
gecikdiyindən ağırlıq qüvvəsi təkəri əks tərəfə döndərməyə
çalışır. Beləliklə də sükanı sağa döndərdikdə velosipedin tarazlıq
vəziyyətinə qayıtmaq şəraiti yaranır. Velosipedin sola yıxılmaq
şəraiti yarandıqda isə sükanı sola döndərməklə bunun qarşısı
alınır. Ona görə də yavaş hərəkət edən velosipedin izi dalğavari
şəkildə olur və onun dar yolda, məsələn, dəmir yolu relsləri
üzərində hərəkəti çətinləşir. Kifayət qədər böyük sürətlərdə isə
təkərlərin fırlanmasından
yaranan jiroskopik qüvvə, fırfırada
olduğu kimi, təkərin fırlanma oxunun istiqamətini sabit saxlayır
və velosipedin düzxətli trayektoriya üzrə hərəkəti mümkün olur.
“Brokhauz və Yefron ensiklopediya lüğəti”(1890-1907).
15
Olim pi ya oyunları sı -
ra sında xü susi yeri olan
bir neçə velosiped id -
manı növü vardır. Son
dövrdə velo siped ekst -
re mal idmana maraq gös -
tərən gənclə rin və sirk
ar tistlə
rinin sevimli a lət inə
çevril miş dir.
Velosipedin inkişafı
müa sir dövrdə insan la -
rın ən çox mü raciət et -
dik
ləri sürətli hə
rəkət
vasitə lərindən biri sayı-
lan avtomobilin yara n-
ma sına səbəb ol muş -
dur. 1770-ci ildə fran sız
mü həndisi J.Kyu no nun
artilleriyada
qoş qu ara -
bası kimi isti fadə et mək
məq sədi ilə ya rat dığı
Bəzi avtomobillərin maksimum sürəti və
sürətini 0-dan 100 km/saat-a qədər artırmaq üçün
sürətyığma müddəti
№
Avtomobillər
Maksimum
sürət
(km/saat)
Sürətyığma
müddəti
(san)
1
Buqatti EB 16.4 Veyron Hermes 8.0
408
2,7
2
Lamborghini Reventon 6.5 4WD
340
3.3
3
Chevrolet Corvette 6.2 ZR1
330
3.4
4
Audi R8 GT 5.2 FSI quattro
320
3.6
5
Ferrari Scuderia Spider 16M
315
3,7
6
Lexus LFA 4.8
270
3,7
7
Porsche Carrera GT 5.7
330
3,9
8
Mercedes-Benz SLS 62 AMG
317
4,0
9
TVR Carbera 4.5 V8
314
4,4
10
Maserati Grand Turismo S4.7
295
4,9
11
Bentley Mulsanne 6.75 T
296
5,3
Dünyanın ən böyük yük maşınlarından biri - Caterpillar 79 seriyasından.
Yükgötürmə qabiliyyəti ~ 400 tondur. Qiyməti 4
−
5 milyon dollar. ABŞ istehsalı.