Bakı buxtasında gəmilər. 1872-ci il. V.Vereşşagin.
hazırlanmış təknədən ibarət olurdu. Tabaqda oturub dənizdə üzən insanlar əllərində tutduqları
kürəkləri suda
hərəkət etdirməklə onun hərəkət sürətini və istiqamətini dəyişə bilirdilər. Sonradan təknənin ortasında
bərkidilmiş dirəyə yelkən bağlayan misirlilər təbiətin yaratdığı küləyin kinetik enerjisindən istifadə edərək
üzməyi öyrənmişlər. Misirlilər dirəklərin sayını artırmaqla daha güclü və böyük yelkənli gəmilər yaratmışlar.
Onlar bu gəmilərlə Aralıq dənizinin sularında üzən, onun qarşı sahillərində yaşayan xalqlarla ticarət əlaqələri
yaradan ilk insanlar olmuşlar.
Azərbaycanın Abşeron yarımadasında yerləşən Qobustanın təxminən yeddi min illik tarixi olan qədim qaya
rəsmlərində avarlı qayıq təsvirlərinin olması göstərir ki, həmin dövrlərdə bu ərazinin sakinləri də öz avarlı
qayıqları ilə Xəzər sularında üzməyi bacarmışlar. Suda üzən böyükölçülü yelkənli qayıqlara gəmi adı
verilmişdir. Gəmilər Arximed qanunu əsasında su üzərində dayanıb üzən qurğulardır.
Müasir dövrdə gəmilər
31
Zərdüşt”_tankeri_Lüdviq_Nobel_tərəfindən_İsveçdə_düzəltdirilib_və_su_yolu_ilə_Xəzərə_gətirilmişdir._Bakı,_1878-ci_il.'>Dünyada ilk neftdaşıyan “Zərdüşt” tankeri Lüdviq Nobel tərəfindən İsveçdə düzəltdirilib və su yolu ilə Xəzərə gətirilmişdir. Bakı, 1878-ci il.
xüsusi gəmiqayırma zavodlarında hazırlanır. Yelkənli qayıqla başlayan gəmiçilik əsrlər keçdikcə inkişaf etmiş,
təkmilləşmiş, onun buxarla, maye və bərk yanacaqla işləyən motorlu, turbinli növləri yaradılmışdır. XIX əsrdən
başlayaraq gəmilərin taxta gövdələri metal gövdələrlə əvəz edildi. Eni
15 metrə,
uzunluğu 60 metrə çatan,
göyərtəsinə
2000 tondan artıq yük götürə bilən minlərlə böyüktutumlu buxar gəmisi uzun müddət okeanlarda
üzərək ölkədən-ölkəyə ticarət yükü daşımışdır. Zaman keçdikcə buxar gəmiləri öz yerini böyük gücə malik olan
dizel motorlu və buxar turbinli gəmilərə verirdi. Artıq XX əsrin axırlarında dünya sularında üzən gəmilərdən
yalnız 10 faizi buxarla işləyən, 60
faizi dizel motorlu, 30 faizi isə buxar turbinli gəmilər idi. Buxarla işləyən
köhnə gəmilərdən əsasən balıqçılıq sənayesini inkişaf etdirmək məqsədilə istifadə edilirdi.
Dünya bazarında neftin üstün yer tutması və neftə olan tələbatın durmadan artması nəhəng neftdaşıyan
gəmilərin - tankerlərin yaradılmasına səbəb oldu. İlk neftdaşıyan tanker (
Zərdüşt) 1878-ci ildə Lüdviq Nobel
tərəfindən yaradılmış və Bakı neftini dünya bazarına daşımışdır. 1949-cu ildə Amerika Birləşmiş Ştatlarında
sürəti saatda
30 km-ə
yaxın olan
12.000 tonluq
tanker, az sonra isə
24.900 tonluq
supertanker yaradıldı.
Süveyş kanalında 1956-cı ildən 1967-ci ilədək davam edən təmizləmə işləri
Orta Şərq neftini Avropaya
Britaniyanın Uayt Star Layn kompaniyasına məxsus Titanik dünyanın ən böyük sərnişin layneri
olmuşdur. Layner 1912-ci il aprel ayının 14-də Avropadan Amerikaya gedərkən Atlantik okeanında
aysberqlə toqquşmuş və 2 saat 40 dəqiqədən sonra batmışdır. Bu zaman gəmidə olan 1316 sərnişin və
892 heyət üzvündən 706 nəfəri xilas edilmiş, 1500 nəfərdən çoxu isə həlak olmuşdur.
32
Dünyanın ən böyük təyyarədaşıyan gəmisi
ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus “Nimis” gəmisi dünyanın ən böyük təyyarədaşıyanıdır.
O, eyni zamanda 90 təyyarəni göyərtəsinə alıb 20 il müddətində əlavə yanacağa ehtiyac duymadan üzə
bilir. Gəmidə quraşdırılmış cihazlar 500 km məsafədə olan təhlükəni müəyyən edib, ona qarşı hər
20 saniyədən bir səsdən sürətli qırıcı-bombardmançı təyyarə göndərməyə imkan verir. Təyyarələrin
enməsinə kömək məqsədi ilə gəminin göyərtəsində möhkəm metaldan enmə çubuqları sistemi
qurulmuşdur. Enmə zamanı təyyarəyə bərkidilmiş qarmaq bu çubuqlara keçib sürəti saatda 225 km olan
təyyarənin dərhal dayanmasını təmin edir. Gəminin enerji təminatı iki nüvə reaktoru tərəfindən yerinə
yetirilir. Bu reaktorlar ABŞ-ın “Enterprayz” adlı ilk atom təyyarədaşıyan gəmisində istifadə olunan
reaktordan altı dəfə kiçikdir.
daşıyan tankerlərin yolunun 4-5 dəfə uzanmasına səbəb oldu. Bu vəziyyət böyük həcmli tankerlərin
yaradılması məsələsini qarşıya qoydu. Dərhal işə başlayan Yaponiya mütəxəssisləri əvvəlcə
100.000 tonluq,
sonra
250.000
və
275.000 tonluq
supertanker, daha sonra isə
400.000 tonluq
ifrat supertanker yaratdılar.
İnkişaf etmiş ölkələrin dünyaya ağalıq etmək uğrunda mübarizəsi isə müasir silahlarla təchiz olunmuş nə -
həng hərbi gəmilərin - təyyarədaşıyanların yaradılması ilə nəticələndi. Hazırda gəmiçilik sərnişindaşıma və
yükdaşıma sahəsində ən əlverişli nəqliyyat növü hesab olunur. Müasir dövrdə sərnişin gəmiləri hava nəqliyyatı
vasitələrinin ciddi rəqibinə çevrilmişdir. İnsanların su nəqliyyatına böyük maraq göstərməsi onların
təhlükəsizlik ehtimalının yüksək olması ilə əlaqədardır.
Lakin tarixdən məlumdur ki, gəmilərlə bağlı böyük
faciələr də az olmamışdır. Tarixdə ən böyük gəmi faciəsi isə
Titanik faciəsidir.
33