Təbiətdə ən çox təsadüf etdiyimiz sadə hərəkət növlərindən biri
sərbəstdüşmə hərəkətidir. Əlimizdə
tutduğumuz
cismi sərbəst buraxsaq, o, şaquli düz xətt üzrə hərəkət edib yerə düşəcəkdir. Ağırlıq qüvvəsinin
tə siri altında baş verən belə hərəkətə sər bəst düşmə hə rəkəti deyilir.
Sərbəstdüşmə hərəkəti düzxətli və bərabəryeyinləşən, yəni sabit təcilli hərəkətdir. İnsanlar çox qədimdən cisimlərin
sərbəstdüşmə hərəkətini öyrənməyə çalışsalar da, təcrübə qurğusu olmadığından onlar Qaliley dövrünə qədər bu hərəkət
haqqında mükəmməl biliyə yiyələnə bilməmişlər.
Rəvayətə görə, Qaliley təcrübə qurğusu kimi İtaliyanın Piza şəhərində tikintisi 1174-cü ildən 1372-ci ilədək davam etmiş,
hündürlüyü
56 m
olan maili qüllədən istifadə etmişdir. О, uzun müddət müxtəlif cisimləri Piza qülləsinin ən hündür
nöqtəsindən sərbəst buraxaraq onların hərəkətini öyrənməyə çalışmışdır. Qaliley cisimlərin yerə düşmə müddətlərini ölçmüş,
onların istənilən cisim üçün eyni olduğu qənaətinə gəlmişdir. Ölçmələr zamanı müşahidə olunan
cüzi fərqlənmələri isə
təcrübənin xətası hesab etmişdir. Nəhayət, Qaliley belə nəticəyə gəl mişdir кi, sərbəst düşən bütün cisimlər ey -
ni bir təcillə düzxətli və bərabəryeyinləşən hərəkət edir. O, ölçmələrinin nəticələrinə əsaslanaraq sərbəstdüşmə
təcilinin ədədi qiymətini də hesablamış, onun
g = 9,80 m/s
2
olduğunu müəyyənləşdirmişdir. Qaliley sərbəst
düşən cisimlərə havanın müqavimət göstərdiyini də dərk etmiş, lakin onu aradan qaldırmağın yolunu tapa
bilməmişdir.
Sərbəstdüşmə hərəkəti üzərində Nyuton da çox çalışmış və müəyyən etmişdir ki, havasız
şəraitdə bütün
cisimlər eyni bir
g = 9,80 m/s
2
_
a bərabər olan sərbəstdüşmə təcili ilə düşür. Bununla da Nyuton Qalileyin
aldığı nəticələri təsdiq etmiş oldu.
Sərbəst düşən cisimlərlə aparılmış çoxsaylı təcrübələr göstərdi ki, sərbəstdüşmə təcili Yerin coğrafi
enliyindən asılı olaraq dəyişir. Müəyyən edilmişdir ki, bu dəyişmə Yer kürəsinin qütblərdən basıq, yəni onun
qütblərdəki radiusunun ekvatordakı radiusundan təxminən
21 km qısa olmasının nəticəsində yaranır. Bu isə
qütblərdə cismin ağırlıq
qüvvəsinin, deməli, həm də sərbəstdüşmə təcilinin artmasına, ekvatorda isə azalmasına
səbəb olur. Ümumiyyətlə, sərbəstdüşmə təcilinin qiyməti coğrafi enlikdən asılı olaraq
9,78 m/s
2
-
9,83 m/s
2
aralığında dəyişir.
Sərbəstdüşmə.
37