Folklor institutu



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə6/10
tarix30.10.2018
ölçüsü0,49 Mb.
#76116
1   2   3   4   5   6   7   8   9   10

 

 

12 



olaraq ortaya çıxmır. O, folklor faktı daxilində simvolik davranışlar əsasında 

təzahür edir. Əkizlər mif modeli özündə bir çox sosial-mədəni  münasibətlər 

çərçivəsini  təcəssüm  etdirir.  Daha  doğrusu,  şüur  həmin  o  ikiliyi  bir  çox 

sosial-mədəni modeldə qəbul edir və əsaslandırır: 

a) Bacı-qardaş 

b) İki bacı 

c) İki qardaş 

d) Ata-oğul 

e) Qəhrəman və dostu (və ya dostları) 

f) İki dost 

Bundan  savayı,  əkizlər  mif  modeli  ayrı-ayrı  münasibətlər  konteks-

tində də əsaslandırılır: 

a) Cinsi münasibətlər. 

b) Qohumluq münasibətləri. 

c) Dərketmə qabiliyyəti (ağıllı-axmaq). 

d) Emosional  özünüifadə  qabiliyyəti (qorxaq-cəsarətli, xeyirxah-bəd-

xah, hiyləgər-sadəlövh). 

e) Fərqli məkan və zamana aid olma baxımından (Məsələn, Basat bu 

dünyaya, Təpəgöz isə o dünyaya aid olan cizgilərdə təqdim olunur). 

f) Heyvan-insan münasibətləri kontekstində (qəhrəman və at). 

Əkizlər mif modelində təqdim olunan yuxarıdakı xüsusiyyətlər bəzən 

qarşıdurmada,  bəzən  isə  vəhdətdə,  birgə  fəaliyyət  göstərən  obrazlar  kon-

tekstində təcəssüm olunur. Amma əkizlər mif modelinin əsasında qarşıdur-

ma  semantikasının  təcəssüm  olunması  mədəniyyətlərdə  daha  geniş  yayıl-

mışdır. Təsadüfi deyildir ki, Levi Stros tanrıdan və triksterdən döllənməklə 

doğulan  ekiz  uşaqlar  haqqında  mifdən  danışarkən  “Əkizlər  arasında  qarşı-

durmanın lap döllənmə anından mövcud” olduğunu diqqətə çatdırır

13

.  



Birinci  fəslin  “Mifoloji  insest  xaotik  paradiqma  kimi”  adlanan  dör-

düncü  yarımfəslində  göstərilir  ki,  antropoloqlar  tərəfindən  mədəni,  sosial 

və biososial fenomen kimi araşdırılan

14 


insest tabusu Levi Strous tərəfindən 

insanın təbiətdən mədəniyyətə keçidinin işarəsi kimi dəyərləndirilir

15

.  


Mədəni nümunələrdə aktuallaşan insest aktı: 

 

a) insanlığın təhtəlşüur emosiyasını aktivləşdirir;  



b)  təhtəlşüur  emosiyasına  verilən  reaksiya  (tabular  və  s.)  əsasında 

                                                

13 

Стросc К.Л. Миф и значение (перевод Александра Островского).  



    http://rl-online.ru/articles/3-04/467.html 

14

 Kupiainen T. The Forbidden Love of Sister and Brother: The Incest Theme in Archangel 



Karelian  Kalevala  Meter  Epic  //  Myth  and  Mentality  Studies  in  Folklore  and  Popular 

Thought. Helsinki, Finnish Literature Society, 2003, p. 272 

15 

Göst. əsər, s. 3-273 




 

 

13 



obrazın və ya obrazların daxili psixoloji inkişaf dinamikası açıqlanır ki, bu 

da bizə obrazın ritual-mifoloji situasiyasının təsvirini verir;  

c)  insest  münasibətlər  modeli  olmaqla  ilkin  yaradılış  kontekstinin 

təsvir  dilini,  üsulunu  və  əsaslandırma  şəklini  ortaya  qoyur.  Yəni  inçestin 

mədəni  kontekstdə  aktuallaşması  ilə  yuxarıda  sadalanan  üç  xüsusiyyətin 

hamısı aktuallaşmış olur.  

Dünyanın müxtəlif yerlərindən toplanılmış və Azərbaycan folklorun-

da da rast gəlinən “atanın öz qızına aşiq olması” süjetinin də əsasını insest 

münasibəti  təşkil  edir  ki,  D.L.Ashilman  bu  beynəlxalq  süjetin  aşağıdakı 

motivləri ehtiva etdiyini vurğulayır:  

1)  Ölən qadın öz ərindən söz alır ki, o yalnız o vaxt yenidən evlənəcək 

ki, müəyyən təsvirlərə uyğun gələcək qadın tapacaq.  

2)  Matəmdən sonra dul  kişi  müəyyən  edir  ki, yalnız  qızı ölmüş arva-

dının yenidən evlənmə şərtlərinə cavab verir və ona evlənmək təklif edir. 

3)  Qız  atasını  fikrindən  yayındırmaq  üçün  möhlət  istəyir  və  atasına 

bəzi hədiyyələr gətirməsini tələb edir, ata da bunları asanlıqla tapır.  

4)  Qız  öz probleminin  heç bir həlli yolu  qalmadığını  gördükdə  qeyri-

adi paltar geyinərək uzaqlara qaçır. 

5)  O, qulluqçu kimi saxlanıldığı adamın təsərrüfatında sığınacaq əldə 

edir və zaman-zaman təhqirlə qarşılanır.  

6)  O,  vaxtaşırı  işlədiyi  mətbəxdən  qaçır  və  ayrı-ayrı  bal  paltarlarında 

müxtəlif görünüşlərdə özünü təqdim edir 

7)  Şahzadə cazibədar paltardakı qadına vurulur. Və sonra o müəyyən edir 

ki, bu qəşəng qız onun qulluqçusundan başqası deyil və onunla evlənir

16



Süjetlərdəki motivlərdən aydın olur ki, qadın (ana) dünyasını dəyişir 



və o,  ərinə  gələcəkdə  evlənmək üçün  öz əlamətlərini təsvir  etməklə  elə  öz 

qızının əlamətlərini demiş olur. Yaradılışın başlanğıcını ifadə edən münasi-

bətlər – ər və arvad, qardaş və bacı, ana və oğul, bacı və qardaş kimi müna-

sibətlər kontekstində ifadə olunduğunu nəzərə alsaq, qeyd olunan bu süjetin 

də əsasında xaosdan komosun yaradılışı anına aid elementlərin izlərini gör-

mək mümkündür.  

Nağıllara  diqqət  edilsə  görərik  ki,  ər  öz  arvadına  oxşayan  qadınla 

evlənmək istəyindədir, qadın da yalnız və yalnız ona bənzəyən və ya onun 

müəyyən əlamətlərini daşıyan adamla evlənməyi məsləhət görür. Semantik 

planda  burada  bir  çox  məsələ  aydınlaşa  bilər.  Qadının  ərinə  ona  bənzəyən 

biri  ilə  evlənməyi  məsləhət  görməsində  və  kişinin  öz  arvadına  bənzəyən 

birini  axtarmasının  əsasında  ilkin  situasiyanın,  seçimin  olmadığı,  ilk  insan 

cütündən ibarət bir “cəmiyyət”in  işarəsindən söhbət  gedir. Odur ki, ananın 

                                                

16

 Ashliman D.L. Folktales of Aarne-Thompson-Uther Type 510B.  



http://www.pitt.edu/~dash/type0510b.html  


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə