Folklor institutu



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə10/10
tarix30.10.2018
ölçüsü0,49 Mb.
#76116
1   2   3   4   5   6   7   8   9   10

 

 

20 



çıxır.  Belə  ki,  Oğuz  cəmiyyətində  ad  bütün  hallarda  obrazın  mahiyyətindən 

doğulduğu  kimi,  onun  mahiyyətini  də  ortaya  qoyur.  Yəni  sosiumda  heyvan 

qılığında gəzmək mümkün olmadığı kimi, insanlaşmadan da yaşamaq müm-

kün  deyil.  Odur  ki,  tapılmış  qəhrəman  aslan adını  deyil, aslanın  davranışla-

rını ifadə edən bir adla işarələnmişdir. Belə ki, Basat adı heyvani təbiəti ifadə 

etməklə  meydana  gəlmişdir.  Basatın  xaosdan  kosmosa  (heyvan  cildindən 

insan cəmiyyətinə) keçidini işarələyən xüsusiyyətlərdən biri də, heyvani mü-

nasibət göstərdiyi ata qarşı insani münasibətə dəvət olunmasıdır.  

Boyda o da təsvir olunur ki, Oğuuzun çobanı Qonur qoca Oğuz elinin 

önündə hamıdan birinci “Uzın binar” deyilən yerə gəlib çatır. Daha sonrakı 

sətirlərdə  çobanın  növbəti  il  yaylağa  gedərkən  bir  yığnaq  görməsi  səhnəsi 

təsvir olunur. Çoban bu yığnağı qoyub qaçır. Təsvir olunur ki, “məgər ol dəm 

Bayındır  xan  bəglər  ilə  seyrana  getmişlərdi.  Bu  binarın  üzərinə  gəldilər. 

Gördilər kim, bir ibrət nəsnə yatur, başı-göti bəlürsiz. Çevrə aldılar. Endi bir 

yigid  bunı  dəpdi.  Dəpdikcə  böyüdi.  Bir  qoc  yigid  dəxi  endülər,  dəpdilər. 

Dəpdiglərincə böyüdi. Aruz qoca dəxi enüb dəpələdi, mahmuzı toqundı. Bu 

yığnaq yarıldı, içindən bir oğlan çıqdı. Gödəsi adam, dəpəsində bir gözi var. 

Aruz aldı  bu  oğlanı,  ətəginə  sarıdı.  Aydır:  xanım,  munı  mana  verin,  oğlum 

Basatla  yaşlayın”

30

.  Bu  qadın  dölünün  simvolu  ətrafında  həyata  keçirilən 



ritualdır. Ritualda  ilkin  yaradılış  modeli,  dünyanın  sudan,  yumurtadan  yara-

dılması  faktı  imitasiya  olunur.  Bizə  elə  gəlir  ki,  bu,  artımı  simvolizə  edən 

cinsi ritualdır. Ümumiyyətlə, mədəniyyətlərdə bu cür cinsi ritualların keçiril-

məsi  faktı  geniş  yayılmışdır.  K.Q.Yunq  Avstraliyanın  vaçandi  tayfasında 

keçirilən  bir  mərasimi  belə  təsvir  edir:  “Yerdə  quyu  qazılır.  Və  sonra  kol-

kosla həmin quyuya qadın cinsi orqanının şəkli verilir. Daha sonra əllərində 

kişi  cinsi  orqanının  simvolu  olan  nizə  tuturlar.  Onlar  rəqs  edə-edə  həmin 

quyunun ətrafında dövrə vurur və nizəni həmin  o quyuya batırırlar. Təbiidir 

ki, burda əsas iki simvol var: yarıq və fallos”

31

. Məlumdur ki, qılınc, nizə, ox 



ucu əsas fallik simvollardır 

32

. Bu təcrübəni biz buradakı səhnəyə də aid edə 



bilərik.  Əslində,  zahirən  burada  bir  ov  mərasimindən  söhbət  getsə  də,  bu, 

Qam Gan oğlu Bayandır xanın iştirakı ilə keçirilən artım ritualıdır. Mərasim 

həm də bulaq başında keçirilir. Bulaq isə kosmoenergetik artım nöqtəsi kimi 

dünyanın  mərkəzini  simvolizə  edir.  Mətn  hissəsindən  aydın  olur  ki,  Oğuz-

ların  artım  mərasimi  Ulu  Ananın  uşaqlıq  simvolu  olan  “yığnaq”  ətrafında 

yerinə yetirilir. Göründüyü kimi, Oğuz igidləri bu qadın bətnini dövrəyə alır-

lar.  Hər bir  igid  burda  öz  cinsi  gücünü  göstərməyə  başlayır.  Nəhayət,  Aruz 

                                                

30

 Kitabi-Dədə Qorqud. Bakı: Yeni nəşrlər evi, 1999, s. 139 



31 

Юнг  К.Г.  Либидо,  его  метаморфоз  и  символы.  Санкт-Петербург:  Восточно-Евро-

пейский Институт Психоанализа, 1994, c., 156 

32 


Yenə də orada, s., 111 


 

 

21 



qocanın mızrağı dölə toxunur və Təpəgöz dünyaya gəlir. Əslində, Aruz qoca 

cinsi aktı vasitəsi ilə Ulu Ananın dölündən Təpəgözü doğuzdurur. Maraqlıdır 

ki,  məhz  Aruz Təpəgözün  dünyaya  gəlməsinə  səbəb  olur.  Daha sonra  Aruz 

Təpəgözü öz ətəyinə bükür və onu oğulluğa götürür. Burada qadınlar övlad 

götürəndə  onu  köynəyindən  keçirməklə  öz  ana  legitimliyini  təsdiq  etdikləri 

kimi,  Aruz  da  onu  ətəyinə  bükməklə  öz  atalığını  təsdiq  etmiş  olur.  Aruz 

Oğuz səltənətinin hüquqi və mifoloji varisi kimi (rəhbər kimi) Oğuz kosmo-

sunun  yeni  üzvünü  də  özü  qəbul  edir.  Göründüyü  kimi, bu situasiyada  ikili 

ata semantikası vardır. Belə ki, Sarı qoca ilə yanaşı, Aruz qoca da atalıq se-

mantikasını daşıyır. Təsadüfi deyildir ki, M.Kazımoğlu Sarı Çoban və Aruz 

arasındakı  semantik  yaxınlığı,  bir-birinin  oxşarı  olmasını  vurğulamışdır: 

“Qaraca Çoban  Qazan  xanın  köməkçisi  və  oxşarı  olduğu  kimi,  Qonur  qoca 

Sarı  Çoban  da  Alp  Aruzun  köməkçisi  və  oxşarı  olaraq  qalır”

33

.  Beləliklə, 



xaosdan doğan antiqəhrəman (Təpəgöz) ikili ata kökünə malik olduğu kimi, 

qəhrəman (Basat)da ikili ata semantikasına malikdir.

 

Yeniləşən  həyatın  simvolu  olan  ulu  Ana  (Pəri)  qəzəbləndirildiyinə 



görə  Oğuz  elini  bəlaya  düçar  edir.  Pərinin  qadın  cildində  məhz  suyun  ba-

şında  görünməsi  təsadüfi  deyildir.  Yuxarıda  göstərdiyimiz  kimi,  mifologi-

yada  xaos  həm  də  qadın  bətninə  bənzədilmişdir.  Xaosun  da  işarələrindən 

biri sudur. Mifoloji anlamda xaos sudan ayrılmadığı kimi, burada da xaosu 

simvolizə  edən  qadın  (Ulu  Ana)  obrazı  da  su  ilə  birlikdə  obrazlaşmışdır. 

Belə təsəvvür də  öz  növbəsində  mədəniyyətə su stixiyası ilə əlaqədar olan 

çoxsaylı  qadın  obrazları  bəxş  etmişdir  ki,  onlara  da  daha  çox  su  və  nəhrl-

ərin  qırağında  rast  gəlinir.  Bu  mənada  Təpəgöz  bilavasitə  xaosu  simvo-



lizə edən ananın bətnindən, Xaosdan doğulmuşdur. 

Beləliklə,  epik  mətnlərdə  xaos-kosmos  münasibətləri  çox  mürəkkəb 

elementlər əsasında özünü büruzə verir. Boyun izahından aydın olur ki, xaotik 

obrazların kosmosa müdaxiləsinin təmin olunması üçün onlar özündə müəyyən 

kosmik elementləri, xaosa qalib gələcək qəhrəman isə özündə müəyyən xaotik 

mənşəni  ehtiva  edir.  Məsələn,  Təpəgözün  kosmosa  müdaxiləsini  onun  gözü 

təmin etdiyi halda, Basatın ona qalib gəlməsində isə onun itkin düşərək xaosa 

gedib aslan südü əmməklə qazandığı xtonik mənşəyi mühüm rol oynayır. 

Tədqiqatdın “Nəticə”  hissəsində tədqiqat zamanı əldə olunmuş  elmi 

qənaətlər ümumiləşdirilmişdir. Əsas tezislərə görə: 

–  Yaradılış  mifləri  mədəniyyətin  ritual  və  simvolik  layının  öyrənil-

məsində  açar  rolunu  oynayırlar.  Həmçinin  yaradılış  miflərində  yaradılış 

faktı xaos və kosmosun təmsilçiləri olan mədəni qəhrəman və trikster qarşı-

durmasının nəticəsi kimi ortaya çıxır.  

–  Xaos-kosmos  münasibətləri  mədəniyyətdə  çoxsaylı  paradiqmalar 

                                                

33 

Kazımoğlu M. Folklorda obrazın ikiləşməsi. Bakı: Elm, 2011, s., 148 




 

 

22 



kontekstində  təzahür  edir.  Bu  qarşıdurma  səviyyəsində  xaosun  kosmosa, 

kosmosun xaosa çevrilməsi ilə yanaşı, ikili qarşıdurmanın simmetrik müna-

sibəti  əsasında  kosmik  nizam  mütəhərrik  şəkildə  təşkil  olunur,  qorunur  və 

davam  etdirilir.  Bu  baxımdan  xaos  və  kosmos  münasibətlərinin  təzahürü-

nün ən sabit modellərindən biri “əkizlər mif” modelidir.  

 –  Miflərdə  inçest  kosmoqonik  nizamdan  öncə,  xaos  mərhələsinin 

qaçılmaz münasibəti kimi şərh edildiyi halda, nağıllarda (bütövlükdə folklor 

yaradıcılığında) o sosial-ictimai münasibətlər kontekstində dəyərləndirilir.  

– Miflərdə geniş şəkildə yer alan xaosdan kosmik nizamın yaradılması 

modeli ritualların da əsasını təşkil edir. Bu məsələnin “Kişi-Qadın” modelin-

də  xaos  və  ritual  problemi  üzrə  öyrənilməsindən  aydın  oldu  ki,  “göbəkkəs-

mə”,  “buta”,  “Novruzda  duzdu  qoğal  yeyib  yatma”  və  s.  mədəni  faktların 

əsasında  ilkin  başlanğıca,  dünya  nizamının  hələ  mövcud  olmadığı  xaosa 

qayıdaraq  yenidən  yaradılma,  doğulma  modeli  dayanır.  Bu  isə  özlüyündə 

rituallarda fərdi taleyin kosmoqonik taleyə bağlanılmasının xaos mərhələsin-

dən keçməklə mümkün olduğunu göstərir.  

–  Toy  ritualında  xaos  və  kosmogenez  probleminin  araşdırılması  nə-

ticəsində  toyun  xaos  və  kosmos  münasibətlərinin  tənzimlənməsinə  xidmət 

edən çoxsaylı ritual faktını özündə birləşdirdiyi məlum oldu. Belə ki, toyun 

əsas iştirakçıları olan bəy və gəlinin münasibətləri xaotik və kosmik dünya 

münasibətləri  əsasında  qurulur.  Toy  mərasimində  bəyin  qız  evinə  getməsi 

epik təhkiyədə qəhrəmanın qız  dalınca o dünyaya getməsi ilə simvolik  ek-

vivalentlik təşkil edir. Bundan savayı, tədqiqat nəticəsində bəlli oldu ki, toy 

mərasiminin “bir günlük bəyi”  kosmik bəyin (yaxud  da şahın, kralın)  dav-

ranışlarını  mikro səviyyədə  imitasiya  edir. Bununla  o, cəmiyyətin artımın-

da, yeni  quruculuqda iştirak  etməklə yanaşı,  mal-mülk sahibi  olmaq hüqu-

qu  da  əldə  edir.  Bu  vasitə  ilə  o,  xaosun  sonunu  gətirərək  kosmik,  nizamlı 

dünyaya qədəm qoyur, “ailə qurur”, “ev olur” və s. 

–  “Basat-Təpəgöz”  paradiqmasında  xaosdan  kosmosun  təşkilinin 

ritual modelinin araşdırılması ilə xaos-kosmos münasibətlərinin epik trans-

formasiyası  öyrənilmişdir.  Məlum  oldu  ki,  epik  mətnlərdə  xaos-kosmos 

münasibətləri  çox  mürəkkəb  elementlər  əsasında  özünü  büruzə  verir.  Belə 

ki,  xaotik  obrazların  kosmosa  müdaxiləsinin  təmin  olunması  üçün  onlar 

özündə  müəyyən  kosmik  elementləri,  xaosa  qalib  gələcək  qəhrəman  isə 

özündə müəyyən xaotik mənşəyi ehtiva edir. Məsələn, Təpəgözün kosmosa 

müdaxiləsini  onun  gözü  təmin  etdiyi  halda,  Basatın  ona  qalib  gəlməsində 

onun  itkin  düşərək  xaosa  gedib  Aslan  südü  əmməklə  qazandığı  xtonik 

təbiəti mühüm rol oynayır. 

 

 

 




 

 

23 



Dissertasiyanın  əsas  müddəaları  aşağıdakı  məqalələrdə  əksini 

tapmışdır: 

 

1. Türk  epik ənənəsində xaos anlayışı  və  onun semantikası (Yaradılış  das-



tanı  əsasında).  VI  Uluslararası  folklor  konfransının  materialları.  Bakı: 

2010, s. 436-439 

2. Mifoloji xaos yazılı ədəbi düşüncənin funksional mexanizmi kimi (H.Ca-

vidin “İblis” faciəsi əsasında). Hüseyn Cavidin anadan olmasının 130 il-

lik  yubileyinə  həsr  olunmuş  respublika  elmi  konfransının  materialları. 

Bakı: Bakı Universiteti, 2012, s. 205-221 

3. Türk  mifologiyasında  dünyanın  sonu.  Azərbaycan  filologiyasının  aktual 

problemləri.  M.Ə.Sabirin  150  illik  yubileyinə  həsr  olunmuş  Respublika 

elmi-nəzəri konfransının materialları. XIV cild. Bakı: AzTU, s. 98-102  

4. Kosmos  və  xaos  oppozisiyası  şah  və  vəzir  münasibətləri  kontekstində. 

“Dədə Qorqud” elmi-ədəbi toplu, 2013, № 3, s. 48-60  

5. Basatın  Təpəgözü  öldürdüyü  boyun  ritual-mifoloji  semantikası  // 

AŞXƏDT, 2013, № 42, s. 140-162  

6. Xaotik  davranışlar  prizmasından  triksterin  əsas  xüsusiyyətləri.  Dil  və 

ədəbiyyat beynəlxalq elmi-nəzəri jurnalı, 2013, № 3 (87), s. 245-247 

7. Dünyanın  sonu  esxatoloji  paradiqma  kimi:  21  dekabr  fenomeni  // 

AŞXƏDT, 2013, 43-cü sayı, s .110-132 

8. Kosmoqonik  zəmində  qadın  və kişi // Dədə Qorqud  jurnalı, 2013, № 3,  

s. 54-68 

9. Kosmik  nizamlayıcı  olaraq  şah  və  vəzir  münasibətləri.  Gənc  tədqiqat-

çıların  I  Beynəlxalq  elmi  konfransının  materialları.  Bakı:  Nurlar,  2013,  

s. 468-469 

10. Türk  mifoloji  düşüncəsində  dünyanın  yaradılışı  (monomifoloji  baxım-

dan xaos-kosmos). Motif Akademi Halkbilimi Dergisi. İstanbul, 2011/2, 

s. 187-194 

11.  Ритуалъно-мифологическая семантика свадъбъ в космогоническом 

плане  (на  материалах,  собранных  в  Карабахе).  Ученые  записки 

Таврического  национального  университета  имени  В.И.Вернадско-

го.  Серия  «Филология.  Социальные  коммуникации».  Том  26  (65), 

№ 2. 2013 г. с. 82–88 

12.  Mifologiyada xaos semantemi və onun təzahür səviyyələri. AMEA-nın 

məruzələri, Bakı: Elm, 2014, № 2, s. 99-103.  



 


 

 

24 



Караев С.П. 

 

МИФОЛОГИЧЕСКИЙ ХАОС  

В АЗЕРБАЙДЖАНСКОМ ФОЛЬКЛОРЕ 

 

РЕЗЮМЕ 

Диссертация состоит из введения, двух глав, заключения и спис-

ка литературы. 

Во  “Bведении”  даётся  информация  об  актуальности  темы,  объ-

екте, предмете, цели, задачах, научной, новизне теоретических и мето-

дологических  основах,  практической  значимости, апробации и  струк-

туре исследования. 

Первая  глава  диссертации,  которая  называется  «Мифологичес-



кий  хаос  и  его  космогонические  парадигмы»,  состоит  из  четырёх 

разделов. Здесь понятие «хаос»а исследованы на основе фольклорных 

материалов  разных  жанров  уровни  его  проявления,  мифы  о  сотворе-

нии.  Выявлено,  что  противостояние  хаоса  и  космоса  как  универсаль-

ная единица даёт о себе знать во всех фольклорных текстах. Отноше-

ния хаоса и космоса, составляющие основу космогонических мифов в 

фольклорных  текстах  проявляются  парадигмами  «ночь-день»,  «тьма-

свет»,  «женщина-мужчина»  и  т.д.  Тут  вопрос  рассмотрен  на  основе 

мифа о сотворении, модели мира о близнецах, инцесте. Поэтика отно-

шений хаоса и космоса исследованы на конкретных фактах. 

Вторая  глава  диссертации,  под  заголовком  «Мифологический 

хаос и его ритуальная модель», состоит из трёх  разделов. Здесь ми-

фологический  хаос  к  исследован  в  контексте  ритуала.  Проблема  изу-

чена на основе поверий, связанных с Новруз  байрам, а также родиль-

ного обряда, свадебных обычаев. В результате проведённого исследо-

вания  было  выяснено,  что  в  корне  всех  этих  поверий  стоит  модель 

создания  космоса  из  хаоса.  С  этой  точки  зрения  такие  метафоричес-

кие,  символические  акты  как  «бута»,  обручение  с  колыбели  («гёбек-

кесме»), «поход из дома жениха в дом невесты» изучены в плоскости 

отношений хаоса и космоса. 

В  этой  части  на  примере  боя  (главы),  где  «Басат  убивает  Тепе-

гёза» из эпоса «Китаби-Деде Коркуд», анализируется ритуал перехода 

из  хаоса  в  космос  и  подробно  излагаются  символические,  метафори-

ческие основы этого перехода. 

В  «Заключении»  обобщены  научные  выводы,  полученные  в 

результате исследования. 

 



 

 

25 



Garayev S.P. 

 

THE MYTHOLOGICAL CHAOS IN AZERBAIJAN FOLKLORE 

 

SUMMARY 

 

The  dissertation  work  consists  of  the  introduction,  two  parts,  the 

conclusion and the list of used literature. 

In the introduction the actuality of the investigation is based on, the 

object, aim and duties of the investigation are definited, the scientific inno-

vations,  methods  and  sources,  the  practical  and  theoretical  importance  of 

the  investigation  are  spoken  about,  the  information  about  the  structure  of 

the investigation is given. 

The  first  part  of  the  dissertation  work  called  “The  mythological 

chaos and  its  cosmogonic paradigms” consists of four chapters. In these 

chapters the idea of chaos, its formation levels, creation myths were drawn 

into the research on the base of different genres of folklore materials. At the 

same  time  the  theoretical-methodological  basis  of  the  archetype  “the  wise 

old man”, its various levels and paradigms are investigated from the funda-

mental aspects and based  on the concrete text facts. It was cleared up that 

the confrontation of chaos and cosmos shows itself as the universal unit in 

all  folklore  texts.  The  relations  of  chaos-cosmos  forming  the  base  of  cos-

mogonic  myths  appear  in  folklore  texts  in  different  paradigms  as  “night-

day”,  “dark-light”,  “woman-man”  and  etc.  Here  the  problems  about  the 

creation myth, the myth of twins, insest relations are studied, the poetics of 

chaos amd cosmos relations are investigated on the base of concrete facts.  

The second part of the  dissertation called “The  mythological  chaos 

and its ritual model” consists of three chapters. These chapters are dedica-

ted to the  investigation  of  mythological chaos  in the context  of ritual. The 

problem  was  studied  on  the  base  of  the  beliefs  about  Novruz  holiday,  the 

ceremony  of  birth,  wedding  traditions.  As  a  result  of  the  investigation  it 

was definited that in the base of all beliefs there is the model of the creation 

of  the  cosmos  from  the  chaos.  That  is  why  some  metaphorical-symbolic 

acts  such  as  “buta”,  “gobekkesme”  (to  be  inseparable  lovers),  “visit  from 

the groom’s place to the bride’s place” were investigated in the relations of 

chaos-cosmos  points.  Here  the  transition  ritual  from  the  chaos  to  the  cos-

mos  on  the  base  of  the  chapter  “Tepegoz’s  death  by  Basat”  in  the  epos 

“The Book of Dede Gorgud” is drawn into the research work, the symbolic-

metaphorical basis of this transition are explained in details. 

In the conclusion the scientific results and conclusions got during the 

investigation are summarized.  




 

 

26 



НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА 

ИНСТИТУТ ФОЛЬКЛОРА 

 

 

 

На правах рукописи 

 

 

 

 

 

САФА ПАНАХ ОГЛУ КАРАЕВ 

 

 

 

МИФОЛОГИЧЕСКИЙ ХАОС  

В АЗЕРБАЙДЖАНСКОМ ФОЛЬКЛОРЕ

 

 

 

5719.01 – Фольклористика 



 

 

 

 

 

А В Т О Р Е Ф Е Р А Т 

 

диссертации на соискание научной степени  



доктора философии по филологическим наукам 

 

 

 

 

 

 

 

БАКУ – 2015  

 

 

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə