Folklor institutu



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə9/10
tarix30.10.2018
ölçüsü0,49 Mb.
#76116
1   2   3   4   5   6   7   8   9   10

 

 

18 



dınlardan  qorumaq  üçün”

24

  istifadə  olunur.  Amma  mifoloji  planda  duvaq 



maskadır:  onun altında bu  gün  mifoloji  mahiyyəti  unudulmuş  məlumat  giz-

lənmişdir. Duvağın  mahiyyətini  izah etmək üçün  onun  ilk  öncə  maska kimi 

mahiyyətini  aydınlaşdırmaq  lazımdır.  “Maskalar  sırasına  kosmetik  istifadə 

olunan detallardan tutmuş başın örtülməsi üçün istifadə olunan örtüklərə qə-

dər  bütün  faktları  aid  etmək  olar”

25

.



 

Ritual  prosesində

 

maska  vasitəsi  ilə 



“özünə  bənzəmə  rədd  edilir”

26

.



 

Bu  mənada  toyda  gəlin  tərəfindən  geyinilən 

duvaq maskanın təzahür formasından biri kimi qavranıla bilər. Qadının başı-

na  örtülən  qırmızı  yaylıq  onun  ritual  statusundan  doğur.  Niqab  onun  ritual 

duallığında xaosa aid olmasından xəbər verir. Ər evinə gələn qadın müxtəlif 

keçid ritualları vasitəsi ilə kosmoslaşdırılır.  

Gəlinin  xaosdan  kosmosa  keçirilməsi  toy  prosesində  aktuallaşan 

“qırmızıya  boyama”,  “odda  yandırılma”,  “yağmalama  və  ya  qarət  ritualı”, 

“qızqaçırtma”,  “qurban  kəsmə”  və  s.  kimi  simvolik-metaforik  aktlarda  da 

özünü göstərir.  

Toyun  mifoloji  anlamını  daha  dərindən  anlamaq  üçün  Mirçe  Elia-

denin aşağıdakı fikri xüsusi əhəmiyyət  daşıyır: “Kəbin  mərasimləri  özləri-

nin ilahi nümunələri ilə əlaqədardır və insani kəbin ... Göy və Yer arasında-

kı ittifaqı canlandırır.... Bütün bu kəbin  mərasimlərinin  kosmoqonik struk-

turu daha ətraflı baxış tələb  edir: burada söhbət  yalnız Göy  və  Yer arasın-

dakı ilahi  kəbin  nümunəsinin  imitasiyasından  getmir, hər şeydən əvvəl, bu 

kəbinin  nəticəsi  kosmoqonik  yaradılışdır”

27

.



 

Müasir  toylarda  da  kosmoqo-

nik kontekstə aid olan xeyli simvol və davranışlar vardır ki, onların araşdı-

rılması toyun ritual olaraq mahiyyətinin daha dərindən anlaşılmasına imkan 

verir.  Qadın  və  kişinin  bir  yerdə  olmasının  təmin  olunma  prosesi  “evlən-

mək”, “ev olmaq”, “ailə  qurmaq”, “yurd-yuva qurmaq”, “qovuşmaq”  kimi 

xaosun sonunu ifadə edən kosmoqonik mahiyyətli anlayışlarla ifadə olunur. 

İlkin  başlanğıcı  canlandırmaq  yolu  (xaosdan  kosmosun  doğuluşunu)  ilə 

sakral məzmunu təsdiqləmək toy ritualların ən əsas xüsusiyyətidir. 

Toyun  müxtəlif  səviyyələrdə  izahından  aydın  olur  ki,  toy  xaosdan 

kosmosa  keçidin  ritual  faktı  olmaqla  özündə  aşağıdakı  funksional  keyfiy-

yətlərə malikdir: 

1.Sosial  vəziyyətin  nizamlanması  (Qız  evi  oğlan  evinə  başlıq  verir. 

Bu, ritual o dünyaya qurban vermə semantikası üzərində yüksəlmişdir).  

                                                

24 


Azərbaycan folkloru antologiyası. II kitab (İraq-türkman). Bakı: Ağrıdağ, 1999, s., 53  

25 


Folklore an encyclopedia of beliefs, customs, tales, music and art. Edited by Thomas A. 

Green., California: Santa Barbara, 1997, p., 536 

26

 Bahtin M. Rabelais ve dünyası /Çeviren: Çiçek Öztek, İstanbul: Ayrıntı Yayınları, 2005, s., 68  



27

 Элиаде М. Миф о вечном возвращении  

    

http://royallib.ru/book/eliade_mircha/mif_o_vechnom_vozvrashchenii.html



 


 

 

19 



2.Əyləncə xarakterli davranışlar (rəqs, bəyin oğurlanması və s.). 

3.Əxlaqa  nəzarət  və  təcrübənin  ötürülməsi  (yengənin  və  sağdişin 

fəaliyyəti). 

4. Sinxron planda funksiyası anlaşılmayan faktlar (soldışın fəaliyyəti və s.). 

Lakin  bütövlükdə  toy  ritualının  əsasında  ritual  subyektin  xaosdan 

komosa keçirdilməsi semantikası dayanır.  

 İkinci  fəslin  “Basat-Təpəgöz”  paradiqmasında  xaosdan  kosmosun 

təşkilinin  ritual  modeli”  adlanan  üçüncü  yarımfəslində  müəyyənləşdiril-

mişdir ki, “KDQ”-nin “Təpəgöz” boyu  estetik  düşüncə  məhsulu  olaraq bir 

dastan, bədii mətndir. Başqa bir yazımızda göstərdiyimiz kimi, mətnin tipo-

loji  baxımdan  hansı  formada  meydana  çıxmasından  asılı  olmayaraq,  şüur 

onun  tərkibində  laylana  bilir.  Təpəgöz  boyunda  simvollar,  mənalar  onun 

bədii  layı  altında  gizlənmişdir.  Bu  boyun  dərindən  və  hərtərəfli  araşdırıl-

ması  xaos  və  kosmos  münasibətlərinin  epik  təzahür  formasının  izahına 

böyük imkan yaradır.  

Boyun  ilk təsvirindən aydın  olur  ki,  yağı  gəlmiş, bu zaman Oğuz  igid-

lərindən  Aruz  qoca  övladını  itirmişdir.  Bunu  bir  aslan  tapıb  bəsləmişdir.  Bir 

gün həmin uşaq ilxıya soxulur. Bunu görən ilxıçı gedib onu Oğuz cəmiyyətinə 

xəbər  verir. “Xanım, sazdan bir aslan çıqar, at urar, apul-upul  yürüyüşi adam 

kibi.  At  basuban,  qan  sümürər”

28

.



 

Əslində,  onun  barəsində  verilən  bu  kiçik 

informasiya onun mifoloji laydan gələn mahiyyətini ifadə edir. İnformasiyadan 

aşağıdakı məlumatlar aydın olur: 

1) Görünüşü, əlamət təyinatı: aslandır. 

2) Davranışı: qanla qidalanır. 

Diqqətlə  baxılsa,  bu  informasiyada  Basatın  demonik  mənşəyinə  işarə 

edilir.  Bu  məsələnin  mahiyyəti  isə  folklor  süjetinin  əsasında  dayanan  mif 

süjetinin izahı ilə mümkün ola bilər. Daha sonra mətndə bu barədə aşağıdakı 

informasiya yer alır: “Əmma oğlanı nə qədr gətürdülərsə, turmadı, gerü aslan 

yatağına  vardı”

29.


  Şübhəsiz  ki,  sonradan  Basat  adı  ilə  ortaya  çıxacaq  obraz 

barədəki bu informasiya ilə onun demonik mənşəyinə işarə edilmişdir. Düz-

dür, ilk baxışda adi şüur məntiqinə əsasən onun hər dəfə aslan yatağına qaç-

ması vərdişdir. Basatın daxili enerjisi, həyat fəaliyyəti Oğuz cəmiyyətinə tam 

yad,  demonik  xarakterdədir.  Lakin  bu  obraz  Oğuz  cəmiyyətinə  qəbul  olun-

maq üçün “insanlaşdırılmalıdır”. Başqa sözlə, inisiasiya mərasimindən  keçi-

rilməlidir. Bu, ilk növbədə ad məfhumundan başlayır. Bu mənada ona verilən 

ad da maraqlıdır – Basat. Başqa sözlə, onun adı “atı yerə yıxıb qanını sümür-

məsi”nə işarə edir. Bu, onu göstərir ki, Oğuz cəmiyyətində ad bütün hallarda 

obyektin mahiyyətindən doğur. Bu zaman burada maraqlı bir mənzərə ortaya 

                                                

28 


Kitabi-Dədə Qorqud. Bakı: Yeni nəşrlər evi, 1999, s. 138 

29 


Yenə də orada, s. 138 

 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə