Folklor institutu



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə2/10
tarix30.10.2018
ölçüsü0,49 Mb.
#76116
1   2   3   4   5   6   7   8   9   10

 

 



şət həyatındakı  davranışlarda əks  olunma spesifikasının  Azərbaycan,  həm-

çinin ümumtürk  mifoloji sistemində  yerinin  müasir nəzəri-metodoloji baza 

əsasında öyrənilməsi işin başlıca məqsədidir. Bu məqsədə nail olmaq üçün 

qarşıya aşağıdakı vəzifələr qoyulmuşdur: 

Xaos məhfumunun nəzəri ədəbiyyatlarda istifadə olunan məna yükü-

nü nəzərə alaraq, onun öz əksini tapdığı ümumtürk mifoloji mətnlərini, elə-

cə də digər folklor materiallarını öyrənmək, araşdırma zamanı onlardan sə-

mərəli istifadə etmək.  

Bu  faktoloji  materialların  təhlili  və  tədqiqi  zamanı  nəzəri  fikir  və 

müasir yanaşma metodologiyalarından yerli-yerində yararlanmaq.  



Mövzunun  öyrənilmə  dərəcəsi.  Ümumiyyətlə,  xaos  problemi  ətra-

fındakı araşdırmaları iki hissəyə ayırmaq olar. Birinci halda xaos antistruk-

turun  metaforik  işarələr  sisteminin  məcmusunu  ifadə  edir.  Bu  zaman  ayrı-

ayrı  mövzular  daha  böyük  anlayışın  –  xaosun  izah  olunmasına  yönəldilir. 

İkinci  halda  isə  xaos  probleminin  ayrı-ayrı  mövzuları  (yaradılış,  o  dünya, 

dünyanın sonu, xaotik obrazlar) sistemin tərkibi kimi deyil, müstəqil vahid-

lər  kimi  tədqiq  olunur.  Azərbaycan  folklorşünaslığında  xaos  probleminə 

həsr olunmuş ayrıca dissetasiya işi olmasa da, bu problem ətrafında bir sıra 

sanballı  araşdırmalar  mövcuddur.  M.H.Təhmasib,  M.Seyidov,  A.Nəbiyev, 

N.Cəfərov,  F.Bayat,  C.Bəydili,  M.Kazımoğlu,  H.İsmayılov,  R.Qafarlı, 

S.Rzasoy,  R.Əliyev,  A.Acalov,  A.Hacılı,  R.Kamal,  İ.Vəliyev,  A.Xəlil, 

A.Əmrahoğlu,  M.Məmmədov,  E.Abbasov,  Ş.Albalıyev,  N.Qurbanov, 

R.Allahverdiyev  və  digər  tədqiqatçılar  xaosla  bağlı  ayrı-ayrı  mövzuları 

müxtəlif  aspektlərdən  araşdırmaya  cəlb  etmişlər.  Bu  tədqiqatlar  problemin 

araşdırılmasının  nəzəri  bazasının  formalaşmasında  mühüm  rol  oynasa  da, 

məsələnin dissertasiya işi səviyyəsində sistemli araşdırılmasına ehtiyac var-

dır. Dissertasiya işi  də  məhz  həmin problemlərin  kompleks şəkilində araş-

dırıllması zərurətindən meydana çıxmışdır.  



Tədqiqatın  elmi  yenilikləri.  Tədqiqat  zamanı  müxtəlif  mülahizə,  fikir 

və  tezislər  irəli  sürülmüşdür.  Dissertasiyanın  birinci  fəslində  mifoloji  xaosun 

kosmoqonik  paradiqmaları  öyrənilmiş,  onların  folklorda  kəsb  etdiyi  psixose-

mantik məna çalarları müəyyənləşdirilmişdir. İkinci fəsildə isə mifoloji xaosun 

ritual  modellərdə  təzahür  səviyyələri,  mərasim  faktlarında  (doğum,  adqoyma, 

toy), epik təhkiyədə qazandığı simvolik keyfiyyət aydınlaşdırılmışdır. Ümumi-

likdə,  dissertasiyada  qarşıya  qoyulmuş  məqsəd  və  vəzifələrin  yerinə  yetiril-

məsinin nəticəsi olaraq aşağıdakı elmi yeniliklər irəli sürülmüşdür: 

 Mifoloji  xaos  struktur  mahiyyəti  etibarilə  antinormanın,  antistruk-

turun metaforik, simvolik işarələrinin sistemidir. Yəni bu anlayış adı altında 

kosmik strukturu inkar edən məkan, zaman, obraz, davranışlar və s. Komp-

leksi dərk olunur.  




 

 



 Xaos  metaforik-simvolik  baxımdan  bütün  hallarda  kosmik  dünyanın 

kənarındadır. Kosmik dünya mövcud olmaq, nizamı qorumaq üçün daim onun-

la hesablaşmalı, münasibətləri nizamlamalıdır. O, əks təqdirdə bir fərd (məsə-

lən,  Hal  anası  vasitəsi  ilə),  yaxud  da  bütöv  dünya  timsalında  (dünya  daşqını 

vasitəsi ilə) kosmosun varlığına xələl gətirə və ya son qoya bilər. 

 Xaos mifoloji dünya modelində xaotik kənar məkan olaraq üfüqi və 

şaquli şəkildə yerləşdiyi halda, mifoloji zaman baxımından qapalı bir dairə-

də başlanğıc və sonun birləşdiyi an kimi dərk olunur.  

 Zaman  və  məkanlarda təzahür  edən xaos dünyasının  özünəməxsus 

hərəkət,  əlamət  və  zaman  xassələri  vardır  ki,  bu  da  folklorda  kosmosun 

tərsi kimi modelləşir.  

 Dünyanın yaradılışdan əvvəlki vəziyyətini xarakterizə edən xaosla, 

kosmosa  paralel  şəkildə  mövcud  olan  (o  dünya,  yeraltı  dünya,  gedər-gəl-

məz)  xaos  yaradılış  elementlərini,  həyat  mənbəyini  öz  içərilərində  gizlət-

mək baxımından  eyni semantik  məzmun daşıyır (dirilik suyu, gözəl  qızlar, 

cavanlaşdırıcı alma və s. yeraltı dünyada, o dünyada yerləşir).  

 Mifoloji  mətnlərin  məntiqindən  aydın  olur  ki,  xaosdan  kosmik  ni-

zamın  yaranması  xaosun  tam  inkarı  ilə  yox,  xaos  və  kosmos  münasibətlə-

rinin nizamlanması, tarazlaşdırılması ilə  mümkün olur (bəd ruhlara qurban 

vermək, can əvəzinə can vermək və s.). 

 Mədəniyyətdə sabit statusların verilməsi ilə müəyyənləşən kosmosa 

qoşulma  xaos  mərhələsində  həyata  keçirilir  (ərgənlik  yaşına  çatan  şəxsin 

xaosun simvollarından birinə qalib gəlməsi, qadın əldə etməsi və s.). 

 Xaos-kosmos münasibətləri folklorda əkizlər mif modelinin müxtə-

lif  münasibət səviyyələrinə transformasiya olunması şəklində  özünü göstə-

rir (şah-vəzir, Günəş-Ay, bacı-qardaş, ata-qız və s.) 

 Xaosdan  kosmosun  yaranması,  meydana  gəlməsi  və  doğulmasının 

mifoloji planını qaranlıq və ucsuz-bucaqsız sudan yerin və göyün, Günəş və 

Ayın, gündüz və gecənin, qadın və kişinin, dişi və erkək heyvan cütlərinin 

yaranması  və s. təşkil  etdiyi halda, epik folklor transformasiyalarını qocal-

mış,  övladsız  ailəyə  övladın  verilməsi,  qaranlıqda  saxlanılan  qəhrəmanın 

(məs.,  Şah  İsmayılın)  işığa  çıxması,  statusu  olmayan  şəxsə  statusun  veril-

məsi, ölmüş bilinən qəhrəmanın geri qayıtması, ən qorxaq və ağılsız hesab 

edilən  şəxsin  hamıya  qalib  gələrək  igid  kimi  təsdiq  olunması,  korun  göz-

lərinin açılması, üzü  qapalı  olan (müxtəlif  heyvan  maskaları və örtüklərlə) 

şəxsin üzünün açılıb hamıya təqdim olunması, heyvan qılığında olan birinin 

insana  çevrilməsi,  yetim  və  kimsəsiz  birinin  ən  yüksək  mənsəb  sahibinə 

çevrilməsi, əjdaha tərəfindən qarşısı  kəsilərək  quraqlığa və susuzluğa qərq 

olunmuş  şəhərin  xilası,  yeraltı  dünyadan  qayıdan  şəxslərin  şah  seçilməsi 

kimi motivlər təşkil edir.  




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə