Formation of national self-awareness and national consciousness in Azerbaijani youth Erestun Bakhshaliyev



Yüklə 137,34 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix19.10.2023
ölçüsü137,34 Kb.
#128027
1   2   3   4   5   6
Azrbaycanli Gnclrd Milli Ozunudrk v

To cite this article:
Bakhshaliyev E., Rehimova G., Haydarova S. (2020).
Formation of national self-awareness and national consciousness in Azerbaijani
youth. 
Azerbaijan Journal of Educational Studies. 
Vol. 691, Issue II, pp. 116-124
Article history:
Received — 03.04.2020; Accepted — 28.04.2020


http://journal.edu.az
117
AZƏRBAYCAN MƏKTƏBİ. 2020. №2
Azərbaycanlı gənclərdə 
milli özünüdərk və milli şüurun
formalaşdırılması
Ərəstun Baxşəliyev, 
Professor, Azərbaycan Dövlət Pedaqoji
Universiteti. E-mail: erestunziya@gmail.com
https://orcid.org/0000-0002-5410-8098
Qəribə Rəhimova, 
Dosent, Azərbaycan Dövlət Pedaqoji
Universiteti. E-mail: qariba648@mail.ru
https://orcid.org/0000-0002-2231-3660
Simnarə Heydərova, 
Dosent, Azərbaycan Dövlət Pedaqoji
Universiteti. E-mail: simnarah@gmail.com
https://orcid.org/0000-0001-7324-8558
Təhsilalanların mənəvi dəyərlər ruhunda tərbiyə olunması müasir
təhsilin ən ümdə vəzifələrindəndir. Ölkəmizdə həyata keçirilən təhsil
islahatlarına dair direktiv sənədlərdə də yetişən gənc nəsildə milli
özünüdərkin formalaşması ideyası təlim-tərbiyə müəssisələrində çalışan
mütəxəssislər qarşısında mühüm vəzifə kimi qoyulur. Gənc nəslin milli
ruhda inkişafına zəmin yaradan amillərin içərisində milli adət və
ənənələr, o cümlədən azərbaycançılıq ideyası mühüm əhəmiyyət daşıyır.
Ümumtəhsil məktəblərində yeniyetmə və gənclərə azərbaycançılıq
ideyasının aşılanması, hər şeydən əvvəl, onlarda milli özünüdərk və
milli özünüqiymətləndirməyə zəmin yaradır. Vətənpərvərlik və dövlətçilik
hislərinin gücləndirilməsi milli-mənəvi dəyərlərin təbliği ilə müşayiət
olunmalıdır. Özünüdərketmə çox mürəkkəb, çoxsəviyyəli prosesdir və
o, müəyyən zaman daxilində ayrı-ayrı şəxslərdə fərdiləşmək, zamana
görə yeni keyfiyyətlər kəsb etmək xassəsinə malikdir. Özünüdərketmənin
insan həyatında ən böyük faydalarından biri ona fəal həyat mövqeyi
qazandırmaqda yaxından kömək etməkdir. Şəxsiyyətin hərtərəfli fəal
həyat mövqeyi qazanmasının əsasında onun özünü dərindən dərk
etməsi, bir şəxsiyyət kimi qiymətləndirməsi, həyata baxışlarını, həyat
prinsiplərini işləyib hazırlaması kimi mühüm amillər durur. Şəxsiyyətin
hərtərəfli inkişafı, təkmilləşməsi tərəqqinin ən mühüm amili, ən əsas
tələbi kimi təzahür edir. İnsanın inkişafı, şəxsiyyətin öz fəaliyyəti,
özünü dərk etməsi, xarakteri və iradəsi üzərində gərgin işləməsi
sayəsində mümkün olur.
Açar sözlər: Mənlik, özünüdərk, millilik, əxlaq, vətənpərvərlik.
Müəlliflər
Annotasiya
Açar sözlər
http://dx.doi.org/10.29228/edu.237

Yüklə 137,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə