Formation of national self-awareness and national consciousness in Azerbaijani youth Erestun Bakhshaliyev


Ərəstun Baxşəliyev, Qəribə Rəhimova, Simnarə Heydərova Azərbaycanlı gənclərdə milli özünüdərk və milli şüurun formalaşdırılması



Yüklə 137,34 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix19.10.2023
ölçüsü137,34 Kb.
#128027
1   2   3   4   5   6
Azrbaycanli Gnclrd Milli Ozunudrk v

121
Ərəstun Baxşəliyev, Qəribə Rəhimova, Simnarə Heydərova
Azərbaycanlı gənclərdə milli özünüdərk və milli şüurun formalaşdırılması


hər bir xalqa məxsus olan sərvətlərin, adət-ənənələrin, mədəni irsin, dini-fəlsəfi
baxışların formalaşması nəzərdə tutulur. Bu dəyərlər millətin varlığını ortaya
qoyan əsas faktorlardan biri olan mənəviyyatla sıx bağlıdır. İdeoloqlar hesab
edir ki, milli-mənəvi dəyərlərin yaradıcısı millətin ayrı-ayrı üzvləri olsa da,
həmin üzvlərin mənəvi-ideoloji, əxlaqi ideyaları sonralar bütövlükdə cəmiyyətin
ümumi sərvətinə çevrilir. Azərbaycan xalqı da milli dilini, düşüncəsini, xarakterini,
inancını, dinini, adət-ənənələrini və s. məhz milli-mənəvi dəyərlər şəklində
qoruyub saxlayır.
Özünüdərketmə və özünüqiymətləndirmənin fundamental əsaslarını
müəyyənləşdirmək üçün onun formalaşmasının psixoloji xüsusiyyətlərinin
öyrənilməsi əsas və zəruri şərtdir. Burada özünüdərketmənin ontogenetik
inkişafda təşəkkül və təzahür xüsusiyyətlərinin, təlim-tərbiyə prosesində
gərçəkləşməsinin ayrı-ayrı cəhətlərinin öyrənilməsi də aktual məsələlərdən
biridir. Digər tərəfdən, özünüdərketmənin ayrı-ayrı yaş dövrlərində inkişaf
dinamikasını,davranış və fəaliyyətdə nə kimi yeni xüsusiyyətlərə malik olmasını
müəyyənləşdirmək üçün də,onun formalaşmasının psixoloji xüsusiyyətlərinin
öyrənilməsi çox vacibdir. Fikrimizcə, formalaşmanın xüsusiyyətlərini dəqiq
müəyyən etmədən özünüdərketmə və özünüqiy-mətləndirmə probleminin ümumi
mənzərəsi haqqında fikir söyləmək çətin olardı.
Özünüdərketmə çox mürəkkəb, çoxsəviyyəli prosesdir və o, müəyyən zaman
daxilində ayrı-ayrı şəxslərdə fərdiləşmək, zamana görə yeni keyfiyyətlər kəsb
etmək xassəsinə malikdir. Özünüdərketmənin insan həyatında ən böyük
faydalarından biri ona fəal həyat mövqeyi qazandırmaqda yaxından kömək
etməkdir. Şəxsiyyətin hərtərəfli fəal həyat mövqeyi qazanmasının əsasında onun
özünü dərindən dərk etməsi, bir şəxsiyyət kimi qiymətləndirməsi, həyata
baxışlarını, həyat prinsiplərini işləyib hazırlaması kimi mühüm amillər durur.
Şəxsiyyətin hərtərəfli inkişafı, təkmilləşməsi tərəqqinin ən mühüm amili, ən
əsas tələbi kimi təzahür edir. İnsanın inkişafı, şəxsiyyətin öz fəaliyyəti, özünü
dərk etməsi, xarakteri və iradəsi üzərində gərgin işləməsi sayəsində mümkün
olur.
Bu problemlə bağlı çoxsaylı tədqiqatlar İ.İ.Cesnokovanın adı ilə bağlıdır.
Müəllif qeyd edir ki, ontogenetik inkişafın ilkin mərhələlərində uşaq özünü və
başqalarını fərqləndirə bilmir. O, sadəcə olaraq özünün aktiv hərəkətlərini və
böyüklərin köməyi ilə etdiyi hərəkətləri qismən differensiasiya etmək iqtidarındadır.
Belə olan halda aktiv və passiv hərəkətlər onlar tərəfindən tam fərqləndirilə
bilməz. Uşağın bədəninin ayrı-ayrı hissələri ilə oynaması tədricən fiziki mənin
dərk olunmasına, deməli aktiv və passiv hərəkətlərin differensiasiyasına imkan
yaratmış olur [Tuncel Altun Körpü. 1999, s.160].
Ayrı-ayrı tədqiqatçılar özünüdərketmənin ilkin təzahürü kimi özünüduyma
və özünüayırdetmə qabiliyyətlərinin ortaya çıxmasını əsas götürür. Yaş və
pedaqoji psixologiyada zəngin tədqiqatları ilə məşhur olan müəlliflər
122
http://journal.edu.az
AZƏRBAYCAN MƏKTƏBİ. 2020. №2


özünüdərketmənin ilkin təzahürlərinin altıaylıq uşaqlarda mövcudluğunu eksper-
iment vasitəsilə təsdiqləməyə çalışmışlar. A.Vallonun fikrincə,özünü ətraf aləmin
predmetlərindən ayrılmış şəkildə təsəvvür edən uşaq, predmetlərin fərqlən-
dirilməsini özünəməxsus şəkildə, sensor sferanın köməyi ilə həyata keçirir. O,
əşyalarla manipulyasiya zamanı yalnız əşyaları deyil, həm də özünü tanıyır
[Tuncel Altun Körpü. 1999, s.163]. Deməli, özünüdərketmənin təşəkkülü fəaliyyət
prosesi ilə bağlıdır. Sonrakı dövrlərdə isə bilik imkanlarının artması onun digər
elementlərinin meydana çıxmasını şərtləndirir. 
Özünüdərketmə çoxcəhətli bir proses olduğu üçün onu birtərəfli şəkildə
öyrənmək olmaz. Hətta bəzi tədqiqatçılar ona aktiv «mənlik şüuru» kimi də
baxırlar. Qeyd etdiyimiz kimi, özünüdərketmə mənlik şüuru ilə eyniləşdirilir və
qarşılaşdırılır. 
Özünüdərketmənin və «Mənlik şüuru»nun sistemli izahı V.V.Stolin tərəfindən
verilmişdir. O, «Mənlik şüuru»nun qurluşunu şaquli və üfüqi olmaqla iki yerə
bölmüş, eyni zamanda şaquli quruluşun üç inkişaf səviyyəsini ayırd etmişdir:
sosial, fərdi və şəxsiyyət səviyyələri. Fərdi səviyyədə insanın özünü dərk etməsinin
əsasında onun fərdi xüsusiyyətləri durur. Sosial səviyyədə insanın özünü
dərketməsi, yəni sosial normaların və qaydaların dərk edilməsi nəzərdə tutulur.
Şəxsiyyət səviyyəsində isə insanın öz şəxsi xüsusiyyətlərinin, xarakter, qabiliyyət,
motiv və həyatın mənasını seçmək kimi cəhətlər durur [Tuncel Altun Körpü.
1999, s. 134].
Mənlik şüuru dedikdə, insanın özünün tələbat və qabiliyyətlərinə, fikir və
hislərinə, davranış və fəaliyyət motivlərinə şüurlu münasibəti nəzərdə tutulur.
Burada şüurun bütün xüsusiyyətləri insanın «mən»i vasitəsilə əks olunur və
şəxsiyyət hadisəsinə çevrilir. Mənlik şüuru ikili səciyyə daşıyır. Onda eyni vaxtda
həm «mən»ə (subyektə), həm də «qeyri-mən»ə (obyektə) münasibət əks olunur.
Məsələn, uşaq öz əlini dişlədikdə ağrı hiss edir, başqa adamların əlini dişlədikdə
isə bunu hiss etmir. Deməli, o, öz əli ilə digər adamların əlini fərqləndirməyi
bacarır [Tuncel Altun Körpü. 1999, s.130].
Mənlik şüuru özünə «kənardan» baxmaq qabiliyyəti ilə sıx bağlı olduğundan
insana öz şüuruna tənqidi yanaşmağa və onun analizatorlar vasitəsilə aldığı
duyğularla müqayisəsini aparmağa kömək edir. Nə qədər ki, insan özünə özü və
başqaları tərəfindən qavranılan obyekt kimi baxmır, o, özünənəzarəti, özünütənqidi,
özünütəkmilləşdirməni və özünütərbiyəni həyata keçirmək kimi fəaliyyətlərin
öhdəsindən gələ bilməz [Rzayeva G.Y. 2013, s.306].
Müasir dövrdə gənc nəslin milli identikliyinin, mənlik şüurunun, özünüdərkinin
və özünü qiymətləndirməsinin məqsədyönlü formalaşdırılmasına ciddi ehtiyac
duyulur. Bu məsələnin psixoloji mahiyyətinin aydınlaşdırılması, milli mənlik
şüurunun və şərhlərinin düzgün müəyyənləşdirilməsi olduqca zəruridir. Çünki
müasir şəraitdə şagirdlərin, xüsusilə yeniyetmələrin, gənclərin milli mənlik
şüurunun formalaşdırılmasının təşkili bu psixoloji fenomenlərin mahiyyət və
mexanizmlərinin qeyd edilən istiqamətdə araşdırılmasını tələb edir.
http://journal.edu.az

Yüklə 137,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə