Formation of national self-awareness and national consciousness in Azerbaijani youth Erestun Bakhshaliyev


Ərəstun Baxşəliyev, Qəribə Rəhimova, Simnarə Heydərova Azərbaycanlı gənclərdə milli özünüdərk və milli şüurun formalaşdırılması



Yüklə 137,34 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix19.10.2023
ölçüsü137,34 Kb.
#128027
1   2   3   4   5   6
Azrbaycanli Gnclrd Milli Ozunudrk v

119
Ərəstun Baxşəliyev, Qəribə Rəhimova, Simnarə Heydərova
Azərbaycanlı gənclərdə milli özünüdərk və milli şüurun formalaşdırılması


vətənpərvərliyin atributlarından hesab olunur. Çünki hazırda dünyada elə
proseslər cərəyan edir ki, Vətəni sevməyən, vətəpərvərlikdən uzaq olan gənclər
istər-istəməz yad təsirlərin altına düşmək məcburiyyətində qalır.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında milli şüurun inkişaf
etdirilməsi vacib məsələdir. Bu isə olduqca mürəkkəb bir prosesdir. Qətiyyətlə
demək olar ki, hazırda ölkədə bu istiqamətdə iş sistemli şəkildə aparılır. Lakin
bu məsələdə müasir texnologiyalardan da istifadəyə ehtiyac yaranır. Məlum
olduğu kimi, müasir dövrün gəncləri olduqca informasiyalı və məlumatlıdır.
Belə bir şəraitdə təbliğat və maarifləndirmə işi elə aparımalıdır ki, hər bir
təhsilalan cərəyan edən məsələlərin onun həm özünə, həm cəmiyyətə, həm
ailəsinə, həm dövlətə, həm də mənsub olduğu millətə faydalı olduğuna inansın.
Millət – insanların özündə ictimai inkişafın xüsusi formasını əks etdirən, iqtisadi
və siyasi həyatın ümumiliyi,vahid dövlət, ərazi, dil, mədəniyyət, psixologiya,
məişət, milli şüur və milli xarakter zəminində təşəkkül tapan sabit birliyidir. Bu
tərifdə, demək olar ki, millət anlamını xarakterizə edən bütün əsas məqamlar
cəmləşib. Mütəfəkkir dühalar qeyd edib ki, «Birləşməyi bacarmayan cəmiyyət
millət ola bilməz. Millət odur ki, ən çətin anda birləşir və özünü təsdiq edir». Bu
isə o anlama gəlir ki, milli mənlik şüuruna dəyər verən, öz keçmişini unutmayan,
gələcəyinə nikbin baxan, mədəniyyətlərinə sahib çıxan millət böyükdür və
yaşamağa layiqdir» [Baxşəliyev Ə.T. 2008, s.350].
Gənclərimiz dərk etməlidir ki, millətə etnik-siyasi birlik forması kimi
yanaşıldıqda, milli dövlətçilik və milli şüur milli varlığın zəruri ünsürü kimi
müəyyən edilir. Mütəxəssislərin fikrincə, millətlərin varlığını siyasi , sinfi, elmi-
texniki, ictimai quruluş və s. amillərlə deyil, məhz etnik amillərlə müəyyən
etmək daha düzgündür. Milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur.
Onun inkişafında bütün ictimai-siyasi hadisələr, sosial sarsıntılar, milli mübarizə
motivləri öz izini qoyur. Bunun ən bariz nümunəsi kimi erməni qəsbkarlarının
torpaqlarımızı işğal etməsi nəticəsində təbiətə vurulan ziyanları göstərmək olar.
Bu, milli və ekoloji şüurun inkişaf etdirilməsini tələb edir. Burada milli şüurun
bir komponenti olan milli mənlik şüurunun inkişafı böyük rol oynayır. Milli
mənliyin əsasını hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə
edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir.
Buraya vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaq
və s. ilə bağlı olan sosial keyfiyyətlər daxildir. Milli mənlik şüuru sayəsində
millət, xalq və etnik qrup maddi və mənəvi sərvətlərinin tarixi inkişaf
xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir. 
Mütəxəssislər hesab edir ki, milli düşüncə tərzi milli-mənəvi dəyərlərdən
milli özünüdərkə bir keçiddir. Belə ki, bir xalqda milli-mənəvi dəyərlər o vaxt
milli özünəməxsusluq səviyyəsində meydana çıxır ki, həmin xalqda milli oyanışa,
özündərkə ehtiyac yaranır. Milli düşüncənin yüksəlməsi ilə özünüdərk prosesi
başlayır. Lakin hər bir anlayış milli özünüdərk səviyyəsinə yüksəlib, milli
120
http://journal.edu.az
AZƏRBAYCAN MƏKTƏBİ. 2020. №2


düşüncəyə çevrilə bilməz. Milli oyanış, milli özünüdərk və bu kimi digər anlayışlar
ciddi elmi, fəlsəfi, iqtisadi, siyasi və s. əsasları olarsa, milli mənəviyyat səviyyəsinə,
daha sonra milli düşüncəyə qədər yüksələ bilər. Milli düşüncədən fərqli olaraq
milli özünüdərk hər hansı bir etnik kütlənin başqalarından fərqini dərk edib,
özünü bir millət kimi təsdiq etməsidir. Gənclərə bu ideya aşılanmalıdır ki, mənəvi
dəyər də, milli ideya da xalqın soykökü, dili, dini və başqa vacib əlamətlərini əks
etdirir. Hər bir xalq özünün milli xüsusiyyətlərini qoruyub saxlamaq üçün bir
çox sərvətlərini, o cümlədən dilini, müstəqilliyini, dini-fəlsəfi dünyagörüşünü,
mədəniyyətini milli-mənəvi dəyərlər, yaxud da milli düşüncə kimi yaddaşlarda
yaşadır və nəsillərdən-nəsillərə ötürür. Heç şübhəsz ki, bu ideyanın daşıyıcısı
olan gəncin vətənpərvərliyinə şübhə ilə yanaşmaq düzgün olmaz [Baxşəliyev
Ə.T. 2008, s.255].
Təcrübə milli mənlik şüuru və vətənpərvərlik hislərinin bəşəriyyətin real
tərəqqisi, elm, texnika, idman və iqtisadiyyatın inkişafı istiqamətində əhəmiyyətli
rol oynadığını göstərir.Gənclərdə olan vətənpərvərlik hissi onları birləşdirir,
mübarizliyə səsləyir, əsl vətəndaş kimi formalaşmasına bilavasitə təsir edir. Bu,
eyni zamanda elmin, texniki tərəqqinin inkişafına yol açır. Uşaqların və gənclərin
milli mənlik şüurunun və vətənpərvərlik hislərinin tərbiyəsində bəzi meyarlar
böyük əhəmiyyət kəsb edir. Məsələn, öz kökünə bağlılıq vətənin, xalqın tarixini
dərindən bilmək, soy-kökünə hörmət göstərmək kimi meyarları özündə birləşdirir.
Emosional meyarlar digər insanlara hörmət, ana yurda, doğma təbiətə məhəbbət,
təbii sərvətlərə qayğını ifadə edir. Fəaliyyət meyarı isə gənclərin müəyyən
sahədə qabiliyyətini, özünütəsdiqetmə bacarığını, vətənin, torpağın şərəfini öz
şərəfindən üstün tutmağı əks etdirir. Bu meyar tarixi abidələri, dövlət əmlakını
qorumağı, yaşlı insanların, kiçikyaşlı uşaqların qayğısına qalmağı, sağlam həyat
tərzi keçirməyi, ətraf mühitə qayğını, fiziki və mənəvi kamillik prinsiplərini əsas
götürür. 
Mütəxəssislər burada əsas diqqətin onların bir-biri ilə qarşılıqlı münasibətlərinə,
əxlaqi və mənəvi dəyərlərinin formalaşmasına yönəldiyini deyirlər. Vətəndaşlıq
mövqeyinin formalaşması, eyni zamanda, milli mədəniyyətə, adət-ənənələrə,
ana dilinin qorunmasına, doğma yurda məhəbbətə, vətən qarşısında öz borcunu
yerinə yetirməyə, sağlam həyat tərzinə diqqətin artırılmasını tələb edir [Baxşəliyev
Ə.T. 2008, s.222].
Mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan
münasibətini bildirir. Sosial şəratidən asılı olaraq bu şüur dəyişir. Yəni insan öz
hərəkət və davranışını sərbəst surətdə seçir, başqaları qarşısında məsuliyyət
daşıdığını dərk edir. Bu cür şüura malik olan insan özünütəhlil və özünümühakimə
qabiliyyətinə malik olur. Beləliklə, qeyd etmək lazımdır ki, milli mənlik şüuru
ekoloji şüurun yaranmasına, gənclərin özünü dərk etməsi prosesinə təsir göstərir. 
Mütəxəssislərin qənaətincə, gənclərin vətənpərvərlik ruhunun inkişafında
milli-mənəvi dəyərlərə sadiqlik də xüsusi rol oynayır. Milli-mənəvi dəyər dedikdə,
http://journal.edu.az

Yüklə 137,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə