Formation of national self-awareness and national consciousness in Azerbaijani youth Erestun Bakhshaliyev



Yüklə 137,34 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix19.10.2023
ölçüsü137,34 Kb.
#128027
1   2   3   4   5   6
Azrbaycanli Gnclrd Milli Ozunudrk v

Məqaləyə istinad:
Baxşəliyev Ə., Rəhimova Q., Heydərova S. (2020). Azərbay-
canlı gənclərdə milli özünüdərk və milli şüurun formalaşdırılması. «Azərbaycan
məktəbi». № 2 (691), səh. 116-124
Məqalə tarixçəsi:
Göndərilib — 03.04.2020; Qəbul edilib — 28.04.2020


Giriş / 
Introduction
Milli özünüdərk və özünüqiymətləndirmə Azərbaycan gənclərinin şəxsiyyət
kimi formalaşmasında ən başlıca amillərdən biri olmaqla bərabər, həm də onların
mənəvi simasını səciyyələndirən sosial-psixoloji aktdır. Ona görə də təhsilalanların
mənəvi dəyərlər ruhunda tərbiyə olunması müasir təhsilin ən ümdə
vəzifələrindəndir. Ölkəmizdə həyata keçirilən təhsil islahatlarına dair direktiv
sənədlərdə də yetişən gənc nəsildə milli özünüdərkin formalaşması ideyası
təlim-tərbiyə müəssisələrində çalışan mütəxəssislərin qarşısında mühüm vəzifə
kimi qoyulur. Yetişən gənc nəslin milli ruhda inkişaf etdirilməsinə zəmin yaradan
amillərin içərisində isə milli adət və ənənələr, o cümlədən azərbaycançılıq
ideyası mühüm əhəmiyyət daşıyır. Ümumtəhsil məktəblərində yeniyetmə və
gənclərə azərbaycançılıq ideyasının aşılanması, hər şeydən əvvəl, onlarda milli
özünüdərk və milli ozünüqiymətləndirməyə zəmin yaradır.
Əsas hissə / 
Main part
Millilik və ümumbəşəriliyin vəhdətindən çıxış edən bu məfkurənin –
azərbaycançılıq ideyasının məzmunu Azərbaycanda ilk dəfə ümümmilli lider
Heydər Əliyev tərəfindən açılmışdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə
görə qürur hissi keçirməlidir və bu azərbaycançılığı – Azərbaycanın dilini,
mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq [Baxşəliyev
Ə.T. 2011, s.218]. Ulu öndərin irəli sürdüyü bu fikrə istinad edərək demək olar
ki, azərbaycançılığı, ana dilini, mədəniyyətini, incəsənətini, zəngin mənəvi
dəyərlərini və tarixin sınaqlarından çıxan adət-ənənələrini yaşada bilənlər onları
öz milli məfkurəsinə çevirə bilərlər.Bunun üçün ilkin şərt kimi təhsilalanlara
milli mənlik şüuruna güclü təsir edə biləcək didaktik materiallar əsasında
məlumatlar verilməli, burada əsas diqqət azərbaycançılıq ideyasını şərtləndirən
əsas xüsusiyyətlərə yönəldilməlidir.
İnsanın xoşbəxtliyi müxtəlif meyarlarla ölçülə bilər, ancaq Vətən uğrunda
ölmək daha böyük səadətdir. Azərbaycan xalqının tarixin bütün dönəmlərində
qəhrəmanlar yetirdiyini nəzərə alsaq, XX əsrin sonlarında baş vermiş hadisələr,
xüsusən Ermənistanın Azərbaycana xaincəsinə təcavüzü zamanı da vətənpərvər
və cəsur insanların çoxluğu təbii qəbul edilməlidir. Vətənin belə bir çətin
zamanında mərd, sadiq gənclərə böyük ehtiyac olduğunu nəzərə alsaq, gənclərdə
vətənpərvərlik və vətəndaşlıq hislərinin daha da gücləndirilməsi sahəsində
məqsədəuyğun və sistemli iş aparılması sistemli xarakter daşımalıdır [Əliyeva
V.A. 1999, s.160].
Əsl böyük fəlsəfə fərdi «mən»lə dünya arasındakı münasibəti əks etdirir. Belə
ki, fərdi «mən» ümumbəşəri və milli «mən»ləri ehtiva etmək imkanına malik
olduğundan daha zəngindir. Lakin fərdi «mən» heç də həmişə özünü dərk edə
118
http://journal.edu.az
AZƏRBAYCAN MƏKTƏBİ. 2020. №2


bilmir. Ayrı-ayrı fərdlərin özünüdərk yolu milli və ümumbəşəri özünüdərklərin
ancaq müəyyən elementlərini ehtiva edir [Əliyeva V.A. 1999, s.155]. 
Müharibə şəraitində olan Azərbaycanda milli şüurun inkişafı və vətənpərvərliyin
yüksəldilməsi hər zaman diqqət mərkəzində olan məsələlərdəndir. Azərbaycanın
qarşısında duran problemlərin həlli məhz gənclərin milli vətənpərvərlik ruhunda
tərbiyə edilməsindən, onlarda yüksək dövlətçilik şüurunun, mənsub olduğu
millətə və dövlətə məhəbbət hislərinin formalaşdırılmasından çox asılıdır.
Beləliklə, düzgün tərbiyə və tədrislə bu sahədə inkişafa nail olmaq mümkündür.
Hər bir insanın mənəvi həyatı onun ailəsində aldığı tərbiyə ilə ölçülür.Şübhəsiz
ki, uşaqların milli və mənəvi ruhda böyümələri üçün həm valideynlərin, həm də
təhsil müəssisələrinin üzərinə böyük yük düşür. Vətənpərvərlik yalnız öz
millətinin dəyərlərinə aludəçilik demək deyil. Milli əxlaqımızın mühüm hissəsini
təşkil edən islami dəyərlərə hörmət milli vətənpərvərlik tərbiyəsinin inkişafında
xüsusi rolu olan bir amildir.
Məlum olduğu kimi, milli ideologiyanın əsasında azərbaycançılıq dayanır.
İnsanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir. Müstəqil
dövlətdə yaşayan hər bir gənc, ilk növbədə bu dövlətin müstəqilliyinin qorunmasını
özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Gənclər bilməli və dərk
etməlidir ki, Azərbacan üçün dövlət müstəqilliyi ən böyük hadisədir və bu bilik
vətənpərvərlik hissinin aşılanması vasitəsilə təlqin edilə bilər. Milli şüur hər bir
insanın mənsub olduğu millətə və vətənə bağlılıq hislərini əks etdirən, öz hərəkət
və davranışına, düşüncə tərzinə, baxışlarına olan münasibətlərin məcmusudur.
Mənəvi dəyərləri, milli adət-ənənələri özündə ehtiva edən milli şüurun
formalaşmasında soy-kökə qayıdış, milli əxlaq, vətənə məhəbbət, vətənpərvərlik
və qürur hisləri kimi mühüm göstəricilərlə yanaşı özünüdərk, öz layiqli yerini
müəyyənləşdirmə kimi hislər də əsas rol oynayır. Milli özünüdərk amili vətənin
müstəqilliyinin qorunmasına, yetişməkdə olan gənclərin mənəvi tərbiyəsinə
müsbət təsir göstərir. Özünü dərk edən, milli şüura sahib olan insanın doğma
vətənini sevməməsi isə mümkün deyil. Belə məsuliyyətli işin yüksək səviyyədə
təşkilinin əsas vəzifələrindən biri təhsil müəssisələrində hərbi-vətənpərvərlik
tərbiyəsinin rolunu yüksəltməkdən ibarətdir [Baxşəliyev Ə.T. 2008, s.400].
Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual
səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi
bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda
öz aktivliyi və vətəndaşlıq mövqeyi ilə seçilib. Ölkəmiz müstəqillik əldə etdikdən
sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşüb. Müstəqilliyin əldə
edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu
danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaratdığı ənənələri, milli
mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. 
Milli özünüdərk gənclərdə vətənpərvərlik hissi yaradır. Müasir dünyada
gəncləri Vətəni sevməyə, onları milli kimliyini dərk etməyə yönəltmək
http://journal.edu.az

Yüklə 137,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə