Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   40   41   42   43   44   45   46   47   ...   53

bizim haqqında eşidib üzünü görmədiyimiz o böyük vəkillər bunlarla nifrətəlayiq ara vəkilləri 
arasındakı müqayisədən qat-qat yüksəkdə dayanırlar.  
– Böyük vəkillər? Onlar kimlərdir? Onların yanına necə getmək olar? 
– Deməli, siz onların haqqında hələ eşitməmisiniz. Elə müttəhim tapılmaz ki, onların 
haqqında eşidəndən sonra şirin xəyallara dalmamış olsun. Ancaq yaxşısı budur, belə şeylərə 
uymayın. Bu böyük vəkillərin kim olduğunu heç mən də bilmirəm və onların yanına getmək 
mümkün də deyil. Mən elə bir hala rast gəlməmişəm ki, onlar kimisə dəqiq müdafiə etmiş 
olsunlar. Əlbəttə, kimisə müdafiə edirlər, ancaq bu, həmin adamın istəyi ilə olmur, onlar 
yalnız öz istədiklərini müdafiə edirlər. Ancaq onların götürdükləri iş yəqin ki, aşağı 
instansiyaları adlamış olmalıdır. Yaxşısı budur, bu barədə heç fikirləməyəsən, yoxsa başqa 
vəkillərlə elədiyin söhbətlər, onların məsləhətləri, köməkləri gözündən düşür, hamısına nifrət 
eləyirsən. Mən öz təcrübəmdə görmüşəm, adam istəyir hər şeyə tüpürsün, gedib evdə uzansın, 
heç nə görməsin, heç nə eşitməsin. Ancaq bunun özü də ən böyük səfehlikdir, çünki heç evdə 
də rahat uzana bilmirsən... 
– Belə çıxır ki, siz o vaxtlar böyük vəkillər haqqında düşünməyibsiniz? 
– Çox düşünməmişəm, – tacir yenə də gülümsədi, – ancaq təəssüf ki, onları tamam unutmaq 
olmur. Xüsusilə də gecələr yatanda... Ancaq mən onda tez uğur qazanmaq istəyirdim, ona 
görə də ara vəkillərinin yanına getdim. 
– Nə yaxşı belə mehriban oturubsunuz! – Əlində fincan qapının ağzında dayanmış Leninin 
səsi gəldi. Doğrudan da bir-birinə çox yaxın oturmuşdular, başlarını azacıq geri 
döndərsəydilər, toqquşardılar. Onsuz da balaca olan tacir çiyinlərini bir az da qısmışdı və K. 
da onu yaxşı eşitmək üçün ikiqat əyilməyə məcbur olmuşdu. 
– Bircə dəqiqə! – K. Leniyə işarə etdi ki, gəlməsin və hələ də tacirin əlinin üstündə olan əlini 
səbirsizliklə tərpətdi. 
– İstəyir mən ona məhkəməmdən danışım, – tacir Leniyə baxdı. 
– Yaxşı, danış, danış! – Leni tacirlə yumşaq danışsa da, ona yuxarıdan aşağı baxdığı hiss 
olunurdu. Bu, K.-nın xoşuna gəlmədi. İndi görmüşdü ki, tacir o qədər mənasız adam deyil, ən 
azı təcrübəli idi və öz təcrübəsindən də danışmağı bacarırdı. Leni onun haqqında düz 
fikirləşmirdi. Və indi də o, tacirin bütün vaxtı əlində bərk-bərk saxladığı şamı alanda, önlüyü 
ilə onun əlin siləndə, yanında diz cökərək şalvarına damcılamış piyi təmizləyəndə, acıqla qıza 
baxdı. 
– Siz mənə ara vəkillərindən danışmaq istəyirdiniz, – deyə K. özünə heç nə demədən Leninin 
əlini geri itələdi. 
– Sən məndən nə istəyirsən? – Leni əlini yavaşca K.-ya toxundurdu və işinı davam etdi. 
– Bəli, ara vəkillərindən... – tacir alnını ovuşdurdu, sanki fikrə getdi. 
K. ona kömək etmək istədi: 


– Siz tez uğur qazanmaq istəyirdiniz və ona görə də ara vəkillərinin yanına getdiniz... 
– Tamamilə düzdür... – deyən tacir sözünə davam etmədi. 
“Bəlkə də Leninin yanında bu barədə danışmaq istəmir” – deyə ürəyindən keçirən K. indi 
tacirə qulaq asmaq həvəsində olsa da, səbrini basa bildi, çox dərinə getmədi. 
– Gəldiyimi ona dedin? – Lenidən soruşdu. 
– Əlbəttə! İndi səni gözləyir. Blokla sonra da danışarsan, o hələ burdadır. 
K. tərəddüd etdi: 
– Hələ burdasınız? – Tacirin özündən cavab eşitmək istəyirdi. İstəmirdi ki, Leni onun 
haqqında burda olmayan adam kimi danışsın, onsuz da bu bu gün, üzə vurmasa da, qıza çox 
acığı tutmuşdu. Ancaq yenə də cavab verən Leni oldu: 
– O tez-tez burda yatır. 
– Burda yatır? – K. elə bilmişdi ki, tacir yalnız oturub onu gözləyəcək, özü də vəkillə söhbəti 
tez qurtaracaq, sonra ikisi də bir yerdə çıxacaq, bütün məsələləri arxayınca hərtərəfli müzakirə 
edəcəklər. 
– Elədir, – Leni dilləndi, – hamı sənin kimi deyil, Yozef, istədiyin vaxt vəkilin yanına 
gəlirsən. Deyəsən, heç buna da təəccüblənmirsən ki, nə yaxşı vəkil xəstə ola-ola gecə saat on 
birdə səni qəbul edir. Dostlarının sənin üçün gördükləri işi onların borcu hesab eləyirsən. 
Ancaq dostların, ən azı mən, bu işləri məmnuniyyətlə görürük. Mənə təşəkkür lazım deyil, 
heç nə də istəmirəm, bircə onu istəyirəm ki, məni sevəsən. 
“Səni sevmək?” – K. o dəqiqə ürəyindən keçirdi, ancaq sonra da özlüyündə bununla razılaşdı: 
“Elədir, mən onu sevirəm...”. Buna baxmayaraq, heç nəyə fikir vermədən dedi: 
– Məni ona görə qəbul edir ki, müştərisiyəm. Bunun üçün mənə başqasının köməyi 
lazımdırsa, deməli, addımbaşı həm dilənçilik, həm də təşəkkür etməliyəm. 
– Görürsən, o bu gün necə pis adamdır, düz demirəm? – Leni tacirə baxdı. 
“ İndi burda olmayan mənəm!” – K. ürəyindən keçirdi və hətta tacirə acığı tutdu ki, o da Leni 
kimi nəzakətsizliyə başladı: 
– Vəkil onu başqa səbəblərə görə qəbul edir. Yəqin onun işi mənimkindən maraqlıdır. Bundan 
əlavə də, bu iş hələ başlanğıc mərhələsindədir və ona görə də çox qarışıq deyil, vəkil də 
məmnuniyyətlə onunla məşğul olur. Sonralar başqa cür olacaq. 
– Bəli, bəli, – Leni gülə-gülə tacirə baxdı, – gör nə yaxşı çərənləyir! – Sonra K.-ya tərəf 
döndü: – Sən ona inanma... Nə qədər mehriban adam olsa da, bir o qədər də çərənçidir. Bəlkə 
də elə buna görə vəkilin ondan xoşu gəlmir. Yalnız kefi yuxarı olanda, qəbul edir. Çox 
çalışmışam ki, bunu dəyişim, ancaq mümkün olmayıb. Təsəvvür elə ki, Blokun gəldiyini 
deyirəm, ancaq iki gündən sonra onu qəbul edir. Yanına çağıran anda Blok yerində olmasa, 


hamısı heçə dönür, təzədən qəbula gəlməlidir. Ona görə də Bloka burda yatmağa icazə 
vermişəm, çünki elə olub ki, onu gecə yanına çağırıb. Deməli, Blok indi gecələr də hazır 
vəziyyətdə olur. Bu gün də həmişəki kimi olacaq: Blokun burda olduğunu hiss etsə, 
çağırmayacaq. 
K. sualedici nəzərlərlə tacirə baxdı. O da başını tərpətdi, bayaqkı kimi açıq danışmağa başladı, 
sanki untandığından özünü itirmişdi: 
– Bəli, bir az keçəndən sonra adam öz vəkilindən çox asılı olur. 
– Üzdə belə şikayətlənir, – Leni sözə qarışdı, – mənə neçə dəfə deyib ki, burda 
məmnuniyyətlə yatır. – o, balaca qapıya tərəf gedib, onu açdı. – Onun yataq otağına baxmaq 
istəmirsən? 
K. ora yaxınlaşıb astanadan pəncərəsiz alçaq otağa baxdı: ensiz bir çarpayı içərini tamam 
tutmuşdu. Yatağa girmək üçün çarpayının başından aşmaq lazım idi. Çarpayının baş 
tərəfindəki divarda bir oyuq vardı və oraya da pinti şəkildə şam, mürəkkəbqabı, qələm 
düzülmüşdü. Orda bir bağlama kağız da vardı – yəqin ki məhkəmə sənədləri idi. 
– Siz qulluqçu qızın otağında yatırsınız? – deyə K. tacirə tərəf döndü. 
– Oranı mənim üçün Leni düzəldib, şox rahatdır. 
K. taciri uzun-uzadı süzdü. Deyəsən, taciri ilk dəfə görəndə yaranmış təəssürat özünü 
doğruldurdu. Düzdür, təcrübəsi vardı, çünki məhkəməsi çoxdan davam edirdi, ancaq bu 
təcrübə ona çox baha başa gəlmişdi. Qəflətən K. tacirin bu görünüşünə dözə bilmədi, Leniyə 
tərəf qışqırdı: 
– Onu yatırt! 
Qız, deyəsən, heç nə başa düşmədi. K. isə indi vəkilin yanına getmək, ondan imtina etməklə 
təkcə vəkildən deyil, həm də Lenidən, tacirdən canını qurtarmaq istəyirdi. Ancaq o, qapıya 
çatar-çatmaz tacir pıçıldadı: 
 
– Cənab prokurist... – K. qəzəblə geri döndü. – Verdiyiniz sözü unutdunuz, – tacir oturduğu 
yerdən dilək dolu nəzərlərlə K.-ya tərəf meylləndi, – bir sirrinizi mənə açmalı idiniz... 
– Düzdür! – K. diqqətlə ona baxan Leniyə ötəri bir nəzər saldı: – Elə isə qulaq asın! Əslində, 
bu, demək olar ki, artıq sirr deyil. İndi vəkilin yanına gedirəm ki, ondan imtina edim. 
– Ondan imtina edir! – deyə tacir oturduğu yerdən sıçrayıb qalxdı, əllərini göyə qaldıraraq 
mətbəxdə dövrə vurmağa başladı. Elə hey də qışqırırdı: “Vəkildən imtina edir!” Leni o dəqiqə 
K.-ya tərəf cumdu, ancaq tacir onun yolunu kəsdi, qız yumruğu ilə onun sinəsindən vurub geri 
itələdi və elə yumruqları düyünlənmiş halda da K.-nın arxasınca qaçdı. K. isə cəld 
tərpənmişdi və Leni ona çatanda, artıq vəkilin otağında idi. Qapını arxasınca tam bağlaya 
bilmədi, Leni ayağını onun arasına qoydu, K.-nın qolundan tutub geri çəkmək istədi. Ancaq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə