Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   39   40   41   42   43   44   45   46   ...   53

– Mənim orda olduğumu siz hardan bilirsiiniz? 
– Siz ordan keçəndə, gözləmə otağındaydım. 
– Təsadüfə bax! – K. elə həyəcanlandı ki, hətta tacirin əvvəlcə ona necə gülünc göründüyünü 
də unutdu. – Deməli, məni görmüsünüz! Mən ordan keçəndə, gözləmə otağındaymışsınız... 
Bəli, mən ordan bir dəfə keçmişəm... 
– Elə gözlənilməz təsadüf deyil, demək olar ki, mən hər gün ordayam. 
– Yəqin bundan sonra mən də oraya tez-tez gedəcəm və yəqin ki, əvvəlki təki hörmət-izzətlə 
qarşılanmayacam. Hamı ayağa durdu, elə bildilər hakiməm. 
– Xeyr, onda biz məhkəmə xidmətçisini salamlayırdıq. Sizin müttəhim olduğunuzu bilirdik. 
Belə xəbərlər çox tez yayılır. 
– Deməli, artıq bilirdiniz. Bəlkə də mənim özümü necə apardığımı yekəxanalıq hesab 
eləmisiniz. Bu barədə nəsə deyən oldu? 
– Xeyr, əksini dedilər. Ancaq bunların hamısı səfehlikdir... 
– Niyə səhehlik olur? 
– Siz niyə soruşursunuz? – tacir əsəbiləşdi. – Deyəsən, ordakıları hələ yaxşı tanımırsınız və 
ona görə də bəzi şeyləri düz başa düşmürsünüz. Nəzərə alın ki, belə bir şəraitdə heç bir ağıla 
sığmayan şeylər danışılır, adam, sadəcə olaraq, yorulur, şox şeyi anlamır, əvəzində 
mövhumatçılığa başlayır. Mən indi başqalarından danışıram, ancaq özüm onlardan da 
betərəm. Bu möhumatçılığa bir misal: çoxları müttəhimin üz-gözündən, ən çox da 
dodaqlarından məhkəmənin nəticəsini öyrənmək istəyir. Onlar deyirlər ki, müttəhimin 
dodaqlarına baxıb onun mütləq, özü də tezliklə məhkum olunacağını duyurlar. Təkrar edirəm, 
bütün bunlar gülünc mövhumatçılıqdır, çox vaxt da faktlar hamısını tamamilə inkar edir, 
ancaq elə bir cəmiyyətdə yaşayan adam onlardan çətin can qurtara bilir. İndi bu 
mövhumatçılığın adamlara necə təsir etdiyini təsəvvürünüzə gətirin! Siz orda birini 
danışdırdınız, elə deyilmi? Ancaq cavab verə bilmədi. Əlbəttə, orda çaşmaq üçün səbəb 
çoxdur və onlardan biri də sizin dodaqlarınız olub. Sonralar deyirdi ki, guya sizin 
dodaqlarınızda öz məhkumluğunun nişanəsini görüb. 
– Mənim dodaqlarımda? – K. cib güzgüsünü çıxarıb ona baxdı. – Mən öz dodaqlarımda elə 
xüsusi bir əlamət görmürəm. Siz görürsünüz? 
– Mən də görmürəm. Heçcə nə görünmür. 
– Adam nə qədər mövhumatçı olarmış! 
– Bəs mən demədim?! Onlar öz aralarında yəni bu qədər söhbət edir, fikir mübadiləsi 
aparırlar? Mən indiyəcən onlardan kənar gəzmişəm. 
– Ümumiyyətlə götürəndə, bir-biri ilə görüşmürlər. Bu heç mümkün də deyil, çünki həddən 
artıq çoxdurlar. Ümumi maraqları da azdır. Bəzən hansısa bir dəstədə belə bir inam yaranır ki, 


maraqları eynidir, ancaq sonradan üzə çıxır ki, səhv edirlərmiş. Bir yerdə bu məhkəmədən heç 
nə qoparmaq olmaz. Ən dəqiq məhəkəmədir, bütün işləri ayrı-ayrılıqda yoxlayır. Bir yerdə 
heç nə əldə eləmək olmaz, yalnız bəzən kimsə ayrılıqda gizlincə nəsə edə bilir, qalanlar da 
nəsə əldə olub qurtarandan sonra ondan xəbər tuturlar. Heç kim də bunun necə alındığını 
bilmir. Deməli, orda birlik yoxdur, yalnız hərdən gözləmə otaqlarında rastlaşırlar ki, orda da 
çox şey müzakirə etmək olmur. Bu mövhumatçı fikirlər də lap çoxdan yaranıblar və öz-özünə 
çoxalırlar. 
– Mən həmin cənabları orda – gözləmə otağında görmüşəm. Onda mənə elə gəldi ki, mənasız 
yerə gözləyirlər. 
– Gözləmək mənasız olmur. Yalnız kiminsə özünün işə qarışması mənasız olur. Bayaq dedim 
ki, bundan əlavə beş vəkilim var. Fikirləşmək olardı ki, – ən əvvəl özüm belə fikirləşirdim – 
işi tamamilə onların öhdəsinə buraxmaq olar. Ancaq bu, böyük bir səhv olardı. Beş nəfər 
olsalar da, öhdələrinə buraxa bilmərəm. Yəqin niyəsini başa düşmədiniz? 
– Xeyr, – deyə K. çox sürətlə danışan taciri bir az sakitləşdirmək üçün əlini mehribanlıqla 
onun əlinin üstünə qoydu, – xahiş edirəm bir az yavaş danışın, dedikləriniz mənim üçün son 
dərəcə vacibdir, hamısını tuta bilmirəm... 
-Yaxşı ki, yadıma saldınız. Axı siz təzəsiniz, lap sütülsünüz. Məhkəməniz yarım ildir ki, 
gedir, elə deyilmi? Bəli, bu barədə eşitmişəm. Lap yeni başlayıb ki! Ancaq mən bu məsələləri 
o qədər götür-qoy etmişəm ki! İndi bu dünyada ən çox bildiyim şeylərdir... 
– Yəqin ki məhkəmənizin bu qədər uzandığına sevinirsiniz?! – K. ondan işinin indi hansı 
vəziyyətdə olduğunu birbaşa soruşmadı və ona görə aldığı cavab da bürüncəkli oldu. 
– Bəli, bu məhkəməni beş il uzada bilmişəm, – deyə tacir başını aşağı saldı, – balaca uğur 
deyil...  
Kişi bir anlığa susdu. K. qapını dinşədi: görəsən Leni gəlir, yoxsa yox... Bir tərəfdən 
gəlməsini istəmirdi, çünki soruşmağa hələ çox şey vardı və həm də qıızın onu tacirlə belə 
mərəhəm söhbət etdiyini görməsini istəmirdi, digər tərəfdən də K. burda olduğunu bilə-bilə 
vəkilin yanında belə çox qaldığına acığı tuturdu, axı şorba yedirtmək bu qədər çəkməzdi. 
– Vaxtı dəqiq yadımdadır, – vəkil yenə sözə, K. da diqqətlə ona qulaq asmağa başladı, – onda 
mənim məhkəməm də elə sizinki kimi yarım il olardı ki, başlamışdı. O vaxt vəkilim təkcə bu 
idi, ondan da çox razı deyildim...  
“Aha, indi hər şeyi öyrənəcəm”, – deyə K. ürəyindən keçirdi və razılıqla başını tərpətdi, sanki 
bununla taciri nəsə lzımlı bir şey deməyə həvəsləndirmək istədi. 
– Məhkəmə irəli getmirdi, – tacir sözünə davam etdi, – düzdür, istintaqlar olurdu və mən də 
hamısına gedirdim, sənədlər toplayırdım, haqq-hesab kağızlarının hamısını təqdim etmişdim, 
ancaq sonralar öyrəndim ki, bunlar heç lazım deyilmiş, tez-tez vəkilin yanına qaçmağa 
başladım, o da bir neçə vəkalətnamə yazdı... 
– Bir neçə vəkalətnamə? 


– Əlbəttə! 
– Bu mənim üçün çox vacibdir. Mənim işimlə bağlı birinci vəkalətin üstündə hələ də işləyir. 
Heç nə eləməyib. İndi görürəm ki, məni necə rüsvay edib. 
– Vəkalətnamə bir neçə üzürlü səbəbdən hazır olmaya bilər. Yeri gəlmişkən, sonralar bilindi 
ki, mənimkilərin hamısı mənasız imiş. Hətta birini məhkəmə xidmətçisinin sayəsində özüm də 
oxudum. Düzdür, savadlı yazılmışdı, ancaq mənası yox idi. Hər şeydən əvvəl, çoxlu latın 
sözləri işlənmişdi, mən də onları başa düşmədim, sonra bir neçə səhifə məhkəmənin ünvanına 
yazılmış ümumi sözlər gəlirdi, sonra bir neçə məmur təriflənirdi, adları çəkilməsə də, bu ağıl 
sahiblərinin kimlər olduğu bilinirdi, sonra özünü tərifləyirdi, it kimi məhkəməyə şırvanırdı və 
axırda da mənim işimə bənzəyən keçmiş məhkəmə işlərindən söhbət açılırdı. Bu təhqiqatlar 
mən bildiyim qədər diqqətlə aparılmışdı. Əlbəttə, mən bu deyilənlərlə vəkilin işini heçə 
endirmək istəmirəm və mənim oxuduğum vəkalətnamə də çoxlu vəkalətnamələrdən biri idi, 
ancaq yalnız onu demək istəyirəm ki, o vaxt işimdə heç bir irəliləyiş hiss eləmədim. 
– Siz hansı irəliləyişi görmək istəyirdiniz ki? – K. soruşdu. 
– Çox ağıllı sualdır, – tacir gülümsədi, – bu məhkəmədə irəliləyişi nadir hallarda görmək olur. 
Ancaq onda bunu bilmirdim. Mən tacir adamam, onda da indikindən yaxşı tacir idim, 
gözəgörünən irəliləyiş istəyirdim, bütün bunlar sona çatmalı, ya da ən azı, əsil inkişaf olmalı 
idi. Bunun əvəzində, çox vaxt da eyni məzmunda dindirmələr olurdu. Hamısının cavabını da 
dua kimi əzbər bilirdim. Məhkəmə xidmətçiləri həftədə bir neçə dəfə işə, evə, ya da məni tapa 
biləcəkləri yerə gəlirdilər. Əlbəttə, bu mənə heç əl vermirdi (indi heç olmasa bu baxımdan 
vəziyyət xeyli yaxşılaşıb, telefonla çağırılmaq adama az mane olur), iş qurduğum dostlarım, 
xüsusilə də qohumlarım arasında məhkəmə barədə şayiələr yayılmağa başladı, hər tərəfdən 
ziyana düşdüm, ancaq bunula belə, yaxın günlərdə ilk məhkəmə dinləmələrinin başlanacağını 
göstərən heç bir əlamət görünmürdü. Belə olan halda vəkilin yanına gəlib şikayət etdim. 
Düzdür, uzun-uzadı izahat verdi, ancaq mənim istədiyim istiqamətdə hər hansı bir addımın 
atılmasını qətiyyətlə rədd etdi, dedi ki, heç kəs məhkəmənin gedişinə təsir edə bilməz və 
mənim vəkalətnamə ilə çıxış etmək tələbimi də ağılasığmaz hesab elədi ki, ikimizi də məhv 
edər. Elə onda fikirləşdim ki, bu vəkilin istəmədiyi, bacarmadığı bir işi başqası istəyər də, 
bacarar da... Beləliklə, başqa vəkillər axtarmağa başladım. Elə bəri başdan deyim ki, heç biri 
əsas dinləmənin başlanmasını tələb etmədi və buna da nail ola bilmədi. Yeri gəmişkən, bir 
məsələ nəzərə alınmazsa, – bu barədə sonra danışacam – doğrudan da, bu mümkün olan iş 
deyil, deməli, bu məsələdə vəkil məni aldatmayıb. Ancaq bununla belə, başqa vəkillərə 
müraciət etdiyimə görə də peşman deyiləm. Yəqin ki, ara vəkilləri barədə doktor Hulddan 
eşitmiş olarsınız və məlum məsələdir ki, onlardan nifrətlə danışıb. Onlar doğrudan da nifrətə 
layiqdirlər. Ancaq onların haqqında danışanda, öz həmkarlarını onlarla müqayisə edəndə, 
kiçicik bir səhvə yol verir və mən də, yeri gəlmişkən, sizin diqqətinizi həmin səhvə yönəltmək 
istəyirəm. O öz dairəsindəki hakimləri fərqləndirmək üçün onları həmişə “böyük hakimlər” 
adlandırır. Bu səhvdir, çünki kimin könlündən keçirsə, özünə “böyük” deyə bilər, ancaq bu 
yalnız məhkəmə qaydası ilə müəyyənləşdirilə bilər. Bu qaydalara görə ara vəkillərindən başqa 
balaca və böyük vəkillər var. Bu vəkil və onun həmkarları. əslində, balaca vəkillərdir, ancaq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə