Front Office mövzusunda kurs iŞİ sksb 0701 qrupunun ikinci kurs tələbəsi Cəfərov Nail Bakı – 2009 Plan



Yüklə 47,93 Kb.
səhifə4/6
tarix26.05.2023
ölçüsü47,93 Kb.
#113152
1   2   3   4   5   6
Qəbul və yerləşdirmə

1.İkiqat bronlaşdırma.Bu növ bronlaşdırma, kütləvi tədbirlər zamanı və turist mövsümünün pik vaxtı istifadə olunur.Mehmanxananın eyni yeri iki qonağa təsdiqlənir(bron) və satılırsa bu ikiqat bronlaşdırmadır.Bu üsulu seçən mehmanxana riskə gedərək üzərinə böyük məsuliyyət götürür.Bronu təsdiq olunmuş iki qonaq mehmanxanaya eyni vaxtda gələrsə nə etməli ? Bu halda “Front Office” -ə birinci müraciət edən qonaq qəbul edilir.İkinci qonaq mehmanxananın hesabına yaxınlıqdakı otelə yerləşdirilir.Bu zaman digər otelə yerləşdirilən qonaq, sifariş etdiyi nömrənin dərəcəsinə uyğun və ya daha yaxşı otaqla təmin olunmalıdır.
Mehmanxanada belə risk ona görə edilir ki, daha çox gəlir əldə edilsin və nömrələr boş qalmasın.Mehmanxana nəzərə alır ki, qonaqlardan biri sifarişini ləğv edən və ya təyin olunmuş vaxtda mehmanxanaya gəlməyə bilər, bu halda risk özünü doğruldur.
İkiqat bronlaşdırmanın digər geniş yayılmış səbəbi, mehmanxanada qalan qonağın uçuş üçün əlverişli olmayan hava şəraiti və digər səbəblərə görə mehmanxananı tərk edə bilməməsidir.Bu zaman bronla mehmanxanaya gəlmiş yeni qonağı, mehmanxana nömrə ilə təmin edə bilmir.
Nüfuzunu qorumaq üçün mehmanxana yeni gəlmiş qonağı, digər oteldə eyni dərəcəli nömrə ilə (müştərinin sifarişinə əsasən) və ya daha yüksək dərəcəli nömrə ilə təmin etməlidir.Tarif fərqini mehmanxana ödəyir ( bu əməliyyat “form out” adlanır.)
Bəzən müştəri müxtəlif turist firmaları vasitəsi ilə bir neçə nömrə sifariş edir.Bronlaşdırma bölməsi belə ikiqat bronlaşdırmanı izləməli və nəzarətdə saxlamalıdır.Bir sıra hallardə, bronlaşdırma bölməsinin öz mehmanxanasında yer olmadıqda, müştərinin sifarişini digər mehmanxanaya göndərir və müştəriyə göndərdiyi təqdimatda onu məlumatlandırır.Bu halda müştərinin razılığı olmalıdır.
Bəzi mehmanxana menecerlərinin rəyinə görə ikiqat bronlaşdırma mehmanxananın nüfuzuna xələl gətirə bilər.Belə menecerlər nömrənin boş qalmasına üstünlük verirlər.Lakin bu da nəzərə alınmalıdır ki, düşünülmüş bronlaşdırma siyasəti, mehmanxananın səmərəli işləməsinə kömək edir.Lakin mehmanxana rəhbərliyinin qarşısında dilemma durur, ikiqat bronlaşdırmaya üstünlük verməklə riskə gedib mehmanxananın nüfuzuna ziyan vurmaq və ya ikiqat bronlaşdırmadan imtina edib nüfuzu saxlamaq.Məhz buna görə mehmanxananın bronlaşdırma bölməsinin fəaliyyəti mühüm rol oynayır.


Yüklə 47,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə