Front Office mövzusunda kurs iŞİ sksb 0701 qrupunun ikinci kurs tələbəsi Cəfərov Nail Bakı – 2009 Plan


Nömrənin zəmanətsiz bronu (non guaranted reservation)



Yüklə 47,93 Kb.
səhifə6/6
tarix26.05.2023
ölçüsü47,93 Kb.
#113152
1   2   3   4   5   6
Qəbul və yerləşdirmə

Nömrənin zəmanətsiz bronu (non guaranted reservation)

Bu tip bron qonağın oteldə nömrə almasına zəmanət vermir.Qonaq otelə göstərilən vaxtdan gec gələrsə, onun nömrəsi başqa müştəriyə satııla bilər və həmin qonağa oteldə olan hər hansı boş nömrə verilə bilər.


Qonaqlar adətən zəmanətsiz brona üstünlük verirlər və hesab edirlər ki, bronun müəyyən olunmuş vaxtdan əvvəl otelə gələcək və heç bir öhdəlik götürmək istəmirlər.Lakin qonaq otelə, bronun göstərildiyi vaxtdan gec gələ bilər (qatar və ya təyyarənin gecikməsi və s. Səbəblərdən).Bu halda zəmanətsiz bronu, zəmanətli brona dəyişmək mümkündür.Bunun üçün qonaq otel ilə əlaqə saxlayır və gecikmənin səbəbini göstərir, mehmanxana qaydalarına uyğun zəmanətsiz bronu, zəmanətli brona dəyişir.Bronu dəyişməsi təxminən aşağıdakı üsulla həyata keçirilir:

  1. otelin işçisi qonağın ad və soyadını soruşur və kompüterdə bronlaşdırma məlumatında tapır.

  2. kredit kartının tipi, nömrəsi, sahibinin adını qeyd edir;

  3. qonağın bronuna yeni təsdiqnamə nömrəsi qeyd olunur;

  4. komputerin informasiya bazzasına zəruri olan məlumatları qeyd edərək bronun növünü dəyişir.

3.Qrup bronlaşması ( 10nömrədən çox sifariş olunur ) fərdi bronlaşmadan fəqlənir.Bu zaman bronlaşma bölməsinin meneceri, qrup üçün bronlaşma sifariş edən şəxslə görüşür, danışıqlar aparır və qrupa xidmət göstərmək üçün müqavilə bağlanır.

Mehmanxana şəbəkərərinin inkişafı ilə əlaqədar mərkəzi bronlaşma sistemi yaradılmışdır.Mehmanxananın nömrə fondunun 60-70%-i şəbəkənin mərkəzi bronlaşma sisteminin nəzarətindədir.Yerdə qalan nömrələri birbaşa mehmanxanaya sifariş vermək olar.Mərkəzi bronlaşma sisteminin üstünlüyü ondadır ki,mehmanxananın nömrə fondunu doldurmağa imkan yaradır, səmərəli işləyir.


Mehmanxana, xidmətlərin təqdim etmə qayadalarına uyğun iki tərəfli müqavilə bağlaya bilər.Bu müqaviləyə əsasən, birbaşa sifarişləri qəbul edir.
Beynəlxalq mehmnxana konvensiyası, turizm agentlikləri və mehmanxana sahibləri arasında imzalanan və əməl olunan müqavilələri tənzimləyi,müqavilə bağlayan tərəflər konvensiyanın müddəalarına riayət edəcəklərini öhdələrinə götürürlər. (Bax ələvə 2)
Müqaviləyə əsasən mehmanxana turizm agentliyi qarşısında, tusitlərə xidmət təqdim edəcəyi barədə öhdəlik götürür.Mehmanxana xidmətindən müntəzəm istifadə edən turizm agentliyi, müəyyən müddətə müqavilə bağlayır.Bu halda turizm agentliyinə və ya təşkilata sıra nömrəsi verilir.Müqavilənin şərtinə uyğun olaraq, mehmanxana turizm agentliyinin göndərdiyi turistlərə yer və ya nömrə verir, xidmət göstərir.Bir çox turizm agentlikləri müəyyən mehmanxanalarlarla müqavilə bağlamağa səy göstərir.Bir çox turizm agentlikləri müəyyən mehmanxanalarla müqavilə bağlamağa səy göstərir.Mehmanxananı müntəzəm olaraq tiristlərlə təmin edən şirkətlərə, turizm agentliklərinə,təşkilatlara güzəştlər edilir.Bu güzəştlər nömrələrə, yeməyə və həm də digər xidmətlərə aiddir.
Müqavilədə sifarişin verilmə vaxtı, hesabıaşma qaydaları və s. Öz əksini tapır.Təşkilat və ya turizm agentliyi , mehmanxanada bir neçə nömrə və hətta mərtəbə sifariş edə bilər.
“Beynəlxalq mehmanxana qaydalarına” (Bax əlavə 3) görə, müştəri mehmanxanaya təyin olunmuş vaxtdan gec gələrsə, bronun və bir günün pulu alınır.Brona görə, müştəri bir gündən artıq mehmanxanaya gecikərsə, bron ləğv olunur.Bronu ödəməkdən imtina edən, müştəri mehmanxanaya ümumi qaydada qəbul olunur.
“Beynəlxalq mehmanxana qaydaları”nda bronun məbləği göstərilmir.Bronun məbləğini və faizini mehmanxananın müdriyyəti təyin edir.Adətən fərdi turistlər yerin, tarif üzrə 50%-ni ödəyir.Turist qrupları güzəştlər nəzərdə tutulur və qrupda adamların sayına görə faiz müəyyən olunur.
Bronlaşdırma bölməsi öz funksiyasını bir sıra sənədlərlə yerinə yetirir:

  • sifarişləri qəbul edir və hazırlayır;

  • zəruri sənədləri gündəlik (həftə, ay, rüb) gələn qonaqların qrafikini, nömrə fondunun gəliş-gediş kartını tərtib edir;

  • müxtəlif müddətlərə qəbul olunmuş sifarişlər öz əksini, bronlaşdırma cədvəlində tapır və menecer sənədə nəzər yetirdikdə, bronlaşdırılmış və boş nömrələrin siyahısını aydın və tez görür.

Mehmanxanada yerin və nömrənin bronlaşdırılmasının bir neçə üsulu var.Bunlar, məktub, şifahi, kompüter və s.üsullardır.Müştəri və ya təşkilat məktub-sifarişi faksla və ya poçt ilə mehmanxanaya göndərir (şəkil 2.3.).


“Azintur”turist firması


Bakı, Azadlıq, 1. “Azərbaycan” mehmanxanasının direktor
H/hesabı N 0000001 direktoru cənab A.C.Əliyevə
Azəriqazbank
Tel/faks___________

Sifariş

Xahiş edirik firmamızın qonaqları Baba-zadə S.İ.,Kərimova M.M üçün 05.05.2009 – 12.05.2009-ci il, iki biryerli nömrə bron edəsiniz.
Qonaqlar saat 14:00-da gəlir.
Ödənişə 15-A 01.01.2008-ci il müqaviləsinə əsasən zəmanət veririk.Xahiş edirik bronu faksla təadiq edəsiniz.

Hörmətlə,


Direktor – Quliyev O.B


Baş mühasib – Məmmədova A.S
03.04.2009


Şəkil 2.3. Nömrə bronu üçün təqdim olunan sifariş məktubu.

Belə bir sifarişi mehmanxananın bronlaşdırma bölməsində də tərtib etmək olar.Məktub-sifarişlərlə işi diqqətlə, səliqəli və düzgün aparmaq lazmıdır.Bronlaşdırmaya və ya ləğv olunmasına verilən hər bir məktub-sifariş qeydiyyatdan keçməlidir.Bron üzrə sifariş olunan və ya ləğv edilən bronları vaxtında qeyd etməsə, mehmanxanaya gələn qonaq nömrə ilə təmin edilə bilməz və ya nömrə satılmamış qalar.Hər iki halda mehmanxananın nüfuzuna ziyan dəyə bilər.


Bron üçün verilən məktub-sifarişlər firma və təşkilatların blankında çap olunmalıdır.Bu blankda təşkilatın tam rekvizitləri öz əksini tapmalıdır. (təşkilatın adı, ünvanı, tel/faks,bankda hesab nömrəsi və s.)

Ədəbiyyat siyahısı


  • M. M.Ağakərimov “Otel”

  • Məmmədov C.A., Soltanova H.B., Rəhimov S.H. Beynəlxalq Turizmin Coğrafiyası – Bakı “R.N.Novruz-94”, 2002

  • Soltanova H.B., Ağakərimov M.M., Babazadə S.i. Mehmanxana təsərrüfatı

  • S.Yeganlı “Turizm”

Yüklə 47,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə