Front Office mövzusunda kurs iŞİ sksb 0701 qrupunun ikinci kurs tələbəsi Cəfərov Nail Bakı – 2009 Plan


Zəmanətli bronlaşdırma (Guaranted reservation)



Yüklə 47,93 Kb.
səhifə5/6
tarix26.05.2023
ölçüsü47,93 Kb.
#113152
1   2   3   4   5   6
Qəbul və yerləşdirmə

2.Zəmanətli bronlaşdırma (Guaranted reservation) müştərinin sifarişi əsasında, mehmanxananın göndərdiyi xüsusi təsdiqnamə, müştərinin nömrənin bronlaşmasına zəmanət verir.
Müştəri mehmanxanaya sifariş etdiyi vaxtdan gec gələrsə, təsdiqnamə nömrənin saxlanılmasına zəmanət verir.Müştərinin kredit kartı varsa, nömrəsi qeyd olunur ki, bu da müştərinin gecikməsindən asılı olmayaraq mehmanxana nömrəsinin pulunun ödənilməsinə zəmanət verir.
Zəmanətli bronlaşma mehmanxana üçün əlverişlidir.Ona görə ki, ləğv olunan sifarişin pulu alınır və boş qalan nömrə yenidən satıla bilər.

Zəmanətli bronlaşdırmanın növləri:



  • qonaqlardan tam pulu ödənilmiş bron

  • müəyyən hesabı ödənilən bron (depozit,avans)

  • şirkət və ya təşkilatın zəmanəti ilə sifariş olunan bron (mehmanxananın şirkət ilə müqaviləsi olmalıdır);

  • turizm firmasının vauçeri zəmanətli bron.

Qabaqcadan tam pulu ödənilmiş bron qonağın mehmanxanada yaşadığı müddətə aid olunur.Qabaqcada pul bank vasitəsi ilə otelin hesabına keçirilir.Pulun ödənişi haqqında təsdiqnaməni, otel qonağın mehmanxanaya gəlişinə bir sutka qalmış göndərilməlidir.


Zəmanətli bronlaşmanın digər forması depozit (avans) ödəmədir.Bu halda müştəri sifariş olun nömrənin bir günlük və ya mehmanxanada yaşamaq müddətinin tam pulunu ödəyir.
Mehmanxana müştəridən sifariş olunan nömrənin pulunu avansla ödəməsini (əvvəlcədən) xahiş edir.Tursit qruplarının mehmanxanada qəbulu üçün əvvəlcədən müəyyən hesab keçirilməlidir.

Kredit kartı ilə zəmanətli bronlaşdırma.


Bir çox bankların ödəniş sistemləri, mehmanxanaların sığorta siyasətini dəstəkləyir.Qonaq zəmanətli bron edib, otelə gəlmədiyi təqdirdə, kredit kartının sahibi pulu ödəməyə məcburdur.Ödəniş vaxtında yerinə yetirilməsə cərimə sanksiyaları tədbi olunur.Otel bu üsulla özünü sığortalamalıdır.Müştərinin kredit kartının rekvizitləri əsasında, pul tutulur.


Zəmanətli bron haqqında sifariş
“..............................” Oteli
Xahiş olunur, kredit kartı ilə brona zəmanət verin.Qonağın otelə gəlmədiyi zaman, Sizin kredit kartınızdan nömrənin 1 günlük pulu çıxarılacaq.
Qonağın soyadı:______________________________________________________
Təsdiqnamənin nömrəsi:________________________________________________
Şirkət.Company:______________________________________________________
Gəliş vaxtı:__________________________________________________________
Nömrənin dərəcəsi:____________________________________________________
Hazırkı saziş ilə mən “..............................” otelə kredit kartımdan pulun çıxarılmasının hüququnu verirəm.

Kartın tipi (xahiş olunur qeyd edin): VISA, MASTER/EUROCARD, AMEX, Diners club, JCB


Kartin nömrəsi:______________________


Etibarlıdır:__________________________
Kart sahibinin soyadı və imzası:__________________

Məbləğ:
______________ yaşamağın 1 günlük qiyməti


______________ transferin qiyməti
Xahiş olunur kredit kartının hər iki tərəfli foto surətini əlavə edin

Tarix___________________


Transferin təsdiq olunduğu təqdirdə qonaq hava limanında qarşılanır.Transferin təşkili üçün gəlmə vaxtını və reysin nömrəsini göstərin.Xahiş edirik təqdim olunmuş bu forma blankını doldurun və bronlaşdırma bölməsinə faks vasitəsilə göndərin_____________________________




Şəkil 2.2. Zəmanət bronunun blankı
Bu prosesi həyata keçirmək üçün otel əvvəlcədən müştəriyə zəmanət bronunun blankını (şəkil 2.2.) göndərir.Müştəri bu blankı doldurub yenidən bronlaşdırma bölməsinə yollamalıdır.

Bağlanmış saziş əsasında otel nömrəni zəmanət bronu əsasında saxlayır.Otellərdə bronun ləğv edilmə müddəti və ya cərimə sanksiyaları müxtəlif ola bilər.Mehmanxana ilə müqavilə bağlayan şirkət, firma və təşkilatlar qonaqların maliyyə məsələlərini öhdələrinə götürürlər.Məsələn, təşkilat otelə yazdığı zəmanət məktubunda göstərir ki, qonaq müxtəlif səbəblər üzündən müəyyən olunmuş vaxtda gəlmədikdə, bron ləğv olunmazsa, təşkilat bir günlük ödənişə zəmanət verir.Məktubun məzmunu müxtəlif ola bilər, bu şirkət və otel arasında qarşılıqlı münasibətdən asılıdır.


Turizm agentliyi tərəfindən verilən turist vauçeri otel üçün zəmanət sənədidir.Bu sənəd müştərinin turizm agentliyinə verdiyi ödənişi təsdiq edir.

Yüklə 47,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə