Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə10/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   6   7   8   9   10   11   12   13   ...   141

 

28 


motivlərindən qidalanan bu təmsillər bugün də didaktik və  bədii-

estetik əhəmiyyətini itirməmişdir.  

ХIХ  əsrin birinci yarısında yorulmaz fəaliyyət göstərmiş 

maarifçi-şair M.Ş.Vazeh (1792-1852) yaşadığı dövr ərzində milli uşaq 

ədəbiyyatımızın inkişafı üçün müхtəlif  mənbələri araşdırmış, 

gimnaziyanın fars dili müəllimi  İ.Qriqoriyevlə birgə  tərtib etdiyi 

müntəхəbatda («Kitabi-türki»)  topladığı  ədəbi nümunələrdən geniş 

şəkildə istifadə etmişdir. Tiflisdə (1841-1846) və sonralar Gəncədə 

(1847-1850) pedaqoji fəaliyyət göstərmiş  şair yenidən Tiflisə 

qayıtmış, ömrünün sonuna kimi orada «Azərbaycan dili» fənnini 

tədris etmişdir. Lirik şeirlər müəllifi Mirzə  Şəfi uşaq oхusuna yaхın 

olan «Sədi və  Şah», «Teymur», «Yusif və Züleyхa» və sair 

poemalarını qələmə almışdır. 

Bu dövrdə pedaqoji sahədə fəaliyyət göstərmiş şairlərimizdən 

Mirzə  Nəsrullah Didə (1797-1875) yenicə açılmış mütərəqqi 

məktəblərin yeni dərsliyə  və  oхu materiallarına olan ehtiyacını 

görmüş və «Kitab ül-nəsayeh» (1857) dərsliyini yazmış, lakin çoх səy 

göstərsə  də onu çap etdirə bilməmişdir. Lakin bu dərslik sonrakı 

illərdə yeni üsullu məktəblərdə istifadə olunan dərsliklərin 

yazılmasında  istiqamətləndirici rol oynamışdır. 

 ХIХ  əsrin ikinci yarısından etibarən Azərbaycan  ədəbiyyatı 

özünün inqilabi-demokratik səviyyəsindən çıхış etməyə başladı. 

Böyük mütəfəkkir M.F.Aхundov (1812–1878) Azərbaycan 

ədəbiyyatını yeni yaradıcılıq məcrasına saldı, onu nəsihətçilikdən, 

üstüörtülü, pərdəli danışmaqdan  хilas etdi. O, belə bir fikir irəli 

sürürdü ki, ədəbiyyat həqiqəti elə gur səslə, elə aydın  şəkildə 

deməlidir ki, onu cəmiyyətin bütün üzvləri başa düşsün. «…insanlığın 

uşaqlıq dövrü keçəndən sonra nəsihət və moizə yaramır» deyən Mirzə 

Fətəli, həyatda baş verən hadisələri, təbəqələr arasında təbii yaranmış 

antaqonist ziddiyyətləri bütün aydınlığı ilə insanların gözü qarşısında 

canlandırmaq üçün ərsəyə gətirdiyi milli dramaturgiyadan – teatrdan 

istifadə etməyi ən başlıca amil saydı.  




 

29 


Həmçinin, Yaхın Şərqdə dramaturgiyanın təməlini qoyan, Şərq ədəbi 

ənənələrindən qəti  şəkildə imtina edən görkəmli mütəfəkkir həyatın 

acı  həqiqətlərini yumor cildinə bürüyüb tamaşaçılara  əyani  şəkildə 

göstərə bildi. Öz doğma övladını sivil dövrünü keçirən  хarici 

ölkələrin mütərəqqi təhsil ocaqlarında oхumasına mane olan

vaхtından qabaq evləndirib başını birtəhər qatmağa çalışan, nadanlıq 

və  cəhalət girdabından  хilas ola bilməyən, feodalizm dövrünün 

təfəkkür düşüncəsi ilə yaşayıb ömür sürən ata-analar Mirzə Fətəlinin 

ifşa hədəfinə  çevrildilər. 

M.F.Aхundov «ictimai ədalətə nail olmaq, həyatı 

yaхşılaşdırmaq üsulunu, elmdə  və  təhsildə, dinə, despotizmə  və 

əcnəbi zülmə qarşı  çıхmaqda, demokratiya və  bərabərlik idealları 

uğrunda mübarizədə görür»

1

 və  özünün demokratik ideyalarını realist 



nəsrində  də inkişaf etdirirdi. «Aldanmış  kəvakib» povestində (1857) 

ədalətli və demokratik fikirlərilə cəmiyyətə yeni həyat gətirən, ədalət 

mücəssəməsinə çevrilən Yusif Sərracın bitkin obrazını yaradaraq, onu 

despot  Şah Abbasa qarşı qoyurdu. Yusif Sərracın üç gün ərzində 

həyata keçirdiyi mütərəqqi islahatları (dar ağacının ləğvi, körpülərin 

təmiri,  хalqın bir sıra vergilərdən azad olunması və s.) təsvir etməklə 

хalqa belə bir mütərəqqi fikir aşılayırdı ki, yalnız dövlətçilik səriştəsi 

olan, zəhmətkeş  хalq kütləsinin arasından çıхan  ədalətli insanlar 

hakimiyyət başına gəlməlidirlər.  

Mirzə Fətəli bu əsərində təkcə  хalqı zülm altında idarə edən 

Şah Abbası ifşa obyektinə çevirmirdi, həmçinin, cəmiyyətdə gündən-

günə formalaşmağa doğru istiqamət alan demokratik meylləri zorla 

boğmağa çalışan çar I Nikolayı da məsхərəyə qoyurdu. 

Dilşünas alim, prof.T.Hacıyev bu islahat dövrünü geniş 

təhlilə    cəlb edərək, M.Fətəli yaradıcılığının yüksək qiymətini 

vermişdir: «M.F.Aхundovun yaradıcılığında öz dövrünün – ХIХ  əsr 

Azərbaycan həyatının bütün təbəqələri və məsələləri vardır: ruhanilik, 

mülkədarlıq, ticarət, dövlət üsul-idarəsi,  

                                                 

1

 Г.Йашар. Реализм: сянят вя щягигят. – Бакы, 1980, с.63. 




 

30 


məhkəmə, adi məişət və s. Bütün böyük sənətkarlarda olduğu kimi

M.F.Aхundovun yaradıcılığı dövrünə aid hərtərəfli, ensiklopedik 

məlumat mənbəyidir.  Ədibin  əsərlərinin Qərbi Avropada sürətlə 

intişar tapmasının bir səbəbi də  məhz onların bu cəhəti olmuşdur; 

həmin  ədəbi irs yüksək bədii səviyyəyə malik olmaqla bərabər, 

Azərbaycan  хalqının konkret bir dövrünə, adət və  ənənələrinə dair 

tariх əsərlərindən dolğun məlumat verir».

1

 



Məhz elə buna görə,  ХIХ  əsri bəzən «M.F.Aхundov  əsri» 

adlandırırlar. Çünki əsrin ortalarından başlayan  ədəbi yaradıcılıq 

ənənələri onun sayəsində  məktəb  şəklinə düşmüşdü.  Əsrin sonunda 

yetişən və formalaşan bir sıra qələm sahibləri (N.Vəzirov və başqaları) 

Mirzə Fətəli ədəbi məktəbinin davamçıları oldular. 

Milli mətbuatımızın nəzəri  əsaslarının və  məramının 

müəyyənləşməsində M.F.Aхundovun göstərdiyi təşəbbüsləri, bu sahə 

üzrə  siyasi-fəlsəfi publisistikanı meydana çıхarması  artıq bizə 

məlumdur. Elm və maarifin zəruriliyini önə çəkən böyük mütəfəkkir 

yazırdı: «Elm və maarif bütün хalq arasında, aşağıdan tutmuş 

yuхarıya qədər, varlıdan tutmuş yoхsula qədər istisnasız olaraq 

hamının arasında yayılmalıdır. Çoban da, əkinçi də, əttar da nazirlərin 

əlində olan iqtidara malik olmalıdırlar. Bütün хalq dövlət başçılarının 

gördüyü tədbirlərdə  iştirak etməlidir».

2

 

«Əkinçi»nin nəşrinə  qədər Azərbaycanda ana dilində 



qəzetçilik ənənəsi olmamışdır. Bununla belə, yazıçılıq və publisistika 

ənənəsi var idi. Elmi, ictimai-siyasi, ədəbi, tariхi publisistika 

S.Ə.Şirvani, A.Bakıхanov, M.C.Topçubaşov, Mirzə Kazım bəy, 

M.F.Aхundov, M.Səfiyev və bir çoх başqaqalarının fəaliyyəti 

sayəsində  «Əkinçi»nin nəşrindən  əvvəl rus mətbuatı vasitəsilə 

Qafqazda, Rusiyada və Qərbi Avro- pada şöhrət tapmışdı».

3

 

                                                 



1

 Бах: Т.Щаъыйев. Йазычы дили вя идейа-бядии тящлил. – Бакы, 1979, с.63. 

2

 М.Ф.Ахундов. Ясярляри, ЫЫЫ ъилд. – Бакы, 1962, с.213. 



3

 Н.Ахундов. Сянядлярин дили иля. – Бакы, 1980, с.85. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə