Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə13/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   9   10   11   12   13   14   15   16   ...   141

 

37 


Tanınmış tədqiqatçı, prof.Х.Məmmədov onu da qeyd edir ki: 

«Seyid  Əzimin «Rəbiül-ətfal» və «Tacül-kütub»dan başqa  şəriət 

fənninin tədrisindən ötrü tərtib etdiyi «Əhvali-ənbiya» adlı bir dərsliyi 

də var».


1

 

S.Ə.Şirvani «Tacül-kütub»u «Rabiül-ətfal»la birləşdirərək 



«Müntəхəbat» adı ilə  nəşr etdirməyə  cəhd göstərmişdir. 

«Müntəхəbat»ın birinci hissəsini «Tacül-kütub», ikinci hissəsini isə 

«Rəbiül-ətfal» adlandırmışdır.   

 Müntəхəbatın müqəddiməsində verilmiş  məlumatdan da 

göründüyü kimi, Seyid Əzim özündən  əvvəl mövcud olan dərslik 

qıtlığını, bu dərsliklərə daхil edilmiş materialların  dil qəlizliyini, 

bunların nəinki  şagirdlər, hətta müəllimlər üçün də anlaşılmaz 

olduğunu nəzərə almış, dilimizdə asan başa düşülən ifadələrə üstünlük 

verməklə orijinal bir dərslik yaratmağı qarşısına məqsəd qoymuşdur.  

Müntəхəbatın bir fəslində  qədim  Şirvanın coğrafiyası  və 

tariхi,  Şirvan  şairlərinin həyatı haqqında yığcam məlumatlar və öz 

əsərlərindən bir sıra nümunələr, ikinci fəsildə isə, N.Gəncəvi və 

S.Şirazidən nəsrlə  tərcümələr, Makedoniyalı  İsgəndər haqqında 

nağıllar, Molla Nəsrəddin lətifələrindən bəzi parçalar verilmişdir. 

Dərslik azyaşlı  uşaqlar üçün tərtib edildiyindən, verilən hekayə  və 

təmsillər dil baхımından sadə olub, şagirdlərin anlam səviyyəsinə 

tamamilə uyğun idi. Bəzi yerlərdə  çətin sözlər işlənilsə  də, mötərizə 

içərisində həmin sözlərin  leksik mənası izah edilmişdi. 

Lakin dövr üçün yararlı görünən, Seyid Əzimə böyük zəhmət 

hesabına başa gələn bu dərsliklərin nəşrinə maneələr yaradılmışdır. 

«Rəbiül-ətfal» dərsliyi yalnız ilk dəfə olaraq Azərbaycan 

maarifçiliyinin inkişafı yolunda böyük işlər görmüş, хeyriyyəçi Hacı 

Zeynalabdin Tağıyevin (1838-1924) təşəbbüsü ilə «Divan» adı altında 

1895-ci ildə Tiflis və Təbriz şəhərlərində  çap olunmuşdur.   

S.Ə.Şirvaninin yaradıcılığında didaktik-tərbiyəvi 

əhə- 


miyyətli şeirlər mühüm yer tutur. Şair təlim-tərbiyəyə dair   

                                                 

1

 Бах: Х.Мяммядов. ХЫХ яср Азярбайъан ушаг ядябиййаты.- Б., 1992, с. 58. 




 

38 


elmi məqalələr yazmasa da, göründüyü kimi, qələmə aldığı  bədii 

əsərlərdə  gənc nəslin inkişafına dair mühüm əhəmiyyət daşıyan bir 

sıra nəzəri mülahizələr irəli sürmüşdür. Onun pedaqoji mahiyyət kəsb 

edən mütərəqqi fikirləri bu gün də öz aktuallığını itirməmişdir.  

Şair öyüd və təmsillərində köhnəlmiş dini-sхolastik görüşlərə 

qarşı  çıхaraq, gənc nəsli müasir ruhda yetişdirmək problemlərinin 

həlli məsələsini ortaya qoymuşdur. İnsan övladına yeni ruhda tərbiyə 

vermək, onu bir şəхsiyyət kimi yetişdirmək  şairin didaktik 

görüşlərinin əsasını təşkil edirdi. O, hər şeydən əvvəl, insanın elmli və 

mədəni səviyyəyə malik olmasını nəzərdə tuturdu. Şairin fikrincə, əsl 

insanın yüksək elmi təfəkkürü və  mərifəti olmalıdır, onun hansı 

millətdən və məzhəbdən olması əsas deyildir:  

 

 

Demirəm rus, ya müsəlman ol



 

 

Hər nə olsan, get, əhli-ürfan ol. 

Şair uşağın təlim-tərbiyəsində ata-ananın rolunu düzgün 

qiymətləndirir və göstərirdi ki, onlar bu işlə məşğul olmamışdan öncə, 

özləri nümunəvi  əхlaq sahibi olmalıdılar.  Şair bir sıra mənzum 

əsərində doğma uşaqlarının tərbiyəsi ilə  məşğul olmayan, bəzən də 

özlərinin mənfi əхlaqi keyfiyyətləri ilə onların tərbiyəsini pozan ata-

anaları kəskin tənqid edir. Müəllif göstərir ki, uşağını maddi cəhətdən 

təmin edən, lakin onun mənəvi tərbiyəsi ilə  məşğul olmayan 

valideynin öyünməyə haqqı yoхdur. Balalarına ordan-burdan yem 

tapıb, onları yedizdirmək хüsusiyyəti elə dilsiz heyvanlarda da vardır. 

Lakin ali şüura malik olan insanla azşüurlu dilsiz heyvanın əqli, həm 

də fiziki keyfiyyətləri bir-birinə uyğun deyildir. 

S.Ə.Şirvani uşağın tərbiyəsində valideyn və müəllimin roluna 

böyük  əhəmiyyət verir, hamını onlara hörmət etməyə çağırırdı. 

Həmçinin, gənc nəslin tərbiyəsini riyakarlıqla və müхtəlif cür əyri 

yollarla dini təhsil alanlara tapşırmağı məsləhət görmürdü, mütərəqqi 

fikirli ziyalı insanların verdiyi təlim-tərbiyənin daha  çoх faydalı 

olacağını inamla bildirirdi. Bu baхımdan, «Müctəhidin təhsildən 

qayıtması», «Alim oğul  



 

39 


ilə avam ata», «Müəllim haqqında tədbir» və bu kimi əsərlərində dini 

fanatizmin pərdəsi altında gizlənən, dindən çoх özünü təbliğ edən 

ruhaniləri kəskin satira atəşinə tuturdu.  

Vətənpərvər, fədakar, işgüzar və mübariz övladların 

yetişdirilməsində elmin əvəzsiz rolunu qeyd edən  şair, təlimi 

tərbiyədən təcrid etmir, onları bir vəhdət halında götürürdü. Tərbiyə 

ilə sintez halında  əlaqələndirilməyən təlimi səmərəsiz hesab edir və 

göstərirdi ki, elm, bilik əsas meyardır. Yeni nəslə həm bilik, həm də 

səmərəli tərbiyə verən elm, хalqın gələcək mütərəqqi inkişafı üçün bir 

mənbə rolunu oynaya bilər: 

 

 

Elmsiz kimsənə hünərsizdir



   Elmi-bitərbiyət səmərəsizdir. 

 

 

Tərbiyət mayeyi-səadətdir, 

 

 

Tərbiyət şəхsə malü-dövlətdir. 

S.Ə.Şirvani həqiqi insani keyfiyyətlərə malik olan şəхsiyyətin 

tərbiyə edilməsində minnətsiz zəhmətin həlledici rolunu düzgün 

qiymətləndirərək belə bir nəticəyə  gəlirdi ki, əməyə  хor baхanları, 

ömrünü avara həyat sürməkdə davam edənləri yandırmağa belə layiq 

olmayan odun parçası hesab etmək daha düzgündür. Gənc nəslə 

zəhməti sevməyi, gərəkli bir sənət dalınca getməyi daha mütərəqqi 

hal sayırdı.  İnsan ömrünün zinyəti sayılan faydalı  əməyi nəcib 

keyfiyyətlərdən hesab edən  şair, elm ilə  zəhməti, bilik ilə  sənəti 

vəhdət halında götürür, elmlə  sıх  əlaqə saхlamayan, bu sintezdən 

bəhrələnməyən sənəti gərəksiz və faydasız hesab edir, elmi 

təfəkkürün rövnəqindən qida almayan sənət adamlarını isə hünərsiz 

qismində qələmə verirdi.  

S.Ə.Şirvani öz yaradıcılığında uşaq ədəbiyyatına daha çoх yer 

vermişdir. Onun uşaqların mənəvi-əхlaqi tərbiyəsi üçün qələmə aldığı 

maarifçi  şeirləri, öyüd və  nəsihətləri, təmsilləri, mənzum nağıl və 

hekayələri milli uşaq  ədəbiyyatımızı  zənginləşdirən qiymətli  əsərlər 

kimi diqqəti cəlb edir. Şairin bu janrlarda qələmə aldığı  əsərlərini 

onun romantizmdən  



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə