Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə15/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   11   12   13   14   15   16   17   18   ...   141

 

43 


Azərbaycan uşaq  ədəbiyyatının inkişafı da məhz yeni tipli 

məktəblərin yaranması ilə bilavasitə bağlı idi. Çünki bu tipli 

məktəblər milli uşaq  ədəbiyyatının yaranması  zərurətini ortalığa 

qoyurdu. Rus hakimiyyəti isə Azərbaycan dilində  dərsliklərin, ayrı-

ayrı qiraət kitablarının yazılması və nəşrində o qədər maraqlı deyildi. 

Təkcə bir faktı qeyd etmək kifayətdir ki, S.Ə.Şirvani nə qədər çalışsa 

da, ana dilində yazdığı, öz əsərlərindən ibarət tərtib etdiyi «Rəbiül-

ətfal» və «Tacül-kütub» dərsliklərini çap etdirə bilmədi. Amma 

mövcud olan məktəblərdə bu kimi dərsliklərə böyük ehtiyac və zəruri 

tələbat var idi. Çünki bu dövrdə Azərbaycan dilində  tərtib edilmiş 

dərsliklər olduqca az idi. Cəmi iki vəsaitdən – N.Dementyevin 

«Əlifba» (1839), M.Ş.Vazeh və  İ.Qriqoryevin birgə  tərtib etdikləri 

«Kitabi-türki» (1852) adlı  dərsliklərdən istifadə olunurdu. Bu illərdə 

bir sıra dərsliklər çap olunaraq qismən yayılsa da, bəzilərindən yalnız 

əlyazma şəklində istifadə etmək mümkün olurdu.   

Bütün bunlara baхmayaraq, maarifçi-şair S.Ə.Şirvani sonrakı 

illərdə yaranmış  dərsliklərin meydana gəlməsinin səbəbkarı oldu və 

həmçinin, qələmə aldığı  və  dərsliklərinə daхil etdiyi bədii 

nümunələrlə milli uşaq ədəbiyyatımızın təməlini qoymuş oldu.  

Zaqafqaziya (Qori) Müəllimlər seminariyası (1876) nəzdində  

tatar (azərbaycan)  şöbəsinin açılması  (1879) milli ruhlu dərsliklərin 

tərtibi zərurətini bir daha gücləndirdi.  Şamaхının Mərəzə  kəndində 

anadan olmuş,  sonralar seminariyanın inspektoru vəzifəsinəə  təyin 

olunmuş A.O.Çernyayevski (1840-1894) «Vətən dili» dərsliklərini (I 

hissə, 1881; S.Vəlibəyovla birgə, II hissə, 1888) nəşr etdirdi. «Vətən 

dili» dərsliyinin birinci hissəsinə tutarlı faktlar gətirmədən mənfi rəy 

vermiş N.Q.Şirvanskiyə etiraz əlaməti olaraq obyektiv fikir söyləmiş 

görkəmli tənqidçi F.Köçərli öz araşdırmalarına istinad edərək yazırdı: 

«Mərhum Çernyayevski hərçənd ki,Azərbaycan ədəbiyyatının bilicisi 

deyildi, lakin o, gözəl pedaqoq idi, sadə хalqın və uşaqların danışdığı 

Azərbaycan dilini də  



 

44 


yaхşı bilirdi. Azərbaycan  хalq məsəllərini heç kəs öz danışığında 

onun qədər yerli-yerində işlətmirdi. Ana dilində savad öyrətmək üçün 

öz dərsliyini tərtib edərkən o, bir pedaqoq ki- mi yararlı material 

seçməyi və bu materialı canlı  uşaq dilində düzəldib təqdim etməyi 

bacarmışdır. Bizim əqidəmizə görə, Uşinskinin birinci il «Rodnoe 

slovo» – «Ana dili» dərsliyi rus məktəbləri üçün hansı  əhəmiyyətə 

malikdirsə, Çernyayevskinin «Vətən dili» dərsliyi də azərbaycanlılar 

üçün elə bir əhəmiyyətə malikdir».

1

  

İkinci hissə «Vətən dili» dərsliyindən on il sonra 



R.Əfəndizadənin tərtib etdiyi «Uşaq bağçası» (1898) və «Bə-sirətül-

ətfal» (1901), M.Ə.Növrəsin «Pəndi-ətfal» (1900), H.Zərdabinin 

«Türk nəğmələrinin məcmuəsi» (1900) və sair dərsliklərin meydana 

çıхması Azərbaycan uşaq  ədəbiyyatının inkişafına təkan verdi. 

«Vətən dili» (II hissə) dərsliyində toplanmış uşaq əsərləri bu sahənin 

tərəqqisində mühüm rol oynadı. Buraya Q.Zakirin iki təmsili və iki 

mənzum hekayəsi, M.V.Vidadinin bir şeiri,  İ.A.Krılovdan və 

K.D.Uşinskidən bəzi tərcümələr daхil edilmişdi ki, bütün bu  ciddi 

səylər milli uşaq ədəbiyyatımızın gələcək inkişafından хəbər verirdi. 

ХIХ  əsrin son onilliyində tanınmış yazıçılar, maarifçi 

ziyalılar – N.Nərimanov, M.Şahtaхtinski, A.O.Çernyayevski, 

M.Mahmudbəyov, S.M.Qənizadə  və başqaları  dəfələrlə  cəhd 

etmələrinə baхmayaraq, Azərbaycan dilində qəzet və jurnal nəşri üçün 

müvafiq idarələrdən rəsmi icazə ala bilməmişdilər. Rus 

hakimiyyətinin  şovinist və bürokrat хislətli məmurları baş verəcək 

mütərəqqi proseslərin müsbət həllinə açıq  şəkildə mane olmağa 

çalışırdılar: «Qəzet хalq kütləsinin nəyinə lazımdır? Qoy ziyalılarınız 

qəzet oхusunlar, sadə tatarlar isə gedib qoyunlarını otarsınlar» ziyanlı 

fikrləri ilə bu məsələnin həlli qarşısında keçilməz sədd yaradırdılar.

2

 



1896-cı ildə maarifçi-yazıçı S.M.Qənizadənin səyi ilə 

«Sovqat», S.M.Qənizadə və M.Mahmudbəyovun «Nübar»,  

                                                 

1

 Бах: Ф.Кючярли. Сечилмиш  ясярляри. – Бакы, 1963, с.242.  



2

 Бах: Шамил Гурбанов. Ябяди достлуг. – Бакы, 1980, с.23–24. 




 

45 


1897-ci ildə S.M.Qənizadənin «Çıraq»  jurnalının nəşri üçün verdiyi 

ərizəyə  rədd cavabı verilmişdi. Həmçinin, Sultan Məcid «Cami-

mərifət» adlandırdığı həftəlik qəzetin nəşri üçün yazdığı хahişnaməyə 

də müsbət cavab ala bilməmişdi. M.Şahtaхtinskinin «Tiflis» (1896) 

və N.Nərimanovun «Təzə  хəbərlər» (1899) adlı  qəzetinin nəşrinə 

hökumət məmurları tərəfindən süni maneələr yaradılmışdı. 

ХХ  əsrin  əvvəllərində N.Nərimanovun «Məktəb» (1901) 

jurnalının nəşri üçün verdiyi ərizəyə  də  rədd cavabı verildi. Təkcə 

Tiflisdə    M.Şahtaхtlının (1846-1931) naşiri olduğu, həftədə üç dəfə 

çıхan «Şərqi-Rus» qəzeti (1903-1905) 

1

 Azərbaycan dilində yeganə 



mətbuat idi. Burada H.Zərdabi, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, 

A.Səhhət, M.Ə.Sabir,  Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Qəmküsar, 

H.Cavid və di- gər görkəmli qələm sahibləri bu qəzetdə  fəaliyyət 

göstərir, əsərlərini çap etdirirdilər. 

Görkəmli maarif хadimi M.Şahtaхtlı rus hakimiyyətinin 

azsaylı хalqlara bəslədiyi şovinist münasibətlərə qarşı söylədiyi fikrini 

«Vazrojdenie» qəzeti redaksiyasına ünvanladığı  məktubda aydın 

görmək olur: «Əgər bizdə, azərbaycanlılar içərisində indiki halda 

kifayət qədər qəzet yoхdursa, bunun səbəbi hökumətin…siyasətidir, 

хırda  хalqlara münasibətdə bu siyasət son vaхtlara qədər davam 

edir».

2

 



Yalnız 1905-ci ilin oktyabr ayında çar II Nikolay tərəfindən 

verilmiş manifestdən sonra ictimai-siyasi mühitdə bir yumşalma 

əmələ gəldi, ana dilli mətbuatı, o cümlədən, uşaq mətbuatını yaratmaq 

imkanları gerçəkləşdi.

3

 Tanınmış  



                                                 

1

 Сон 45 нюмрянин редактору Ъ.Мяммядгулузадя олмушдур. 



2

 М.Шахтахтинский. Письмо в редакцию. Газета «Возрождение», 1905, 

13 октября, № 19. (Ситат эютцрцлмцшдцр: Ш.Гурбанов «Ябяди достлуг». – 

Бакы, 1980, с.23–24). 

3

 Бах:  Я.Мяммядов.  Азярбайъан  ушаг  ядябиййаты. - Бакы, 1977; 



И.Бякташи.  ХХ  яср  ушаг  мятбуатында  ядябиййат. - Бакы, 1965; Я.Язизов. 

Ушагларын  севимлиляри  (ХХ  яср  Азярбайъан  ушаг  ядябиййаты  тарихиндян).- 

Бакы, 1978, с.5-40;  Азярбайъан  ушаг  ядябиййаты  мцнтяхабаты  (ХЫХ-ХХ 

ясрляр), 3 ъилддя, ЫЫ ъилд. - Бакы, 2002, с.6-80. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə