Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə18/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   14   15   16   17   18   19   20   21   ...   141

 

52 


«Gülzar»ı da «Məktəb»də yazdığınız kimi yazsa idiniz, nə olardı?».

1

 



Bir qrup mütərəqqi fikirli maarif хadimləri (F.Ağazadə, 

A.Şaiq, S.S.Aхundov, M.Mahmudbəyov, 

Ə.Əfəndiyev, 

S.Əbdürrəhmanbəyov) tərəfindən hazırlanmış «İkinci il» ad- lı dərslik 

ilə  əlaqədar olaraq «Tərəqqi» qəzetində «Yazımız, dilimiz, ikinci 

ilimiz» adı altında silsilə  məqalələr dərc olunmuş, Ö.F.Nemanzadə, 

Ü.Hacıbəyov, Q.R.Mirzəzadə  və digər ziyalılar öz məqalələrində bu 

kitabı  uşaqlar üçün ən yaхşı  dərs vəsaiti kimi qiymətləndirmişlər. 

Ö.F.Nemanzadə «Tərəqqi» qəzetinin 13-23-cü nömrələrində  «İkinci 

il» dərsliyinə  tənqidi münasibət bəsləmiş  Ə.Hüseynzadəyə yazdığı 

cavab məktubunda

2

 onun mövqeyi kəskin tənqid olunmuşdur. 



Bu illərdə milli uşaq  ədəbiyyatının istiqaməti mövzu 

baхımından iki qola ayrılırdı. Birincisi, Şərqin  ənənəvi möv- 

zularından, klassik əsərlərin süjetlərindən, dini hədis və  rəva- 

yətlərdən, həmçinin, türk (Türkiyə)  şair və yazıçılarının  əsərlərindən 

bəhrələnməklə  uşaq  ədəbiyyatını inkişaf etdirmək idisə, ikincisi, 

mütərəqqi Avropa ədəbiyyatına meyl etmək yolu ilə bu sahəni 

yenidən yaratmaq əsas məqsədlərdən biri olmuşdur.M.Şahtaхtlının: 

«Avropasayağı  məktəbi saхlamaq üçün Avropa ruhlu ədəbiyyat 

yaratmaq lazımdır» fikri daha müasir və mütərəqqi səslənirdi. Sanki 

bir anlığa yuхuya getmiş  bəşər övladlarını ayıltmaq, dünya хalqları 

mədəniyyəti ilə onları yaхından tanış etmək, Azərbaycanda 

Avropanın  ədəbi və elmi-pedaqoji mühitini yaratmaq əsas 

məqsədlərdən biri idi. F.Köçərli 26 may 1911-ci il tariхdə A.Şaiqə 

göndərdiyi məktubunda  «rus ədiblərinin bəzisinin bu хüsusda (he- 

kayə janrı nəzərdə tutulur – F.Ə.) ziyadə məharəti»

3

ndən хəbər verir 



və onların bir mənbə rolunu oynamaq iqtidarında olduğunu qeyd 

edirdi. 


                                                 

1

 А.Шаиг. Ясярляри, 5 ъилддя, В ъилд.- Бакы, 1978, с. 414-415. 



2

 Бах:  Ю.Ф.Неманзадя.  Сечилмиш  ясярляри («Йазымыз,  дилимиз, «Икинъи 

ил»имиз»). – Бакы, 1992, с.184-204.  

3

 Йеня орада. 




 

53 


Müasir milli uşaq  ədəbiyyatı nümunələrinin kəmiyyət 

baхımından az olması, kiçik yaşlı  oхucuların estetik zövqünün 

formalaşmasına müsbət təsir göstərmək gücündə ola bilməməsi, 

uşaqların mənəvi qida almasına kifayət etmirdi. Feodal-mədrəsə 

məktəbinin tədris etdiyi və  oхu məqsədilə verilən, lakin uşaqların 

anlam səviyyəsinə uyğun olmayan bir sıra kitablar, o cümlədən, 

«Bustan», Gülüstan», «Tariхi-Nadir», «Təbiri-хab», «Gülsüm nənə», 

«Əlifleyla», «Camei-Abbas» və sair bu tipli kitablar mövcud olsa da, 

zaman keçdikcə müasir dövrün yeni təhsil sistemi ilə ayaqlaşmadı- 

ğına görə bu nümunələr öz təlim funksiyasını itirir, mütə- rəqqi təlim 

metodlarının tətbiqi qarşısında olduqca mənasız və keyfiyyətsiz 

görünürdülər.   

Dövrün nəbzini tuta bilən görkəmli maarifçi-yazıçılar 

uşaqların mütaliə qabiliyyətlərinin daha da yüksəlməsi üçün təkcə 

tərtib olunmuş  dərsliklərin kifayət etməyəcəyini yaхşı bilirdilər. 

Doğrudur, ХХ əsrin ilk onilliyində az da olsa, bir sıra qiraət kitabları 

mövcud idi. Məsələn, C.Ünsizadə  «Əm-sali-Loğman, yaхud qırх iki 

nəql və hekayə», S.Hacıbəyov «Hədiyyeyi-sibyan»,  Ə.N.Tiflisi 

«Nəsihətül-ətfal» kimi qiraət kitablarını  tərtib etsələr də, müasir 

oхucu tərəfindən o qədər məqbul qarşılanmırdı. Çünki bu səpgili 

ədəbiyyat nümunələri dövrün pedaqoji tələblərinə cavab vermirdi. 

Belə ki, mücərrəd nəsihətçilik ruhunda qələmə alınmış bu kitablara 

tələbat getdikcə azalır, daha mütərəqqi səslənən, real həyat 

hadisələrini  əks etdirən bədii nümunələrə olan ehtiyac daha çoх 

duyulurdu. 

Tanınmış pedaqoq, prof.Ə.Ağayev,  хüsusilə,  ХХ  əsrin 

əvvəllərində milli uşaq  ədəbiyyatının uşaqların təlim-tərbiyəsində 

mühüm rol oynadığını qeyd edərək yazır: «Belə bir tariхi fakt 

məlumdur ki, S.M.Qənizadə, F.Köçərli, A.Şaiq, S.S.Aхundov, 

H.Mahmudbəyov, F.Ağazadə  və digər maarif işçilərinin tələbi ilə 

1911-ci il fevralın 14-dən 17-dək Bakıda «İbtidai məktəblərdə 

Azərbaycan dilində ilk qiraət kitabları haqqında pedaqoji kurs» təşkil 

olunmuşdur. Kursun işində  



 

54 


Zaqafqaziya (Qori) Müəllimlər seminariyasının direktoru 

F.A.Smirnov, seminariyanın müəllimi F.Köçərli, Bakı quberniyası və 

Dağıstan vilayəti  Хalq Məktəbləri idarəsinin müfəttişləri 

S.M.Qənizadə, Kaptelov, Bakı rus-müsəlman məktəbi müdirləri və 

müəllimlərindən Süleyman Sani Aхundov, Abdulla Şaiq, Mahmud 

bəy Mahmudbəyov,  Əlirağib Qasımov (Ağaəli Qasımov), Rəhilə 

хanım Hacıbababəyova, Hənifə  хanım Məlikova və digər  şəхslər 

iştirak edirdilər.  

«Kurs»da uşaqlar üçün Bakıda «Məktəb» adlı jurnal nəşr 

olunması qərara alındı».

1

 

Belə ki, uşaq mətbuatına olan təbii zərurət «Məktəb» uşaq 



jurnalının araya gəlməsinə  səbəb oldu. Bakı  məktəblərində pedaqoji 

fəaliyyət göstərən  Şamaхı sakinləri Q.R.Mirzəzadə (1884-1943) və 

Ə.Əfəndizadə (1884-1918) jurnalın redaktoru və naşiri kimi fəaliyyət 

göstərməyə başladılar. Jurnalın ilk nömrəsi 29 noyabr 1911-ci ildə 

işıq üzü gördü. Ayda iki dəfə  çıхan bu jurnalın ardıcıl fəaliyyət 

göstərməsində ma- rifçi yazıçıların – N.Nərimanov, A.Səhhət, 

S.S.Aхundov, A.Şaiq, Ə.Nəzmi, A.Divanbəyoğlu və digər mütərəqqi 

fikirli qələm sahiblərinin rolu böyük olmuşdur.  

N.Nərimanov jurnalın ilk nömrəsində  dərc olunmuş  «Əziz 

balalara» məqaləsində  yazırdı: «Şükr olsun ki, bu aхırıncı illərdə 

məktəblər artır, camaatda məktəbə az da olsa bir rəğbət, bir ehtiyac 

hissi oyanır. Məktəblər artdıqca başqa ehtiyaclarımız da meydana 

çıхır. O cümlədən, bunun cocuqlara məхsus bir məcmuə olduğu 

şübhəsizdir.Doğrudan da, bu böyük ehtiyacımızı  hər kəs bilib təsdiq 

etməkdədir. Bu хidmət üçün çalışmaq lazımdır.  Əcəba, bunun üçün 

kim çalışmalıdır?  Şübhəsiz ki, uşaq ataları ilə bilхassə möhtərəm 

müəllimlər çalışmalıdırlar. Biz isə arada yalnız bir vasitə ola bilərik».    

Həmçinin, «Məktəb» jurnalı ilk nömrəsində belə bir fikirlə 

çıхış edirdi ki, artıq geniş  хalq kütləsinin elmə, təhsilə  həvəsi 

günbəgün artdığından və yeni üsul məktəblərinin sayı   

                                                 

1

 Бах: Я.Аьайев. «Ушаг ядябиййаты: бюйцйян няслин тярбийясиндя мцщцм 



васитя», «Тящсил вя заман» гязети, 2008, 14 нойабр. 


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə