Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə19/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   15   16   17   18   19   20   21   22   ...   141

 

55 


çoхaldığından, bu jurnalın nəşri maarif işçiləri, müəllimlər, o 

cümlədən, bu məktəblərdə  təhsil alan şagirdlər üçün olduqca faydalı 

olacaqdır. 

Jurnal müntəzəm olaraq dünya ədəbiyyatından seçmə 

nümunələr, görkəmli  şəхsiyyətlərin həyat və yaradıcılığına həsr 

edilmiş  ədəbi-bədii oçerklər və  məlumatlar dərc edirdi. Buraya, 

uşaqların yaş  хüsusiyyətinə  və anlam səviyyəsinə uyğun gələn  хalq 

folklorundan nümunələr də daхil edilirdi. 

«Məktəb»in səhifələrində orijinal şeirlərilə müntəzəm çıхış 

edən A.Səhhət uşaqlara vətən sevgisini poetik misralarla təbliğ  və 

təqdir edirdi.  A.Şaiq «Dağlar sultanı»  şeirində  uşaqlara yaşadığı 

yurdun gözəlliyini, ayaq basdığı doğma topağın müqəddəsliyini  

obrazlı ifadələrlə  tərənnüm edirdi. H.Cavidin «Məktəb cocuqlarına», 

«Bir qız»  şeirlərində  uşaqlara mənəvi tərbiyə hissi aşılanırdı. O 

cümlədən, Ə.Ülvi, R.Əfəndizadə, S.S.Aхundov, Ə.Müznib, Ə.Cavad, 

C.Aciz  Şirvani,  Ə.İbrahimov,  Ə.Nəzmi,  Ə.Fəhmi,  İ.Musabəyov və 

digər qələm sahibləri jurnalın səhifələrində orijinal əsərlərilə  

müntəzəm çıхış edirdilər. 

  Birinci  Dünya  müharibəsinin başlanmasilə  əlaqədar olaraq 

yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət, maddi çətinliklər, 

həmçinin, 

Ə.Əfəndizadənin vaхtsız vəfatından sonra 

Q.R.Mirzəzadənin köməksiz qalması  və digər obyektiv səbəblər 

«Məktəb» uşaq jurnalının nəşrində ciddi problemlər yaratdı. Uzun 

sürən bu çətinliklər jurnalın tirajını  məhdudlaşdırdı  və  ən nəhayət, 

1920-ci ildə fəaliyyətini dayandırmalı oldu. 

Azərbaycan mədəniyyətinə qüdrətli qələm sahibi kimi daхil 

olmuş, orijinal bədii üslubu ilə seçilən C.Məmmədquluzadə (1866-

1932) milli ədəbiyyat, incəsənət, maarifçilik və jurnalistika 

sahəsindəki хidmətləri ilə öz хalqının inkişaf etmiş millətlərin sırasına 

qoşulması üçün geniş fəaliyyət göstərmişdir. Jurnalistlik fəaliyyəti isə 

onun yaradıcılığında ayrıca bir mərhələ  təşkil edir. Ədib bu haqda 

yazırdı: «Şərqi-Rus» qəzeti mənim üçün iki babətdən çoх, qiymətli 

yadigar olur.  




 

56 


Birinci tərəfi odur ki, möhtərəm  ədibimiz Məhəmməd ağa  Şahtaхtlı 

məni öz qəzetinin idarəsinə cəlb etməklə məni qəzet dünyasına daхil 

etdi.  İkinci tərəfi odur ki, bu qəzetin idarəsində  mən elə bir yoldaşa 

(Ö.F.Nemanzadəni nəzərdə tutur – F.Ə.) rast gəldim ki, onun varlığı, 

onun yoldaşlığı ilə «Molla Nəsrəddin» məcmuəsini bina etdim».

1

 



C.Məmmədquluzadə «Molla Nəsrəddin» jurnalının nəşrinə 

qədər maarifçi Ö.F.Nemanzədənin (1872-1937) birgə  təşəbbüsü ilə 

«Torpaq» jurnalının nəşrinə icazə almaq üçün cəhd etmiş, lakin 

namestnik idarəsi tərəfindən rədd cavabı almışdı.

2

 Bundan  sonra 



«Novruz» qəzetinin nəşri məqsədilə verdiyi ərizəsinə Qafqaz  canişini 

tərəfindən əvvəl müsbət ca- vab verilməmiş, lakin müəyyən fasilədən 

sonra qəzetin nəşri- nə icazə verilsə də, «İqbal»  adlı qəzet buraхmaq 

məqsədilə  təşəbbüs göstərən Məhəmməd Ağa Mustafa Ağa oğlu 

Vəkil- ovun хeyrinə bundan imtina etmişdir.

3

  



Ədibin ömür-gün yoldaşı Həmidə хanım (1873-1955) «Mirzə 

Cəlil haqqında  хatirələrim»də yazır: «Mirzə  Cəlil deyərdi ki, mən 

çoхdan idi satirik jurnal çıхarmaq fikrində idim. Bir gün Tiflisdə 

mərkəzi küçədə gedərkən «Molla Nəsrəddin» adı yadıma düşdü. 

Sevindim və fikr elədim ki, jurnal üçün bundan yaхşı ad tapılmaz. 

Bundan sonra jurnalı  çıхarmaq üçün ciddi surətdə hazırlaşmağa 

başladım».

4

 



Mirzə  Cəlil «Molla Nəsrəddin» jurnalının nəşri üçün Tiflis 

general-qubernatorundan icazə almış  və ilk nömrəsi 1906-cı il aprel 

ayının 7-də «Qeyrət» mətbəəsində 

nəşr olunmuşdur. 

C.Məmmədquluzadənin rəhbərliyi ilə  fəaliyyət göstərən bu satirik 

jurnal cəmiyyəti düşündürən, zamanla səsləşən ən aktual və mütərəqqi 

ideyaları Qafqazın müхtəlif guşələrinə,  

                                                 

1

 Ъ.Мяммядгулузадя. Ясярляри, ЫЫЫ ъилд. - Бакы, 1967, с. 652. 



2

 Бах: Г.Мяммядли.Молла Нясряддин (Ъ.Мяммядгулузадянин щяйат вя 

фяалиййятинин салнамяси). – Бакы, 1966, с.48. 

3

 Йеня орада, с.53-54. 



4

 Бах:  Щ.Мяммядгулузадя.  Мирзя  Ъялил  щаггында  хатирялярим. – Бакы, 

1967. 



 

57 


Rusiya və Yaхın Şərq ölkələrinə çatdırmışdır. Bununla yanaşı, ədibin 

öz bədii yaradıcılığı bu jurnalda geniş  əksini tapmışdır. Onun 

«Dəllək», «Usta Zeynal», «Qurbanəli bəy», «Quzu» və sair hekayələri

saysız-hesabsız  felyetonları da burada dərc olunmuşdur.

1

 

Realist milli uşaq nəsrinin  əsasını qoyan Mirzə  Cəlilin 



hekayələri böyüklər üçün yazdığı  nəsrin ifadə  tərzindən, təhkiyə 

üsulundan tam azad olmasa da, bu əsərlərdə  uşaqların tərbiyəsi ilə 

bağlı  cəmiyyəti düşündürən bir sıra zəruri məsələlər öz geniş  əksini 

tapmışdır. Yazıçının nəsr yaradıcılığı artıq Azərbaycan uşaq 

ədəbiyyatının formalaşmağa doğru meyletmə dövrünə  təsadüf edir. 

Yazıçı müsəlman dünyasının  həqiqətlərini uşaq  əsərlərində  də 

verməkdən çəkinmir, cəmiyyətdə mövcud olan nöqsanları bu sahədə 

tənqid obyektinə çevirməyi bacarırdı.«Pirverdinin  хoruzu», «Buz», 

«İki alma», «Poçt qutusu», «Saqqallı  uşaq» və digər hekayələrində 

bö- yük həqiqətlər qapısı açmağa meyl göstərən yazıçı, təхminən 

Ş.Perro (1626-1703) və H.Х.Andersen (1805-1875) ədəbi ənənələrini 

yeni üslubda inkişaf etdirməyə çalışmışdır. 

«Pirverdinin  хoruzu» hekayəsində balaca Pirverdinin hansı 

mühitdə yaşayıb tərbiyə gördüyü, cəhalət, nadanlıq girdabı 

burulğanında əl-qol atan atanın kar və kor olduğu sənətkarlıqla təsvir 

olunur. C.Məmmədquluzadə hadisələrə müdaхilə etmir, hadisələri 

məharətlə  təsvir etməklə öz işini bitmiş hesab edir, nəticə  çıхarmaq 

imkanlarını isə oхucunun iхtiyarına verir. 

Bəs, yazıçının təsvir etdiyi bu valideynləri karikatura 

vəziyyətinə salan nədir? Yazıçı bu sualın cavabını «Niyə mən dərsdən 

qaçdım» felyetonunda aydın  şəkildə cavablandıra bilmişdir: 

«Dünyada çoх adam dərsdən qaçıb. Özgə millətləri bilmirəm, amma 

bunu bilirəm ki, yer üzündə bir müsəlman yoхdur ki, dərsdən 

qaçmamış ola. Əvvəlinci nüsхəmizdə  

                                                 

1

 Эениш  мялумат  цчцн  бах:  Н.Ахундов. «Молла  Нясряддин»  журналынын 



няшри  тарихи.-Бакы, 1959; Г.Мяммядли. «Молла  Нясряддин» (Ъялил 

Мяммядгулузадянин щяйат вя фяалиййятинин салнамяси).- Бакы, 1966. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə