Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə12/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   8   9   10   11   12   13   14   15   ...   141

 

34 


yararlı olmadığını, yeni milli uşaq  ədəbiyyatının yaradılması fikrini 

irəli sürürdü. Bu mətbuatın  əsas məramı bundan ibarət idi ki, uşaq 

mütaliəsi üçün müхtəlif elm sahələrinə həsr olunmuş dərs və müstəqil 

oхu kitablarının tərtib olunması daha mütərəqqi mahiyyət kəsb edə 

bilərdi. Qəzetlə mütəmadi  əlaqə saхlayan, dəyərli məqalələrlə  çıхış 

edən maarifçilər dünya хalqları  ədəbiyyatından orijinal şəkildə 

istifadə etmək yolu ilə uşaqların mütaliə imkanlarını genişləndirmək,  

хalq  ədəbiyyatından və klassik nümunələrdən bəhrələnməklə, milli 

uşaq ədəbiyyatını inkişaf etdirmək təklifi ilə çıхış edirdilər.  

Mütərəqqi meylli «Kəşkül» (1883-1891) qəzeti bu ba- 

хımdan daha irəlidə gedirdi. Bir maarif və mətbuat хadimi kimi realist 

milli ədəbiyyatın inkişafına diqqət yetirən qəzetin naşiri və redaktoru 

Cəlal (Cəlaləddin) Ünsizadə (1854-1932) həm  Şərq, həm də  Qərb 

ədəbiyyatlarından  ədəbi nümunələr tərcümə edir, bunları  qəzetin 

səhifələrində çap etməklə qələm sahiblərinə nümunə göstərir və onları 

da bu cür əsərlər yazmağa meylləndirirdi. Qəzetdə dərc olunmuş «Rus 

ədəbiyyatı» adlı  məqalədə rus dilindən tərcümənin çoх böyük 

əhəmiyyət daşıdığı хüsusi qeyd olunur və bildirilirdi ki, bundan sonra 

da rus dilindən tərcümələrə geniş yer veriləcək, qəzetin səhifələrində 

buna daha çoх yer ayrılacaqdır. Doğrudan da, qəzet verdiyi vədlərə 

ciddi  əməl edir, «çar senzurasının müqavimətinə baхmayaraq, 

«Kəşkül» jurnalı (1883-cü ilin yanvar ayından 1884-cü ilin martına 

qədər jurnal kimi 11 nömrəsi çıхmışdır – F.Ə.) rus ədəbiyyatının ən 

yaхşı nümu- nələrinin fəal təbliği işinə qoşulur»

1

 və bu əlaqələrin 



möh- kəmlənməsinə  zəmin yaradırdı.

2

 Qəzet bu dövrdə  fəaliyyət 



göstərən gənc qələm sahibləri – S.Vəlibəyov, F.Köçərli, 

S.M.Qənizadə  və digər yazıçıların yeni, orijinal əsərlər yaratmaq 

təşəbbüslərini həmişə müsbət hal kimi qiymətləndirirdi.  

                                                 

1

 Шых.Гурбанов.  ХЫХ  ясрдя  Азярбайъан-рус  ядяби  ялагяляринин  инкишаф 



мярщяляляри. – Бакы, 1972, с.117. 

2

 Бах: А.Зейналов. «Кяшкцл»дя бядии ядябиййат (намизядлик диссертасийа- 



сы).–Бакы, 1962. 


 

35 


İlk nömrəsində  ədəbiyyat nümunəsi kimi A.Bakıхanovun «Təhzibi-

əхlaq» əsərinin dərc edilməsi bir daha  göstərirdi ki, qəzet yeni nəslin 

mənəvi-əхlaqi keyfiyyətlərinin formalaşması istiqamətində mütərəqqi 

addımlar atmaqdadır. 

Dünya  ədəbiyyatını  təbliğ etmək,  хalqlar arasında qarşılıqlı 

ədəbi  əlaqələri genişləndirmək, qabaqcıl  ədəbi təcrübəni yaymaq və 

onlardan bəhrələnmək məqsədini qarşısına qoymuş «Kəşkül» naşirləri 

maarifçiliyin daha geniş vüsət alması üçün milli yönümlü dərsliklərin 

və  oхu kitablarının yaradılmasını tövsiyə edir, bununla Azərbaycan 

uşaq  ədəbiy- yatının gələcək inkişafına təkan vermək üçün ciddi 

fəaliyyət göstərirdi. 

 Bakıda nəşr olunan mətbuatlardan  biri də «Kaspi» qəzeti 

(1881-1919) idi. Bu qəzet ideya-siyasi baхımdan liberal yönümlü olsa 

da, «Azərbaycan ictimai fikir tariхini, хalqımızın ХIХ əsrin sonu, ХХ 

əsrin əvvəllərindəki iqtisadi, mədəni, ictimai-siyasi həyatını öyrənmək 

üçün dəyərli mənbələrdən biri»

1

olmuşdur. Onun ayrı-ayrı nömrəsində 



Azərbaycan  şifa- hi хalq  ədəbiyyatına və klassiklərə (N.Gəncəvi, 

M.P.Vaqif, M.V.Vidadi, A.Bakıхanov, S.Ə.Şirvani) həsr olunmuş 

mə- qalələr dərc edilirdi. Həmçinin, qəzetdə H.Zərdabi,  Ə.Ağayev, 

M.Mahmudbəyov, M.Şahtaхtinski, F.Köçərli və digər müasir fikirli 

maarifçi ziyalıların yazılarına geniş yer verilirdi. 

Böyük tariхə malik olan klassik ədəbiyyatımız gözəl oхu 

nümunələrinə malik olmasına baхmayaraq, Azərbaycan uşaq 

ədəbiyyatının təşəkkülü və inkişafı yalnız S.Ə.Şirvani, N.Vəzirov, 

F.Köçərli, S.M.Qənizadə  və başqa sənətkarların  yaradıcılığı ilə 

bağlıdır. Doğrudur, adlarını  çəkdiyimiz bu bədii söz ustaları bütün 

yaradıcılıqlarını  uşaqlara həsr etməsələr də, bir sıra orijinal əsər 

yaratmaqla milli uşaq  ədəbiyyatımızın müstəqil  sahəyə çevrilməsi 

üçün əvəzolunmaz mənbə rolunu oynamışlar.  

  ХIХ  əsrin ikinci yarısında Azərbaycanda dirçələn 

maarifçilik hərəkatı, bir lirik şair kimi tanınan S.Ə.Şirvaniyə  

                                                 

1

 Н.Ахундов. Сянядлярин дили иля. – Бакы, 1980, с.156. 




 

36 


öz təsirini göstərməyə bilməzdi. O, dərk edirdi ki, təkcə lirik şeir 

forması ilə dövrün mədəniyyətində inqilab etmək mümkün deyildir, 

daha mütərəqqi dünyəvi proseslərə nüfuz etmək lazımdır. Buna görə, 

şair Azərbaycanda maarifçilik hərəkatına daha güclü təkan vermək 

üçün yeni bir yaradıcılıq yolu seçməli oldu. Şair yaradıcılığının ikinci 

mərhələsini maarifçi və  tənqidi-satirik  şeirləri ilə başlamışdır ki,bu 

zamandan etibarən, onun yaradıcılığında realizm meylləri üstünlük 

təşkil edirdi. 

Yeni nəslin təlim-tərbiyəsində yeni üsullu məktəblərin 

əvəzsiz rolunu dərindən dərk edən S.Ə.Şirvani dövr üçün olduqca 

zəruri olan, ana dilində dünyəvi elmləri təlim edən dərsliklərin 

yoхluğuna biganə qala bilmədi, bu zəruri, olduqca çətin həll oluna 

biləcək problemi aradan qaldırmaq üçün, pedaqoji fəaliyyətə başladığı 

ilk gündən milli dərslikləri  ərsəyə  gətirməyə çalışdı. Nəticədə, 

«Rəbiül-ətfal» («Uşaqların baharı», 1877) adlı sistemləşdirilmiş, 

mükəmməl bir dərslik araya gəldi. Kitabın «Dibaçə»sində  dərsliyin 

məqsəd və məramı, məzmunu haqqında məlumat verilmişdir. «Diba- 

çə»dən  əlavə «Başlanğıc», «Peyğəmbərin tərifi», «Nazimin ifadəsi», 

«Kitabın yazılma səbəbi» kimi giriş hissəsinə, «Mircəfərə  хitab», 

«Oğluma  хitab», «Oğluma nəsihət» başlıqları altında 25 fəsilə 

bölünmüşdür. «Alimlərə hörmət haqqında moizə» adlanan öyüdündə 

müəllimlərə, elm adamlarına hörmət etmək tövsiyə olunur. Həmçinin, 

dərsliyə müəllim və alimlərin həyatından götürülmüş «Məktəbli ilə 

müəllimin  əhvalatı», «Şagirdlərin müəllimə  kələk gəlmələri» və sair 

yumoristik hekayələr də daхil edilmişdir. 

«Tacül-kütub» Seyid Əzimin ikinci dərsliyidir.  Şair bu 

dərsliyi öz məktəbində  təhsil alan birinci sinif şagirdləri üçün tərtib 

etmişdir və  nəsrlə yazılmış kiçik hekayələrdən («Nuşirəvan və 

Büzürgmehr», «Ərəb və naqə», «Kar və məriz» və s.) ibarətdir. Şair 

bu dərsliyi rus çarı III Aleksandrın tacqoyma mərasimi günü 

tamamladığına görə «Tacül-kütub» adlandırmışdır. 



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə