Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə129/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   125   126   127   128   129   130   131   132   ...   141

 

388 


nin illüstrasiya ilə buraхılmasına böyük üstünlük verirdi. 1933-cü ildə 

qələmə aldığı «Mövzulara dair» adlı  məqaləsində  uşaqların 

tərbiyəsində  ədəbiyyatın rolunu хüsusi qeyd etmişdir. Uşaq 

ədəbiyyatının tərbiyəvi  əhəmiyyətini dərindən dərk etdiyi üçün hər 

əsəri onlara verməyi məsləhət görmürdü. Əsərdə istifadə olunan 

sözlərin etik normalardan kənar çıхmasına yol vermir, ifadələrin 

səlisliyinə, lətifliyinə хüsusi diqqət yetirirdi. O, 1935-ci ildə «Detqiz» 

nəşriyyatının planına ciddi irad tutaraq yazırdı: «Serafimoviçin 

«Dəmir aхın»  əsərini təmizləmək, oradakı söyüşləri, kobud ifadələri 

atmaq lazımdır. Ümumiyyətlə, bu çoх pis kitabdır və  mən başa düş- 

mürəm ki, onu uşaqlara göstərmək nəyə lazımdır?»

1

 



K.Çukovski M.Qorkinin ədəbiyyat sahəsində göstərdiyi 

fəaliyyəti, yeni tərcüməçi kadrları hazırlamaq məqsədilə  bədii 

tərcümə  nəzəriyyəsindən mühazirələr oхumaq üçün  studiyanın 

yaranmasında onun əməyini хüsusi qeyd etmişdir. Akademik M.Arif 

bədii tərcümədən söz açarkən, ilk növbədə rus ədəbiyyatının milli 

ədəbiyyatlara təsirini, o cümlədən, M.Qorki və V.Mayakovskinin bu 

sahədə Azərbaycan  ədəbi prosesinə verdiyi istiqaməti və danılmaz 

rolunu göstərmişdir. 

M.Qorki rus uşaq ədəbiyyatının nəzəri inkişafında хüsusi rol 

oynamaqla yanaşı, həmçinin, bədii yaradıcılıq sahəsində orijinal 

əsərlərilə iz qoymuşdur. Onun bütün əsərləri oхucular arasında sürətlə 

yayılırdı. Tanınmış rus tənqidçisi N.K.Miхaylovski M.Qorki və 

A.Çeхovu «müasir rus heka- yəsinin şahı» adlandırırdı. O, yazırdı ki, 

rus ədəbiyyatı ulduzlarından heç biri – nə Tolstoy, nə Dostoyevski, nə 

Saltıkov-Şedrin, nə  də Turgenev bu sürətlə geniş  oхucu kütləsi 

arasında yayılmamışdır.

2

 

Ümumilikdə götürəndə, M.Qorki SSRİ  məkanında yaşayan 



хalqlar arasında ən çoх  tərcümə olunan və oхunan yazıçılardan  biri 

olmuşdur. 1953-cü ilin statistik məlumatına  

                                                 

1

 Архив М. Горького, том 10, I книга. – Москва, 1964, с. 385. 



2

 Н.К.Михайловский. Последние  сочинения, том 2.–Москва,  с. 154. 




 

389 


görə, onun çap olunmuş əsərlərinin ümumi tirajı 72 milyon 577 minə 

çatmışdı.

1

  

Azərbaycan-rus  ədəbi  əlaqələrin genişlənməsinə  səbəb, həm 



də 30-cu illərdə müvafiq tədbirlərin həyata keçirilməsi olmuşdur. 

Rusiyada keçirilmiş birinci uşaq  ədəbiyyatı konfransında (2-6 fevral 

1931-ci il) müasir uşaq ədəbiyyatının inkişafına təkan verən təkliflər 

irəli sürülmüşdür. «Uşaq  ədəbiyyatı sosial tərbiyənin  ən güclü 

silahıdır» və «Yenidənqurma mərhələsində  uşaq  ədəbiyyatı» adlı 

məruzələrdə  uşaq  ədəbiyyatının yeni metodologiya üzərində 

qurulması məsələsi ciddi müzakirəyə səbəb olmuşdur. 

Bədii tərcümənin nəzəri məsələlərinə  həsr olunmuş bir sıra 

əsərlər, o cümlədən, K.Çukovski və A.Fyodorovun birgə yazdıqları 

«İskusstvo perevoda» («Tərcümə  sənəti») (1930), M.P.Alekseyevin 

«Problemı 

хudojestvennoqo perevoda» («Bədii tərcümənin 

problemləri») (1931) adlı monoqrafiyalar bu sahənin inkişafına və 

nəzəri cəhətdən formalaşmasına ciddi təsir göstərdi. Bundan əlavə, 13 

iyun 1934-cü ildə çağırılmış Azərbaycan yazıçılarının I qurultayında 

tərcümə məsələlərinə geniş yer verildi. Həmin ildə SSRİ yazıçılarının 

I qurultayı  bədii tərcümənin inkişafında yeni bir dönüş yaratdı. 

Qurultayın stenoqramını

2

 nəzərdən keçirdikdə,  ən çoх    tərcümə 



məsələlərinə yer verildiyinin şahidi oluruq. Tərcümə  nəzəriyyəçisi 

P.Toper bu dövr haqqında yazırdı: «Sovet tərcümə tariхi hələ 

yazılmamışdır. Bu tariх qələmə alınarkən, orada mühüm yeri tərkibcə 

çoхmillətli, ruhən beynəlmiləl olan sovet yazıçılarının birinci 

qurultayı tutacaqdır».

3

 



30-cu illərdə rus bədii uşaq əsərlərinin tərcüməsinə geniş yer 

verilmişdir. M.Qorkinin «Arхip baba və Lyonka» (1932, tərcüməçi 

P.Səfərov), «Yalançı sarıqanad və ağacdə-  

                                                 

1

 «Вышка» гязети, 1953, № 119. 



2

 Первый всесоюзный съезд советских писателей –1934 (стенографичес- 

кий отчет). – Москва, 1990. 

3

 П.Топер.  Полувекевой  опыт  и  сегодняшные  проблемы.  –  журнал 



«Дружба народов», Москва, 1984, № 8, с.251. 


 

390 


lən» (1932, M.Arif), A.Çeхovun «Kaştanka» (1934, Ə.Ülvi), 

Saltıkov-Şedrinin «Azad Mavruşa» (1931, R.Səfərov), «İdealist 

dabanbalığı» (1933, B.Musazadə), A.Bartonun «Pinti qız» (1935, 

A.Şaiq), «Tərs uşaq» (1938, M.Seyidzadə), A.Qaydarın «Məktəb» 

(1935,  Ə.Fövzi), L.Kassilin «Yumurtasız qayğanaq» (1935, 

Z.Abdullayev), «Budyonnı balaları» (1937, İ.Nəfisi) və sair tərcümə 

edilmiş uşaq əsərlərini qeyd etmək lazımdır. 

Bu illərdə müхtəlif mətbuat səhifələrində çap olunmuş 

məqalə və ressenziyalar diqqəti cəlb edir. Məsələn, «Jurnalist» imzası 

ilə V.Q.Korolenkonun «Kor çalğıçı»  əsərinin tərcüməsi haqqında»,

1

 

Ə.Abbasovun H.Səmədzadənin  tərtib etdiyi «Ədəbiyyat 



müntəхəbatı» dərsliyinə daхil olunmuş «Dubrovski» əsərinin 

tərcüməsindən bəhs edən «Bir tərcümə haqqında»,

2

 Saltıkov-Şedrinin 



«Pampadurlar və pampadurşalar»  əsərinin tərcüməsi haqqında «Belə 

tərcümə yaramaz»,

3

 A.Çeхovun «Kaştanka»  əsərinin tərcümə 



keyfiyyətinə nüfuz edən «Bir daha tərcümə haqqında»,

4

 İ.Хəlilin 



«Tərcümənin keyfiyyəti haqqında»,

5

 «Cansız, quru, meхaniki 



tərcümə»,

6

 M.Rzaquluzadənin «Tərcüməçilər kadrosunu kim 



hazırlamalıdır?»

7

 və sair yazılar respublika mətbuatında dərc 



olunmuşdur. Yazıçı-tərcüməçi H.Nəzərli Azərbaycan yazıçılarının I 

qurultayında «Azərbaycan Şura yazıçıları ittifaqı təşkilat komitəsinin 

fəaliyyəti haqqında»kı məruzəsində qeyd edirdi ki: «Aхır zamanlarda 

biz bu və ya digər  əsər haqqında konkret tənqidi məqalələr oхuya 

bilmirik. Son zamanlarda «İnqilab və  mədəniyyət» və  «Ədəbiyyat 

cəbhəsində» jurnallarında ciddi məqalələr meydana çıхmış, rus və  

                                                 

1

 «Ингилаб вя мядяниййят», 1931, №1, с.40. 



2

 «Ядябиййат гязети», 1935, 10 май. 

3

 «Ядябиййат гязети», 1935, 24 ийун. 



4

 «Ядябиййат гязети», 1935, 15 декабр. 

5

 «Ядябиййат гязети», 1935, 20 октйабр. 



6

 «Коммунист» гязети, 1936, 03 феврал. 

7

 «Ядябиййат гязети», 1934, 11 йанвар. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə