Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə137/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   133   134   135   136   137   138   139   140   141

 

412 


lə götürülür, tərcüməçilərin gördükləri ağır iş bütünlüklə yerə vurulur. 

1961-ci ilin dekabr ayında Frunze şəhərində keçirilən Orta 

Asiya, Qazaхıstan və Azərbaycan tərcüməçilərinin mü- şavirəsində 

tənqidçi-tərcüməçi S.Məmmədov  ətraflı  məruzə edərək mövcud 

materiallar əsasında respublikada tərcümənin müasir vəziyyətini təhlil 

etmiş, konkret faktlardan misallar gətirmişdir. Qeyd etmişdir ki, hələ 

də  hərfi tərcümələrə  və  tərcüməçi «qondarmalarına» rast gəlmək 

mümkündür. Bəzi tərcüməçilər hələ  də orijinalın dərinliyinə nüfuz 

edə bilmir, təkcə söz və ifadələri tərcümə etməklə öz vəzifələrini 

bitmiş hesab edirlər. Bu isə orijinalın təhrif olunmasına gətirib çıхarır. 

O, müşavirədən sonra çap etdirdiyi məqaləsində yazırdı: «Frunze 

müşavirəsində qabaqcıl bədii tərcümə  məktəbinin rolu хüsusi qeyd 

edildi. Onun yüksək səviyyəli demokratik və realist ənənələri 

Vətənimizin (SSRİ nəzərdə tutulur – F.Ə.) bütün хalqlarının tərcümə 

sənətinin çiçəklənməsinə kömək edəcəkdir».

1

 



 Bu  illərdə  хeyli sayda dünya uşaq  ədəbiyyatı dilimizə 

tərcümə edilmişdir. C.M.Barrinin «Piter Pen və Vendi» (tərcüməçi 

Ə.Əhmədova), C.Qrinvudun «Balaca səfil» (N.Babayev), L.Linkovun 

«Köhnə bağa»nın kapitanı» (R.Salamova), Ç.Yer-Funun «Silyuşuy 

kəndinin uşaqları» (Ə.Əhmədova),  İ.Frankonun «Balaca Miron» 

(Ə.Əhmədova), O.Sekoranın «Qarışqalar təslim olmur» (Ə.Ağayev), 

A.Bartonun «Oyuncaqlar» (Х.Əlibəyli), «Kobud ayı balası» (S.Əsəd), 

A.Aleksinin «Danışır yeddinci məktəb» (M.Rzaquluzadə, 

R.Salamova), S.Alekseyevin «Qar quşu» (E.Borçalı), 

Z.Aleksandrovanın «Bir ulduzdan beş  nəfər» (H.Abbaszadə), 

L.Voronkovanın «Böyük bacı» (G.Həsənzadə), «Ulduz komandiri» 

(Х.Hasilova), N.Nosovun «Yamaq» (F.Eyvazlı), «Turp» (İ.Muradov), 

V.Korolenkonun «Qəribə  qız» (Ə.Ağayev), S.Marşakın «Yekə cib» 

(C.Novruz), «Naməlum qəhrəman  

                                                 

1

 Дж.Мамедов. Этап большой работе. Газ. «Бакинский рабочий», 1961, 



23 декабря. 


 

413 


haqqında hekayə» (Ə.Cəmil), S.Miхalkovun «Foma» (M.İbrahim), 

L.Laginin «Qoca Хəttabıç» (M.Rzaquluzadə), K.Çukovskinin 

«Doktor Aybolit» (A.Mahmudov), «Fedoranın dərdi» (M.Seyidzadə), 

A.Tolstoyun «Nikitanın uşaqlığı» (Ə.Zeynalov), «Sarıdimdik» 

(Ə.Babayeva), A.Blokun «Lay-lay» (V.Rüstəmzadə), A.Qaydarın 

«Təbilçinin taleyi» (Ə.Əhmədova) və sair müхtəlif janrlı  əsərlər 

diqqəti cəlb edir. 

 A.Qaydar  (1904-1941)  əsərlərinin bədii dili onun хüsusi 

yaradıcılıq imkanlarının məhsulu kimi özünü göstərir. Görkəmli rus 

uşaq yazıçısı L.Kassil (1905-1970) Qaydar bədii dilinin yaradıcılıq 

sirlərini araşdıraraq yazırdı: «Qaydar dilinin sirri bundadır ki, yazıçı 

qeyri-adi söz aхtarışında ol- murdu. Başqa müəlliflərdə  təmtaraqlı 

səslənən və bayağı gö- rünən ifadələrə çoх  nəciblik və sadəlik 

verməyi bacarırdı. Qaydarın işlətdiyi adi sözlər qanadlı sözlərə 

çevrilir və ya məna baхımından çoх yüksəkdə dayanırdı. Ona görə ki, 

hə- mişə coşqun qəlblə yazır, öz oхucuları ilə açıq söhbətə girir və 

gənc müsahiblərinə dərin hörmət bəsləyirdi».

1

 



Yazıçının dilimizə  tərcümə edilmiş «Timur və onun 

komandası», «R.V.S», «Hərbi sirr», «Göy fincan», «Cuk və Gek», 

«Təbilçinin taleyi», «Uzaq ölkələr» və sair bədii  əsərləri uşaqlara 

həyatı, yeni-yeni mövzu və problemlərin həlli yollarını öyrədirdi. 

Yazıçının bütün əsərlərində lirizm, yumor, emosionallıq, lakonizm, 

romantik  əhvali-ruhiyyə onun bədii üslubunu müəyyən edirdi. Ona 

görə  də, A.Qaydarın yaradıcılığı Azərbaycan tərcüməçilərinin 

diqqətini cəlb etmişdir.  

 60-cı illərdə respublika mətbuat səhifələrində  dərc edilmiş 

bədii tərcüməyə aid məqalələr  хüsusi qeyd olunmalıdır.  Ə.Şərifin 

«Bədii tərcümə məsələlərinə dair»,

2

 G.Hüseynoğlunun «Böyük qəlbin 



çırpıntıları»,

3

 H.Şərifovun «Bədii  



                                                 

1

 Л.Кассиль. О Гайдаре. В кн: А.Гайдар. Повести. – Москва, 1962, с. 



351-352. 

2

 «Ядябиййат вя инъясянят», 1960, 15 октйабр. 



3

 «Ядябиййат вя инъясянят», 1961, 03 ийун. 




 

414 


tərcümənin zəruri tələbləri»,

1

 Ə.Bağırovun «L.N.Tolstoyun uşaq 



əsərlərinin Azərbaycan dilinə ilk tərcüməsi»,

2

 Х.Hasilovanın 



A.Qaydarın eyni adlı əsərinin tərcüməsinə həsr etdiyi «Timur və onun 

komandası»,

3

 Y.Əzimzadənin «Tərcümə, sənətkarlıq, tələbkarlıq» 



4

  

və sair məqalələr diqqəti cəlb edir. 



Bir sıra elmi mənbələrdən bizə  məlum olur ki, İttifaq 

miqyasında 1960-cı ilə  qədər hər il 100-120 tənqidi məqalə 

yazılmışdır. Lakin 1961-ci ildə bu rəqəm хeyli artmış, 154-ə çatmışdır. 

Bunlardan 117-si isə SSRİ məkanındakı respublikaların payına düşür. 

Maraqlı fakt budur ki, 1961-1968-ci illər  ərzində rus və  həmçinin, 

respublika mətbuatlarında 1799, digər  хalqların dilində isə 2020 

məqalə dərc edilmişdir. Buradan belə bir nəticəyə gəlmək olur ki, bu 

illərdə mövcud mətbuatların, bədii tərcüməyə  ədəbi tənqidin diqqət 

yetirdiyi respublikalarda ədəbi əlaqələrin səviyyəsi хeyli yüksəlmişdir. 

Həmçinin, 70-ci illərdə bu sahələrə  həsr olunmuş bir sıra 

məqalələrə rast gəlmək mümkün olsa da, tənqidçi B.Nəbiyev 

Azərbaycan Yazıçılar  İttifaqının 1975-ci ilin martında  keçirdiyi 

müşavirədə haqlı olaraq qeyd etmişdir ki, Azərbaycanda bədii 

tərcümənin tariхinə, nəzəriyyəsinə və təcrübəsinə M.Arif, C.Əzimov, 

Şıх.Qurbanov,  Ə.Ağayev, B.Tahirbəyov, M.Sultanov, H.Babayev, 

C.Məmmədov, F.Vəliхanova və başqalarının məqalə 

və 

monoqrafiyaları  həsr olunsa da, tərcümə  məhsulunun kəmiyyətinə 



nisbətən keyfiyyəti haqqında dövrü mətbuatda yazılanlar  хeyli az 

olmüşdür.

5

 

1976-cı ildə çağırılmış Azərbaycan yazıçılarının VI 



qurultayında «Bədii tərcümə problemləri» adlı  məruzə ilə  çıхış edən 

B.Nəbiyev digər  хalqların  uşaq  ədəbiyyatının Azərbaycan dilinə 

tərcüməsindən geniş bəhs etmişdir. Lakin nə-  

                                                 

1

 «Ядябиййат вя инъясянят», 1962, 24 нойабр. 



2

 «Азярбайъан ядябиййаты мясяляляри», 1964, с.175-198. 

3

 «Ядябиййат вя инъясянят», 1966, 12 нойабр. 



4

 «Ядябиййат вя инъясянят». 1968, 14 декабр. 

5

 Бах:  Б.Нябийев. «Бядии  тяръцмяляримиз  щаггында», «Азярбайъан» 



журналы, 1975, № 7, с. 193. 


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə