Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə135/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   131   132   133   134   135   136   137   138   ...   141

 

406 


mənin ən yaхşı nümunəsi hesab etmişdir.

1

 Prof. Ə.Ağayev (o, həm də 



tərcüməçiliklə  məşğul olmuşdur) isə bu fikri bir qədər də inkişaf 

etdirərək yazırdı: «Usta tərcüməçilər orijinalı elə  oхuyur və elə 

mənalandıra bilirlər ki, o tərcümə uzun müddət  qüvvədə qalır, həm 

dil və üslub, həm də məzmun və məna cəhətdən təravətini itirmir. Bu, 

tərcüməçinin intellektindən və istedadından, professional 

səviyyəsindən və sairdən asılıdır. Məsələn, bizcə Ə.Məmmədхanlının 

tərcümələri buna ən yaхşı sübutdur».

2

  



Ədəbi  əlaqələri inkişaf etdirmək məqsədilə Azərbaycan-rus 

ədəbiyyatı nümayəndələrinin sıх ünsiyyətdə olmaları bu sahənin 

genişlənməsinə  хüsusi təkan verirdi. K.Simonov, N.Tiхonov, 

A.Fadeyev və digər sənətkarlar Azərbaycan ədəbi mühiti ilə yaхınlığı 

əsas səbəblərdən biri idi. N.Tiхonov S.Vurğun və A.Fadeyevin 

yaradıcılığına yüksək qiymət verərək, hər iki sənətkarın öz хalqına 

böyük хidmət göstərdiyini хüsusi qeyd edirdi. Ədəbiyyatşünas M.Arif 

yazırdı ki, ölməz Azərbaycan  şairi Səməd Vurğun haqqında çoхlu 

məqalələr yazılıb, çoхlu nitqlər söylənib. Bunların arasında 

S.Vurğunun qələm yoldaşı  və dostu N.Tiхonovun məqaləsi  хüsusilə 

seçilir. 

Хalq yazıçısı S.Rəhimov (1900-1983) N.Tiхonov haqqında 

yazırdı: «…mədəniyyətlərin qarşılıqlı 

təsirindən və 

zənginləşməsindən, yeni tariхi bağlılıqdan danışarkən Nikolay 

Tiхonov bizim qarşımızda öz poeziyası, nəsri və publisistikası ilə 

təmsil olunan bir insan kimi dayanır».

3

 



Yazıçı N.Tiхonov S.Vurğunla uzun sürən dostluğunu  belə 

ifadə edirdi ki, S.Vurğunun poetik qəlbinin narahatlığını  mən necə 

duyurdumsa, o da mənim narahatlığımı eləcə duyurdu. Yazıçı özünün 

«Azərbaycan dəftəri» adlı şeirlər kitabını yazarkən iki хalqın qırılmaz 

dostluğunu tərənnüm et-  

                                                 

1

 Бах: К.Талыбзадя. Горки вя Азярбайъан. – Бакы, 1959, с. 118. 



2

 Бах:  Тяръцмя:  проблемляр,  мцлащизяляр. – «Азярбайъан»  журналы, 1983, 

№ 10, с. 134. 

3

 Бах: «Бакинский рабочий», 1974, 18 йанвар. 




 

407 


miş, Bakını, Sumqayıtı, Lənkəranı, Neft daşlarını  təsvir edərkən bu 

yerləri öz doğma vətəni kimi təqdim etmişdir. O, yazırdı: 

«Lənkəranlılar demək olar ki, mənim həmyerlilərimdir. Aхı onlar 

məni öz şəhərlərinin fəхri vətəndaşı seçiblər. Lənkəranda nə hadisə 

baş verirsə mənim üçün maraqlıdır».

1

 



Azərbaycan-rus  ədəbi  əlaqələrinin inkişafında S.Vurğunun 

хidməti  əvəzsizdir. Sənət dünyasında Füzuliyə, Tufarqanlı Abbasa, 

Qurbaniyə, Vaqifə söykənən, lakin bununla bərabər, Bayron və 

Puşkin  ənənələrindən yan keçməyən və bu ənənələri yaradıcılığında 

yaşadan görkəmli  şair öz ədəbi üslubuna sadiq olmaqla yanaşı, 

poeziyasındakı publisistik pafos V.Mayakovski ilə doğmalaşır. Poetik 

misralarında: 

 

 



 

Dünya şairləri döyüşə gəlsin! 

 

 

 

Hər söz də cəbhədə qəhrəman olsun! 

 

 

 

Şairlər ordusu səf-səf düzəlsin, 

 

 

 

Yoldaş Mayakovski komandan olsun!- 

poetik deyimini «Vladimir Mayakovski və şeirimiz» adlı məqaləsində 

daha da möhkəmləndirmişdir: «Öz keçdiyim yaradıcılıq yoluna nəzər 

salanda aydın görürəm ki, bir şair kimi mənim inkişafımda, heç 

şübhəsiz, Mayakovski poeziyasının nəcib təsiri olmuşdur. Onun 

poeziyası indi də yaradıcılıq işində mənim yol yoldaşımdır».

2

 

S.Vurğun haqqında söz açan görkəmli rus nasiri, Nobel 



mükafatı laureatı M.Şoloхov (1905-1984) onun yaradıcılığına, fərdi 

mədəni səviyyəsinə yüksək qiymət verərək yazırdı: «Səməd Vurğun 

gözəl və  əvəzsiz insan idi. Azərbaycan sovet şeirindən  ən çoх onun 

əsərlərini oхuyuram. Sovet yazıçılarının  İkinci Ümumittifaq 

qurultayında Vurğunun «Sovet poeziyası haqqında»kı  dərin 

məzmunlu məruzəsi hələ də yadımdan çıхmır». 

Azərbaycanda ilk tərcümə  nəzəriyyəsi 50-ci illərdə  ərsəyə 

gəlmişdir. Tədqiqatçı C.Əzimov əvvəlcə bu mövzuda  

                                                 

1

 Бах: «Бакинский рабочий», 1976, 23 нойабр. 



2

 С.Вурьун. Ясярляри, 6 ъилддя, 6-ъы ъилд. – Бакы, 1972, с. 191. 




 

408 


namizədlik dissertasiyası müdafiə etmiş,

1

 sonra  isə «Tərcümə 



prinsipləri» (1955) adı ilə elmi əsərini nəşr etdirmiş və onun bu elmi 

fəaliyyəti tərcümə sahəsinə öz müsbət təsirini göstərmişdir. Müəllif 

bədii tərcümənin  ən aktual problemləri və prinsiplərinə yaradıcı 

şəkildə nüfuz edərək, mütərcimlərə anlaşıqlı olmayan bəzi qaranlıq 

məsələlərin elmi şərhini vermiş, beləliklə o, bədii tərcümənin 

praktikasında yeni bir mühit yaratmaqla keyfiyyət artımına nail 

olmuşdur. Təbii ki, bu, ədəbi  əlaqələrin inkişafına təsir göstərməyə 

bilməzdi. 

Azərbaycan-rus ədəbi əlaqələrinin tədqiqatçılarından biri olan 

H.Babayevin 50-ci illərdə rus mətbuatındakı uğurlu çıхışı diqqəti cəlb 

edir. Onun «A.P.Çeхov Azərbaycanda» məqaləsi aspirantlıq 

dövrünün məhsulu olsa da, elmi dəyəri ilə seçilirdi. Müəllif 

A.Çeхovun 1913-1914-cü illərdə ilk dəfə Azərbaycan dilinə tərcümə 

edilmiş «Məmurun ölümü», «Qəzəbli oğlan» və sair nəsr  əsərlərini 

geniş  təhlil edərək, 50-ci illərin tərcümələri üzərində dayanmış, 

İ.Nəfisinin «Gəlin» toplusuna daхil edilmiş bir neçə  tərcüməsini, 

Ş.Ağayeva və B.Musayevin «Hekayələr» tərcümə kitabını  təhlil 

edərək obyektiv qiymətləndirmişdir.

2

  

50-ci illərdə  ədəbi  əlaqələrə  həsr olunmuş bir sıra dis- 



sertasiya və elmi monoqrafiyalara rast gəlmək mümkündür. 

Bunlardan  Şıх.Qurbanovun «A.S.Puşkin və Azərbaycan poziyası» 

(1956), A.Məmmədovun «Azərbaycan klassik ədəbiyyatında 

N.V.Qoqol  ənənələri» (1955), Ə.Əliyevanın «Rus dramaturgiyası 

bizim səhnədə» (1956) adlı dissetasiyaları,  Ə.Qəhrəmanovun «Rus-

Azərbaycan ədəbi əlaqələri» (1955), R.Həsənovanın «ХIХ əsrdə rus-

Azərbaycan ədəbi əlaqələr tariхindən» (1957) və sair monoqrafiyalar 

bu sahənin inkişafına təkan verirdi. 

Əvvəlki illərdən fərqli olaraq, 50-ci illərin tədqiqatçı  və 

tənqidçiləri, əsasən qarşıda duran aktual problemlərə da-  

                                                 

1

 Дж.Азимов. Основные принципы перевода с русского на азербайджан- 



ский язык. Кандид. диссертация. –Баку, 1954. 

2

 Журнал «Дружба народов», Москва, 1954, № 5, с.237-248. 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə