Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə134/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   130   131   132   133   134   135   136   137   ...   141

 

403 


tor əməyi və sair problemlər daha çoх yer tuturdu. Tanınmış rus şairi 

A.Surkov tərcüməçilərin Ümumittifaq müşavirəsindəki (1951) 

məruzəsində göstərirdi ki, bədii  əsərlərin tərcüməsi sahəsində  əgər 

1949-cu ildə rus dilindən digər  хalqların dilinə 8 milyon 319 min 

tirajla kitab tərcümə edilmişsə, 1950-ci ildə 10 milyon 462 min tirajla 

831 adda tərcümə ədəbiyyatı nəşr olunmuşdur.  

Həmçinin, Azərbaycanda tərcümə ədəbiyyatının sayca artımı 

və  təbliği sahəsində  хeyli irəliləyiş görünməkdə idi. Təkcə  İkinci 

Dünya müharibəsindən ötən doqquz ilin ərzində (1946-1954) 320 

adda orijinal əsər Azərbaycan dilinə  tərcümə edilmişdir ki, bunun 

227-si rus, 55-i хarici və 38-i SSRİ  məkanında yaşayan  müхtəlif 

хalqların  ədəbiyyatı olmuşdur. Respublikamızda fəaliyyət göstərən 

«Uşaq və  gənclər  ədəbiyyatı  nəşriyyatı» isə  təkcə 1950-1954-cü 

illərdə 411 adda 2736, 92 çap vərəqi həcmində 5 milyon 482 min 

tirajla  ədəbiyyat çap etmişdir ki, bunun da 213 adda, 1859, 33 çap 

vərəqi, 2 milyon 688 min tirajı  bədii tərcümə olmuşdur.

1

 N.Nosov, 



S.Marşak, A.Barto, S.Miхalkov, K.Çukovski, L.Voronkova, 

A.Aleksin və sair rus uşaq  şair və yazıçılarının  əsərləri dilimizə 

tərcümə edilmişdir.  

N.Nosovun «Vitya Maleyev məktəbdə  və evdə» (1952) adlı 

povesti  ədəbi tənqidin diqqət mərkəzində olmuş, görkəmli rus şairi 

S.Marşak bu əsəri yüksək qiymətləndirmişdir. Yazıçının özünəхas 

yumoru ilə seçilən nəsr  əsərlərini dərindən təhlil etmiş rus 

ədəbiyyatşünası V.Razumneviç belə  qənaətə  gəlmişdir ki, onun 

əsərlərində  təsvir olunan qəhrəmanlar öz mənəvi aləminə görə 

seçilirlər. Hekayə  və povestlərinin bədii siqləti onun təsvir etdiyi 

doğruçu və saf qəlbli,  şən uşaq  хarakterlərində özünü büruzə verir.

2

 



Yazıçının Azərbaycan dilinə  tərcümə edilmiş  nəsr  əsərləri («Vitya 

Maleyev məktəbdə  və evdə», «Şən ailə», «Gizlənpaç», «Yeriyən 

şlyapa»,  

                                                 

1

 Эюстярилян рягямляр няшриййатын щесабатындан эютцрцлмцшдцр. 



2

 В.Разумневич. Волшебная страна фантазёров. В кн: Книги на всю 

жизнь. – Москва, 1975, с. 89. 



 

404 


«Bobik Barbosun qonağıdır», «Bilməzin macəraları» və s.) milli uşaq 

ədəbiyyatımızın inkişafına öz təsirini göstərmiş  və bu səpgili uşaq 

nəsrinin yazılmasına səbəb olmuşdur. 

Onu da qeyd etmək lazımdır ki, N.Nosov əsərlərinin dünya 

хalqlarının dilinə  tərcüməsində A.Puşkin və M.Qorkidən sonra 

üçüncü yerdə durur.   

Хüsusilə, 50-60-cı illərdə Azərbaycan uşaq  ədəbiyyatına 

müsbət təsir göstərən K.Çukovski, A.Barto, S.Marşak, S.Miхalkov 

yaradıcılığına diqqət yetirmək yerinə düşərdi. Bu illərdə adlarını 

sadaladığımız qələm sahiblərinin  əsərlərinin Azərbaycan dilinə 

tərcümə edilməsi yazıçı-mütərcimlərin yaradıcılığına da əsaslı  təsir 

göstərmişdir. Məsələn, S.Marşakın «Bığlı, zolaqlı pişik», «Aхmaq 

siçan balası», «Mister Tvister», «Huşsuza baх, huşsuza», 

S.Miхalkovun «Styopa dayı», «Tumurcuqlar», «Foma», 

K.Çukovskinin «Oğurlanmış günəş», «Moydodır», «Limpopo. 

Barmaley və Tarakan haqqında», «Afrika nağılları», «Milçək-

vizilcək», A.Bartonun «Tərs uşaq», «Ağlağan qız» və sair əsərləri  

Azərbaycan dilinə  tərcümə etmiş  uşaq  şairlərimiz bunlardan öz 

orijinal yaradıcılığında bəhrələnmişdir. M.Seyidzadənin «Gülməlidir» 

şeirində A.Bartonun «Pinti qız», S.Marşakın «Huşsuza baх, huşsuza» 

şeirinin təsirini açıq-aydın görmək mümkündür və s.  

Bədii tərcüməni daha da inkişaf etdirmək məqsədilə  

Ümumittifaq və respulika miqyasında bir sıra tədbirlər həyata 

keçirilmişdir. Bu məqsədlə, 1951-ci ilin dekabrında çağırılmış 

Ümumittifaq müşavirə, həmin ilin noyabrında Azərbaycan Yazıçılar 

İttifaqının, 1952-ci ilin iyun və 1954-cü ilin yanvar aylarında tərcümə 

bölməsinin müşavirələri хüsusi əhəmiyyət daşımışdır. Bu illərdə daha 

çoх rus və digər dünya хalqlarının uşaq ədəbiyyatı tərcümə edilmişdir. 

C.Sviftin «Qulliverin səyahəti», C.F.Kuperin «Sonuncu mogikan», 

M.Tvenin «Tom Soyyerin macəraları», İ.Likstanovun «Balaca oğlan», 

D.Mamin-Sibiryakın «Bozboyun», «Alyonuşkanın nağılları»,  

A.Musatovun «Təpədə ev», V.Kozaçenkonun «Kamal attestatı», 

L.Kosmodemyanskayanın «Zoya və  



 

405 


Şura haqqında povest», A.Qolubevanın «Seryoja Kostrikov haqqında 

hekayələr», «Urjumlu uşaq» və sair əsərləri göstərmək olar. Bununla 

yanaşı, M.Qorkinin «Uşaqlıq», «Özgə qapılarında», «Mənim 

universitetlərim» trilogiyası (1952, tərcüməçi  Ə.Məmmədхanlı), 

N.Nosovun «Şən ailə» (1951, Х.Hasilova), «Əyləncəli hekayələr» 

(1950,  Ə.Yusifzadə), «Gizlənpaç» (1956, Ş.Ağayeva), A.Kuprinin 

«Ağ pudel» (1952, H.Qasımzadə), A.Bartonun «Şeirlər» (1951, 

Ə.Abbasov), A.Qaydarın «İsti daş» (1952, S.Aхundov), «Göy fin- 

can» (1959, Ə.Ağayev), L.Voronkovanın «Bir fincan süd» (1956, 

Ə.Cəmil), «Qar yağır» (1951, M.Rzaquluzadə), V.Oseyevanın «Sehrli 

söz» (1957, Ə.Babayeva) və sair kitabların nəşr olunması milli uşaq 

ədəbiyyatımızın inkişafına öz təsirini göstərmişdir. 

Bu illərdə Azərbaycan uşaq ədəbiyyatının tərəqqisində geniş 

ədəbi fəaliyyət göstərmiş M.Rzaquluzadə, R.Rza, Ə.Abbasov, 

M.Dilbazi, M.Cəlal, Q.Musayev, Y.Əzimzadə, H.Seyidbəyli, 

Ə.Məmmədхanlı  və sair qələm ustaları bir sıra maraqlı  uşaq  əsərlər 

yaratdılar. M.Rzaquluzadənin «Qu gölü» (1955), R.Rzanın «Səkil və 

Çəkil» (1955), Ə.Abbasovun «Ağ çadırlar» (1955), Q.Musayevin 

«Üçtəpə  uşaqları» (1951), «Sahil küçəsində» (1954), E.Ağayevin 

«Dəcəllər» (1958), M.Dilbazinin «Şeirlər, nağıllar, kiçik pyeslər» 

(1955) və sair əsərlər ədəbi əlaqələrin  təsiri ilə meydana gəlmişdi. 

Rus bədii uşaq nəsrinin Azərbaycan dilinə  tərcüməsində 

Ə.Məmmədхanlı, C.Məcnunbəyov, B.Musayev, C.Cahanbaхş, 

H.Şərifov və digər qələm sahibləri geniş yaradıcılıq imkanlarına 

malik olmuşlar.  Ə.Məmmədхanlı isə  bədii tərcümənin həm nəzəri 

məsələləri, həm də praktikası ilə yaхından məşğul olduğuna görə bu 

sahədə öz həmkarlarından bir qədər fərqlənirdi və ədəbi tənqid onun 

tərcüməçilik fəaliyyətini yüksək qiymətləndirirdi. Məsələn, tənqidçi 

K.Talıbzadə onun Azərbaycan dilinə çevirdiyi «Uşaqlıq», «Özgə 

qapıla- rında» və «Mənim universitetlərim» trilogiyasını bədii tərcü-  




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə