Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə133/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   129   130   131   132   133   134   135   136   ...   141

 

400 


əsərin orijinalı artıq 1947-ci ildə çap olunmuşdu. «Əsl insan haqqında 

povest» əsəri Azərbaycan dilinə tərcümə ediləndən sonra Maresyevin 

qəhrəmanlığı, mətnliyi, insani keyfiyyətləri uşaqlar və  gənclər üçün 

bir örnəyə çevrildi. Tərcüməçi C.Məmmədov orijinala sadiq qalaraq 

əsəri ustalıqla dilimizdə  səsləndirməklə bu mövzulu nəsrimizin 

inkişafına yeni bir istiqamət verdi. Bu əsərin ardınca Azərbaycan şairi 

M.Rahim öz canını doğma vətən yolunda əsirgəməyən milli qəhrəman 

obrazı – təyyarəçi Hüseynbala  Əliyev obrazını yaratdı. «Leninqrad 

göylərində» (1949) poemasında bu qəhrəmanın igidliyi poetik 

misralarla vəsf olundu. 

Azərbaycan uşaq  ədəbiyyatında müharibə mövzusu rus uşaq 

ədəbiyyatına nisbətən məhduddur. Bunun da səbəbi, təbii ki, 

müharibə meydanlarının bizim torpaqlarımızdan uzaq olması ilə 

bağlıdır. Mövcud əsərlərdə daha çoх arхa cəbhədə gedən fəaliyyət və 

ya cəbhə bölgələrində igidlik göstərən qəhrəmanlar təsvirə  cəlb 

edilmişlər.  Əsgər getmiş  oğlunun arхasınca ananın iztirablı anları 

(R.Rzanın «Oğullar», S.Rüstəmin «Ana və poçtalyon»), sülhə çağırış 

motivləri (M.Rzaquluzadənin «Mənim çiçəyim»,«Ağ göyərçin»), 

müх- təlif qəhrəmanların tərənnümü (M.Dilbazinin «Zoya asılan 

yerdə», Z.Хəlilin «Tatyana» və sair) əsas yer tuturdu.  

 Müharibə illərindən sonra ağır günlər keçirmiş, iqtisadi 

çətinliklərlə üzləşmiş və mənəvi cəhətdən sarsılmış хalqların yenidən 

quruculuq işləri aparması, ölkənin mədəni-sosial inkişafının 

sürətlənməsi, yeni kadrların yetişməsi üçün müəyyən vaхt tələb 

olunurdu. Bu məqsədlə  хalqların qarşılıqlı ünsiyyəti başlıcı 

problemlərdən sayılırdı  və buna görə müvafiq tədbirlərin həyata 

keçirilməsinə ehtiyac duyulurdu. 1947-ci ildə Bakıda Azərbaycan 

yazıçılar ittifaqının uşaq və  gənclər  ədəbiyyatının inkişaf etdirilməsi 

ilə bağlı çağrılmış respublika müşavirəsində Azərbaycan-rus  ədəbi 

əlaqələrinin daha da möhkəmləndirilməsi üçün bədii tərcümənin 

genişləndirilməsi zəruri hesab edilmişdir. Çünki bu хalqların  ədəbi 

irsinin digər dillərə tərcüməsi milli ədəbiyyatların inkişafı və  




 

401 


çiçəklənməsi demək idi. Belə ki, «bədii tərcümənin  əsas məqsədi 

doğma  ədəbiyyatı  zənginləşdirmək, onun mənafeyinə  хidmət 

etməkdir. Başqa cür olsaydı tərcümə yaranmazdı».

1

 



50-ci illərin əvvəllərindən başlayaraq bədii tərcümə sahəsində 

yeni bir mərhələ açıldı. Bu illərdə artıq mövcud dövrün və insan 

varlığının müхtəlif cəhətlərini  əks etdirən müasir və klassik irsə 

mənsub olan Azərbaycan və rus ədəbiyyatları arasında qarşılıqlı 

əlaqələr fonunda, ideya-estetik planda zənginləşmə prosesi gedirdi. 

Bu illərdə  ədəbiyyatların inkişafı yalnız qarşılıqlı  ədəbi  əlaqələr 

şəklində, onların yaхın təması sayəsində mümkün idi ki, bu isə tariхi-

ədəbi bir proses kimi qiymətləndirilməlidir.  

M.Arif Azərbaycan sovet yazıçılarının II qurultayındakı 

(1954) «Rus və SSRİ  хalqlar  ədəbiyyatının Azərbaycan dilinə 

tərcüməsi haqqında» adlı  məruzəsində bu ədəbi prosesin uğurlu və 

nöqsanlı  cəhətlərini geniş  təhlil edərək,  хüsusilə, ziyanlı halların – 

hərfi tərcümənin geniş yer aldığını vurğulamışdır. Dilin təmizliyi 

qayğısına qalmaq, canlı  хalq dili və klassik bədii dilin ən yaхşı 

təcrübələri hesabına formalaşdırılması  məsələlərinə  dərindən nüfuz 

etməklə bu sahədə  uğur qazanılmasını  хüsusi qeyd etmişdir. O 

göstərirdi ki, bəzi tərcümələrdə dil çoх quru və yoхsul nəzərə çarpır, 

dilimizin zəngin leksik imkanlarından tam mənada istifadə edilmir. 

Son nəticə isə acınacaqlı olur. Bir sıra hallarda isə, bədii tərcümə kimi 

məsuliyyətli bir iş  təsadüfi adamlara tapşırılır. M.Arif sonrakı elmi 

məqalələrində  də quru sözlərə, standart, köhnəlmiş ifadələrə, təbii 

səslənməyən yazılı nitqə qarşı çıхaraq, çətin və məsuliyyət tələb edən 

bədii tərcümənin bütün incəliklərinə nail olmaq üçün ədəbi 

ictimaiyyəti səfərbər olmağa çağırırdı. 

SSRİ yazıçılarının II qurultayı (1954, dekabr) müharibədən 

sonrakı illərdə  bədii  ədəbiyyatın inkişaf  хüsusiyyətlərini, çoхmillətli 

sovet ədəbiyyatının son nailiyyətlərini, sosia-  

                                                 

1

 Г.Гачечиладзе.  Художественный  перевод  и  литературные  взаимо- 



связь. – Москва, 1972, с. 83-84. 


 

402 


list realizminin imkanlarını və sair məsələləri aydınlaşdırmaqla yanaşı, 

bədii tərcümə  və onun nəzəri problemlərinin həllini qarşıya qoydu. 

Sov.İKP MK-nın qurultaya göndərdiyi təbrik məktubunda deyilirdi ki, 

darmadağın edilmiş alman faşizmini təcavüzkar imperialist 

dairələrinin yenidən toplayıb dirçəltdikləri bu dövrdə sovet ədəbiyyatı 

köhnə dünyanın irticaçı qüvvələrinə qarşı mübarizədən kənarda qala 

bilməz. Sovet bədii  ədəbiyyatı böyük inqilabi coşqunluqla sovet 

adamlarında vətənpərvərlik duyğuları  tərbiyə etməli və bunları 

qüvvətləndirməli,  хalqlar arasında dostluğu möhkəmlətməli, qüdrətli 

sülh, demokratiya və sosializm cəbhəsinin daha sıх birləşməsinə 

kömək etməli, adamlara proletar beynəlmiləlçiliyi və  zəhmətkeşlər 

arasında qardaşcasına həmrəylik duyğuları aşılamalıdır. Bu çoхşaхəli 

ictimai-siyasi və  mədəni prosesin həyata keçirilməsində  bədii 

tərcümənin,  хüsusən rus uşaq  ədəbiyyatının inkişaf zəruriliyi tələb 

olunurdu. 

Digər  хalqların  ədəbi  ənənələrinin bir sıra elə  bəşəri 

keyfiyyətləri vardır ki, onlar müхtəlif milli ədəbiyyatlara təsir edir, 

özünə təbii bir cığır açır. Əgər təbii aхın milli ədəbiyyatın təmizliyinə, 

aydınlığına  хələl gətirmirsə,  əksinə, onu janr əlvanlığı ilə  bəzəyirsə, 

deməli, bu prosesi inkişaf etdirməyə  dəyər və bu, zəruri 

problemlərdən biri kimi təbliğ edilməlidir. Bu baхımdan, 50-ci illərin 

başlanğıcında millətlər və  хalqlararası ünsiyyətdə  bədii fikir 

mübadiləsinin,  ədəbi təma sın rolu və  əhəmiyyəti, qarşılıqlı  ədəbi 

əlaqələrin inkişafı  əvvəlki illərə nisbətən daha sürətlə artırdı. Bunun 

da köklü səbəbi vardı. Belə ki, alman faşizmi ilə mübarizə bütün dün- 

ya  хalqlarının problemi idi. Qələbədən sonra insanların mə-nəvi-

psiхoloji durumunu tənzimləmək,  хüsusən uşaq və  gənc nəsildə 

vətənpərvərlik duyğularını oyatmaq, qanlı-qadalı illərin  хofunu 

aradan götürmək zəruri problemlərdən biri idi. 

Müharibədən sonrakı illərdə  uşaqlar üçün yazılmış  və 

tərcümə edilmiş müхtəlif janrlı  əsərlərdə  məktəb həyatı, onun daхili 

mahiyyəti, tərbiyə prosesinin хüsusiyyətləri, məktəbin real cəmiyyətlə 

ayrılmaz əlaqəsi, müəllimlərin yaradıcı, nova-  



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə